Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Yaşlı, elil kişiye od vurdular, el-qol ataraq, qaça-qaça küle çevrildi…” – ƏSİR DÜŞƏRGƏSİ

“Yaşlı, əlil kişiyə od vurdular, əl-qol ataraq, qaça-qaça külə çevrildi...” - ƏSİR DÜŞƏRGƏSİ

01/07/2016

15:16

01.07.2016 / 14:14 xeber –

 

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun…

 

(Əvvəli burada: I hissə, II hissə, III hissə, IV hissə, V hissə, VI hissə, VII hissə, VIII hissə, IX hissə, X hissə)

 

XI hissə

 

Hərbçilər avtobusun yanından ötüb, kəndə, evlərə tərəf gedəndən sonra, Xasay sürünərək geriyə, sığındıqları kahaya qayıtdı. Sonrakı günlərdə kimsəni görmədilər. Bir neçə gün sonra isə yemək axtarmaqdan qayıdanda kahada belə bir məktub tapdılar:

 

“Ələkbər, bilirik ki, siz də kahada gizlənmisiniz. Gəlin, sizi görmək istəyirik”.

 

Məktubda gizləndikləri yer və onları necə tapa biləcəklərinin gizli nişanəsi də qeyd olunmuşdu. Ələkbər yazılan yerdə heç nə tapmayıb geri qayıtsa da, ümidini itirmədi, ikinci gün də özü kimi mühasirədə qalan yerlilərinin arxasınca getdi. Bir neçə saatdan sonra dörd hərbçi ilə kahaya qayıtdı. Bir neçə gün öncə avtobusun ətrafında toplaşan, erməni hesab etdikləri hərbçilər Çovdar kəndinin sakinləri Bağman və İsmayıl, bir də əslən Ağcakənddən olan iki əsgər idi.

 

***

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev 23 il sonra xatirələrini Lent.az-a danışır:

 

– Onlar daha gözləmək istəmirdilər, dirəndilər ki, biz gedirik. Biz nə qədər desək də, dedilər gedəcəyik… Əgər sağ-salamat gedib çıxa bilsək, oradan sizə xəbər verəcəyik…

 

– Necə xəbər verəcəkdilər?

 

– Kənddən balaca bir radio tapıb gətirmişdik. Batareyalarını salıb ancaq xəbərlərə qulaq asır, xəbər bitən kimi, içindən çıxardırdıq ki, qurtarmasın. Onlar da gördülər ki, radio vasitəsi ilə xəbər tuta bilirik. Dedilər siz qadınla, uşaqla özünüzü riskə atmayın… Görsək ki, keçmək mümkündür, radio vasitəsi ilə xəbər verəcəyik… Getdilər…

 

– Ancaq dörd nəfər?

 

– Bəli, ancaq Ələkbərin tanışları. Demək, bizdən ayrılıb, Vəng istiqamətində gediblər. Görüblər yol bağlıdır, qayıdıblar… Bir də gördük gəlirlər… Dedilər bu yol bağlıdır, Murovla gedəcəyik. İsrar elədik ki, Murovun qarı hələ əriməyib, uçquna düşərsiniz… Dedilər, ya belə öldün, ya elə. Gedirik. Əgər Murovu aşa bilsək, mütləq sizə xəbər göndərəcəyik… Sağollaşdıq, getdilər…

 

– Nə vaxt idi? Tarix yadınızda qalıb?

 

– İyul ayı idi. Artıq dördüncü aydır ki, vəhşi kimi dağda-daşda yaşayırıq. Üzümüzü saqqal basıb, pal-paltarımız nə gündə… Elə sacın üstündə təpitməfason bir şey eləyib, çörək kimi yeyirik…

 

– Və Azərbaycan radiosunu dinləyirsiniz…

 

– Hə, bir xəbəri də buraxmırıq. Bunlardan xəbər gözləyirik axı… Nəhayət, bir gün radioda xəbər verildi ki, filankəslər neçə ay sonra Kəlbəcərdə mühasirədən çıxıb gəlib. Hətta xəbərlərdə belə bir cümlə də oxudular: “Biz gəldik, sizi Göygöldə gözləyirik”. Bildik ki, bu cümlə bizə ismarıcdır. İndi necə sevinirik ki, Murovu aşmaq mümkündür… Artıq yola çıxmaq olar. Dedik gedəcəyik! Hazırlaşdıq…

 

– Mühasirədən çıxanda neçə nəfər idiniz?

 

– Murova üz tutanda 29 nəfər idik… Ələkbərin atası gəlmədi, qaldı… Axşamdan yola çıxmaq üçün hazırlaşmışdı. Səhər isə oyanıb “mən getmirəm” dedi… I və II Dünya Müharibəsində iştirak etmişdi, “93 yaşım var, “41-45”-də də əsir düşmüşəm, demək ki, qismətimdir… Qismətdən isə qaçmaq olmaz…” Nə qədər elədik, bizi eşitmədi. Ələkbər nə qədər yalvardı, qulaq asmadı… Yaşlı adam idi, dörd aydır kahalarda nə zülmlər çəkmişdi, aclıq görmüşdü, artıq Murovu çıxmağa halı qalmamışdı… Qaldı… Taleyindən xəbərimiz olmadı…

 

– Şəhriyar necə idi? Yaxşılaşmışdı?

 

– Nisbətən özünə gəlmişdi, artıq rəngi-ruhu düzəlmişdi. Amma hələ də yaralı idi, anası ilə növbələşib, kürəyimizə şəlləyirdik… İndi Murovu qalxırıq, Şəhriyar anasının kürəyində, Elmidar yanımızca qalxır… Şəhriyar deyir acmışam, çörək ver. Çörəyimiz də az qalıb, Nərgizə dedim eybi yox, necə də olsa Şəhriyarı kürəyimizdə aparırıq, o aclığa dözər, çörəyi saxla, az-az Elmidara ver, dağa çıxmağa heyi olsun…

 

– 6 yaşlı körpə üçün Murovu aşmaq asan deyil… Elmidar necə çıxırdı dağa?

 

– (Gözləri dolur…) Necə çıxırdı… Əvvəl çıxırdı, amma qəfil aşağı çökdü…

 

***

 

Elmidar dizi üstə çökəndə soyuqdan çatlayıb, toz-torpaqdan çirklənən balaca əli atasının əlindən sürüşüb çıxdı. Xasayın ən böyük qorxularından biri də altı yaşlı uşağın Murov dağını aşa bilməyəcəyi idi. Oğlunun qarşısında dizi üstə oturdu. İçindən nə qədər “ayağa qalx, gedək” demək gəldisə də, uşağın halsız üzünə baxıb, susdu. Qismət elə gətirmişdi ki, ailəsindən heç kimi qoruyub saxlaya bilməmişdi. Artıq yer üzündə Nərgizlə iki övladından başqa doğması qalmamışdı. Onları da Xasay yox, möcüzə qorumuşdu. Xasay çarəsizliyinə görə övladları qarşısında xəcalət çəkirdi. Ona görə də Elmidarı ayağa qaldıracaq sözü tapa bilmirdi. Nə qədər udqunsa da, dili söz tutmurdu…

 

Ömrünün son dörd ayını kahada eşitdikləri, gördükləri, yaşadıqları bəs eləmişdi ki, Elmidar inamla atasının üzünə baxıb, yaşına yaraşmayan müdrikliklə xahiş eləsin:

 

– Ata, mən çox yorulmuşam, daha gedə bilmirəm. Məni burada unudun… Yaddan çıxardın, özünüz gedin… Amma mütləq gedin…

 

– Unudun nədir? Yaddan çıxardın nə deməkdir? Nə danışırsan, ay bala? Əgər sizi də burada qoyub gedəcəyəmsə, daha niyə gedirəm? Mənim həyatda sizdən başqa kimim qalıb ki? Kimin üçün yaşayacağam?

 

Cəmi dörd ay əvvəl Elmidar Xasay üçün körpə uşaq idi, indi isə yaşadıqları faciələr onların arasındakı yaş fərqini itirmişdi. Xasay ağlaya-ağlaya oğlu ilə yaşıdı kimi söhbət edir, dərdləşirdi.

 

Çətin günlər insanları bir-birinə nə qədər doğmalaşdırsa da, ölümü, itkini bir o qədər də adi hala çevirirdi. Bir-birinin ardınca doğmalarını itirən adamlar Xasaya uşağı burada qoyub, yola davam etmək lazım olduğunu deyirdi. “Yubanmaq olmaz, hər an qarşıdakı ağacın dibindən erməni çıxa bilər”, deyirdilər. Xasay kimsəni eşitmək istəmirdi. Elmidar isə ayağa qalxa bilmirdi. Xasay oğluna körpə uşaq kimi yox, artıq həyatda olmayan atası, qardaşları kimi güvənərək, inamla dedi:

 

– Nə danışırsınız? Mən uşağımı burada qoyub gedə bilmərəm! Elmidar qalxıb gələcək! Hamımızla birlikdə Murovu keçəcək! Siz gedin, biz qalırıq. Gələcəyik…

 

***

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev 23 il sonra xatirələrini Lent.az-a danışır:

 

– Şəhriyarı Nərgiz aparırdı, mən isə Elmidarı qucağıma alıb, 50-60 metr qalxır, uşağı yuxu tutan kimi silkələyib oyadırdım… Sonra bir yerdə gizlənir, özümüzə gəlir, yenə davam edirdik…

 

– Gündüzləri təhlükəli idi, gecələr gedirdiniz?

 

– Hə, ancaq gecələr. Gündüzləri gizlənirdik… Ətrafı necə ot basmışdısa, hər yer uçurum kimi görünürdü.

 

– Elmidar getməkdən imtina edəndən sonra dəstədən ayrıldınız?

 

– Yox. Camaata dedim ki, gəlin hamımız bir az oturub dincələk, hava da işıqlansın, görək hara gedirik…

 

– Qaranlıqda istiqaməti müəyyən etmək də çətin idi…

 

– Əlbəttə! Elə olurdu ki, dolanıb eyni yerə qayıdırdıq… Görürdün uşaq deyir ki, ata, bura uçurumdur. Biz isə deyirik ki, oraya gedəcəyik, o tərəf düzənlikdir… Görmürdük, gedib uzaq yolu dolanıb gəlirdik… Hə, onu deyim ki, Elmidarın yorulub oturmağı bizi xilas etdi…

 

– Necə?

 

– O yerdə ki Elmidar çöküb oturdu aşağı, biz oranı düz qalxırdıq. Sonradan dedik ki, bu uşağı bu yerdə Allah dayandırıb… Sən demə, həmin vaxtı düz erməni postuna gedirmişik…

 

– Bunu necə bildiniz?

 

– Dağlara yaxşı bələd deyilik axı… Uşaq gedə bilməyəndə, hamımız gizlənib, dincələk dedik, yuxuladıq… Səhər işıqlaşanda gördük düz posta gedirmişik… Deməli, bir də gördük qabaqdan güllə atdılar. Yanımızda böyük bir daş var idi, hamımız tez onun altına uzandıq… Bizi görməmişdilər, amma nə isə atırdılar… Bilmədik nə məsələdir, amma başımızın üstündən taqqataqla güllələr keçib gedirdi… Allahdan daşın yanındakı ardıc kolları elə uzanmışdı ki, bizi yaxşı gizlədə bilirdi. Yəni məsafəmiz çox yaxın idi, sadəcə daldalanacaq yerimiz yaxşı idi deyə, bizi görmədilər. Nə bilək, bəlkə də hənirtimizi eşitmişdilər deyə atırdılar… Səs gəlmədi, elə bildilər heyvan zaddır… Nə isə… Axşam saat 9-a qədər hamımız başımızı kola salıb, gizləndik ki, bizi görməsinlər. Sonra gördük Murovun başına 3 əsgər çıxdı.

 

– O qədər aydın görünə bilirdi?

 

– Bizimkilərdən birinin binoklu var idi, onunla baxırdıq. Gördük üç əsgərin ikisi biz tərəfə gəlir, biri isə aşıb dağın o biri üzünə getdi… Dedik, daha bizimki buraya qədərmiş. Aylarca nə əzablara döz, ayağınla gəl çıx erməni postuna… Düz bizə sarı gəlirlər, əllərində də silahları. Sən demə, səhər-səhər postda növbəni dəyişirmişlər. Bir neçə əsgər də daşın dalından çıxıb, onlara qoşuldu, maşın gəlib onları apardı, başqalarını gətirib qoydu… Xeyli gözləyib, hava qaralanda, gizləndiyimiz yerdən çıxıb, geriyə qayıtdıq… Otlar da o qədər ucalmışdılar ki, ayağını atında, sürüşürsən… Uşaq dalımızda, ayaq otun üstündə durmur, Elmidarın da əlindən tutmuşuq, nə isə ki, həmən günü bir zülmlə çıxmışıq, nəfəsimiz kəsilirdi…

 

– Geriyə hara qayıtdınız?

 

– O istiqamətdən uzaqlaşdıq. Yenidən gəlib, dirəndik dağa. İki dağın arası idi, şırhaşır su gedirdi, ətrafı da buz… Şəhriyar da özünü öldürür ki, acmışam… Su istəyirəm… İndi əyilib əlimi sürtürəm buza ki, bir az qıra bilsəm, sürtüm uşağın dodağına. Buz da elə qalındır ki, qırılması mümkün deyil… Bir tərəfdən də əllərimi dondurur. Axırda dırnağımı sürtüb qaşıdım ki, dırnağım yaş olsun, sürtüm uşağın dodağına… Beləcə, dörd günə Murovu aşdıq…

 

– İstiqaməti əsasən kimlər müəyyən edirdi?

 

– Bilirdik ki, sola getsək Ermənistandır, sağ tərəf isə Azərbaycan. Ona görə də sağı tutub gedirdik. Amma yola baxmaqdı, nəzarətdir, buna yaxşı idim, qabaqda gedirdim. Cavan idim, gözlərim yaxşı görürdü…

 

– Dağı aşanda uşaqlar nə halda idi?

 

– Dağı çıxandan sonra Elmidar heç yeriyə bilməyıb, oturdu. Artıq qucağıma alıb aparmağa da heyim qalmamışdı, hamımız qırılırdıq. Dedim bir az oturaq, dincələk… Onsuz da belə də qırılırıq, elə də ölürük… Daha neyləyək, oturduq. Səhərə yaxın dağa gün vurmaq istəyəndə, qalxıb, sağa doğru gəldik. Bir də baxdım aşağıda ferma var. Uşaqları yenə bir yerə yığıb, gizlətdim. Axı sağı tutub gəlsək də, əmin deyilik, səhv gələ bilərik. Dedim kəşfiyyata gedək görək hara gəlmişik. İki nəfəri də özümlə götürüb, haradasa 2 km. qədər yolu fermaya doğru düşdüm. Bizimkilərə dedim ki, fermada yəqin nə isə bir səs olacaq, dilindən biləcəyik haradayıq. Başımda papaq var idi, dedim əgər bizimkilər olsa, papağımı çıxardıb nəyinsə başına keçirdib tərpədəcəyəm, siz də gəlin. Amma eləməsəm, yerinizdən tərpənməyin. Bilin ki, ermənilərdir…

 

Nə isə, bir xeyli aşağı endik. Hənirti eşidilən yerə qədər yaxınlaşıb, gizlənib, gözlədik… (Ağlayır) 23 il keçib, o səs bir gün də olsun qulaqlarımdan getməyib. İndi də danışanda gözlərimin yaşını saxlaya bilmirəm…

 

– Nə eşitdiniz? Nə deyirdilər? Hansı dildə danışırdılar?

 

– Heyvanı sahəyə ötürürdülər… Bir qadın çağırdı: “Az, az Xuraman! Bizim o malı belə qaytar!” İlahi, bu səsi eşidəndə məni necə hönkürtü tutdu… Uşaqlarla bir-birimizə qoşulub ağladıq, sonra qayanın üstünə çıxıb, dediyimiz kimi, papağımı yellədik… 26 nəfər hamısı gizləndiyi yerdən çıxıb, gəldi…

 

– Tarix yadınızda?

 

– 22 iyul… Az vaxt deyildi… Düz 113 gün idi ki, vəhşi heyvan kimi yaşayırdıq. Dəlidağın qoynundakı Qayabaşı kahasına sığınanda 62 adam idik. Başımıza gələn dəhşətlərdə dəstə-dəstə doğmalarımızı itirdik… Aprelin 18-də 27 nəfərimizi amansızlıqla öldürdülər. Bizim də nə silahımız var idi? İki ov tüfəngimiz var idi, bir də aramızda olan əsgərlərin silahı. Onların da yetərincə gülləsi yox idi, qənaət etməli idilər…

 

– Kəndə tez-tez gedirdiniz. Heç yolda meyitlə rastlaşdığınız olmamışdı?

 

– Bu haqda danışmaq istəmirdim… Xatırlanacaq kimi deyil… Kəndimizdə 76 yaşlı Hüseyn dayı var idi… II Dünya müharibəsində iştirak eləmişdi – Hüseyn Hüseynov. Bizim kahaya hücum edib, adamlarımızı öldürəndən sonra bir dəfə uşaqlarla kəndə gedəndə Hüseyn dayının meyitini tapdıq… Tanınmaz halda idi…

 

– Bəs Hüseyn dayı olduğunu necə müəyyən etdiniz?

 

– Rəhmətlik, həmişə əsa ilə gəzirdi. Kəndin kolxoz idarəsinin binasında gördük ki, yanmış meyit var… Yaxınlaşdıq… Qapağından, əsasından və sinəsində qapqara kömürə bənzəyən medalından tanıdıq ki, Hüseyn dayını yandırıblar… Müharibə iştirakçısını… Zamanında faşistlərə qalib gələn bir əsgərə, ermənilər diri-diri od vurublar… Ətrafa da skamyalar düzülmüşdü, təsəvvür edin, yaşlı, əlil bir kişiyə od vurub yandırırlar, o əl-qol ataraq, sağa-sola qaça-qaça külə çevrilir… Bunlar da skamyada əyləşib, tamaşa edirlər… Bir meyit də gördük… Kəndimizdə bir Qənaət var idi, Qənaət Ağamirov… Bir az ruhi xəstəlikdən əziyyət çəkirdi. Elə xəstə bir adamı da işgəncə ilə öldürmüşdülər… Necə öldürüldüyünü görmədik, amma meyitini tapanda… Meyitdən bilinirdi ki, çox ağır işgəncələrə məruz qalıb… Bütün sifətini siqaretlə yandırmışdılar. Hətta qulaqlarında, burnunun içərisində də siqaret yanığının izi var idi… Rəhmətliyin yanında boş vedrə də var idi. Yanan evin yanında tapmışdıq meyiti… Hiss olunur ki, vedrə ilə evə su daşıyıb, alovu söndürmək istəyirmiş… Qəribədir, ağıldan bir az kəm idi, amma ermənilərin yandırdığı evi söndürmək üçün vedrə ilə su daşıyırmış… Onlar da özünü də yandırıblar… Hərəmizi bir cürə yandırdılar… Biz hələ də yanırıq, tüstümüz ərşə ucalır… Atamı, qardaşlarımı, bacımı öldürdükləri gecə 19 nəfərimizi girov götürdülər… Yerdə qaldıq biz, 30 nəfər… Biz də necə sağ qaldıq, nə əzablar çəkdik, nə məşəqqətlər yaşadıq, danışdım… Biz kahada ac-susuz gizlənərkən evimizi qarət edib gözümün qabağından apardılar. Təkcə bizim Başlıbel kəndini düz iyirmi gün maşınla daşıdılar… Nəyimiz var, qarət etdilər… Hərdən fikirləşirəm ki, bizi orda möhkəm yağan qar sağ saxlayıb… Qar dayanmadan yağır, izlərimizi itirirdi… Bir də əsgərlər… Bizimlə gizlənən əsgərlər…

 

– Yanınızda neçə əsgər var idi?

 

– Əvvəl altı nəfər idilər. Dördü aprelin 18-də baş verən hadisələrdən sonra mühasirədən çıxıb, kahanı tərk etdilər. Onların sonrakı taleləri bu günə qədər də bəlli deyil. Amma ikisi bizimlə qaldı. Biri, Vüqar adlı oğlan ermənilərlə atışmada şəhid oldu…

 

– Kim idi Vüqar?

 

– Zərdabın Qaravəlli kəndindən idi, Vüqar Abdullayev. Laçındakı döyüş əməliyyatlarında mühasirəyə düşüb, sonradan 8 hərbçi yoldaşı ilə birlikdə Başlıbel kəndinə gəlib çıxmışdı… Yazığı öldürəndən sonra da soyundurub, güllələmişdilər… Heç unutmuram, onun bədənini yolun kənarından hissə-hissə yığıb, dəfn elədik… Camaatın sağ qalmasında onun da böyük rolu olub… Allah rəhmət eləsin… Bir də bir əsgər var idi, axıracan bizimlə qaldı…

 

– Şəmkirdən gələn könüllü Müzahim…

 

– Bəli. Kahaya qayıdıb atamgilin meyitini tapanda, anamgilin itkin düşdüyünü görəndə özümü öldürmək istəyirdim… O qoymadı… Müzahim çox mərd oğlan idi. Son günə qədər bizi qorudu. Hətta biz gecələr kəndə nəsə gətirməyə gedəndə də, bizi müşayiət edirdi… Hə, bir dəfə də kəndə enəndə, İstibulaq kəndinin qarşısındakı körpünün yanında bir “KamAZ” maşını gördük. İyulun 13-ü idi. Maşının içərisi və yük yeri insan cəsədi ilə dolu idi. Adamların hamısını elə maşındaca güllələmişdilər. Amma o qədər kəskin qoxu vardı ki, maşına yaxınlaşa bilmədik… Biz, indi bu dəhşətləri görən adamlar idik… O 62 güclü, sağlam adamdan cəmi 29-u gəlib çıxa bilmişdi. Onlar da nə gündə… Hə, bizdən bir nəfər də gəlmədi… Bayaq dedim…

 

– Ələkbərin atası…

 

– Bəli, Ələsgər əmi… Ələsgər Ələsgərov… Yazıq kişinin adı bu günədək itkin siyahısındadır… İndi bu qədər əzab çəkəndən, aclıq, qorxu yaşayandan sonra dörd gün gündüzləri gizlənib, gecələri vahimələnərək yol gəlmişik, elə gündəyik ki, kimin qarşısına çıxsaq, qorxar… Özümüz belə bir-birimizdən qorxuruq ki, ilahi, bu görkəmdə insan olar? Filmlərdə ibtidai insanlar olur e, bax, onlar kimi idik… Az qala vəhşiləşmişdik… Elə bizi görənlərin necə ağlamasından hiss elədik ki, nə haldayıq… İlahi, indi hamımız qoşulmuşuq bir-birimizə… Onlar ağlayır, biz ağlayırıq… Heç nə danışmadıq, elə nə haldaydıqsa, fermadakılar görkəmimizə baxıb, başladılar hönkürməyə… Demə, Daşkəsənə gəlib çıxmışıq… Necə insanlar idi, ilahi! Bizi necə qarşıladılar… Elə bildik ki, öz evimizə gəlmişik… Bizi fermadan endirib, kəndə gətirdilər. Çayın kənarında süfrə açdılar, kənd camaatı axışıb gəldi, hərə evində nəyi var götürüb gəlmişdi. Kimi indicə təndirdən çıxardığı çörəyini, kimi motalı ilə pendirini, kimi ağzını açmadığı isti qazanını…

 

29 nəfər aylar sonra ilk dəfə idi ki, qorxusuz-ürküsüz oturub çörək yeyirdik. Yedirib doyurandan sonra bizi bir maşının üstünə yığıb, Daşkəsənin mərkəzinə gətirdilər. Şəhriyarı həkimə aparıb, yarasını sarıtdılar. Kim idilər bilmirəm, həmişə onlar üçün dua edirəm. Əgər bu yazını oxuyacaqlarsa, hamısına təşəkkür edirəm. İllər keçib, onların bizi necə qarşılamalarını unuda bilmirəm. Bizi rayon mərkəzində bir kluba yığdılar, dedilər çəkiliş gələcək… Gecəni orada qaldıq, yenidən süfrə açıb, yemək verdilər…

 

Sonra dedilər çəkiliş gələsi olmadı. Ondan sonra icra başçısı bizi bir avtobusa yığıb, Gəncəyə göndərdi. Orada mən dedim ki, Bərdəyə gedəcəyəm. Xalamgil orada yaşayırdı, dedim görüm nəsə bir xəbər alıblarmı? Anamgildən nigaran idim axı… Əgər girov düşmüşdülərsə, indiyə xəbərləri gəlib çıxardı… Yox, əgər xəbərləri çıxmayıbsa, demək… demək onları da itirmişəm…

 

(Davamı olacaq…)

 

XII hissədə:

 

– Uşaqları özümə sıxıb dayanmışdım, qayınatamı gözümün qabağında güllələdilər.

 

– Heyvanı otlaqdan gec gətirmişdi deyə, çoban itini üstünə buraxdılar… İt cumub qolunun ətini qopartdı…

+3

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website