Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Oya Ergün: “Xoşbext insan pis iş görmez”

Oya Ergün: “Xoşbəxt insan pis iş görməz”

01/07/2016

20:24

01.07.2016 / 19:21 xeber –

…İnsanın formalaşması, əslində, ailədən gəlir. Mən musiqi ifa edilən, dinlənən bir ailədə dünyaya gəldim. Məncə, bu, böyük bir şansdır. O ailədə peşəkar musiqiçi olmadı, amma gələcəkdə olacaqmış ki, o da mən oldum. Bu işi peşə olaraq seçdim. Atam hüquqşünas idi, amma skripkada gözəl ifa etməyi bacarırdı. Anam orta məktəbdə rəsm müəllimi olub və həmçinin rəsm çəkmək istedadı olan bir xanımdır.

 

…Mən uşaq vaxtından valideynlərimi həmişə işləyən, çalışan xatırlayıram. Həftə sonlarında bizim evimizdə musiqi səslənərdi. Böyük qardaşım mandolina çalardı. Kiçik qardaşım da hüquqşünasdır, o da musiqini gözəl ifa edirdi. Atam skripka, mən blokflüt ifa edirdik, bir üçlük idik ailədə. Tətillərdə əmimə qoşulardıq, o da skripkada və mandolinada yaxşı ifa edə bilirdi. Onun qızı da musiqi istedadı olan xanımdır. O da mandolinada ifa edirdi, həmçinin gözəl səsi var idi. Onun da peşəkar musiqiçi olmağını gözləyirdik. Amma olmadı. O da əmisi kimi hüquqşünaslığı seçdi.

 

… Mən öz təhsilimi Hollandiyada aldım. Uzun illər Hollandiyada qaldım. Həm işlədim, həm də oxudum. Operalarda baş rollar almaq imkanım oldu. Hollandiyada, eyni zamanda Almaniyada, İsveçrədə, Fransada, İtaliyada və bir çox başqa  Avropa ölkələrində çoxlu konsertlər verdim. Son illərdə Amerikada da konsert vermək imkanım oldu.

 

…Uşağın öz həyat yolunu  düzgün seçməsi üçün dünyadakı bütün gözəllikləri ona göstərmək gərəkdir. Uşaq bunu öz qabiliyyətinə və istedadına görə seçəcəkdir. Mən öz övladımı, əsla, məcbur etmədim. Mənə deyirdilər ki, sən müəlliməsən, uşağın 4 yaşı var, amma hələ də nədəsə ifa etmir. Mən də “hər şeyin vaxtı, zamanı var” – dedim, gözlədim. 5 yaş yarım olanda özü pianoya yaxınlaşmağa başladı. Musiqiyə qulaq asmağı çox sevirdi. Onun pianoya həvəsi olduğunu aşkar etdik və özü pianoda ifa etməyə başladı. Hər şeyi uşağa göstərmək və məcbur etməmək lazımdır.

 

…Peşəkarlığın ən böyük sirri işə olan həvəsdir, işə könül verməkdir. Könlünüzü verdiyiniz zaman işdə qarşılaşdığınız çətinliklər sizə çox da çətin gəlmir. Misal üçün, hər hansı bir imtahana hazırlaşırsınız. Onunla yatıb, onunla durmaq, hər şeydən təcrid olmaq lazımdır. Amma bunu o qədər sevərək edərsiniz ki, sizə çətin gəlməz. Əgər o işin içində bir eşq varsa, peşəkarlığın əsas sirri o eşqdir.

 

… 4 il yarımdır Azərbaycandayam. Məncə, bu, mənim üçün böyük bir fürsətdir və taledir. Bu özü-özlüyündə oldu. Azərbaycan musiqisinə böyük məhəbbətim olmasına baxmayaraq, heç bir zaman Azərbaycanda yaşayacağımı düşünməmişdim. “Bir gün, turist olaraq, ziyarət edərəyəm”- deyə düşünürdüm. Həyat yoldaşıma bir gün Azərbaycanda çalışmaqla bağlı bir təklif gəldi. Mən bu illəri taleyimə verilmiş bir hədiyyə hesab edirəm. Çünki bu illərdə çox gözəl musiqiçilərlə tanış oldum.

 

…Azərbaycan musiqisinin gözəlliyi buranın adamlarının könlünün gözəlliyi ilə bağlıdır. Çünki insan könlünü musiqi ilə ortaya qoyar. Musiqi duyğuların dilidir. Bu insanlar ağrı-acılarla, gözəlliklərlə yoğrulublar. Bu coğrafiyanın genetikasına musiqi bacarığı oturub. Bu istedad 100 illərlə yaranıb. Azərbaycan musiqisinin möhtəşəm olduğunu bilirdim, ancaq buraya gəldikdən sonra düşündüyümdən də daha gözəl olduğunun şahidi oldum. Kaş ki, Avropada olduğum müddətdə Üzeyir Hacıbəyovu, Tofiq Quliyevi, Qara Qarayevi daha yaxşı tanımış olaydım. İstərdim ki, bu bəstəkarların mahnıları dünyada davamlı səslənsin və onları hər kəs eşitsin. Çünki bu əsərlər insanın ruhuna birbaşa təsir etmək qüdrətinə malikdir. Mən Avropada məzun olanda Azərbaycan mahnısını seçdim. “Yalqızam” mahnısı ilə məzun oldum. Hər kəsə dərin təsir etdi. Heç kim Azərbaycan dilini bilmirdi, amma musiqi onların qəlbinə birbaşa yol tapdı.

 

… Mən öz üzərimdə böyük məsuliyyət hiss edirəm. Sənətçi dediyiniz insan xalqın bir nümayəndəsidir. Uşaqlar təbii sənətçilərdir. Çünki toplumun təsirinə məruz qalmayıblar. Uşaqlarda sənət davranışlarını və orijinal sözləri daha çox müşahidə edirik. Çünki onlar hər şeyi içdən necə gəlirsə, o cür də ifadə edirlər. Mehribandırlar. Sənətçi də bu cür olmağın gərəkliliyini nümayiş etdirən bir insandır. Sənətçi hər şeyi olduğu kimi, bütün yanlışlıq və haqsızlıqlar daxil olmaqla, ifadə etmək istəyir. Amma toplum qarşısında olduğu üçün onu başqa üslubda ifadə edir.

 

…Sənətçi xoş görünüşlü olmalıdır ki, nə düşündüyünü anlada bilsin. Ona etibar edilsin, inanılsın. Mən, bəlkə, psixoloji təhsilimlə bağlı, bəlkə də, əxlaq mövzularına çox həssas bir ailədən gəldiyim üçün dediklərimə çox diqqət etməyə çalışıram. Musiqidə duyğularımı açsam da, sosial həyatda nümunə olmağın vacibliyini dərk edirəm. Çünki bir çox gənclər sənətçiləri özlərinə, nümunə olaraq, görürlər. Bu səbəbdən çox diqqətli olmaq lazımdır. Mənim məramım gələcək insanlara daha gözəl musiqiləri çatdırmaqdır.

 

…Dünyada daha gözəl musiqilərin qalması üçün qədim və yeni mahnılara diqqətlə yanaşmaq lazımdır. Bəlkə də, hüquqşünas  ailəsindən olduğum üçün belə düşünürəm. Mənim atam hüquqşünas idi və ədalətə böyük hörməti olan insan idi. Hər kəsin eyni hüquqa malik olmasına xüsusi həssaslıqla yanaşırdı. Öz peşəsini də çox dürüst şəkildə yerinə yetirirdi. Bütün bu keyfiyyətlər mənim, yəqin ki, tərbiyə aldığım ailədən qaynaqlanır.

 

…8 yaşında olarkən bir uşaq mənə: “Evləndikdən sonra sənin soyadın dəyişəcək” –  dedi və mən hıçqıra-hıçqıra ağladım. “Niyə qadınlarla belə davranırlar?” – deyə, qadın haqlarına qarşı xüsusi marağım oldu. Dünyada qadınların, sadəcə, qadın olduqları üçün əzab çəkdiklərini görmək mənə çox hüznlü gəldi. 12-13 yaşlarında özündən çox yaşlı insanlarla zorla evləndiriliblər, bir fəhlə arvadı olaraq, bələd olmadıqları bir ölkəyə gəliblər və çox çətin həyat yaşayıblar, çox ciddi, ağır çətinliklər çəkiblər. 15-16 yaşında ana olublar. Onlar Hollandiya vətəndaşları olublar, ancaq Hollandiyada aclıqdan uşaqlarını öldürüblər. Düşünürdüm ki, dünyanın ən mədəni ölkəsində aclıqdan uşağı ölən qadın var. Çünki əri hər səhər qapını kilidləyir, axşama qədər gəlmir, axşam haradasa içib qalır. Bu, ölkənin də günahıdır, çünki onları şəhər kənarına atıblar və məcburi təhsil verməyiblər. Təhsil zəruridir. Yəni, əgər siz təhsili məcburi etməsəniz, bu bir cinayətdir.

 

…Hollandiyadakı immiqrant qadınlarla görüşəndə bu insanlar üçün nə isə bir şey etməli olduğumu düşündüm. Mən özüm tələbə idim. Həm çox çətin idi mənim üçün, həm də çox da çətin deyildi, çünki orada çevrəmdə çox gözəl insanlar vardı. Mənim müəllimim Margaret Honig dünyaca məşhur bir xanımdır və onunla çalışmaq, ildə iki dəfə dərs almaq üçün dünyanın bir çox yerlərindən insanlar gəlirdi. Ancaq buna baxmayaraq, həmin məşhur müəllim  cəmiyyətə inteqrasiyaya ehtiyacı olan xarici xanımlara pulsuz dərs keçirdi. “Posture and movement” “Duruş və hərəkət” dərsinin müəllimi İrti Ayahengelhel  də immiqrant xanımlara pulsuz duruş dərsi keçirdi. Və tez-tez bir araya gəlib bu xanımlar üçün nə isə etməyə çalışırdıq. Bu xanımları həyatlarında ilk dəfə konsertə apardıq. Bu insanlar, evlərini, mənzil nömrələrini, telefon nömrələrini, oxumağı-yazmağı bilməyən insanlar idi. Əgər onları Amsterdamın ən işlək küçəsinə buraxsanız, evlərinə necə gedəcəklərini bilmirdilər. Yaşları 50-yə çatmış bu qadınlar heç nə bilmirdilər. Uşaqları böyümüş, nəvələri olmuş, uşaqları məktəbə gedə bilməmişdilər. Onlarla çox ağır və uzunmüddətli işlər gördük. Çox gözəl nəticələr aldıq, çox acıqlı şeylərlə, etirazlarla qarşılaşdıq. Amma belə bir həqiqətlə üz-üzəyik, insanlar arasında uçurumlar var. Mədəni bir ölkənin vətəndaşı, mədəni bir ölkədə həyatını keçirmiş, amma mədəniyyətdən heç bir pay almamış… Təbii ki, burada həm doğulduqları, həm də gəldikləri  dövlətlərin ciddi məsuliyyəti var.

 

 …İmmiqrant qadınların hüquqlarını müdafiə edərkən çox təzyiqlərlə üzləşdim. Məsələn, birlikdə işlədiyim bu xanımlardan bəzilərinin ərlərinin təhdidləri ilə qarşı-qarşıya qaldım. “Sən mənim yoldaşıma nə edirsən, necə bunu edə bilərsən, nə konsertdir elə, haradan çıxdı bütün bunlar?!” – deyə bizi təhdid edən insanlarla da üzləşdim. Bəzi insanların çox mənfi reaksiyaları ilə qarşılaşdım. Məsələn, bir xanıma “güzgüdə baxıb özünüzü sevirsinizmi”, “heç özünüzə qarşı bir sevgi hiss edirsinizmi” – dediyimdə, – “Sən nədən danışırsan?” – deyə düşünənlərlə üz-üzə gəldim.

 

…Mən də naşı idim, bəzi məsələlərə necə yanaşılmalı olduğumu mən də bilmirdim. Amma özüm də çox şeylər öyrəndim. Anladım ki, mən və o xanımlar, tamamilə, eyniyik. Sadəcə, o, haqlardan məhrum qalaraq böyümüş, mən isə haqlara sahib olaraq, böyümüşəm. Aramızda heç bir fərq yoxdur. Çünki onlar oxumaq-yazmaq öyrənib, sonra öz həyatlarının şeirini yazarkən, ortaya həddindən artıq sadə, möhtəşəm şeirlər çıxdı. Yəni o xanımlara bir şans verilsəydi, bəlkə, hər şey başqa cür ola bilərdi… Onlardan biri xalq mahnılarını o qədər yanıqlı, o qədər gözəl oxuyurdu ki, vaxtında təhsil ala bilmiş olsa idi, bu insanlarda heyrətamiz, hər kəsin çox sevəcəyi, təqdir edəcəyi bir çox keyfiyyətlər üzə çıxa bilərdi. Ancaq bu insanlar cəmiyyətdən kənarlaşdırılaraq böyümək məcburiyyətində qalmışdılar.

 

…Mən haqlarını müdafiə etdiyim qadınlardan həyat dərsi aldım və onlar mənə çox şey öyrətdilər. Öyrəndim ki, indi siz deyə bilərsiniz ki, sən niyə ərinə üsyan etmədin, niyə öz haqqını müdafiə etmədin, niyə özünü qurban etdin? İlk baxdığımda, özümdə bunu deməyə ehtiyac hiss edirdim. Bu, çox mənasız, səhv bir mövqedir. Çünki elə bir haqq yoxdur. 12 yaşında məni birisi alıb böyüdəcək olsa, 12 yaşında 50 yaşında bir insanın arvadı olsam, uşaq dünyaya gətirməyə məcbur olsam, necə olardım?… Bunu mən mühakimə edə bilmərəm, başa düşürsünüz, bunu yaşamadan bilə bilməzsiniz. Ona görə də, yaşamadan insanları mühakimə etməməyi həyatın özü mənə öyrətdi. Sonralar elə insanlarla işləmək məcburiyyətində qaldıq ki. Məsələn, pozğun qadınla. Amma “Bu işə necə başladınız?” – deyə soruşanda mənə elə bir cavab verdi ki, tüklərim ürpəşdi. “Əvvəlcə – dedi -, məni qardaşım dostlarına satdı”. Belə bir şeyə siz necə yanaşa bilərsiniz? “Ola bilməz, sən tərbiyəsizsən” – deyə bilərsinizmi? O zaman o uşaq olub. Uşağı belə bir şeydə günahlandıra bilərsinizmi? Həyat mənə öyrətdi ki, insanları mühakimə etmədən öncə min kərə düşün, min kərə özünü onların yerinə qoy. Bu, mənim ən çox, ən dərindən öyrəndiyim bir şeydir.

 

…İnsanın özünə ciddi yatırım etməsi lazımdır. Bunu da insana ailəsinin öyrətməsi vacibdir. Hər şey, həqiqətən də, ailədən başlayır. Mən elə düşünürəm. Ailə cəmiyyətin çox önəmli fundamentidir, ən kiçik, ən önəmli fundamenti. Ailə özünüzə yatırım qoymağın yollarını sizə açmalıdır. Nə deməkdir özünə yatırım qoymaq? Mənim nəyə istedadım var? Mən necə xoşbəxt və düz bir insan ola bilərəm, sadə ola bilərəm? Dünyada nə məni xoşbəxt edər, nə kədərləndirər? İnsan təbiətini öyrədə biləcək bir təhsil sistemi olsa, o zaman hər şey çox gözəl olar. Təhsil, məncə, dünyanın ən önəmli mövzularından biridir, çünki həkim də oradan gəlir, yəni sağlamlığımız oradandır, ədalət də orada yetişir. Odur ki, bütün sistemlərin təməlində təhsil olmalıdır. Pedaqoqları yaxşı yetişdirmək lazımdır. Mən buna inanıram.

 

…İnsanları ən çox birləşdirən dəyərlər insanın elə özündə olan sevgi, sənət, birgəlikdir. Sevgi və sənət, sevgi və musiqi də deyə bilərik. Mən musiqidən bəhs edirəm, amma bir rəssam rəsmdən bəhs edə bilər. Sevgi və musiqi çox ciddi  beynəlxalq birləşdiricidir. Biz hamımız eyni dildə gülər, eyni dildə ağlayarıq. Bu çox bəsit, sadə bir cümlədir, amma çox vacib bir cümlədir. İnsan duyğularının dili sənətdən keçir. Bir rəssam ola bilərsiniz, Qarabağda, məsələn, insanlar nələr çəkdi, bir rəsmlə, sadəcə, bir əsərlə hər şeyi ifadə edə bilərsiniz. Bir mahnı oxuyarsınız, insanın bütün hər şeyini təsvir edə bilərsiniz. Bu, çox birləşdiricidir. Ayıran şeylər isə, özünü digərindən fərqli və üstün hiss etməkdir. Bu, bir insandan başlayar, dövlətlərə qədər gedər. Yəni mən daha üstünəm, o daha aşağıdır, o ailə daha aşağıdır, mən yüksəyəm… Bu, çox böyük ayrı-seçkilikdir. Çünki, dediyim kimi, insanları mühakimə edərək bir-birimizə yanaşanda, daim tənqid edərək yanaşmaq istəyəndə, özümüzlə müqayisə ehtiyacı duyarıq. Müqayisə etmək çox təhlükəli bir şeydir. Çünki hər kəsin öz gözəllikləri, öz səhvləri var. Və biz ancaq daha yaxşıya getsək, xoşbəxt və olarıq. Cəmiyyət və bəşəriyyət də xoşbəxt olar. Xoşbəxt insan pis şey etməz. Xoşbəxt insan pis ərzağı başqasına satmaz, pis ticarət etməz, pis mühakimə etməz. İnsan özünü gözəlləşdirməlidir ki, bu ayrı-seçkiliklər, bu səhvlər, bu müharibələr qurtarsın.

… Sağlamlığımı və səhnə görünüşümü necə qoruduğumu soruşursunuz… Mən, uzun illərdir, yoqa ilə məşğulam. Uzun illər boyu çalışıb özümü sevməyə nail olmuş insanam. Özünü sevməklə nasizm bir-biri ilə qarışdırılmamalıdır. Hər kəs özünü yavaş-yavaş, yenidən anasının-atasının sevdiyi kimi sevməyi öyrənməlidir. Ana-atalarımız hər zaman səhv edə bilərlər, mən də anayam, mənim də səhvlərim olur, ancaq insan öz içində axtardığı ananı öz içində yaratmalıdır. O zaman daha yaxşı qidalanmağa başlayır, yediklərini daha yaxşı seçər, o zaman bədəninə daha yaxşı baxmağa başlayar, idmanla məşğul ola bilər, musiqiyə qulaq asa bilər, gün ərzində sizə nə yaxşı təsir edirsə, seçərək bir-bir yaşamağa başlaya bilərsiniz. “Çox məşğulam, bunları etməyə vaxtım yoxdur” – deyən insan da bunu edə bilər. Məsələn, siz işinizdə hər gün stolun arxasında oturursunuz, işləyirsiniz, kompüterə baxırsınız, 5 dəqiqə boyun hərəkətləri etməyiniz, 6 dəqiqə ayaqlarınızı oynatmağınız sizə yaxşı təsir edən bir şeydir. Bunları bir-bir tapıb bütün insanların etməli olduğunu düşünürəm.

 

…Mənim bir şansım var ki, işimdə bədənim mənim alətimdir. Ona çox yaxşı baxmalıyam. Yaxşı yatmalı, yaxşı qidalanmalıyam, müəyyən bir saatdan sonra yemək yeməməliyəm, konsertdən əvvəl müəyyən qidalardan istifadə etməməliyəm. Məsələn, konsertdən əvvəl şirniyyat çox mane olur, çünki bədəniniz onsuz da orada adrenalin ifraz edir. Əgər konsertdən əvvəl bol şirniyyat yesəniz, bu sizə heç yaxşı təsir etməz. Məsələn, banan ürək döyüntülərinizi yavaşıdar, sizə yaxşı təsir edər. Kartof yaxşı təsir edə bilər. Sakitləşdirici içkilərdən, məsələn, çobanyastığı çayından istifadə edə bilərsiniz. Bütün dünya artıq hansı qidaların səhv, hansı qidaların düzgün və yaxşı olmağından danışır. Mən də yaxşılara doğru getməyə çalışıram.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles