04 İyul 17:23
xeber – Bununla bağlı ölkənin baş naziri sərəncam imzalayıb.
İraqın baş naziri Heydər al-Abadi ölkədə məhkum olmuş bütün terrorçuların dərhal edam olunması barədə əmr verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin başçısının müvafiq sərəncamı Ədliyyə Nazirliyinə göndərilib.
İraqın paytaxtı Bağdadın mərkəzində ötən gün ard-arda iki partlayış törədilib. Nəticədə 160-dan çox insan ölüb, 200-dən çox insan isə yaralanıb.
Məlumata görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb.
Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.
Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının yaraqlıları öz üzərlərinə götürüblər.
Baş verən faciə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub.
mənbə :
anspress
Şərh yaz.