05 İyul 16:28
xeber – Dortmund klubu pleymeyker axtarışına başlayıb.
Türkiyə yığmasının və “Barselona” klubunun ulduz futbolçusu Arda Turan Almaniya çempionatına keçə bilər. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, türk futbolçu ilə “Borussiya” Dortmund klubu maraqlanır. Almanlar Arda Turanı “Mançester Yunayted”ə transfer etdiyi erməni futbolçu Henrik Mxitaryanı əvəz etmək üçün komandaya qatmaq istəyir.
Mxitaryanın transferindən sonra Dortmund klubu pleymeyker funksiyasını yerinə yetirən futbolçuların axtarışına başlayıb. “Borussiya” Arda Turanı bu ampulada sınamaq istəyir. “Maliyyə fair play”i səbəbindən çətin duruma düşən və Arda ilə eyni mövqedə çıxış edən Denis Suarezi geri qaytaran “Barcelona”nın türk yarımmüdafiəçini əlverişli qiymətə satmağa hazır olduğu deyilir.
Dortmund klubunun baş məşqçisi Tomas Tuxel “Volfsburq”dan Andre Şurrleni nəzərdə saxlasa da, bu transferin baş tutma ehtimalı yoxdur. Ardanı razı salmaq üçün “Borussia”nın Emre Mor və Nuri Şahinin vasitəçiliyindən istifadə etməsi də gözlənilir.
Henrik Mxitaryan – futbolçu Bundesliqa təmsilçisinin 2011-ci ildən bəri Arda ilə maraqlandığı məlumdur. 5 il öncə türkiyəli yarımmüdafiəçi “Atletico”nu seçmişdi.
2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Barcelona” rənglərinə bağlanan Arda 25 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə fərqlənmişdi.
mənbə :
anspress
Şərh yaz.