06 İyul 15:07
xeber – Kiarostami xərçəngə qarşı müalicə kursu keçdiyi Parisdə vəfat edib.
Tehranda kinorejissor Abbas Kiarostamininin anım mərasimi keçirilib. Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, 76 yaşında dünyasını dəyişmiş dünya şöhrətli iranlı kinorejissora gecə keçirilən anım mərasimində yüzlərlə insan iştirak edib.
Rejissorlar, aktoyarlar, yerli incəsənət təmsilçiləri və onun çəkdiyi filmləri sevən insanlar Tehran Kino Muzeyi qarşısına toplaşıb, onun portretləri qarşısında şam yandırıblar.
Kiarostami xərçəngə qarşı müalicə kursu keçdiyi Parisdə vəfat edib. Onun meyidinin gələn həftə İrana göndəriləcəyi bildirilir.
Ölkə prezidenti Həsən Ruhani sənətkarın İran kinosuna verdiyi töhvələrindən söz açaraq, onun filmlərindəki sülh və dostluğa çağırışının ömürlük nailiyyət olduğunu vurğulayıb. Xarici işlər naziri Məhəmməd Cavad Zərif Kiarostaminin ölümü ilə dünya kinomatoqrafiyasının böyük itki vermiş olduğunu qeyd edib və onu ustad sənətkar adlandırıb.
Həmçinin iranlı aktyorlar və digər şoubiznes nümayəndələri, o cümlədən həmkarı – 2012-ci ildə “Boşanma” filminə görə Oskar almış ilk iranlı rejissor Əsgər Fərhadi də mərhumun ailəsinə başsağlığı verib.
Abbas Kiarostami indiyə qədər 40-dan çox film çəkib və nüfuzlu kinomükafatlar qazanıb. Onun 1997-ci ildə ekranlaşdırdığı “Albalının dadı” filmi Kann film festivalının “Qızıl Palma” mükafatına layiq görülüb.
Kinorejissor Abbas Kiarostamininin anım mərasimi
mənbə :
anspress
Şərh yaz.