10 İyul 19:06
xeber – Aksiyada 2 minə yaxın insan iştirak edib.
Almaniyanın paytaxtı Berlində qeydə alınan toqquşmalarda 120-dən çox hüquq-mühafizə orqanları əməkdaşı zərər çəkib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, polis əməkdaşları Fridrixshayn və Kroyzberq rayonlarının sərhədində baş verən hadisəni paytaxta son 5 ildə qeydə alınana ən aqressiv nümayiş kimi qiymətləndirib.
In Steglitz brannten heute Nacht mehrere Autos. @polizeiberlin geht hier nicht von politischen Hintergründen aus. pic.twitter.com/8AAiHkO87M— rbb Abendschau (@rbbabendschau) 10 июля 2016 г.
Ötən gün Fridrixshayn rayonunda 2 minə yaxın solçu fəal mənimsənən boş binaların boşaldılmasına dair etiraz aksiyası keçiriblər.
Əvvəlcə nümayiş dinc şəkildə keçirilib, lakin sonrada aksiya iştirakçıları polislərə daş və şüşə atmağa başlayıblar. “Berliner Morgenpost” qəzetinin məlumatına görə, bir çox binaların pəncərələri sındırılıb, polis avtomobillərinə xələl yetirilib.
“Əməliyyat zamanı 1,8 min əməkdaşdandan 163 nəfəri xəsarət alıb” – deyə polisdən bildirilib. Toqquşma zamanı polis 86 nəfəri saxlayıb, onlardan bir çoxu sonradan azad olunub.
Rigaerstrasse 94 illegal eviction protest pic.twitter.com/Z9W3PAacak— fifthlookintern (@THIRDLOOKintern) 9 июля 2016 г.
mənbə :
anspress
Şərh yaz.