11 İyul 10:51
xeber – Türkiyə prezidenti Almaniya kansleri ilə görüşü zamanı atmacalı sözlərdən istifadə edib.
NATO sammiti çərcivəsində görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında görüş zamanı yaşanan dialoq medianın diqqətindən yayınmayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in Almaniya mətbuatına istinadla verdiyi məlumata görə, Bundestaqda “erməni soyqırımı” ilə bağlı Türkiyənin əleyhinə çıxan qərardan sonra ilk rəsmi görüş çox soyuq abu-havada keçib.
Görüş başlayan zaman Ərdoğan Merkelə “əllərinizə sağlıq” deyib.
Daha sonra dialoq belə davam dedib:
Ərdoğan: Çöldə idiniz?
Merkel: Niyə?
Ərdoğan: Əlləriniz soyuqdur
Merkel: Günahkar qızıdırıcıdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında görüşİyulun 9-da NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.
Bu, tərəflərin saxta “erməni soyqırımı” layihəsinin Almaniya parlamentində tanınması, eləcə də alman deputatlarınİncirlik hərbi bazasına buraxılmaması nəticəsində yaşanan gərginlikdən sonra baş tutan ilk görüşü olub.
Türkiyə prezidenti Ərdoğan və Almaniya kansleri bir müddət söhbət ediblər, şəkil çəkdiriblər.
Görüşdə iki ölkə əlaqələri ilə yanaşı miqrant axını, terrorla mübarizə kimi mövzular müzakirə olunub. Mətbuata qapalı olan görüş bir saat davam edib.
mənbə :
anspress
Şərh yaz.