12 İyul 22:56
xeber – Ağdamlılar oyunu tam ələ keçiriblər.
“Qarabağ” azarkeşləri Lüksemburq “Düdelanj”ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə aprel döyüşlərində dünyasını dəyişən şəhidləri anıblar.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, fanatlar bu gün 44 yaşı tamam olan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər.
Azarkeşlər “Şəhidlər ölməz, vətən bölünməz” şüarları da səsləndiriblər. “Qarabağ” klubun rəsmi Feysbuk səhifəsində də Raquf Orucovun doğum günündə yad edib. Matçın 1-ci hissəsində artıq iki qol vurulub. Qolların müəllifi ağdamlıların təcrübəli futbolçusu Almeyda vurub.
“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) – 2:0 (Birinci hissə)
Qol: Riçard Almeyda, 10 (1:0), 28 (2:0)
Baş hakim: Orel Qrinfild
mənbə :
anspress
Şərh yaz.