18 İyul 05:35
xeber – Polis idarəsinə hücum etmiş şəxslər saxlanıldı.
Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb. Azadlıq.az xəbər verir ki, anspress-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, hazırda onlardan 50-si azad buraxılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.
İyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayıb.
mənbə :
anspress
Şərh yaz.