Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Azerbaycanda oyun satanlardan biri indi yığmada işleyir” – QALMAQAL

“Azərbaycanda oyun satanlardan biri indi yığmada işləyir” - QALMAQAL

18/07/2016

11:40

18.07.2016 / 10:38 xeber –

Bakının “İnter" klubunun keçmiş icraçı direktoru Alı Alıyevin  “Het-trik news” qəzetinə qalmaqallı müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.

 

– Alı müəllim, xeyli vaxtdı sizdən xəbər yoxdu, nə işlə məşğulsunuz?

– Heç bir işlə məşğul deyiləm. Sərbəst adamam, günümü keçirirəm. Futboldan da tamam uzaqlaşmışam. Uzaqlaşmışam deyəndə, uzaqlaşdırdılar.

 

– İşsiz adam indiki zamanda necə dolanır?

– Şükür Allaha, başımızı birtəhər saxlayırıq.

 

– “İnter"dən 2007-ci ildə ayrıldınız…

– Daha dəqiq 2007-ci ilin iyununda. Özü də 2009-cu ilə kimi müqaviləm olduğu halda. Dedilər ki, getməlisən.

 

– Kim dedi?

– Sonuncu dəfə Georgi Nikolovla görüşdüm. Mənə “İnter"də qalıb işləməyimin mümkünsüzlüyünü söylədi. Səbəbini öyrənməyə çalışsam da, faydası olmadı. Həmin söhbətdən sonra 1 aylıq maaş verdilər, vəssalam. İşdən çıxarılmaq barədə əmrimdə “öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşdırılıb" yazılmışdı. Əslində, heç bir ərizə-filan yazmamışdım. Ərizəni özləri mənim adımdan hazırlamışdılar.

 

– Bəs, haqqınızı niyə tələb etmədiniz?

– Edə bilərdim. Bu halda, yenidən işimə bərpa olunmağım mümkün idi. Və yaxud müqavilə müddəti başa çatana kimi maaşımı ala bilərdim. Müəyyən səbəblərə görə eləmədim.

 

– Sirr deyilsə, nə qədər maaş alırdınız? İtirdiyiniz pulun qədərini bilmək istəyirəm.

– Futbolda heç vaxt maaşın məbləğini deməzlər. Qoy, sirr olaraq qalsın.

 

– 1994-cü ildən futboldasınız. “Xəzər Universiteti"ni yaradanlardan birisiniz. Necə oldu ki, universitet müəllimi birdən-birə böyük futbola qoşuldu?

– Həmin vaxt əsas iş yerim olan Bakı Dövlət Universiteti ilə yanaşı, Asiya və Biznes universitetlərində də dərs deyirdim. Xəzər Universiteti yaradılanda rektor Hamlet İsaxanlı məni yanına çağırdı, kafedra müdiri vəzifəsini təklif etdi. Lakin razılaşmadım. Hamlet müəllimə bildirdim ki, kafedradansa, universitetin nəzdində idman klubunun yaradılması daha yaxşıdı. İdman klubunun strukturunu açıqladım. Fikrim xoşuna gəldi və universitetdə idman klubu açdıq. 1995-ci ildə kimin hansı idman növü ilə məşğul olmaq istədiyi barədə elan verdik. Müraciət edən tələbələrin əksəriyyəti futbol, basketbol və voleybola üstünlük verdiklərindən bu növlər üzrə komandalar yaratdıq. Ora öz tələbələrimizlə yanaşı kənardan da gəncləri dəvət etdik. Hamlet müəllim futbola xüsusi maraq göstərirdi. Qərara gəldik ki, futbola daha ciddi şəkildə fikir verək. Zabrat qəsəbə stadionu baxımsız vəziyyətdə idi. Orada qoyun otarırdılar. Stadionun tabe olduğu qurumun rəhbərliyi ilə razılaşdıqdan sonra oranı təmir etdirdik, baza inşa etdik. Komanda Zabrat qəsəbə stadionunda məşq etməyə başladı. Heyətə kənardan gənc və perspektivli futbolçuları, o cümlədən  Aqşin Ömərov, Elmar Baxşiyev, Elnur Çodarov, Sənan Qurbanovu dəvət etməklə komandanı gücləndirdik. Komandada müxtəlif vaxtlarda işləyən məşqçilər də təcrübəli idilər – Asif Namazov, İsmayıl Məmmədov, Böyükağa Ağayev, Samir Ələkbərov… O vaxt 1-ci dəstə olmadığından “Xəzər Universiteti" Bakı birinciliyi və həvəskarlar liqasında çıxış edirdi. Komanda həvəskarlar liqasında 2-ci yeri tutduqdan sonra 1999/2000-ci illər mövsümündə Premyer Liqaya buraxıldı. İlk mövsüm nəticəmiz zəif oldu – 12 komanda arasında 11-ci yer. Amma növbəti illərdə daha yaxşı çıxış etməyə başladıq. Hətta 2003/04-cü illər mövsümündə 4-cü yeri tutmaqla İntertoto Kubokuna da vəsiqə qazandıq.

 

– 2002-ci il aprelin 4-ü yadınızdadır?

– O vaxt nə olmuşdu?

 

– Çempionat dayanmışdı…

– Hə, yadıma düşdü. “Şəfa" ilə oynayırdıq. Oyunun baş hakimi Xaqani Məmmədov idi. Bərabər səviyyədə oyun gedirdi. Son dəqiqələrdə Xaqani olmayan penaltini verdi. Tərlan Əhmədov penaltini vurmağa gedəndə dedim ki, topu kənara vursun. Amma dediyimi etmədi. Onu qınamıram, peşəkar futbolçu öhdəsinə düşən işi görməlidir. Həmin oyunda “Şəfa" qalib gəlməliydi, gəldi də. Fuad Musayev imkan verməzdi ki, “Xəzər Universiteti" onun komandasından xal götürsün.

 

– Nəyə görə?

– Fuad Musayevin “Xəzər Universiteti"ni görməyə gözü yox idi. Hələ həvəskarlar liqasında bu iki komanda bir yerdə çıxış edəndə dava düşmüşdü. O vaxtdan “Xəzər Universiteti"ni xoşlamırdı. Arada başqa söhbətlər də olmuşdu.

 

– Necə oldu ki, “Xəzər Universiteti" “İnter" oldu?

– 2003/2004-cü illər mövsümündə Böyükağa Ağayevi  komandaya baş məşqçi gətirdik  və 4-cü yeri tutduq. Çempionat başa çatan kimi Beynəlxalq Bank komandanı himayəsinə götürdü. İntertoto Kubokunda “Xəzər Universiteti" adı altında oynadıqdan sonra komandanın adı dəyişdirildi və “İnter" qoyuldu. “Xəzər Universiteti"nin bütün işçiləri “İnter"ə keçdi. Mən əvvəlki vəzifəmdə – icraçı direktor kimi qaldım. Amma bütün işlər demək olar ki, mənim çiynimdə idi.

 

– Hər halda, xeyli dəyişikliklər oldu. Məsələn, əcnəbilərin sayı çoxaldı.

– Heç vaxt əcnəbi məşqçilərin komandalarımızı çalışdırmasının tərəfdarı olmamışam. Anatoli Konkov komandaya viste-prezident gətirilmişdi. Həm də komandaya məşq keçirdi. Düzdür, gəlmələrin sayı çoxaldı. Amma bu mənim səlahiyyətim daxilində deyildi. Nə edə bilərdim ki?

 

– Konkov necə insan idi?

– Münasibətimiz pis deyildi. Çox içirdi. Həmişə də sərxoş olanda mənə “sən əla insansan" deyirdi. Amma ayıq vaxtı məndən çəkinirdi.

 

– Nəyə görə?

– Əməlində düz olmayan adamın məndən çəkinməsi normal hal idi.

 

– Belə aydın olur ki, Konkovun əyri əməlləri çox idi.

– Bu haqda çox danışmaq istəmirəm. Olan olub, keçən keçib. Bir faktı qeyd edim, komandanın təlim-məşq toplanışlarında mənim onlarla bir yerdə olmağıma əngəl törədirdi. Bilirdi ki, gözümdən heç nə yayınmayacaq, rahat “işləyə" bilməyəcək. Komandaya futbolçuları dostu olan menecer gətirirdi. Menecerlə Konkovun nə iş gördüklərindən xəbərdar idim.

 

– Bildiyim qədər, Konkovun “İnter"dən gedişi bu “işlər"lə bağlı olub.

– Əslində isə sağlamlığını əsas gətirdi. İstəyirdi ki, komandaya gələn baş məşqçi onun adamı olsun. Məsələn, Oleq Taranı komandaya gətirmək fikrindəydi. Hətta Taran Bakıya da gəlmişdi. Amma Konkovla söhbəti alınmadı. 2006-cı ildə Rusiyadan Oleq Smolyaninovu yerinə gətirdi və Ukraynaya müalicəyə getdi. Smolyaninov düz-əməlli məşq keçə bilmirdi. Futbolçulardan bir neçəsi rəhbərliyə bu haqda məlumat verdikdən sonra Smolyaninov komandadan göndərildi və yerinə Valentin Xodukin təyin edildi. Xodukin də Konkovun adamı idi. 1 ildən çox idi ki, bir yerdə işləyirdilər, Konkovun köməkçisi idi.

 

– Xodukinlə də yola getmirdiniz?

– Xodukin milliyətcə yəhudidi, hamıdan istifadə edib öz işini görürdü. Məşqçi kimi nəzəriyyəni çox yaxşı bilirdi. Praktikada da gördüyü iş göz önündə idi. Mən “İnter"i tərk edəndən sonra komanda onun rəhbərliyi altında çempion oldu. Onunla münasibətimiz çox yaxşı olub. İnsan kimi yaxşı birisidir. Azından özünə və qarşısındakı insana dəyər verməyi bacarır. Azərbaycanı tərk edəndə mənə zəng elədi ki, səninlə xudahafizləşməmiş buranı tərk etmək istəmirəm. “İnter"dən ayrılandan sonra onunla həmişə əlaqə saxlayıb, hal-əhval tutmuşam.

 

– Bəs, Georgi Nikolovla? Onunla da bir müddət iş yoldaşı olmusunuz.

– Bir fakt deyəcəm, hər şey aydın olacaq. Nikolov gələndən sonra komandaya bilirsiniz nə qədər bolqar futbolçu baxışa çağırılmışdı? Xodukin heç birini götürmək istəmirdi. Nikolovun futboldan bildiyi bir şey yoxdu. Bolqarıstanda orta məktəbdə hərbi müəllim olub. Mən “İnter”dən çıxandan sonra Nikolov stadionun qazonunu dəyişdirdi. Nə olmuşdu qazona? Mənim vaxtımda ot örtüyünə şəxsən nəzarət edirdim. Onu Bakıya Dünyamin Xəlilov gətirmişdi. Biz "Simurq"u yaratdıqdan sonra Dünyamin müəllim ora getdi və yerinə Nikolovu məsləhət gördü. Ümumi götürəndə, münasibətlərimiz normal olub.

 

– “Simurq”u sizin yaratdığınızı dediniz.

– “Simurq" “İnter"in 2-ci komandası kimi yaradılmışdı. “İnter"ə kömək etməli və rəqiblərdən xal almalı idi. Roman Pokora “Simurq"a Xodukinin təklifi ilə gətirilmişdi. Amma sonradan vəziyyət dəyişdi. “Simurq"dan xal almaq müşkülə çevrildi. Çünki “İnter"dən güclü olduqlarını sübut etmək istəyirdilər.

 

– “İnter"də işlədiyniz dövrdə sizi xoşlamayanlar çox idi.

– Çünki heç kimdən qorxmurdum, sözü üzə deyirdim. Bilirsiniz, o vaxt AFFA “İnter"ə qarşı çox haqsızlıqlar edirdi. Mən də buna dözmürdüm. AFFA-nın iclaslarında çoxları haqlarını tələb etmədiyi vaxtlarda mən ağzıma su alıb dayanmırdım, haqqımızı tələb edirdim.

 

– Bəlkə bu münasibət sizin komandaya futbolçu gətirmək istəyinizdən irəli gəlirdi?

– Heç vaxt komandaya futbolçu dəvət etməmişəm və eləmək ixtiyarım olmayıb. Komandaya futbolçuları hər məşqçinin özünün yaxın menecerləri olub, onlar gətiriblər.

 

 

– O vaxtlar oyun alğı-satqısı çox idi?

– Həddindən artıq.

 

– Siz oyun almısız?

– Həmişə. Heç kim deyə bilməz ki, Alı oyun satıb. Amma nə qədər imkan olub, oyun almışam. Kimdən almışam, neçəyə almışam, bunu deməyəcəm. Məndə böyük bir siyahı var, indiyə qədər saxlamışam. Orada hər şeyi açıq-aydın qeyd etmişəm. Sizə bir əhvalat danışım. Bir mövsüm “Neftçi" çempion ola bilərdi. İlini unutmuşam. “Neftçi"nin rəqibinin futbolçuları mənə inandıqlarına görə yanıma gəldilər və dedilər ki, Ramin Musayevlə münasibətlərin yaxşıdı. Ona de ki, müəyyən məbləğ qarşılığında oyunu “Neftçi"yə verə bilərik. Mən də Raminə bu haqda bildirdim. Eləmədi.  

 

– Oyunları komandalardan alırdınız ya hakimlərdən?

– Hər şeyi açıqlamaq düzgün olmaz. Hərənin öz variantı vardı. 

 

– Söylədiyiniz fikirlərin böyük söz-söhbətə səbəb olacağından çəkinmirsiniz?

– Qətiyyən. Çünki bilirdim ki, bəziləri mənim oyunlarımı alıblar. Məsələn, “Neftçi" ilə “İnter"in oyunlarının birində bizim müdafiəçilərdən biri səhv elədi və Georgi Adamiya qol vurdu. Həmin futbolçuya menecerin vasitəsilə “çıxmışdı”lar. Qısası, “Neftçi" futbolçunu “almışdı". Həmin futbolçunun adı yadımdan çıxıb, qaradərili idi. Üstəlik, həmin vaxt mənimlə işləyən və sonradan komandanın başına keçən adamın həmin məsələdən xəbəri var idi. Mənə xəyanət etmişdi. Bir dəfə oyun satdığına görə komandadan 4 futbolçu qovmuşam. Komandanın və futbolçuların adını demirəm. Bu gün baxıram ki, onlardan biri televiziyada düzgünlükdən danışır, söz sahibidir. Digəri yığma komandalardan birində işləyir. Uşaqlara oyun satmaq öyrədi? İndi bilmirəm vəziyyət necədir, amma o vaxt oyun almaq üçün çox variantlar var idi.  

 

– Sizin işlədiyiniz dövrdə futbolumuzda “təmiz" adam vardı?

– Yaxşı komandalar çox idi. Oyun alğı-satqısını hamıya şamil etmək düzgün olmazdı. Amma kim bacarırdısa, oyun alırdı da, satırdı da.

 

– “İnter"də işlədiyiniz dövrdə oğlunuz da futbolla məşğul olurdu. Deyəsən, sonra futbolu atdı.

– “Neftçi"də idi, İslam Kərimovun qrupunda. Onun futbolu davam etdirməməsini mən istəmişəm. Səbəbini deyim, siz də bilin. Roman Cəfərovun “İnter"ə gəlməsinin səbəbkarı mən olmuşam. Şahin Diniyev oğlunun “İnter"ə keçməsini istəyirdi. Məşqçisi Roman Cəfərov idi. Təkcə Şahin müəllimin oğlunu yox, komanda yoldaşlarını və məşqçisini də “İnter"ə dəvət elədim, işlə təmin etdik. Sonradan Roman Cəfərov həmin yaş qrupu üzrə yığmanın məşqçisi oldu. Həmin vaxt oğlum “Neftçi"də oynayrdı, mən işdən çıxandan sonra “İnter"ə keçdi. Deyilənə görə, pis futbolçu olmayıb. Boyda məndən də hündürdü, futbolçu olmaq üçün hər cür imkanı vardı. İnandırım ki, Roman Cəfərov “İnter”də oğlumun mitilini atdı. Özü də həvəsdən düşmüşdü, mən də. Axırda məcbur olub uşağı futboldan çıxartdım. Düzü, bu əməlimə görə peşmanam. Amma bir yandan da, səviyyəsiz adamların yanında oynamaqdansa, futbolçu olmaması məsləhət idi. İndi Ceyhun Haşımovun yanında hakimliyi öyrənir. 24 yaşı var. Əgər bacaracaqsa, çox sevinərəm.

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles