Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Çoban itini üstüne buraxdılar, cumub qolunun etini qopardı…” – ƏSİR DÜŞƏRGƏSİ

“Çoban itini üstünə buraxdılar, cumub qolunun ətini qopardı...” – ƏSİR DÜŞƏRGƏSİ

20/07/2016

13:32

20.07.2016 / 12:30 xeber –

(Əvvəli burada: I hissə, II hissə, III hissə, IV hissə, V hissə, VI hissə, VII hissə, VIII hissə, IX hissə, X hissə, XI hissə, XII hissə)

 

XIII hissə

 

Cəmilənin gedişi ilə sanki Xankəndi uşaq xəstəxanasının miskin palatalarına günəş doğmuşdu. Quliyevlər ailəsinin girovluqda qalan üzvləri hər günə ümidlə başlayır, tezdən oyanır, geyinib hazırlaşıb, gözlərini palatanın qapısına dikirdilər. Gülcamal ərinin adı ilə çağırdığı körpəsini hər gün “Atamızın yanına gedəcəyik” deyərək oynadır, Validə İlhamənin saçlarını qaydaya salanda “Bir neçə günə gedəcəyik, saçlarını anam özü darayıb hörəcək” – deyirdi. Qadınlar hamısı uşaqlarına tez bir zamanda azad ediləcəkləri, əzabsız, işgəncəsiz həyat yaşayacaqları, doyunca yemək yeyib, rahat yataqda yatacaqları haqqında müxtəlif nağıllar uydurub danışırdılar. Bu günlər xəstəxananın çirkli dəhlizlərində yerə düşən çörək qırıqlarını da axtarıb ağzına qoyan körpələrin qarnını bu ümid doyururdu.

 

Hamı – uşaqlı böyüklü hamı gözünü palatanın qapısına dikmişdi. Əmin idilər, kimsə mütləq içəri girib, onları dəyişdirəcəklərini deyəcəkdi.

 

Ümidli günlərin ömrü cəmi bir həftə çəkdi. Gözlərini dikdikləri qapı qəfil açıldı:

 

– Nəhayət ki, Ağdamı aldıq! Artıq bizimdir! Bu qədər əziyyət çəkdiyimiz olmamışdı, döyüşlər düz 42 gün davam etdi. Biz qalıb gəldik!

 

Bu xəbərlə birlikdə Xankəndi uşaq xəstəxanasının palataları da doldu. Ağdamı işğal edərkən gətirdikləri əsirlər üçün tamam fərqli işgəncə növləri düşünüb tapmışdılar. Yeni əsirlərin ah-naləsi bütün palatalara yayılanda, tibb işçiləri köhnə girovlara danışırdı:

 

– Ağdamlılara nifrət edirik! Oradan gətirdiyimiz əsirlərə nə etsək də azdır. Onlar bizə güllə atıblar. Buna görə də dırnaqlarına qədər çəkib çıxardırıq!

 

Artıq girovlar üçün doğan ümid adlı günəşin ömrü sona çatmışdı. Yenə gözlər qapılara qorxu, hürkü ilə dikilirdi – növbəti işgəncə üçün gələcəklər!

 

İndi günləri bir-birindən ancaq yeni işgəncələr fərqləndirirdi…

 

Əzabın bir növü də girovlara digər girovların başına gətirdikləri danışmaları idi. Tereza adlı tibb bacısı Validəgilin palatasında danışırdı:

 

– Bizdə evdə də bir türk var. Yaxın adamımız sizinkilərdə əsirdir, biz də ona görə saxlayırıq evdə. Sizinkilərə demişik ki, bizim əsiri tapıb versinlər, dəyişək. Burada saxlanan girovlara ümid eləmək olmaz. Bir də gördün öldülər. Düşməndə əsirin olanda gərək onun əvəzinə əsir tapıb öz evində saxlayasan.

 

– Kimdir ki, sizdəki oğlan? – Qardaşlarının harada olduğundan xəbəri olmayan Validə səsi əsə-əsə soruşdu.

 

– Yaxşı baxırıq ona, həyətin bütün işini görür! – Tereza sanki onu eşitməyibmiş kimi, söhbətinə davam edirdi: – Qoçaqdır, işləyən oğlandır. İt yerinə də işlədirik, qurd yerinə də! Özü də nişanlıdır, barmağında üzüyü də var…

 

Validənin gözlərində parlayan ümid işığı söndü. Onun qardaşları nişanlı deyildilər. Tereza isə dayanmadan danışırdı:

 

– Elə bilərsiniz qızıldır deyə üzüyünü almışıq əlindən, yox! Nişan üzüyü barmağındadır. Deyirik qoy gözünün qabağında olsun, nişanlısını unutmasın! Yoxsa yadından çıxar ki, kişidir!

 

Terezanın qəhqəhəsi Validənin qulağına atəş səsi kimi gəlir, hər dəfəsində onu yaralayıb keçirdi…

 

– Bəs… bəs axırı necə olacaq onun?

 

– Öz əsirimizi tapıb, onun dəyişdirəcəyik!

 

– Birdən… Birdən onu tapmasanız…

 

– Hələ ki, bizim adamdan xəbər çıxmır. Amma müharibə qurtarana kimi saxlayacağıq. Nə vaxt bizim əsir tapılsa, dəyişəcəyik… Tapılmasa da, nə ziyanı var ki? Elə bil həyətə bir it bağlamışıq! Ya da öküz! Hər işi görür.

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Validə Quliyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– Cəmilə getdi, biz qaldıq… Məktublaşırdıq… Məktublarda da ürəyin istəyən heç nə yaza bilmirsən onsuz da… Artıq bir söz yazanda, nəyəsə işarə edəndə həmən qaralayırdılar… Elə bircə hər məktubda “evimizdə necə idik, elə də qalmışıq” yazmağa çalışırdıq… Yazırdıq ki, bizdən nigaran qalmayın. Güllə yaramız var, amma neyləmək olar, müharibənin qaydaları var, amma bilin, arxayın olun ki, evdən gəldiyimiz kimiyik… O məktubları bu günə kimi saxlayıram… Bağlıda saxlayıram ki, heç kim görməsin.

 

– Niyə gizlədirsiniz?

 

– Bilirsiniz, baxın, indi qardaşlarımın girovluqdan bizə yazdıqları məktubları oxuyursunuz, demək olar ki, hamısında eyni söz yazılıb. “Qırmızı Xaç” məktubunu yazan bircə özü bilir ki, o eyni, təkrar ifadələrin altında hansı sözlər, hisslər yatır. Bu hissələri, hadisələri bərk-bərk gizlətmək istəyirsən… Elə bilirsən… (Ağlayır) Elə bilirsən gizlədə bilsən, unuda da biləcəksən… Mən tək məktubları yox, mənə dəyən güllələri də saxlayıram… Barmağıma baxın, hələ də qatlanmır… Girovluqdan özümlə gətirmişəm güllələri…

 

– Nə vaxt qayıtdınız?

 

– İl yarım qaldıq… Bizim içimizdə ən az girov olan böyük bacım Cəmilədir. Biz hamımız bir qayıtdıq – mən, İlhamə, Ofeliya, Mileylə xala, Gülcamal oğlu ilə, Səmayə yoldaşı Tahir və üç balası ilə, bədbəxt qızı İmarət oğlu Yadigar ilə…

 

– Onun oğlu Talehdən heç bir xəbər verən olmadı?

 

– Yox… Bizim Şahnaz kimi onun da oğlu Talehdən xəbər çıxmadı… Bacım İlhamə görmüşdü ki, bağırsaqlarını süngü bıçağı ilə qarnına yığırlar, o da əl-qol atır, amma meyitini gətirib verən olmadı… Haqqında da heç nə demədilər bizə…

 

– Qadınları və uşaqları qaytardılar. Bəs kişilər?

 

– Bizdən əvvəl atamı qaytarmışdılar… Amma qardaşlarımı saxladılar.

 

– Atanızın qaytarılmağından xəbəriniz oldu?

 

– Əvvəlcə Şuşa türməsindən xəstəxanaya gətirdilər. Bir neçə gün orada qaldı… Aylar sonra bir-birimizi görməyimizə elə sevinirdik ki… Bir tərəfdən də atam bilirsiniz nə halda idi… Elə vəziyyətdə gəlmişdi ki, təsəvvür edin, bir dəri, bir sümük idi… Çarpayıda uzanırdı, elə bilirdin ölüdür… O halı ilə necə ağlayır, BQXK nümayəndələrinə yalvarırdı ki, mənim yerimə qızlarımı aparın… Mən balalarımı əsir qoyub, necə gedim deyirdi? Onlar da dedilər ki, yox, mümkün deyil. Yaşlıları və ağır yaralıları dəyişirik hələ ki. Biz də dedik ki, ata, sən get, bizdən nigaran qalma. Məni, İlhaməni, Gülcamalı, Ofeliyanı deyirdi… Biz böyük idik, dedik ki, bizdən nigaran qalma. Amma İlhamə uşaq idi, arxasınca ağlayıb özünü öldürürdü ki, məni də apar… Dedilər, mümkün deyil…

 

– Atanız nə vaxt dəyişdirildi?

 

– 1994-cü ilin iyunu idi. Bir il iki ay qaldı əsirlikdə…

 

***

 

Quliyevlər ailəsinin ən kiçik qızı İlhamənin artıq 10 yaşı olmuşdu. Həyatı ancaq məhrumiyyətlər toplusu kimi anlayırdı. Başa düşürdü ki, özündən balaca uşaqlara kömək etməlidir. Mümkün qədər səssiz olmalıdır. Və daha heç kimin arxasınca ağlayıb, “Məni də aparın, mən də gedirəm” deyə yalvarmırdı. Çünki Quliyevlər ailəsinin qadınlarından heç kimi dəyişmirdilər…

 

İlhamə artıq erməni dilini öyrənmişdi. Hərbçilərin nə dediyini başa düşür, qırıq-qırıq sözlərlə danışa bilirdi. Nəzarətçilərdən biri onu maşına mindirib, özü ilə aparanda da yolda ürkə-ürkə erməni dilində danışırdı…

 

Maşınla xeyli yol getdikdən sonra qızcığazla bir təpənin başına çıxdılar. İlhamə bir tərəfdən bacısı Cəmilənin dəyişdirildiyini yadına salaraq, indi onun növbəsi çatdığını düşünür, bir tərəfdən də tək olduğu üçün qorxurdu. Hərbçi geyimində olan adam aşağı əyilib, əlini onun çiyninə qoydu. Sağ əlini irəli uzadanda İlhamə onun qolunun uzunluğuna heyrətlənərək düşünürdü: “Qolları lap silah kimidir”.

 

Qolları silah kimi olan adam barmağını bir nöqtəyə tuşlayıb, soruşdu:

 

– Bax, o postu görürsən?

 

– Görürəm. – İlhamə “silahın” bu saat açılacağından qorxaraq, ermənicə cavab verdi.

 

– O bizim postumuzdur. Başa düşürsən “bizim postumuz” nə deməkdir?

 

– Bəli… Başa düşürəm. – İlhamə “post”un nə demək olduğunu tam anlamasa da, onun sözlərini təsdiqlədi.

 

– Ondan sonrakı, ikinci postu da görürsən?

 

– Görürəm.

 

– Bax, o, sizinkilərin postudur. Amma hələ ki, sizinkilərindir. Tezliklə qüdrətli Ermənistan ordusu bütün türk köpəklərini ata-baba torpaqlarımızdan qovub, sərhədlərimizi çəkəcəyik. Bir türk öz murdar ayağını bizim torpağa basa bilməyəcək! Sənin də bu çirkli ayağın heç vaxt bizim torpaqlara dəyməyəcək! Bax, balaca küçük, indi səni aparıb, bizim postu keçirəcəyəm. Ondan sonra isə buraxacağam, özün gedəcəksən. Gedə biləcəksən?

 

İlhamə çiyinlərini çəkdi.

 

– Qorxma, mən bizim postu ötürən kimi qaçıb gedərsən, səni qarşılayacaqlar. Türklər nə qədər pis, vəhşi adamlar olsalar da, sənə heç nə eləməzlər. Çünki öz zibillərisən! Hə, nə deyirsən, gedə bilərsən?

 

Təlaşla tərəddüd qızcığazı bürüsə də, cəmi bir neçə yüz metr aralıdakı azadlıq onu çağırırdı. Cəmi bir neçə yüz metr qaçacaqdı. Azadlığa çıxmağın sevinci onun ruhunu titrədirdi. Gözləri parladı, xoşbəxtcəsinə çiynini qolları silah kimi olan adamın əlinin altından çıxardıb, irəliyə addımladı. İkinci addımı atmışdı ki, sanki adamın silah kimi qollarından açılan atəş onun ayaqlarını yerə mıxladı. İlhaməni donduran bu “atəş” arxadan eşitdiyi sözlər idi. Geri çevriləndə adam “silahını” aşağı salmışdı, daha irəli uzatmırdı. Amma danışmağa davam edirdi:

 

– Get! Ancaq yollar minalanıb! Ayağını üstünə bassan, partlayacaq! Qorxma, ölməyəcəksən! Yadında saxla, balaca küçüklər heç vaxt ölmür! Amma ayaqların qopub, səndən uzağa düşəcək. O qədər uzağa ki, əllərin çatmayacaq onu götürüb yerinə yapışdırmağa!

 

İlhamənin yaşla dolan gözlərində adam daha da böyük görünür, qızcığaz bir tankın qarşısında aciz dayandığını hiss edirdi. Bu anda onun ürəyindən silah kimi uzun qollara sahib olmaq keçirdi. Əgər belə olsaydı, əlləri minanın qopardıb kənara atdığı ayaqlarına çatardı…

 

Gözlərində toplanan yaş yanağı ilə aşağı axandan sonra qarşısındakı tank yenidən qolları silah kimi olan adama çevrildi. İndi o hər iki “silahını” sağa-sola uzadaraq danışırdı:

 

– Qalacaqsan iki postun arasında ayaqsız. Sürünə-sürünə… Hə, nə deyirsən, gedirsən?

 

Qızcığaz sağı-solu nişan alan “silahları” görməmək üçün gözlərini yerə dikib, itaətkarcasına adamın yanına qayıtdı. Adam aşağı əyilib, güclü qolları ilə onun balaca çiyinlərindən yapışanda İlhamənin bütün bədəni titrəyirdi. Qolları silah kimi olan adam əminliklə danışırdı:

 

– Get, qorxma! Sən cəsur qızsan, gedə bilərsən! Qorxmalı bir şey yoxdur! Bir postu keçəcəksən, sizinkilər səni qarşılayacaqlar, get! İnan mənə! Sağ qalacaqsan! Doyunca yemək yeyəcəksən! Gəlinciklərin olacaq! Məktəbə gedəcəksən! Həyətdə oynayacaqsan! Get! Hansı axmaq belə fürsəti əldən verər axı?! Hə?! Söz soruşuram axı, niyə cavab vermirsən?

 

İlhamə danışmaq istəsə də, titrəyən dodaqları açılmırdı. Adam başa düşmüş kimi, silaha bənzəyən qollarını onun çiyinlərindən çəkdi:

 

– Həəəə, minaya düşməkdən qorxursan?! Nə olar ki, yer üzündə bir murdar türk azalar!

 

Bir neçə saat sonra qolları silah kimi olan adam İlhaməni xəstəxanadakı palataya, bacısının yanına ötürüb, qapını çırpdı…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Validə Quliyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– Bizim üçün dəyişdirilməyimiz Allahın möcüzəsi idi. Açığını deyim ki, Cəmiləni aparandan sonra xeyli ümidlənmişdik. Amma bir həftə sonra Ağdamı işğal edib, yeni əsirlər gətirdilər… Orada o əsirlərin başına açılan oyunları görəndən sonra qayıtmaqdan əlimizi üzdük… Fərman qardaşım hamımızdan sonra gəldi. Ən çox o qalıb, 3 ilə yaxın… Ona çox işgəncə veriblər… Son illərini Malıbəyli kəndində olub…

 

– Fərman Müşfiqlə Malıbəylidə toyuq ferması tikən adamdı, hə? O deyirdi ki, sonradan yanımıza Kəlbəcərdən olan Fərman adlı bir oğlan da gətirmişdilər…

 

– Hə, hə. Fərman Müşfiqlə birlikdə olub Malıbəylidə. Fərman hətta Müşfiqdən də sonra dəyişdirilib… 1996-cı il, mayın 10-da…

 

– Bəs Bəxtiyar?

 

– Bəxtiyar qardaşım Fərmandan əvvəl gəldi. O da ağır yaralı idi. Ayağının ətini güllə necə aparmışdısa damarı dağılmışdı, qanı kəsmirdi. Əlimizi yumruqlayıb basırdıq yaranın üstünə ki, qanı saxlayaq. Axırda gördülər mümkün olmur, işə BQXK-nı qatdılar, onlar mərkəzi xəstəxananın baş həkimi Ağabalayanı gətirdilər. Əməliyyat etdilər. Bizə dediklərinə görə, plastik damar tikiblər. Əməliyyatın sonunda atamla qardaşım Fərman Bəxtiyara qan vermişdi… Bir az babatlaşan kimi götürüb aparıb o biri əsirlərə qatdılar…

 

– Xəstəxanada olanda qardaşlarınızdan, əminiz oğlanlarından xəbər tuta bilirdiniz?

 

– Daxildə məktub yazmaq olmurdu, amma xəbərlərini eşidirdik. Qırmızı Xaç nümayəndələri gələndə məlumat verirdilər ki, “gördüm, narahat olmayın, yaxşıdılar”. Yaxşı olmaqlarına inanmasaq da, sağ olduqlarına inanırdıq… Çünki o Füzulidən toydan tutub gətirdikləri ailənin başçısı Şuşa türməsində öləndə gəlib dedilər… Ona görə də BQXK-ya inanırdıq.

 

– Qayıtmağınızı necə xatırlayırsınız?

 

– 1994-cü ilin sentyabrı idi. BQXK nümayəndələri gəldi, palataya çox şən girdilər. İçəri girən kimi İlhaməni qucaqlarına alıb, öpdülər, saçlarını tumarladılar. Kefləri çox yaxşı idi. Həmişə yaxşı bir hadisə olanda belə edirdilər… Dedilər ki, bizi dəyişəcəklər… Bir neçə gün sonra, sentyabrın 15-də dəyişdirildik…

 

– Neçə nəfər idiniz?

 

– 24 nəfər. Hələ xeyli də adam qaldı… Ermənilərin bizi yola salmaqları yadımdadır. Artıq il yarım idi orada idik… Qonşu binada yaşayan ermənilər var idi, onlardan vəziyyəti öyrənir, əvəzində yemək verirdik. BQXK-nın verdiyi yeməklərdən… Onlar bizi yola saldılar. Bir də Azərbaycandan əsirlikdən qaytarılan ermənilər var idi, arada onlar yanımıza gəlirdi… Biz dəyişdiriləndə sevinirdilər… Nələr çəkdiyimizi görürdülər axı… Onlar deyirdi, sizinkilər bizə qarşı belə davranmırdı…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini İlhamə Quliyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– Ağdam istiqamətində dəyişdirildik. Təmas xəttini keçdik. BQXK nümayəndələri yanımızca gəlir, addımını buradan at, oradan at deyirdi… Minalanmış ərazilər idi… Bizə nəzarət edən hərbçi yolların minalanmasından danışanda elə qorxmuşdum ki, indi də elə bilirdim minaya düşəcəyik… Hətta yaxşı yadımdadır, bilmədim, ayağımı atanda Qırmızı Xaçdan olan kişi ayağımı göydə tutdu… Kişinin rəngi qorxudan ağappaq olmuşdu… Xeyli gedəndən sonra gördük bizimkilər gəlir… Artıq 10 yaşım var idi… Məni qucaqlarına alıb apardılar… Bizi xəstəxanaya gətirdilər, məni çox saxlamadılar… Yaralarım il yarıma sağalmışdı… Ayağıma dəyib çıxmışdı, qolumda isə güllə içəridə qalmışdı… Hələ də qolumdadır… əl vuranda bilinir…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– Evdə idik artıq… Televizorda girovları dəyişdiklərini dedilər. Tez hamı susub, siyahıya qulaq asmağa başladı… Onu indi sizə sözlə ifadə edə bilmərəm ki, hər dəfə televizorda qaytarılan əsirlərin adı oxunanda siyahıya necə diqqət kəsilirdik… Hər dəfə bizimkilərin adı çıxmadıqca necə o dünyanın görüb qayıdırdıq… İllər, aylar keçirdi… Anam-atam dərddən qocalır, xəstəlik tapırdılar… Deyiləsi dərd deyil axı… On övladın olsun, indi hərəsi bir yanda pərən-pərən düşsün… Təsəvvür edin, bu dəfə siyahıya qulaq asanda möcüzə baş verdi. Dedilər 24 girov azad edilib, başladılar sadalamağa… Gördük bizim qızların da adı var… Onu sizə danışmadım axı, atam əsirlikdən qayıdanda mən xəstəxanada yatırdım. Heç unutmuram, Ofeliyanın atası xəstəxanada ağlaya-ağlaya girovların arasında qızını soraqlayırdı… Onda atamla qarşılaşdılar. Ofeliya ilə Fərman kənddə bir sinifdə oxumuşdular. Kənddən çıxanda da elə Ofeliya guya bizimlə çıxırdı yazıq… Bir yerdə əsir düşdük, bir yerdə qaldıq, lap doğmalaşmışdıq… Atam xəstəxanada atasına dedi “arxayın ol, qızın sağ-salamatdır. Qorxma, qızın mənim qızlarımla bir yerdədir. Heç kəsin ona əli dəyməyib. Qayıdan kimi onu oğlum Fərmanla evləndirəcəyəm”. Fərman gələndə isə mən xaricə müalicəyə getməyə hazırlaşırdım… Axı ayağım 14 sm. qısa idi. Dövlət hesabına xaricə müalicəyə göndərildim, ayağımı uzadıb, yerə çatdırdılar. Fərman gələndən sonra atam dediyi kimi elədi, indi Ofeliya gəlinimizdir…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Gülcamal Hacıyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– Girovluqda bir il altı ay qalandan sonra bir gün dedilər hazırlaşın, sizi dəyişməyə aparacağıq… O qədər əzab çəkmişdik ki, heç bir sözlərinə inanmırdıq. Səhəri isə gördük Qırmızı Xaç nümayəndələri gəldi, onların maşınlarını görəndən sonra inandıq… Validəgillə birlikdə gəldik. Ofeliya da bizimlə gəldi.

 

– Gələndə oğlunuz necə idi?

 

– Artıq yaş yarım idi, qucağımda gətirdim… İl yarım adsız qaldı, elə atasının adı ilə çağırırdıq… Xəstəxanada doğum haqqında kağız yazıb vermişdilər, onun əsasında sənəd aldım, adını Arzu qoydum… 1995-ci ildə ikinci oğlum Xaliq dünyaya gəldi. Hər şey normal idi, Xaliq çox sağlam uşaqdır. Amma Arzu… Arzu get-gedə geriləyirdi…

 

– Necə? Nə baş verirdi?

 

– Halı pisləşməyə başladı… Qavraması yaxşı idi, müəllim tutmuşduq, gəlib evdə məşğul olurdu. Çox zehinli uşaq idi, müəllimi deyirdi hər şeyi bir dəfə deyirəm, başa düşür… Beyin inkişaf etmişdi, bədən isə inkişafdan qalırdı… Böyüdükcə vəziyyəti ağırlaşdı… Bakıya apardıq, xəstəxanalarda yatdıq… Neçə-neçə professor toplaşdı, müzakirə etdilər… Dedilər başımız çıxmır bu uşağa nə olub… Doğulanda ona elə bir iynə vurulub ki, uşaq günü-gündən əriyir… Ətli uşaq idi, qəfil arıqlamağa başladı. Tamam əridi, sümükləri sayılırdı… Üç ay nə su içdi, nə çörək yedi. On yaşında, 2003-cü il, mayın 10-da vəfat etdi… Arzunu itirəndə kiçik qızım qucağımda üç aylıq idi…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Qoşqar Quliyev 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– Əsirlikdən qayıtdığımı ailədən heç kim bilmirdi… Bizi Ağdamın Baş Qərvənd kəndində dəyişdirdilər. O vaxtlar bizim sonuncu postumuz orada idi… Kimin ki, ailəsindən girov düşən var idi, gözü yolda idi, əsir gətirildiyini eşidən kimi üz tuturdu xəstəxanalara… Bizi mərkəzi xəstəxanaya gətirdilər. Qonşu kənddən İslam müəllim var idi, mənə dərs demişdi. O da öz adamlarını axtara-axtara gəlib çıxmışdı xəstəxanaya… Onda məni gördü… Anamgilə də o xəbəri İslam müəllim aparmışdı ki, “Qoşqar gəlib”.

 

– Xəstəxanada nə qədər qaldınız?

 

– Bir aya qədər yaralarımı müalicə etdilər…

 

– Yeni həyat qurmağa nə qədər vaxt lazım oldu?

 

– Bir il çox əziyyət çəkdim. Səhhətimlə bağlı ciddi problemlərim var idi. Böyrəklərimin fəaliyyəti dayanmışdı, mədə-bağırsaq sistemi isə tamam sıradan çıxmışdı… Yəni özümə gəlmək üçün bir ilim getdi, yoxsa o problemlər hələ də qalmaqdadır. Ötən il yenə də müalicə etdirdim, alınmadı, mədəmdən əməliyyat olundum. O şəraitdə, aylarla ac-susuz qalmağın fəsadlarıdır hamısı… Sonra yenidən sənəd düzəltdim… Çox az adamın sənədi gəlib çıxmışdı…

 

– Sənədi gələn olmuşdu ki?

 

– Əmim qızı Cəmilənin pasportunu BQXK tapıb vermişdi. Bu günə qədər də saxlayır… Qalan hamımız demək olar ki, sənədlərimizi yenidən düzəltdik. Çox gec ailə qurdum, 2006-cı ildə… İndi iki qızım var, böyüyümüz 1-ci sinifdə oxuyur… Həyat yoldaşım da Kəlbəcərdəndir… Başıma gələnləri qohumlardan eşidib, amma heç vaxt özümdən heç nə soruşmayıb… Mən də danışmamışam… Biz heç vaxt bu mövzunun üstünə gəlmirik…

 

– Şuşa türməsində birlikdə qaldığınız adamlardan kiminləsə görüşürsünüz?

 

– İndi bizim qonşu kənddə Aydın adlı oğlan yaşayır, əsirlikdən bir yerdə gəlmişik. Son illərdə telefonunu tapmışam, arada danışırıq. Şuşa türməsində bir yerdə olmamışıq. Biz dəyişdiriləndə onu haradansa gətirmişdilər. O da dəfələrlə əməliyyat olunub… Amma görüşmürük. Görüşdən qaçır… Mən onu başa düşürəm…

 

***

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev 23 il sonra xatirələrini Lent.az-a danışır:

 

– Anam gəldi, gəlinimiz Arzunu isə ondan iki ay sonra qaytardılar…

 

– Ananız əsirlikdə nə qədər qaldı?

 

– Düz 8 ay. Oktyabrda gəldi… Şənbə günü idi…

 

– Onda Qoşqarla birlikdə gəlib?

 

– Hə, onları bir yerdə dəyişdilər, Ağdamın Qərvənd kəndi tərəfdə… Mən də getmişdim qarşılamağa… Ancaq hərbçilər idi, bir də BQXK-nın nümayəndələri, kənar adam buraxmırdılar. Tərcüməçi Vaqif gördü əl çəkmirəm, məni də özü ilə “Qırmızı xaç”ın maşınında apardı. Dedi, amma bil ki, görüşməyə icazə verməyəcəklər. Dedim eybi yox, elə anam kənardan görüm, bəsimdir… Bizimkilər özləri ilə bir nəfər də aparmışdılar dəyişdirmək üçün… Yolda iki xəndək qazılmışdı, biri ilə bizdəki ermənini yola saldılar, o biri ilə isə anamgil gəlirdi… (Ağlayır) Xəndəklərin başında isə hərbçilər dayanırdı… Çatan kimi bizimkiləri bir avtobusa yığdılar…

 

– Ananızı görə bildiniz?

 

– Kənardan gördüm ki, anam da gəlir… Avtobusa mindirib, sürüb apardılar… Məni isə Vaqif gətirib, o geri qaytarmalıdır. Vaqif BQXK-ya tərcüməçilik edir, onlar da hələ danışıqları bitirməyiblər… Təsəvvür edin, mən Vaqifi gözləyə-gözləyə avtobusun arxasınca necə boylanırdım…

 

– Ananızı hara apardılar?

 

– Biz gəldik ki, xəstəxanaya gətiriblər… Bərdənin baş həkimi Oqtay, Allah rəhmət eləsin, çox yaxşı adam idi, bizə çox yaxşılığı dəyib. Anamı həmən günü müayinə üçün saxladılar. Səhəri gün termosda çay-zad hazırlayıb gəlmişəm xəstəxanaya, bazar günüdür, xəstəni evə buraxmırlar… Onda Oqtay həkimin telefon nömrəsini tapıb zəng etdim, başıma gələnlərə görə artıq rayonda məni hamı tanıyırdı… Dedi narahat olma, özünü pis hiss eləmirsə götür apar, səhər özüm gəlib baxacağam… Ondan sonra anamı götürüb gəldim stadionda yaşadığımız yerə…

 

– Görüşünüzü xatırlamağınızı istəyirəm…

 

– Anam məni görəndə saqqalım sinəmə düşürdü… Atam, bacı-qardaşım şəhid olub, anam əsir düşüb… Biri deyirdi orada əsir dəyişirlər, onun yanına qaçırdım, sonra bunun yanına qaçırdım… Sərgərdan idim… Qucaqlaşdıq… Yazıq qadın bir dəri-bir sümük idi… Əllərim onun sümüklərinə toxunanda öz-özümə dedim, “Allah sənə çox şükür, anamın sümüklərinə də olsa, əllərim dəydi, indi canımı da alsan olar. Anamı qucaqladım, artıq ölə də bilərəm…”

 

– Ananızın durumu necə idi?

 

– Darmadağın… Durumları bizdən öyrəndi… Deyirdi elə bilirdim hamı ölüb… Məktub yazırdıq, amma yaşlı adamdı, deyir inanmırdım, elə bilirdim bacımgil ürək-dirək vermək üçün belə yazır… Başımıza gələnləri öyrənəndən sonra da lap məhv oldu… Bir gündə dörd şəhid verib, aylarla əsirlikdə qalıb, indi danışmaq iqtidarında deyil…

 

– Ananız Zibeydə Əmralıyeva əsirlik xatirələrindən nələri danışır?

 

– O haqda danışanda halı çox pis olur… Ona görə də çalışırıq evdə o günlərdən söz salmayaq… Deyir ki, bizi əsir götürüb maşına yığanda kənddəki lal Hüseyn də maşında idi… Deyir bizi əvvəlcə Qozlu körpüsünə gətirdilər, bir gecə orada qaldıq… Sonra Xankəndindəki uşaq bağçasında aparıblar. Deyirdi ermənilər gəlib bizi saxladıqları bağçaya cumurdular. Polislər bizi onların əlindən güclə alırdı… Əsasən nələrsə toxudurmuşlar qadınlara…

 

– Arzu ilə birlikdə qalıb?

 

– Anam əsirlikdə Qırmızı xaçdan xahiş edib ki, məni gəlinimin yanına aparın. Qoyun bir yerdə qalaq, mənim həyatda ondan başqa heç kimim qalmayıb deyib. Ondan sonra anamı Arzunun yanına gətiriblər. Arzunun atası yaralı olduğu üçün onunla birlikdə xəstəxanada imiş. Körpə oğlu Hökmdarla birlikdə…

 

– Arzunun ailəsində də itki çox idi…

 

– Bəli, ermənilər kahaya hücum edəndə anası Büsat Əhmədova ilə kiçik bacısı Zövqiyyə şəhid oldu. Nərgizgil deyir ki, Zövqiyyəyə güllə dəyəndə anası özünü atıb qızın üstünə, yağış kimi yağan güllələrin hamısı Büsata dəyib… Arzunun atası Binnət də ağır yaralanmışdı. Qardaşı Niyyət, bacısı Şərqiyyə və özü körpə övladı ilə girov düşmüşdü… Ailələrindən bircə bacıları Sevil qalmışdı, o da aylarla bizimlə kahalarda nə əzab çəkəndən sonra gəlib çıxdı. Girovluqda da çox əziyyət çəkiblər. Ermənilər övladlarının qabağında Binnət kişini nişan alaraq, avtomatla atəş açıblar. Güllə sinəsini yaralayaraq, qolunu parçalayıb… Daha dəqiq bilmirik ki, qəsdən belə incidiblər, yoxsa ürəyindən vura bilməyiblər… Elə yaralı-yaralı da rəhmətliyi döyürmüşlər… Hətta bir dəfə heyvanı otlaqdan gec gətirdiyinə görə çoban itini üstünə buraxıblar. İt cumub qolunun ətini qopardıb… Binnət dörd ildir rəhmətə gedib, ölənə qədər də o yara onu incitdi…

 

***

 

Quliyevlər ailəsinin həyat hekayətini dinləyib, Bakıya qayıtmağa hazırlaşırdım ki, etiraz etdilər:

 

– Biz qonağımıza Kəlbəcər havası aldırmadan, yola salmarıq!

 

Dolanıb gedən yol dağın ətəyindən ikiyə ayrılır. Burada istiqaməti bildirən lövhə asılıb: Göygöl – 7km, Maralgöl – 14 km, Kəlbəcər – 80 km. Camaat sol tərəfə, Göygölə doğru dönür. Biz isə Kəlbəcərə tərəf…

 

Torpaq yolla irəliləyirik, xeyli getdikdən sonra torpaqda otlar cücərib… Kəlbəcərə aparan yollar 23 ildir tapdanmadığından ot basıb… İki dağın arası ilə gələn çayın kənarına enirik. Yol yoldaşım “Bax, bu çay Kəlbəcərdən axıb gəlir” deyərək, əllərini şaqqıltıyla axan çaya uzadır… Üzünə çırpdığı su da göz yaşlarını gizlədə bilmir…

 

SON

+15

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles