Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Meni dövreye aldılar, dediler, başını kesek…” – ƏSİR DÜŞƏRGƏSİ

Məni dövrəyə aldılar, dedilər, başını kəsək...” – ƏSİR DÜŞƏRGƏSİ

28/07/2016

13:16

28.07.2016 / 12:09 xeber –

 

 

 

I hissə

 

Bu səfər başqa səfər idi…

 

Səfərdən öncə duyğular, fikirlər haçalanmışdı. Getmək üçün “ürəyim atlanırdı” desəm düzgün olmazdı… Bir tərəfdən də məni heç kim oraya zorla göndərmirdi. Amma getmək lazımdır. Getməliydim, – üzərində işlədiyim “Əsir düşərgəsi”nin ikinci bölümünü tamamlamaq üçün getməliydim…

 

Ayaqlarım yerimirdi… Məni hətta özümdən alıb çox-çox uzaqlara aparan illərdən sonra Ağdama dönmək istəmirdim… Baxmayaraq ki, Ağdama yox, Ağdamın Quzanlı kəndinə gedirəm, yenə də çəkinirdim. Özümə, taleyimə, zəifliklərimə qalib gəldiyim mübarizəyə xərclədiyim illər hədər gedəcək, bu səfər məni yenidən enəcək, zəiflədəcək deyə qorxurdum…

 

Sürücü artıq Bərdəyə girdiyimizi deyəndə səhər saat 9 idi. Dərhal maşını saxladıb, aşağı endim… 23 il sonra Ağdamın bir neçə kilometrliyində idim…  Geriyə, Bakıya qayıtmaq üçün bəhanə axtarırdım. Nədir bu qədər cəsarətsizlik? Müharibənin fəsadları ilə apardığım “müharibədə” topladığım gücüm, taqətim birdən-birə tükənmişdi…

 

Bərdənin girişində məcburi köçkünlər üçün salınan şəhərciyə getdim. Bura Ağdamdan qayıdanda gələcəkdim deyə, məni heç kim gözləmirdi… Taleyindən girovluq keçən insanlarla görüşdüm. Qərarımı vermişdim, onları dinləyib, gecə ilə Bakıya qayıdacaqdım… Habil Aslanoğlunun məni qarşılamaq üçün Bərdəyə gəlməsi planlarımı dəyişdi. İkimiz də APA-nın əməkdaşı olsaq da, indi tanış olurduq. Ona qorxularımdan söz etməyi özümə sığışdırmayıb, maşına əyləşdim… Ağdama doğru yola çıxdıq…

 

Bərdədən Ağdama gedən yolda oradan necə çıxdığımı xatırlayırdım…

 

…Avtomobilin içinə güclə yerləşən 10 nəfər qadın və uşağın biri mən idim… Səhər açılmamış başımıza yağan bombaların altından bir maşına doluşub çıxmışdıq… Yuxudan yarımçıq qalxmışdım. Saçlarını daramağa macal tapmadığımdan pırpız başlı gəlinciyim də qucağımda dörd olmuş gözlərimlə ətrafa baxırdım… Yollarda maşın tapmayan qadınlar uşaqlarını bağrına basıb qaçaraq şəhərdən çıxırdılar…

 

İlk dəfə onda düşündüm ki, müharibələrin mövcud olduğu dünyada ana olmaq nəyə gərək ki…?

 

Sanki şəhəri sonuncu dəfə gördüyümü hiss edirmişcəsinə ətrafa boylanır, hər küçəni,  ağacı, cığırı yaddaşıma həkk etmək istəyirdim…  Maşının güzgüsündən mənə gözləri yaşarmış, qara, uzun saçları dağılmış, gəlinciyini qucağına basan çarəsiz, qorxu içində ilə titrəyən bir uşaq baxırdı… O vaxtdan 23 il keçib… İndi həmən vaxt yaddaşıma həkk etmək istədiyim mənzərələri hey xatırlamaq istəsəm də, yadıma övladını harada gizlədəcəyini bilməyən analar və gəlinciyini qucağına basan o dağınıq saçlı uşaq gəlir… Bir də içimi yeyib dağıdan o fikir: “Kaş ki, getdiyimizdən atamın məzarı xəbər tutmasın…”

 

Həyatımda hər şey dəyişib… O günlərdən məndə gəlinciyimdən başqa heç nə qalmayıb…

 

İndi, yuxudan bomba səsinə oyanıb gəlinciyini qucağına basıb qaçan körpə 23 il sonra eyni yolu qayıdır… Bir vaxtlar bu yollarda gələcəyin heç vaxt gəlməyəcəyini zənn etsə də, indi keçmişin heç vaxt ötüb keçməyəcəyini duyur… Quzanlıya yaxınlaşdıqca həmən uşağın səsi qulaqlarımda cingildəyir: “Görən gəldiyimi atamın məzarı bilirmi?”

 

…Habil Aslanoğlu “Əsir düşərgəsi”ni oxuduğunu deyir… Suallarına necə cavab verdiyimin fərqində deyiləm… Bomboş yollarda gözümə övladını qucağına basıb vahimə ilə qaçan analar görünür… Mənə elə gəlir ki, bu yollara övladını qucağına basan çarəsiz anaların heykəlləri düzülüb…

 

Maşının güzgüsünə baxıram… Yol da həminkidir, mən də. Amma indi qucağımda gəlinciyim yox, diktofonla fotokameram var. O uşağın gözlərində “indi necə olacaq” sualı var idisə, bu gözlərdə izah edə bilmədiyim bir bədbinlik var…

 

Habil işlə bağlı suallarına qırıq-qırıq cavab verdiyimi görüb, Ağdamdan söz salır:

 

– Ağdamın harasındansınız?

 

– Qarağacıdan… – qeyri-ixtiyari cavab verirəm. Eynən 23 il əvvəl, Ağdamdan çıxarkən maşından ətrafa baxdığım kimi boylanıb, yaddaşıma həkk olunan mənzərəni yenisi ilə əvəzləmək istəyirəm. Habil sualına cavab almayınca əl çəkən deyil. Yenidən soruşur:

 

– Harasından?

 

– Qarağacı… Atam oradadı…

 

– Hmm… Allah rəhmət eləsin…

 

Söhbətimiz bununla da başa çatır. Habil kəndin girəcəyinə qədər susur. Kəndə yaxınlaşanda maşını saxlayır:

 

– Aşağı enək, Ağdamla şəklinizi çəkim!

 

Ağır hərbi texnikanın gurultusu altından tərk etdiyim torpaq məni dalğalanan Azərbaycan bayrağı ilə qarşılayır… Küçələrdə arxayın, heç yerə tələsməyən insanlar, bir-birinə bənzəyən evlər var… Daha çox maketə bənzəyən “Çay evi” gözümə çox süni, yad görünür… Mən hələ də ətrafa həmən yuxulu və hövlnak uşağın gözü ilə boylanıram… Anlayıram… ikimiz də o qədər dəyişmişik ki… Tanınmayacaq qədər…

 

Ağdamlıların “balaca Vətən”ə çevirdiyi Quzanlı kəndi əl-ayağı kəsilsə də, yaşamaq üçün çabalayan insanı xatırladır…

 

Artıq kəndin içində, Ağdamın hələ də işğal altında olan Qarağacı qəbiristanlığının daha da yaxınlığındayıq… Atamla məni cəmi bir neçə kilometr məsafə ayırır… Ağlım kəsəndən heç vaxt bir-birimizə bu qədər yaxın olmamışdıq. Buralarda dəli küləklər əsmir. Yüngül meh səni ən doğma adamı kimi tumarlayıb, başına  dolanır. Bu təmasdan özünü ən sevimli insanın ağuşunda hiss edirsən. Meh üzünə, gözünə, boğazına toxunub, qoxunu alır… Bu mehin səni qarşılamaq üçün Qarağacıdan dolanıb gəldiyini düşünürsən…

 

***

 

Quzanlıya Fəxrəddin Abışovu görmək üçün gəlmişəm. Ötən ilin mayından müsahibəyə razılıq versə də, görüşümüz heç cür baş tutmurdu. Onun haqqında danışan döyüş yoldaşı Rey Kərimoğlunun “Çox utancaq adamdı, çətin ki, müsahibə verə…” deməsindən sonra özüm tədbir görməli olduğumu başa düşdüm. Adətən müsahiblər danışmaqdan imtina edib, o günləri xatırlamaq istəməyəndə israr etmirəm. Bu dəfə isə yəqin ki, ağdamlı olduğumuz üçün bir axşam ərklə qapısını döydüm.

 

Mən və APA-nın Quzanlıdakı nümayəndələri – Habil Abbasoğlu ilə Ziya İsmayıloğlu onu evində gözləyirdik. Üzündəki mülayim təbəssümü ilə ruhundakı yaşanmamış gəncliyin əzabını gizlətməyə çalışan görkəmi var idi. Həmən anladım – danışmayacaqdı!

 

Ümumi tanışlar tapmağa çalışdım və deyəsən alındı. Söhbətimizin 3-cü dəqiqəsində qohumluq bağlarımızı kəşf edib, diktofonumu çıxartdım:

 

– Jurnalist olduğumu unudun. Biz qohumuq axı… Bir qohum kimi yaşadıqlarınızı mənə danışmalısınız.

 

Habillə Ziya həmkar dəstəyi göstərib, “Biz də qohumları baş-başa qoyaq” deyərək, həyətə çıxdılar. Fəxrəddin gülərək qızının açdığı süfrədə yer göstərdi:

 

– Nə deyirəm, danışım…

 

Onu məcbur eləmişdim… Buna görə özüm də narahat idim. Müsahibə boyu gözünü aşağı dikib, başına gələnləri sanki pıçıldayaraq qısa epizodlarla danışması vicdanımı sızladırdı…

 

Beləliklə, Lent.az-ın “Əsir düşərgəsi”ndə daha bir gerçək əsir hekayəsini təqdim edirik:

 

– Milli qəhrəmanımız Şirin Mirzəyevin dəstəsindəki ilk könüllülərdən olmuşam.

 

– Nə qədər döyüşdünüz?

 

– 1991-ci ildə döyüşə könüllü yollandım. 1992-ci ildə “Qazançı əməliyyatı”nda yaralandım. Bakıda hospitalda müalicə olunduqdan sonra yenidən öz hərbi hissəmə qayıtdım… Hadisə 1993-cü il, fevralın 9-da baş verdi… Ergidə… Xocavəndin Kuropatkin kəndi ilə üz-üzə postumuz var idi… Ermənilər hücum etdi… Onda oldu nə oldusa…

 

– Nə oldu? Hadisə necə baş verdi?

 

– Əslində əməliyyatı biz hazırlamışdıq, onların üzərinə hücuma keçəcəkdik. Bütün qüvvələrimiz hazırlıq vəziyyətinə gətirilmişdi. Gecə ilə həm silah-sursat, həm də canlı qüvvə ilə postlarımızı gücləndirdik. Çox inamlı idik, amma necə oldusa… (Güclə eşidiləcək səslə pıçıldayır) arxadan “otboy” komandası gəldi, hücumu dayandırdıq…

 

– Axı niyə?

 

– Bilmirəm. Qərarı yuxarılar verirdi… Bir elə hazırlığın qarşısında hücum edə bilmədik. Əvəzində elə həmin gecənin səhəri ermənilər hücuma keçdilər… Mən minomyot batalyonunun komandiri idim. Səhər tezdən öz postuma yollanırdım… Axşamdan əməliyyat üçün apardığım əlavə silah-sursatı geri qaytarmalıydım… Ergidəki postumuzun arxasında qərargah məntəqəsi var idi, yəni post ilə əlaqə yaratdığımız yer… Ora ilə postun məsafəsi də xeyli var idi… Təxminən 5-6 kilometr…

 

Onsuz da baxışlarını yerə dikib gizlədirdi… İndi isə tamamən üzünü çevirdi… Sanki divara danışırdı. Səsinin tonunda hədsiz iztirab duyulurdu…

 

– Həmən günü qar yağmışdı, yer palçıq idi… O yolu hər maşın gedə bilmirdi… Mən öz postuma yollandığım vaxt onların hücumu başladı… Qarşılaşdıq… Bizim KamAZ-ı vurdular…

 

– Neçə nəfər idiniz?

 

– Üç nəfər. Mən, sürücü Vaqif və gənc əsgər Ziyəddin. Hərəmizin başına bir iş gəldi… Vaqif öldü, mən əsir düşdüm, Ziyəddin isə…

 

***

 

“BMP-1”dən açılan atəşdən KamAZ silkələnib alışdı. Sürücü Vaqif göz qırpmağa macal tapmamış həyatla vidalaşdı. Zərbə Fəxrəddini maşından 7-8 metr kənara atmışdı. Ziyəddin isə hələ də yanan maşının içində idi. Erməni hərbçilərinin yaxınlaşdığını görüb, alovu özünə sığınacaq seçmişdi. KamAZ elə alovlanırdı ki, erməni hərbçiləri yanan maşının içində kimsə olduğunu güman etmədilər.

 

Taleyin alovun içindən alıb kənara atdığı Fəxrəddin huşunu itirmişdi. Bu, bir neçə dəqiqə çəkdi. Erməni hərbçiləri ona doğru yaxınlaşanda, Fəxrəddin qalxıb qaçmağa başladı. Yaralanmamışdı, qaça bilirdi. Amma tək idi. Onlar isə çox… Fəxrəddini yaxalamaq onlara çətin olmadı. Elə bir yerdə onu dövrəyə aldılar ki, nə qaçmağa yer qalmışdı, nə də müdafiə üçün silahı… Hadisələr artıq yanan KamAZ-dan çox uzaqda baş verirdi.

 

Hərbçilərdən biri əlini silaha atdı:

 

– Bir türk itini də burada gəbərdək!

 

– Dayan! – ikincisi müdaxilə etdi, – Avtomatı yığışdır! Türk əsgərinə belə asan ölüm yaraşmaz. Qoy əzab çəksin. Əl-qolunu bağlayıb yola ataq. Sonra da BMP ilə üstündən keçək! Sonra qayıdıb bir də keçək! Əzilib torpağa qarışana qədər BMP ilə tapdayaq!

 

Digərləri də ikinci hərbçinin təklifini dəstəkləyirdi ki, başqa biri dilləndi:

 

– Türkü öldürməyin, mənə verin!

 

– Neynirsən türkü Hayk? Qadın da deyil ki, deyim bir faydası olacaq! Nə deyib babalarımız? Türk əsgəri gördünsə, başını ilan başı kimi əz!

 

– Onu mənə verin! – Hayk israrla dilləndi – Qardaşım keçən döyüşdə əsir düşüb. Saxlayıb, qardaşımla dəyişdirəcəyəm…

 

Mübahisələr başladı. Kimi Fəxrəddinin başını ilə buradaca kəsməyi təklif edir, kimi də yox olub torpağa qarışana qədər BMP ilə əzilməsini tələb edirdi. Hayk israrla döyüşçü yoldaşlarını Fəxrəddini ona verməyə razı salmağa çalışırdı…

 

(Davamı olacaq…)

 

II hissədə:

 

– Ağdama hücum edəndə Yusifcanlı kəndindən üç yaşlı adam tutub gətirmişdilər. Bir ağsaqqal, bir də yaşlı ər-arvad… Eyni kamerada qalırdıq… Qadınlı, kişili hamımıza eyni işgəncələri verirdilər…

 

– Əsirin anası ilə arvadı kameraya gəlib, mənimlə görüşdülər. Gizlicə yemək də gətirmişdilər…

+1

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website