İxtisas seçimi başlayıb – I, II, III, IV qruplar üzre keçid balları

İxtisas seçimi başlayıb - I, II, III, IV qruplar üzrə keçid balları


29.07.2016 / 11:09 xeber –

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçiminə başlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

 

Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.tqdk.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri üzrə və V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlər TQDK-nın müəyyən etdiyi tələbləri ödədikləri halda, imtahanında iştirak etdikləri hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

"Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 300-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):

– Aqromühəndislik;

– Torpaqşünaslıq və aqrokimya;

– Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

– Meşəçilik;

– Aqronomluq;

– Zootexniklik;

– Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).

         II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" ixtisasları və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan  ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.  Bakı Dövlət Universitetinin “Filologiya (alman dili və ədəbiyyatı)” ixtisasını attestatında xarici dil fənni kimi alman dili göstərilən və qəbul imtahanında xarici dil kimi alman dilindən imtahan vermiş, “Filologiya (fransız dili və ədəbiyyatı)”ixtisasını isə attestatında xarici dil fənni kimi fransız dili göstərilən və qəbul imtahanında xarici dil kimi fransız dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisası və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan  ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). 

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti "4" və ya"5" olan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):

– Baytarlıq;

– Ekologiya (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə);

– Su bioehtiyatları və akvabitkilər;

– Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).

 

mənbə :
lent.az




Facebook'ta Paylaş! Whatsapp'da Paylaş!

Şərh Yaz

Your email will not be published.
Şərh göndərilir...
Komitenin bir sonraki toplants 17-18 Mart'ta gerekletirilecek. Bu arada, bugn aklanan verilerin beklentileri karlamamas nedeniyle sat arlkl seyreden New York Borsas, FOMC toplant tutanaklarnn ardndan kayplarn artrd. Maliye Bakanl, ileri Bakanl ve Hazine Mstearlnn istihdam verilerine gre, devlet, kamu hizmetlerinin kalitesini artrmak ve eitli hizmet alanlarnda oluan personel an gidermek iin personel takviyesine gitti. Kamunun istihdam ettii kii says, emeklilik ve istifalara karn eitli istihdam trlerinde 120 bin 455 artt. Bylece 2013 sonunda 3 milyon 319 bin 584 olan kamunun personel says, geen yln sonunda 3 milyon 440 bin 39'a ykseldi. Kamudaki yllk istihdam art yzde 3,6 olarak gerekleti. stihdam saysnda en fazla art kadrolu personelde oldu. Kamuda kadrolu olarak alanlarn says geen yl 106 bin 146 artt. Bylece kadrolu personel says 2 milyon 826 bin 113'e ulat. The posters, displayed at at least one coffee shop in Los Angeles, angered Armenian Americans because of sensitivities around the deaths of more than a million Armenians at the hands of Turkish Ottoman forces in the early 20th century. Trk genci, ok sevdii arabas iin verdii 'Kz arkadamn istei zerine aracm satmak zorundaym' balkl ilan byk ilgi ekti Merkez Bankas'nn haftalk blteninde yer alan bilgilere gre, bir nceki hafta 36 milyar 178,6 milyon dolar olan hisse stok miktar 35 milyar 488,3 milyon dolara, 28 milyar 37,7 milyon dolar olan DBS stok miktar ise 26 milyar 545,4 milyon dolara indi. Piyasa fiyat ve kur hareketlerinden arndrlm olarak hesaplandnda hisse senedi deerinde 37 milyon dolar, DBS deerinde 37,6 milyon dolar art yaand. zel sektr bonolarnda 153,5 milyon dolar d gerekleirken, repo deerinde ise 8,1 milyon dolar art gzlendi. Fed'in aramba gn faizleri deitirmemesine ramen karar metnindeki ifadelerden aralk aynda faiz artrmnn yaplabilecei beklentilerinin artt grlyor. Fed karar ile nceki gn hzl ykselen New York borsalar, dn aklanan ABD 3. eyrek Gayri Safi Yurtii Hasla (GSYH) verisinin beklentilerin altnda, yzde 1,5 artmasnn ardndan gn dle tamamlad. Dolar endeksi de nceki gnk kazanlarnn nemli bir ksmn geri verdi. ABD 10 yl vadeli tahvil faizleri Fed kararnn ardndan ikinci ilem gnnde de ykseliini devam ettirerek yzde 2,08'den yzde 2,18'e kt. Dow Jones endeksi yzde 0,13, S&P 500 endeksi yzde 0,04 ve Nasdaq endeksi yzde 0,42 deer kaybetti. Analistler, Fed'in aralk ayndaki ilk toplantsna kadar aklanacak makroekonomik verilerin faiz artrm srecine ilikin beklentiler ve piyasalarn yn zerinde belirleyici olacan dile getiriyor. Avrupa tarafnda, avro/dolar paritesi, nceki gn Fed kararnn ardndan 1,0897 ile yaklak 3 ayn en dk seviyesine kadar geriledikten sonra dn kayplarnn bir ksmn telafi ederek 1,10 snrna kadar kt. Dn Almanya'da DAX endeksi yzde 0,29, ngiltere'de FTSE 100 endeksi yzde 0,65 ve Fransa'da CAC 40 endeksi yzde 0,10 azald. Analistler, bugn aklanacak enflasyon verisinin izleneceini belirterek, pay piyasalarnn hafta bandan bu yana dar bant iinde hareket ettiini, bu bandn krlmas durumunda krlma ynne doru hareketin ivme kazanabileceini vurguluyor.