Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Men Azerbaycan prezidentinin apardığı siyaseti destekleyirem" – MÜSAHİBƏ

"Mən Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm" - MÜSAHİBƏ

01/08/2016

15:32

01.08.2016 / 14:22 xeber –

Lent.az “İNTER-SEVER”  kompaniyasının prezidenti, Dünya Azərbaycanlıları İttifaqının sədri, Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovla müsahibəni təqdim edir:

 

– Prezidenti olduğunuz “İNTER-SEVER” şirkəti hansı ölkələrdə fəaliyyət göstərir, əsas biznes işi nədən ibarətdir?

– Mənim əsas biznes fəaliyyətim “İNTER-SEVER” kompaniyasındadır. Hansı ki, mən bu kompaniyanı 1990-cı ilin iyununda yaratmışam və o zamandan şirkətin prezidentliyəm. Bizim kompaniya əsasən ofis icarəsi, kiçik yenidənqurma işləri, tikinti investisiyası istiqamətində ixtisaslaşıb. “İNTER-SEVER” əsasən Rusiya və İtaliyada fəaliyyət göstərir. Lakin baş ofisimiz Moskvadadır.

– Prezidenti olduğunuz “Frenk Fond”u fəaliyyət göstərirmi, əgər göstərirsə, konkret hansı istiqamətdə və hansı şəhərlərdə?

– Mən bu fondun vasitəsilə əsasən 1990-2000-ci illərdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşam. Sonra “Frenk” Fondunu, Xalq Vətənpərvərlər Birliyinin, eləcən də “Azərbaycan XXI ƏSR” qəzetinin fəaliyyətini tamamilə dayandırdım. 2005-ci ildən mənim ancaq Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondu vasitəsilə xeyriyyəçilik fəaliyyətim olub. Bu diaspora təşkilatlarının vasitəsilə mən Rusiya və Belarusun müxtəlif bölgələrində yoxsul, veteran, əlil uşaqlar, internet evlərinə köməklik göstərmişəm. Hesab edirəm ki, bu fəaliyyət dünyada milyonlarla insanın qarşısında Azərbaycanın, azərbaycanlıların çox gözəl və müsbət imicini yaradır.

 

–  Son illər görünmürsüz, Azərbaycana da gəlmirsiniz?

 

– Azərbaycana gəlməməyim haqda fikirlər doğru deyil. Mən bu ildə iki dəfə – aprel və may ayında Bakıya səfər etmişəm. İlk səfərim böyük qardaşım Firudin Məmmədovun vəfatı ilə bağlı olub. Moskvada qardaşım qəfil vəfat etdi və biz onu öz vətənimizdə dəfn etdik. İkinci səfərim isə mayın əvvəllərində oldu. Bu, mərhum prezident, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad günü ilə bağlı idi. Biz onun məzarını ziyarət etdik, məzarı üzərinə əklil qoyduq. Bu ziyarətdə Dünya Azərbaycanlılar İttifaqı, Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun nümayəndələri də iştirak etdi. Biz həmçinin dahi oftalmoloq Zərifə xanım Əliyevanın məzarını da ziyarət etdik.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox nəhəngdir və borcumuzdur ki, onun xatirəsini daima əziz tutaq. Azərbaycan xalqının haqlı tələbi ilə böyük siyasətçi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtmaqla ölkəni hərbi-siyasi, iqtisadi və humanitar fəlakətdən xilas etdi. Məhz onun siyasətinin nəticəsində Azərbaycan qısa müddətdə Cənubi Qafqazda ən güclü dövlətə çevrilə bildi. Azərbaycanda möhkəm vətəndaş sülhü və həmrəyliyi, eləcə də siyasi stabillik yaranıb. Bu, Azərbaycan iqtisadiyyatına böyük xarici investisiyanın cəlb edilməsinə şərait yaratdı. Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin apardığı siyasət nəticəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatına xarici investisiyaların qoyuluş həcmi 120 milyard dollar oldu. Bu mənada hesab edirəm ki, Heydər Əliyevin respublikada ikinci hakimiyyəti ölkə üçün milli dirçəliş və Azərbaycanın çiçəklənməsi dövrüdür.

Əgər mənim Azərbaycanla əlaqə və rabitəmi kəsmək kim niyyətim olsaydı, o zaman Azərbaycan diasporunun inkişafı ilə bağlı aktiv fəaliyyət göstərməzdim. Son iki ildə Dünya Azərbaycanlıları İttifaqının əlaqələndirmə şurasının sədri və Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi diasporamızın inkişafı, aktivləşməsi, fəaliyyətinin gücləndirilməsi üçün maksimum fəaliyyət göstərmişəm, çalışmışam ki, daha çox strukturlar yaransın, diaspora qurumlarımız güclənsin. İyul ayında biz Rəşad Quliyevlə birgə Dünya Azərbaycanlıları Assambleyasının yaradılması haqda saziş imzaladıq. Bu sazişə əsasən Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondu Dünya Azərbaycanlılar Assambleyasının təsisçiləri oldu.
 

Bakıda iyunun əvvəllərində Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan diaspora təşkilatları arasında birlik və həmrəyliyin olmasının əhəmiyyəti haqqında fikirlərini ifadə etmişdi. Biz də bu işə öz töhfəmizi vermək üçün aktiv fəaliyyətimizi ortaya qoyuruq. Bu mənada mənim vətənlə əlaqələrimi dayandırmağım haqda fikirlərin əsası ola bilməz. Azərbaycan mətbuatında müsahibələrimin olmaması haqda məsələyə gəldikdə isə, bu, müəyyən şəraitlə bağlıdır. Əvvəla, mənə müsahibə vermək, fikirlərimi ifadə etmək, media ilə əhatə olunmaq üçün çox vaxt lazımdır. Bu isə vaxtımın çox hissəsinin alınması deməkdir. Mən nadir hallarda müsahibə verirəm.

 

Ancaq qeyd edim ki, Dünya Azərbaycanlıları İttifaqının mətbuat xidməti vasitəsi ilə Azərbaycan, Türkiyə və Rusiyadan olan jurnalistlərdən çoxsaylı suallar daxil olur. İkincisi, mənim fəaliyyətimin aktiv olması, Azərbaycan mediasında mənim fəaliyyətim haqqında xəbərlərin getməsi Bakıda bəzi insanlarda qəribə düşüncələr yaradır, yazılanlar mənim özümün təəccübümə səbəb olur. Mediada mənim “siyasi və digər ambisiyalarım” haqqında lazımsız müzakirələr yaşanır, hər kəs öz zəngin təxəyyülünü işə salır, təsəvvürləri əsasında nələrsə qurmağa başlayır.

Əlbəttə, bəzi jurnalistlər öz oxucu əhatəsini genişləndirmək məqsədilə dedi-qoduya üstünlük verir, əksər hallarda fikirlərimi təhrif edirlər. Belə fikirlər isə yağışdan sonra göbələyin çoxalması kimi daha çox yayıla bilir. Belə səpkili danışıqlar, fantaziya son nəticədə çox asanlıqla mənim adım ətrafında intriqa və münaqişə yarada bilər. Bu amillərə əsasən çalışıram ki, mümkün qədər media ilə əlaqələrimi azaldım. Üçüncüsü, mən danışmaqdan daha çox real iş görməyi vacib hesab edirəm. Fikrimcə, boş-boş vədlər əvəzinə iş görmək, fəaliyyət göstərmək lazımdır.

Mənim öz prinsipim var: ilk olaraq siz yaxşı və ictimai faydalı işlərinizi həyata keçirin, sonra insanlar, cəmiyyət görülən yaxşı işlər haqqında informasiya əldə edər. Odur ki, son illərdə mən könülsüz olaraq jurnalistlərlə görüşmək, onlara sadəcə müsahibə vermək, özümü təşviq etmək kimi işlə məşğul olmağı doğru hesab etmirəm. Nə zamansa mənim deməyə sözüm olursa, bu haqda Feysbuk sosial şəbəkəsində, eləcə də Dünya Azərbaycanlıları İttifaqının azuinon.org saytında fikirlərimi ifadə edirəm. Əlbəttə, mənim fikir və rəylərimə maraq göstərən insanlar bu internet resursları vasitəsilə tanış ola bilərlər.

 

– Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları ermənilərlə müqayisədə çox zəifdir. Siz də diaspora prosesində iştirak edirsiniz. Niyə bizim diaspora qurumlarımız, təşkilatlarımız daima parçalanır, eyni təşkilatda olanlar alternativ qurumlar yaratmaqla zəifləməyə doğru gedirlər?

 

– Bizim diaspora təşkilatlarında daxili çəkişmələr və intriqalar əsasən liderlik uğrunda gedir. Hər kəs lider, məsul olmaq istəyir. Lakin bizim diasporamızın qalib gəlməsi üçün komanda fəaliyyəti lazımdır, nəinki liderlik uğrunda qarşıdurma və intriqalar. Təəssüflə deyim ki, diaspora qurumları daxilində liderlik uğrunda mübarizə sonda təşkilatların parçalanması ilə başa çatır. Hesab edirəm ki, diaspora fəaliyyətində daha çox komanda ruhu lazımdır. Azərbaycan diaspora qurumlarında bu neqativ prosesin qarşısını birdəfəlik almaq məqsədilə, iki il əvvəl təklif etdim ki, “Azərbaycan diaspor təşkilatlarının etik davranış kodeksi” adlı sənəd qəbul edək və hər bir diaspora qurumu da bu sənədə hörmətlə yanaşsın, ona əməl etsin.

Fikrimcə, qəbul ediləcək bu kodeksdə diaspora qurumlarının üzləşdiyi problemləri həll edə biləcək qaydalar, diaspora işinə qoşulmaq istəyən soydaşlarımız üçün meyarlar olmalıdır. Məsələn, təşkilatlarda qərarlar güc və nüfuzla deyil, kollektiv şəkildə də qəbul edilməli, diaspora qurumlarında kollegial orqan fəaliyyət göstərməlidir. Bu mexanizm daha məqsədəuyğundur və komanda şəklində fəaliyyətə səbəb ola bilər. Başqa sözlə, bu cür mexanizm komanda ruhunu yaradar və fərdi liderlik uğrunda mübarizəyə son qoyar. Bu, eyni zamanda diaspora fəaliyyətinin effektivliyini artırar. Eyni zamanda azərbaycanlıların daha yaxşı imicini yaratmaq, Azərbaycanın nüfuzunu qaldırmaq üçün diaspora qurumlarının liderləri bir-birilə mübahisələrə son qoymalı və bu münasibətləri media resurslarına gətirməməlidir.

 

Ümumiyyətlə, bizim diaspora qurumlarımızda olan soydaşlarımız bir qızıl qaydaya əməl etməlidir: Azərbaycan və azərbaycanlılar haqqında ümumiyə ya müsbət danışmaq, ya da susmaq lazımdır. Hesab edirəm ki, “Azərbaycan diaspor təşkilatlarının etik davranış kodeksi” adlı sənədi dünyada Azərbaycan adına fəaliyyət göstərən bütün diaspora qurumları qəbul etməli və bu öhdəliklərə əməl olunmalıdır.

 

– Bir zamanlar müəyyən təşkilatlar qurdunuz, ölkədə qəzetiniz nəşr edilirdi. Sonradan siyasi proseslərdən çəkilmənizə səbəb nə oldu?

 

– Bəli, mən 1998-ci ildə Xalq Vətənpərvərlər Birliyinə başçılıq etdim. Sonra “Azərbaycan XXI ƏSR” adlı qəzetimiz nəşr edildi. Bizim partiya o zaman Azərbaycan rəhbərliyinə dəstək məqsədilə nəzərdə tutulmuşdu. Odur ki, həmin dövrdə biz müxalifət mövqeyindən çıxış etmirdik və Heydər Əliyevin siyasətini dəstəkləyirdik. Xatırlayıram, həmin dövrdə ölkə mətbuatı yazırdı ki, Azərbaycanda yeni siyasi partiya yaranır və insanlar bu təşkilata ciddi dəstək verəcəklər. Həmin vaxt mən müsahibə verdim və qeyd etdim ki, xalqımızın əsas diqqətini vacib olan məsələləri istiqamətləndirməyi vacib sayırıq. Bu da, ölkədə vətəndaş sülhünü və həmrəyliyini gücləndirmək, Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyümüzün təmin edilməsindən ibarətdir. Siyasətdən çəkilməyimə əsas səbəb daha çox diaspora fəaliyyətim oldu. Mən hesab edirəm ki, vacib və effektiv məsələlərdən biri bizim diaspora qurumlarını gücləndirmək, bir araya gətirməkdir. Diaspora qurumları qeyri hökumət təşkilatı statusunda olmalıdır, ölkə daxili siyasi mübarizədə iştirak etməməlidir. Siz də, yaxşı bilirsiniz ki, son illər müxalifət fikirli azərbaycanlılar Avropaya mühacirət edib və onların müxalifət fəaliyyəti var. Bu mənada hesab edirəm ki, soydaşlarımız, köçkünlərin fəaliyyəti diaspora işinə sirayət etməməlidir. Azərbaycan diasporunda bölünmənin qarşısını almaq, diasporanı bir yumruq altında birləşdirmək lazımdır.

 

– Son illər Azərbaycandan Avropaya çoxlu sayda azərbaycanlılar siyasi mühacir və qaçqın kimi gedib. Onlarla əlaqələriniz, təmaslarınız varmı?

 

– Mən diaspora işi ilə əlaqədar soydaşlarımızla görüşürəm. Əlbəttə, mənə onların arasında siyasi mühacirlərin, sadəcə köçkünlərin, bura pul qazanıb ailəsini saxlamaq məqsədilə gələnləri və biznes fəaliyyəti göstərənləri müəyyən etmək çətindir. Hansısa soydaşımıza kömək lazım olanda və mənim buna köməyim çatanda şübhəsiz ki, ondan siyasi mövqeyi, partiyalılığı haqda soruşmuram. Mənim üçün bütün azərbaycanlılar əzizdir. Heç şübhəsiz ki, hansısa soydaşımız özünün müxalif fikrini ortaya qoyanda və ya mən bu haqda biləndə ona deyirəm ki, mən Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm.

 

– Azərbaycanda baş verən prosesləri izləyirsinizmi və vəziyyəti necə qiymətləndirirsiniz ?

 

– Əlbəttə, mən bir vətənpərvər olaraq Azərbaycanla maraqlanıram, vətəndə baş verənləri izləyirəm. Mən insanlar, doğma Azərbaycan üçün narahat deyiləm. Mənim fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev respublikanı yaxşı idarə edir və problemləri həll etmək üçün qısa zamanda müəyyən addımlar atıldı. Buna görə də Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Hətta nüfuzlu beynəlxalq təşkilatlar və ekspertlər Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit qiymətləndirir, iqtisadi vəziyyəti davamlı hesab edir.

 

–  Azərbaycanda siyasətçi, jurnalist, ziyalı, elm adamları ilə dostluğunuz, təmaslarınız varmı, yoxsa ancaq qohumlar və dostlarla əlaqə saxlayırsınız?

– İctimai diaspora fəaliyyəti mənə çoxlu insanlarla dostluq yaratdı və çoxlu sayda jurnalist, siyasətçi, elm adamı ilə təmaslar qazandırdı. Heç şübhəsiz ki, aktiv diaspora fəaliyyət əlaqə, tanışlıq olmadan real deyil. Bu insanlar mənim rəhbərim olduğum Dünya Azərbaycanlıları İttifaqını dəstəkləyir. Onlar hər zaman mənə dəstək və qiymətli məsləhətlər verir. Yeri gəlmişkən, mənə çoxlu insanlar indi siz verdiyiniz sualı verir. Ancaq iş ondadır ki, insanlarla sıx əlaqədə olmadan uğurlu diaspora fəaliyyəti aparmaq sadəcə mümkün deyil.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles