Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Ölümcül döyüb, qızıl dişlerimi kelbetinle çekdiler…” – ƏSİR DÜŞƏRGƏSİ

“Ölümcül döyüb, qızıl dişlərimi kəlbətinlə çəkdilər...” – ƏSİR DÜŞƏRGƏSİ

01/08/2016

18:24

01.08.2016 / 17:21 xeber –

 

 

əvvəli http://news.lent.az/news/249445

 

II hissə

 

 

Mübahisələr başladı. Kimi Fəxrəddinin başını elə buradaca kəsməyi təklif edir, kimi də yox olub torpağa qarışana qədər BMP ilə əzilməsini tələb edirdi. Hayk israrla döyüşçü yoldaşlarını Fəxrəddini ona verməyə razı salmağa çalışırdı… və bütün bunlar yanan KamAZ-dan çox uzaqda baş verirdi…

 

Alovu özünə sığınacaq seçən Ziyəddin ətrafda ermənilər olmadığını görəndə özünü maşından aşağı atdı. Qorxudan dili də, əl-ayağı da tutulmuşdu. Qaçmaq istədi, addım ata bilmədi. Ağaclara doğru sürünməyə çalışdı. Erməni hərbçiləri yandığına görə KamAZ-a yaxınlaşmağı ağıllarına belə gətirmədilər. Hamısı əsir götürdükləri Fəxrəddinin başına toplaşmışdı. Maşından bir nəfərin də çıxdığını görəndə kimsə yaxınlaşmaq istədi, amma o birisi mane oldu:

 

– Sağ-salamat əsiri qoyub yaralının dalınca hara gedirsən? Görmürsən ayağı yer tutmur, hara qaçasıdır ki?

 

– Onda bir-ikisini atım, ölümqabağı ağrılarını artırım!

 

Onların söhbətlərini müşayiət edən gülüşləri Fəxrəddinin qulağında atəş kimi səslənirdi. Bu gülüşlərin arasında özünü bombardmana düşmüş kimi hiss edirdi. Erməni hərbçi Ziyəddinə doğru bir neçə atəş açdı…

 

***

 

– Ziyəddini vurdular?

 

– Arxadan bir neçə dəfə atəş açdılar, amma dəyməmişdi… Ziyəddin Ağdamın Mərzili kəndi istiqamətinə qaçıb gələ bilmişdi…

 

– Sizi hara apardılar?

 

– Əvvəlcə döydülər… Sonra Xocavənd rayonunun Sos kəndinə aparıb, zirzəmiyə saldılar. Yenidən başladılar döyməyə…

 

– Nə ilə döyürdülər?

 

– Nə ilə gəldi döyürdülər. (Gülümsəyir) Hər şey ilə… Dəfələrlə tapança ilə başıma vururdular. Əsirsən də… Düşmən ölüncə döyür… Demir ki, bu öləcək, ya qalacaq… Mən də o vaxt belə deyildim, gənc idim, sağlam idim, idmanla məşğul olmuşdum. Bəlkə də ona görə bütün əzablara dözdüm, ölmədim… Elə əsirliyin birinci günü ölümcül olana kimi döydülər. Sonra da bir neçə qızıl dişim var idi, onları sökdülər…

 

– Nə ilə?

 

– Məişətdə işlətdiyimiz adi kəlbətinlə… Bilirəm, bunu ağrıya görə soruşursunuz, amma dişlərimi çəkəndə artıq o qədər döyülmüşdüm, bütün bədənim elə ağrı içində idi ki, kəlbətinlə çəkilib ağzımdan çıxarılan dişləri hiss eləmədim… Əsirliyimin ilk gecəsi çəkdilər dişlərimi…

 

– Zirzəmidə sizdən başqa əsir var idi?

 

– Yox, məni tək saxladılar. Bir həftə həmən zirzəmidə qaldım. Yeməyə kiflənmiş çörəklə su verirdilər. Bu yemək də deyildi, sadəcə ölməməkdən ötrü… necəsə yaşamaq cəhdi idi… Bir həftədən sonra məni maşına basıb, Xocavəndin milis şöbəsinə gətirdilər.

 

– Bura necə yer idi?

 

– Zirzəmidən fərqli idi. Buraya mülki şəxslər gəlmirdi. Nəzarətçilər, hərbçilər kameradan çıxardıb döyürdülər… Bəzən də elə kamerada…

 

– Ancaq döyürdülər? Heç nə soruşmurdular?

 

– Sorğu-sual çox olurdu. O qədər şey soruşurdular. Mən əsirliyin ilk günündən iki ildir döyüşdüyümü boynuma almadım. Dedim “oblavaya” düşmüşəm, məcburən Ağdama göndəriblər… Zabit olduğumu demədim…

 

– Dediklərinizə inanırdılar?

 

– İnansalar da, inanmasalar da, mən son ana qədər sözümün üstündə dayandım. Ayrı bir söz demədim. Hər gün eyni şeyləri soruşurdular ki, hərbi hissələriniz haradadır? Bir də axı guya mən çox hərbi sirr bilirdim ki? Öz hərbi hissəmizdən başqa heç yerdə olmamışdım.

 

– Hərbi hissələrlə bağlı başqa nələri soruşurdular?

 

– Təyyarəniz haradan qalxır, əlinizdə nə qədər əsir var, harada saxlayırsınız… Mən də bilmədiyimi deyirdim. Haradan bilməliydim axı? Ağdama məcburən göndərildiyimi demişdim axı. Bilirsiniz, inansalar da “bilmirəm” deyirdim, inanmasalar da. Onsuz da onlar məni döyürdülər. Düz desəm də, səhv desəm də işgəncə verirdilər…

 

– Xocavəndin milis şöbəsində də zirzəmidəki kimi tək saxlanılırdınız?

 

– Əvvəl tək idim. Amma sonra… iyunun 12-də Ağdama hücum etdilər… Ağdam uğrunda qanlı döyüşlər başladı… Həmin vaxt Yusifcanlı kəndindən üç yaşlı adam tutub gətirmişdilər. Bir ağsaqqal, bir də yaşlı ər-arvad… Onları mənimlə eyni kameraya salırdılar.

 

– Kim idilər? Adlarını xatırlayırsınız?

 

– Səhv etmirəmsə biri Mirzə kişi idi, hündür adam idi. O birilər isə… deyəsən qadının adı Kəklik arvad idi, kişinin isə adı yadımdan çıxıb… Dördümüzə də eyni əzabı verirdilər. Deyim ki, seçərdilər ki, mən əsirəm, onlar girovdur, yaşlı qadındır… Yox! Onların da mənim kimi kəlbətinlə dişlərini çəkdilər… Hamımız döyülürdük, quru çörək ilə suyun ümidinə idik… On gün onlarla bir yerdə qaldım.

 

– BQXK sizi ziyarət etmişdi?

 

– Bəli, təxminən mən milis şöbəsinə gətirilməyimdən 10 gün sonra gəldilər. Binanın altı zirzəmi, üstü isə şöbə idi, həyəti də var idi. Bir səhər məni həyətə çıxarmışdılar, gördüm nəzarətçi üzü yuxarı dayanıb polislərlə danışır. Bir az keçəndən sonra məni yuxarıya, rəisin otağına apardılar. İçəridə iki nəfər oturmuşdu – sarıyanız, hündürboylu kişi ilə qarabuğdayı qadın. Erməni polisləri otaqdan çıxdı, rus dilində bilirdilər, təkbətək danışdıq… Sonra evə məktub yazdım… sonra evdən cavab gəldi… Cəmi bir dəfə yazışdıq evlə. Onda da qoymadılar nə isə yazmağa. Ancaq sağlıq, salamatlıq…

 

– Bəs evdən sizə gələn məktubda nə yazılmışdı?

 

– Yazılmışdı ki, “sənə görə narahatıq. Erməni axtarırıq ki, tez bir müddətdə səninlə dəyişək”. Ayrı heç nə… Elə ona görə də məni Şuşa türməsinə aparmadılar… Bircə bu məsələdə bəxtim gətirdi… Axı Şuşaya gedənin sağ qayıtma ehtimalı çox az idi… Qohumlarım və hərbçi yoldaşlarım daima mənimlə maraqlanır, dəyişmək üçün erməni axtarırdılar. Hətta birini tapmışdılar, sadəcə ermənilər yiyə durmadı ona…

 

– Niyə?

 

– Bizimkilər o ermənini Gəncə-Qazax, ya da Gürcüstan qatarında tutmuşdular. Mülkü şəxs idi, pasportuna kürd olduğu yazılmışdı. Amma Ermənistan vətəndaşı idi. Bizimkilər onu evimizdə saxlayırdılar, azad ediləndən sonra gəlib Ağdamda evdə gördüm…

 

– Bəs Hayk?

 

– Haykın qardaşı tapılmadı. Amma bir neçə dəfə Haykın anası ilə əsir düşən qardaşının arvadı kameraya yanıma gəlib, mənimlə görüşdülər. Mənə gizlicə yemək də gətirmişdilər… Yeməyi də mənə elə verdilər ki, o birilər görməsin… Təbii ki, ölməyim, oğlanları ilə dəyişsinlər deyə belə etdilər. Yoxsa niyə qayğıma qalsınlar ki? Amma sonra xəbər gəldi ki, biz tərəfdə o adda əsir yoxdur, ondan sonra gəlmədilər…

 

– Bəs necə dəyişdirildiniz?

 

– İyunun 12-də ermənilər bütün cəbhələrdən Ağdama hücum etdilər. Qanlı döyüşlər başladı. Bizim batalyonlar Ağdamın bir qarışını da erməniyə verməmək üçün bütün gücü ilə müdafiə olunurdu. Ermənilər isə bizdən dəfələrlə artıq texnika və canlı qüvvə ilə cəbhəboyu hücuma keçmişdi. Həmən vaxtlar bizim batalyon Şelli kəndində döyüşürdü. Hücumların birində batalyonumuz ermənilərin müqavimətini yaxşı qıra bilmişdi. Ermənilər geri çəkiləndə döyüş meydanında, Şelli postunun qarşısında xeyli meyitləri qalmışdı. Bizimkilər həmən meyitlərin üçünü götürüb saxlamışdı… Onlar da ermənilər üçün lazımlı hərbçilərin meyiti idi deyə geri istəyirdilər. Bu vaxt döyüşçü dostlarım onlardan meyitlərin əvəzində məni tələb ediblər. İyunun 24-də meyitləri ermənilərə təhvil verib, məni dəyişdilər… Düz beş ay 15 gün əsirlikdə qaldım…

 

– Yusifcanlıdan olan yaşlı girovları da sizinlə dəyişdilər?

 

– Yox, onlar qaldı… Sonradan Yusifcanlı camaatını görəndə soruşmuşam, dedilər BQXK onları dəyişdirib gətirib… Deməli, məndən sonra azad ediliblər…

 

– Dəyişdirilməyiniz haqda xəbəri necə aldınız?

 

– Qapını açıb, kameradan çıxmağımı əmr etdilər. Düşündüm ki, yəqin öldürməyə aparırlar. Hər qapı açılanda belə düşünürdük. Çünki həmişə işgəncə vaxtı mənə deyirdilər ki, əgər səni qaytarası olsaq, sağ verməyəcəyik, öldürüb qaytaracağıq. Kameranın qapısı qarşısında dayanan adamı görəndə açığı təəccübləndim. Onu tanıyırdım, bir dəfə də görmüşdüm, amma əsir düşəndən heç görməmişdim.

 

– Kim idi ki?

 

– Əsgəranın batalyon komandiri Vitali Balasanyan…

 

– Ağdamlılar onu yaxşı tanıyırdı…

 

– Bəli, Ağdamda böyümüşdü, bizim dildə qəşəng danışırdı. Allahverdi Bağırovgillə “Qarabağ” futbol klubunda oynayırdı. Ermənilər arasında çox nüfuzlu adam idi, məni kameradan çıxardıb aparanda ona necə hörmət edildiyini öz gözlərimlə gördüm. Məni bir “Jiquli”yə əyləşdirdilər. Sağımda solumda da Vitalinin silahlı adamları oturdu, maşın yola düşdü…

 

– Hələ də sizə hara aparıldığınızı demədilər?

 

– Yox. Bircə dəfə yolda Vitali soruşdu ki, “məni tanıyırsan?” Özümü büruzə verməmək üçün yox dedim, amma tanıyırdım. Bir dəfə görmüşdüm.

 

– Vitalini harada görmüşdünüz?

 

– Qazançı əməliyyatından sonra kəndə gələndə görmüşdüm. Bizim batalyon 1992-ci ilin martında Qazançı kəndini ermənilərdən azad edəndə 11 girov tutmuşdu…

 

– Əlimədətli kəndində saxlanılan yaşlı qadın və kişilər. Sonradan o girovlar 130-a yaxın Xocalı sakini ilə dəyişdirildi…

 

– Bəli, həmən girovlar. Hamısı yaşlı adamlar idi. Aralarındakı qadının biri Vitalinin qohumu olub. O vaxt onu axtaranda rəhmətlik Allahverdi Bağırovla gəlib, girovların yanına keçdi… Mən onu ilk dəfə orada görmüşdüm… Sarıyanız, hündür oğlan idi… Bu dəfə görən kimi tanıdım. Amma boynuma almadım. Məni gözüaçıq gətirdilər, amma arada başımı aşağı əyib saxlayır, 3-5 dəqiqədən sonra qaldırırdılar… Bəlkə də hərbi hissələri olan yerlərdən keçirdik, ona görə… Bilmədim niyə… Ağdamda 19-cu post var idi…

 

– Qarağacı qəbiristanlığının yanı…

 

– Bəli, həmən məşhur post… Məni onunla üz-üzə posta gətirdilər. Artıq başa düşdüm ki, dəyişilirəm… Ermənilər posta təzə çörək gətirmişdilər… Onların nazik çörəkləri olur, ondan. İsti çörəyin iyi ətrafı bürümüşdü… Ermənilərdən  biri mənə çörək uzatdı ki, “Al, bir az ye, əsirsən, yəqin acsan”. Yemədim deyə qayıtdı ki, “Səni öldürsəydik, öldürərdik də! Qorxma, ye!” Yenə yemədim… Ac olsan da həmən an adamın boğazından tikə keçməz… Bir müddət sonra bizim postla danışdılar, sonra məni də bizimkilərlə danışdırdılar. Heç unutmuram, postda Şamil ilə rəhmətlik Rövşən idi… Bir az keçmiş gözümü bağladılar… Məni 19-cu posta gözübağlı gətirdilər. Yerimə 3 meyit verdilər…

 

– Gözünüzü nə vaxt açdılar?

 

– Artıq özümüzünkülər açdı gözümü… Döyüşçü yoldaşlarım…

 

– Sizi hara apardılar?

 

– Dövlət xətti ilə dəyişilməmişdim deyə heç yerə aparmadılar. Birbaşa evə! Çimib, paltarımı dəyişdim. Qohum-əqrəba yığıldı başıma… Başladılar ki, sənə nə etdilər, qaytaranda iynə vurdular, dərman verdilər…

 

– Axı çox əsirə qaytarmazdan öncə iynə vururdular…

 

– Bəli. Damarına solyarka vurulan, dərman içirdilən çox olmuşdu. Amma məndə olmadı. Son günə qədər huşum üstümdə olmuşdu, nə isə etsələr, bilərdim. Bəlkə də edəcəkdilər, sadəcə Vitali qəfil gəlib apardı… Mən dəyişilən günü bəlkə heç şöbə rəisinin də xəbəri yox idi ki, Vitali gəlib məni aparacaq…

 

– Amma yenə də 5 ay 15 gün əsirlikdə qalmışdınız, həkim sizi müayinə etmədi?

 

– Bir həftədən sonra özüm getdim həkimə. Bədənimdə, sifətimdə şişlər var idi. Aylarla havasız, rütubətli kamerada qalmaqdan olmuşdu. Bir az müalicə etdik, sonra Ağdam işğal edildi… Ağdamın işğalından təxminən 15-20 gün sonra yenidən öz batalyonumuzda döyüşməyə başladım… Mənə zabit rütbəsi verdilər. 1998-ci ildə öz ərizəmlə ordudan tərxis olundum…

 

– Nə vaxt ailə qurdunuz?

 

– 1996-cı ildə. Bir oğlum, bir qızım var.

 

– Uşaqlara bu haqda danışırsınız?

 

– Gərək qalmır, özləri hər şeyi bilirlər. Oğlum bilir haralıdır… Harada doğulmalı idi, harada doğuldu… Niyə burdayıq… Niyə bu şəraitdə yaşayırıq… Hamısını bilir… Oğluma baxanda düşünürəm ki, onların qarşısında günahkarıq… Torpağımızı itirmişik… Gələcək müharibəni onlara miras qoymuşuq. Özümüz görməli olduğumuz işləri onlara saxlamışıq… Buna görə də gərək onlar bizi heç vaxt bağışlamasınlar…

 

– Döyüşçü yoldaşlarınızla necə, görüşürsünüz?

 

– Yalandan deyə bilmərəm ki, indi döyüş yoldaşlarımı görmək üçün hansısa məsafəni qət edirəm…

 

– Məğlub əsgər kompleksi yaşayırsınız, yoxsa həyat başınızı qatıb?

 

– Həm o, həm də bu… Amma bir şey deyim, inanın ki, bunu müsahibə üçün demirəm. Yenidən müharibə başlayanda biz – “Şirin Mirzəyevçilər” hərəmiz Azərbaycanın bir tərəfindən gəlib, döyüşə yollanacaq, yenə də son qanımıza qədər vuruşacağıq. Ürəyində torpaq, Vətən sevgisi olan hər kəs bunu edəcək. İndi daha güclü olacağıq, çünki tək deyilik, hamımız döyüşə öz övladlarımızla gedəcəyik…

 

Sağollaşıb ayrılıram. Qapıya yaxınlaşanda arxadan çağırır:

 

– Bir məqamı da demək istəyirəm. Erməni əsirliyində olanda saysız-hesabsız işgəncələr, döyülmələr, əzablar gördüm. Bunların heç birindən qorxmadım. Mən torpağımı sevirəm və Vətənim üçün hər şeyi gözə alıb getmişdim döyüşə. Sonda ölüm də ola bilərdi, əsirlik də, şikəstlik də… Bilirdim ki, artıq əsir düşmüşəm, qorxsam da, qorxmasam da sonu ölümdür. Amma bircə dəfə qorxmuşam… Cəmi bircə dəfə…

 

– Nə vaxt? – tez əlimi çantama atıb, diktofonu çıxardıb yandırıram.

 

– Bir dəfə bizimkilər qırıcı təyyarə ilə 500 kiloluq bombalar atmışdılar… O da yerə girib, amma açılmamışdı. Yəni partlamamışdı. Onu torpaqdan çıxartmaq istəyirdilər, kənarlarını qazmışdılar. Partlayıcı hissəsini isə qaza bilmirdilər. O çox təhlükəli idi, bel təsadüfən ona dəyərsə partlayar, heç kimin tikəsi ələ gəlməzdi. Məni aparıb o xəndəyə saldılar ki, təhlükəli hissəni qazım… Səmimi deyirəm, bircə onda qorxmuşam… Kiçik də deyil, 500 kiloluq bomba… Ani bir yanlış və tikə-tikə olursan… O partlayırsa, deməli adam yoxdur. sübut da edə bilməzsən ki, yer üzündə bu adda adam olub… Onsuz da əsirəm, ölümümü gözləyirəm. Amma ölünün heç olmasa meyiti olur, gözləyənlərinin gözünü yollardan yığan meyiti…

 

– Həmən hissəni tam təhlükəsiz qazıb təmizləyə bildiniz?

 

– Bəli, təmizlədim. Xoşbəxtlikdən partlamadı. Sonra ermənilər “tros”u atdılar, bombanın kənarında qarmaqları var idi, ora keçirdim… Kranla çəkib çıxartdılar, samanlığın üstünə qoyub, Xankəndi istiqamətində apardılar. O bombaları yenidən istifadə də etmək olmurdu, görünür, xaricdən gələn jurnalistlərə göstərəcəkdilər…

 

***

 

Müsahibimin evindən çıxıb, küçədə sakitliyi dinləyirəm. Zülmət gecədə Quzanlının üzərində dalğalanan Azərbaycan bayrağına baxıram… Bu gün görüşdüyüm müsahibləri yadıma salıram… Gün ərzində ona yaxın əsir hekayəsi dinləmişəm, niyə zərrə qədər də yorğun deyiləm? Dərhal da sualıma cavab tapıram – çünki yüngül meh üz-gözümü sığallayıb, başıma dolanır… Saçlarımı uşaq saçları kimi qarışdırır bu meh… Ən çox da buna görə əmin oluram bu mehin Qarağacıdan dolanıb gəlməsinə…

 

SON

+1

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles