Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Türkiyeli millet vekili: “Bu insanlar özlerini çox yaxşı gizleye bilirdiler” – MÜSAHİBƏ

Türkiyəli millət vəkili: “Bu insanlar özlərini çox yaxşı gizləyə bilirdilər” - MÜSAHİBƏ

02/08/2016

00:04

01.08.2016 / 23:02 xeber –

Türkiyə Böyük Millət Məclisi insan haqlarını araşdırma komissiyası sədrinin birinci müavini, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) İstanbul millət vəkili Fatma Benlinin APA-ya müsahibəsi

 

– FETÖ-nün 15 iyuldakı hərbi çevriliş cəhdindən sonra Türkiyədə konsensus durumu meydana çıxıb: prezident Ərdoğan məclisdəki partiya liderlərini qəbul edib, baş nazir Yıldırım qanun dəyişikliklərini müxalifətlə müzakirə edir. Prezident Ərdoğan  və ana müxalifət lideri Kılıçdaroğlu bütün məhkəmə iddialarını geri çəkdilər. Bu durumu “Yeni Türkiyə”nin ilk mənzərələri kimi xarakterizə edə bilərikmi?

 

– 15 iyul Türkiyə üçün çox ağır tarix idi. Bir gecədə 237 şəhid verdik. F-16-ların bomba atdığı bir polis idarəsindən 50  şəhidimizin meyiti çıxdı. G-3 gülləsinə tuş gəlib xəstəxanalarda müalicə edilən 2191  yaralımız var. 15 iyulda Türkiyənin qarşılaşdığı risk çox ciddi idi. İnsanlar tankların altında əzildi, F-16-ların bombaladığı yerlərin altında qaldı, helikopterlər dinc əhalini güllə-baran etdi. Bu durum  siyasi fikir ayrılığına baxılmadan bütün insanların bir araya gəlməsinə səbəb oldu. O gecə prezidentimizin müraciəti ilə meydanlara çıxan insanlar – 70 yaşındakı xalalar, 15 yaşındakı uşaqlar – 9  dəfə bombalanan Məclisimizdə hər partiyadan olan  millət vəkillərimiz heç ayrı-seçkilik qoymadan mövqelərini qorumağa davam etdilər. Daha sonra davam edən “demokratiya növbələri”ndə- Van, Ağrı, Batman, Manisa, İzmirdə- Türkiyənin çox fərqli xüsusiyyətlərini daşıyan müxtəlif vilayətlərində – 10 minlərlə insan sabah namazlarına qədər yerindən tərpənmədi. Tanklardan, ağır silahlardan, F-16-lardan istifadə edənlərin rəhmsizliyi Türkiyə cəmiyyətinin  bir  gerçəyi daha yaxşı anlamasına səbəb oldu: bu ölkə hamımızındır. Türkiyənin 78 milyon əhalisinin  getməyə  başqa yeri yoxdur. Bu ölkə mülki  üsuli-idarəsini heç kimə təhvil verə bilməz. Ona görə də Türkiyənin bir yerdə olması lazımdır. Düşmənimizin bizə  qurduğu tələlər qarşısında parçalanmağımız ağıl işi deyil. 15 iyul bunun nə qədər yaxın bir təhdid və təhlükə olduğunu, bizim fərqli cəhətlərimizə fikir vermədən birlik və bərabərlik içində olmağımızın lüzumunu göstərdi. Çünki qazi  olan 2191 yaralımız fərqli dünyagörüşünə malik insanlardır, hamısının ürəyi bu ölkə üçün vurmaqdadır. ”Demokratiya növbələri”nin davam etdiyi vaxtda atmosferin daha da yumşalması üçün prezidentimiz ona edilən təhqirlərə görə şikayətlərini geri çəkdi. Mən müxtəlif rayonlardakı “Demokratiya növbələri”nə gedəndə CHP-dən, MHP-dən olan millət vəkillərinə, Səadət Partiyasından, Hüda-pardan  olan insanlarımıza təşəkkür edirəm. Çünki bu, vətən uğrunda mübarizədir, siyasi partiyalarımıza görə dəyişə biləcək bir şey deyil. Bu durum Türkiyədə yeni bir paradiqmanın əldə edildiyini, insanların birlik və bərabərliyi ilə bağlı çox gözəl addımların atıldığını göstərir. Çevrilişçilərin niyyəti Türkiyədə vətəndaş müharibəsi yaratmaq idi, ona görə çox rəhmsiz hərəkət etdilər. Ancaq bunu etmək istəyərkən anaların öz qucaqlarındakı 3 yaşlı övladlarını vətən üçün şəhid verə biləcəkləri bir atmosferin yaranmasına səbəb oldular.

 

– Binali Yıldırımın 22 mayda baş nazir vəzifəsinə təyin edilməsindən sonra Türkiyə İsrail və Rusiya ilə münasibətlərini düzəltmə yoluna getdi. 15 iyul Türkiyənin “qabağını kəsmə əməliyyatı” kimi dəyərləndirilə bilərmi?

 

– Türkiyə təkcə özünü təmsil edən bir ölkə deyil. Biz humanitar yardım məsələsində dünyada üçüncü yerdəyik. İqtisadiyyatımızın həcminə görə dünyada 17-ci yerdəyik. Dünyanın ən böyük aeroportunu, ən böyük körpülərini tikəndə daha çox hücumlara məruz qaldığımızı görürük. Türkiyənin yaşadığı problemlər sadəcə Türkiyənin özündən irəli gəlmir. Türkiyə “Dünya beşdən böyükdür”- deyəndə yer kürəsindəki bütün məzlumlara gün doğduğunu bəyan etmiş olur. Bu da, xüsusilə iqtisadi baxımdan bir çox ölkəni narahat edir. Təəssüf ki, o ölkələr təkcə siyasi və diplomatik yollardan deyil, anti-humanitar yollardan da Türkiyəyə ziyan vurmağa çalışırlar. Amma Türkiyə buna qarşılıq verə biləcək qədər güclü ölkədir. Baş nazirimizin də dediyi kimi, “biz düşmənlərimizi azaldacağıq, dostlarımızı artıracağıq”. Biz özümüz inkişaf  edərkən müxtəlif ölkələrlə əməkdaşlıq edəcəyik. Çünki hər ölkənin sülh və rifah içində olmasını istəyirik. Hər hansı ölkədə xaos yaranmasının bizə faydası olacağını düşünmürük, ona görə də bütün ölkələrin stabil inkişaf etməsini istəyirik. Türkiyənin bu yanaşma tərzi imperialist iddiada olan və varlıqlarını başqa ölkələri istismar etmək üzərində quran ölkələrin mənafeyinə uyğun gəlmədiyinə görə, liderlik mövqeyinə yüksəlməyimiz bəzi ölkələri narahat edir. Amma həqiqət bundan ibarətdir ki, haqq yolunda mübarizə aparsanız, düşmənləriniz nə qədər güclü və xain olsalar da əsla və qətiyyən uğur qazana bilməzlər. Dünyanın o başındakı insanın əli suya-çörəyə çatmırsa, bunun günahının Türkiyənin boynuna düşdüyünə inanırıq, onlara yardım etmə məcburiyyətimiz var. Bəlkə Türkiyənin başqa ölkələrdən ana paradiqma fərqi elə budur. Biz bilirik ki, yerə yıxılan insanın əlindən tutub qaldırmasaq, ayaq üstündə olan insanlar da əvvəl-axır yıxılacaqlar. Bizim ayaq üstündə olmağımız başqalarının da ayaq üstündə olub bizə güc verməsinə bağlıdır. Ona görə biz bütün ölkələrlə əməkdaşlığa hazırıq. Türkiyə son vaxtlarda xarici siyasətində həyata keçirdiyi  dəyişikliklə bunu nümayiş etdirir.

 

– Türkiyədəki hərbi çevriliş cəhdindən sonra bəzi ölkələrdə də Fətullah Gülənə yaxın quruluşlar bağlandı. Bəziləri isə bunu etməkdən imtina etdiklərini açıq ifadə etdilər…

 

– Biz heç bir ölkənin Türkiyə kimi acı bir çevriliş cəhdinə şahid olmasını istəmirik. Ona görə də digər ölkələri xəbərdar etmək bizim borcumuzdur. Biz gecənin birində tankların küçələrə çıxaraq dinc əhalini güllə-baran etməsinin, F-16-ların  dinc əhalinin başı üzərindən uçaraq təhdid saçmasının, Məclisi bombalamasının heç bir ölkədə baş verməsini arzu etmirik, ona görə başqa ölkələrə xəbərdarlıq edirik. Çünki FETÖ-nün ən önəmli xüsusiyyəti-özünü gizlədə bilməsidir. 30 ildə heç bir açıq vermədən, gerçək niyyətlərini heç kimə bəlli etmədən, sadəcə yeganə işlərinin insanlara yardım edib onlara təhsil verməkdən ibarət olduğunu xalqa aşılayaraq əsl qayələrini gizləmiş və dövlətin bütün mexanizmlərini sarmışlar. Paralel dövlət strukturu yaratdıqları üçün bunlar çox təhlükəlidirlər. Yaxınlarımdan birinin verdiyi örnək bu baxımdan çox ibrətamizdir: əqrəb həmişə əjdahadan təhlükəli və təsirlidir. Çünki əjdaha nə qədər güclü olsa da özünü açığa vurar və düşmən olduğunu bildiyinizə görə, ona uyğun şəkildə mübarizə apararsınız. Əqrəb isə kiçik olduğuna görə, onu nəzərə almaz və sizi nə vaxt sancacağını bilməzsiniz. FETÖ əqrəbi bu gün Türkiyəni sancdı. Sabah Azərbaycanı, ertəsi gün Qırğızıstanı, daha sonra başqa bir ölkəni sancmayacağına heç kim təminat verə bilməz. Çünki qardaşın qardaşı tanımadığı, qıraqdan gələn əmrlərə uyğun hərəkət edilən və insanların özlərini tamamilə gizlədiyi və təəssüf ki, vicdanlarını və ağıllarını tamamilə kirayəyə verərək  rəhmsiz hala gələn bir təşkilatdan bəhs edirik. Xəstəxanalara gedəndə bunu görəcəksiniz. Bizim şəhidlərimizin hamısı alınlarından, kürəklərindən  ya da ürəklərindən vuruldular. O insanlar G-3 gülləsindən tamamilə öldürmək məqsədiylə istifadə ediblər. Düşmən əsgəri olsaydı, bunu bizə əcnəbilər etsəydi, ürəyimiz bu qədər yanmazdı. Öz əsgərlərimiz əlində heç bir şey olmayan qadınlara, uşaqlara G-3 güllələriylə hücum etdilər. O insanlarla 1 gün əvvəl danışaydınız, çox normal münasibət yarada bilərdiniz. Çünki onlar özlərini gizləyə bilirlər. FETÖ-nün ən təhlükəli davranış tərzi budur: onlar özlərini gizləyə bilirlər. Və gizlənəndən sonra o qədər rəhmsiz hərəkət edə bilirlər ki… Hər hansı ölkəyə hakim  ola biləcəkləri gücü əllərinə keçirdikləri anda heç kimin gözünün yaşına baxmazlar. Biz vaxtında bu həqiqəti fərq edə bilmədik, çünki bu insanlar özlərini çox yaxşı gizləyə bilirdilər. 17-25 dekabr 2013 çevriliş təşəbbüsündən sonra belə bu qədər rəhmsiz olduqlarını bilmirdik. Lazımi tədbirləri görməmək- başqa ölkələrin eyni zülmə məruz qalmalarına səbəb olacaq. Prezidentimiz o gecə təyyarəyə minib İstanbula gəlməsəydi, prezidentimizin müraciətinə reaksiya verib 10 minlərlə insan küçə və meydanlara çıxmasaydı, o qədər ölümə rəğmən insanlar küçələrdən çəkilməsəydi, bu gün Türkiyədə vətəndaş müharibəsi olacaqdı. Bu qədər açıq və yaxın təhlükə. Bu təhlükə başqa ölkələr üçün də keçərlidir. O ölkələri FETÖ-yə qarşı əvvəlcədən tədbir görməyə çağırıram. Çünki FETÖ-nün kadrları dövlətin bütün mexanizmlərinə sıza bilir, insanlara imtahan suallarını verib onları mühüm vəzifələrə gətirirlər. Ciddi şəkildə araşdırılmadığı müddətcə bunu fərq etmək mümkün olmur. Ona görə heç bir ölkənin eyni sıxıntını yaşamaması üçün son dərəcə təsirli tədbirlər görmək lazımdır.

 

 

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website