05.08.2016 / 10:45 xeber –
“Azərbaycanda kifayət qədər teleradio yayımçısı var. Bu səbəbdən də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”. Bunu APA-ya açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda 23 televiziya yayımçısı var, onlardan 10-u ümumrespublika, 13-ü isə regional yayımçıdır: “Ümumilikdə isə Azərbaycanda lisenziya almış teleradio yayımçılarının sayı 74-dür”.
mənbə :
lent.az
Şərh yaz.