Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Azerbaycanda siyasetçilerin çoxu ağır şizofrenikdir” – MÜSAHİBƏ

“Azərbaycanda siyasətçilərin çoxu ağır şizofrenikdir” - MÜSAHİBƏ

11/08/2016

23:25


11/08/2016 [22:20]: xeber –
Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca məhkəmə-tibb eksperti Sərdar Cəlaloğlu Modern.az saytının siyasdənkənar – tibb mövzusundakı suallarını cavablandırıb. Söhbət zamanı S.Cəlaloğlu öz ixtisası üzrə danışıb. Müsahibəni təqdim edirik:- Sərdar bəy, ixtisasca məhkəmə-tibb ekspertisiniz. Spesifik və maraqlı sahədir. Bu sahənin özünəməxsusluğu ilə bağlı qısa arayış verin, sonra başqa mövzularda suallarımı səsləndirəcəyəm. – Bu, elə bir sahədir ki, həm tibbi, həm də hüququ özündə ehtiva edir. Məhkəmə-tibbi ekspertizası bütünlükdə cinayət təqibi işi üzrə məhkəmələrə dəlillər təqdim edən institutdur. Düzdür, nəticədə hakimlər qərar verir, onlar bəzən məhkəmə-tibbi ekspertizanın rəylərini qəbul etməyə bilər.Praktikada isə ekspertlərin verdiyi rəylər birmənalı şəkildə əsas sübut kimi qəbul edilir. Ekspertiza məhkəmə prosesində tibbi suallara cavab axtarır. Xüsusilə, cinayətin vaxtı, onun səbəbi, hansı şəraitdə törədilməsi və sair.Məhkəmə-tibbi ekspertiza həddən artıq çoxlu tibbi xarakterli suallara cavab verir. Bunlar cinayətin üstünün açılmasında və cinayət məsuliyyətinin dairəsinin müəyyən edilməsində mühüm rol oynayır.- Bəzən  cinayətkarlar çox peşəkar şəkildə qətli törədir və elə bir labirint yaradırlar ki, düyünü açmaq çox çətinləşir. Heç olubmu ki, məhkəmə-tibb eksperti kimi çətin bir duruma düşüb rəy verə bilməyəsiniz?- Bizim vəzifəmiz cinayətin üstünü açmaq deyil. Əvvəla onu deyim ki, məhkəmə-tibbi ekspertizası istənilən bütün suallara cavab vermək imkanına malik deyil. Zəhərlənmə faktlarını götürək. Elə zəhərlənmə hadisələri var ki, zəhər orqanizmə düşəndən sonra o, parçalanır, xəstə də ölür. Biz isə sonradan meyitdə zəhərlənmənin əlamətlərini tapa bilmirik. Xüsusən, gec ekspertizalarda belə olur. Məsələn, isti izlərdən daha çox uzaqlaşmaq ekspertizanın rəylərini yayğınlaşdırır. Ekskumasiya zamanı belə hallar çox olur.Biz bununla da, daha az dəlil təqdim edə bilirik. Elə hadisələr var ki, onlara yalnız isti-isti rəy vermək mümkündür. Nümunə üçün deyək ki, bir adamı bıçaqlayıblar. Onun bıçaq yarası olub-olmadığını müəyyən etmək üçün bıçaqla yenicə zədələnmiş dəri bizə təqdim olunmalıdır. O dəri dağılıbsa, parçalanıbsa, çürüyübsə, bunu çox çətinliklə müəyyənləşdiririk. Ya da elə zəhərlər var ki, onlar uçucudur, tez parçalanır. Qurğuşunla zəhərlənmə isə min illərlə qala bilər. Çünki, bu, ağır metaldır, sümüklərə çökür. Hətta insanın skeletindən də müəyyən etmək olar ki, həmin adam qurğuşundan zəhərlənib. Amma dəm qazından zəhərlənməni isti izlərlə aşkar etmək mümkündür. Bir müddət keçirsə, proses köhnəlirsə, bunu təyin etmək çətinləşir. Alkoqoldan zəhərlənmə də bu kateqoriyaya aiddir. Tibbi ekspertizanın müəyyən problematik sahələri var. Hadisənin üstündə ekspert nə qədər tez işləyirsə, bir o qədər dəqiq rəylər vermək olur. Ona görə də, bir qayda olaraq ekspertlər hadisə yerində müayinəyə dəvət olunurlar. – Siz yəqin ki, ölüm hadisəsi olan yerlərdə də çox olmusunuz. Mən istəyirəm ki, yadınızda qalan maraqlı epizodlardan danışasanız. – Naxçıvanda bir oğlanı yay vaxtı maşınını oğurlamaq məqsədi ilə aparıb dərəyə atmışdılar. Bir ay axtardıqdan sonra onu çürümüş vəziyyətdə tapdılar. Çox böyük çətinliklə biz onun aldığı travmaları aşkar edə bildik.Hərbi ekspertiza ilə bağlı bir hadisəni danışım. Bir nəfər var idi, arvadını öldürdüyünü deyirdi. Mən onun izahatı ilə tanış oldum. Buna ixtiyarımız var. Sonra hadisə yerində oldum. O, arvadını necə öldürməsini guya, izah edirdi. Meyiti müayinə edəndən sonra, prokurora dedim ki, bu, ərinin danışdıqlarına uyğun deyil. İzah etdim ki, ya bu arvad başqa cür ölüb, ya da bu qətli əri törətməyib.Oğlan isə dirənirdi ki, arvadını özü öldürüb. Üstündən bir müddət keçəndən sonra hərbi prokurorluq istintaqı yenidən başlatdı. Təhqiqatdan sonra məlum oldu ki, cinayəti bu adam törətməyib. Onu azadlığa buraxdılar. Mənim rəyim də burada çox böyük rol oynadı. Bilindi ki, onun arvadını ruhi xəstə olan qardaşı öldürüb. O qardaşı da hər gün gedib-gəlib şikayət edirdi ki, cinayətin üstü niyə açılmır. Bizdə bir qadın qızıl alverçisi var idi. Deyirdilər ki, yıxılıb, başı yerə dəyib ölüb. Mən meyiti yarmışdım. Görmüşdüm ki, onun başında iki yerdə sınıq var. Bu da mümkün deyil ki, bir nəfər yıxıla və iki müxtəlif yerdə sınıq əmələ gələ. Mən rəy verdim ki, bu adamı öldürüblər. Rəyim çox böyük skandala səbəb oldu. Oğlu da bildirdi ki, anası yıxılıb. Moskva həmin ölən adamın kəlləsini tələb etdi. Ekspertizadan sonra mənim verdiyim rəy təsdiqini tapdı. Başqa bir misal çəkim. Hərbidə olan 18 yaşlı bir oğlan qaçanda ölmüşdü. Mən müayinə etdim və gördüm ki, bu adamda tibbdə çox nadir olan xəstəlik var. Beyin aortasında çoxsaylı anevrizmalar var idi. Halbuki, bu, qoca adamlarda olur. Cavan birində bunun olması çox təəccüblü idi. O qədər nadir bir hadisə idi ki, mən onu götürüb spirtin içində saxladım. Üstündən bir il keçdi, polkovnik atası gəldi və mənim düz demədiyimi bildirdi. Daha sonra komissiya gəldi. Mənə irad tutdular ki, cavan adama anevrizma diaqnozu qoymağım yanlışdır. Mən isə spirtdə saxladığım nümunəni göstərdim. Komissiyanın sədri mənə dedi ki, həmin nümunəni Bakıda muzeydə saxlayacaqlar. Həqiqətən də 18 yaşlı bir oğlanın beyin damarında bu qədər genişlənmənin olması nadir hadisə idi. Həmin genişlənmə qaçarkən gücə düşüb, beyninə qan sızıb. -Bu, xəstəlik müasir zamanda hamımızda təzahür edə bilərmi?- Bu, adətən siflitik valideynlərin övladlarında olur. Çox nadir xəstəlikdir. Bəzən deyirlər ki, cavan biri qaçarkən, ya da oynayarkən qəfildən ölüb. Anevrizmalar adi vaxtlar problem deyil. Amma ona təzyiq verəndə, qan sürətlə hərəkət edəndə beyinə qan sıza bilər.Bir məqamı da danışım. Yük qaldıran kranların alt hissəsi beton olur. Kran hərəkət edərkən əsgər güman etmişdi ki, o, sərbəst şəkildə gəlib keçəcək. O isə kranla divarın arasında qalmışdı. Kran həmin adamın başını butulka qapağı kimi burmuşdu.Əsgərin başı bədəninin üzərində 2-3 dövrə vurmuşdu. Qıraqdan baxanda isə heç bir şey görsənmirdi. Müəyyən etdim ki, kran onun başını necə burubsa, bütün boyun əzələləri qırılıb. Çox nadir hadisə idi.Yol qəzalarında çox zaman aorta cırılır. Döş qəfəsi enli olan insanlara aorta qısa olur. Avtomobil qəzaya düşəndə daxili orqanlar ətalət üzrə hərəkət edirlər. Bu hərəkət zamanı qısa aorta dartınma nəticəsində dərhal cırılır. Böyük aortalar isə elastik olur.-Açığını bilsəniz, bu sual oxuduqlarımdan yox, eşitdiklərimdən qaynaqlanır. Amma yayğın bir düşüncə də deyil. Çox eşidirik ki, guya öldürülən adamın gözündə qatilinin əksi düşür. Düzdür?-Qətiyyən. Bu, bir mifdir. Çünki insanın görməsi şəkillə bağlı deyil. Xaricdən işıq qıcığı gözümüzə düşür. O, gözümüzdə impulsa çevrilir. İmpuls mərkəzi sinir sisteminə gedəndən sonra duyğu əmələ gəlir. Həmin duyğu beyinə gedir. Beyində təsəvvür yaranır. Həmin təsəvvür görmədən ibarətdir. Yəni, bu görmələr beyinin içərisindədir. Göz fotoaparat deyil ki, nəyisə çəksin! Çox adam elə bilir ki, görmək yalnız gözlə bağlıdır. Halbuki, insan yatanda da, qızdırmalı olub, gözləri yumulu olanda da nələrsə görür. Göz baxmaq üçündür. Görmək isə baxmaq deyil. Görmək ruhla bağlıdır. Görmək psixikanın, baxmaq isə gözün fəaliyyətidir. İnsanlar həm baxır, həm də görür.Qatilin gözdə əks olunması söhbəti yalandır. Amma bir şey var ki, hər bir qatil cinayət yerində öz möhürünü qoyub gedir. Cinayəti elə etmək mümkün deyil ki, orada hər hansı bir iz qalmasın. Ən təcrübəli cinayətkar belə, hardasa bir boşluq buraxır.-Bəli, dedektiv əsərlərdən belə epizodlar mənə çox tanışdır. Cinayətkarlığın mahiyyətini məhkəmə-tibb eksperti kimi açıqlamağınıza zərurət görürəm.-Cinayət hadisəsi normal psixikada baş vermir. Cinayətkarla özləri bizim kimi adi vəziyyətdə olmurlar. Onlar müəyyən psixoloji səviyyəyə qalxırlar, qətli törədirlər. Çox zaman onların sağlam mühakiməsi pozulur. Buna görə də, hadisə yerində izlər qoyurlar. Məsələn, olub ki, kimsə gedib oğurluq etdiyi evdə oturub yeyib-içib.Bunlar onu göstərir ki, cinayət hadisəsi normal psixikanın göstəricisi deyil. Cinayət zamanı bir də görürsən ki, qatil bilmədən yerə tüpürür, ya da təri yerə düşür. Məsələn, bir damcı qandan yüzə yaxın suala cavab verə bilmək olar.“Bu qan nə qanıdır? Qadın qanı yoxsa kişi qanı? Qadın qanıdırsa, menustrasiya (el arasında aybaşı deyirlər – A.K) yoxsa sağlam qandır? Bu hansı vəziyyətdə düşüb?” sualları ilə cinayətin üstünü açmaq olur.Ya da bir tüklə qaranlıq məqamlara işıq sala bilirik.-Maraqlıdır. Şəxsinizlə əlaqədar bir məqamın üzərinə gələk. Güman edirəm ki, ilk vaxtlarda meyitlərlə işləmək sizin üçün çətin olub. -Mən Tibb Universitetini çox yaxşı oxumuşam. Universitetdəki imtahanların 90 faizindən “əla” qiymətlər almışam. Məhkəmə-tibb ekspertizasını da çox yaxşı oxuyurdum, həmişə “5” alırdım. Amma heç zaman bu sahədə işləmək fikrim olmayıb. Mən kordioloq olmaq istəyirdim. Kordiologiyanı çox yaxşı bilirdim. İş elə gətirdi ki, təyinat vaxtı mənim istədiyim olmadı. Qarşıma bir neçə çətin seçim qoydular: ya Türkmənistanda travmatoloq işləməli, ya da vərəm həkimi olmalı idim. Bəlkə də o zaman Türkmənistana getsəydim, böyük alim olmuşdum. Amma ailəmdən çox uzaq düşəcəkdim. Bunların hamısına “yox” deyəndən sonra o zamankı rektor Zəhra Quliyevaya bildirdim ki, heç olmasa məni təcili yardıma göndərsinlər. Mənə dedi ki, nə yapışmısan bu təcili yardımdan? Mən də bildirdim ki, məni çox çətin seçim qarşısında qoyublar. Mənə dedi ki, məhkəmə-tibb ekspertliyinə təyinat olmalıdır.Bu sahəyə təyinat çox nadir hallarda olur. Kiyevdə ixtisaslaşma kursu keçmişdim. Həm də Moskvada histoloq ixtisası üzrə kurs keçmişdim. Hərtərəfli idim. Mən təyinat alanda bütün Azərbaycanda cəmi 40-a yaxın ekspert var idi. Heç kim inanmaq istəmirdi. Çünki açığı o vaxt məhkəmə-tibb eksperti olmaq üçün 50-100 min pul istəyirdilər. Naxçıvana getdim. O zamana qədər heç ağlıma gəlməzdi ki, məhkəmə-tibb eksperti işləyim. Mənim qəribə bir xüsusiyyətim var. Arzulamadığım, sevmədiyim bir sahəyə düşsəm də, çalışıram ki, orada yaxşı olum. Təzədən məhkəmə-tibbi ekspertizanı elmi şəkildə öyrənməyə başladım. Bir ildən sonra mən bu sahədə ilk nəzəriyyəmi verdim. Meyitlərdəki qacımalarla bağlı nəzəriyyə idi. O zamana qədər heç bir nəzəriyyə meyit qacımasını tam izah edə bilmirdi. Mənim nəzəriyyəm isə meyit qacıması ilə bütün suallara cavab verə bilirdi. Həm də həmin nəzəriyyədən nevroloji xəstələrin müalicəsində istifadə etmək olardı. Mən, cavan bir oğlan, kitabları qoydum qabağıma, nəzəriyyəmi əsaslandırmaq üçün referat yazdım. O zaman Azərbaycanda elmə elə də böyük dəyər vermirdilər. Məzuniyyətimi götürüb, Moskvaya getdim. Moskvada SSRİ Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna yollandım.Orada İnstitutun elmi işlər üzrə prorektoru məni qəbul etdi. Öz nəzəriyyəm haqqında məlumat verdim. Məndən neçə yaşım olduğunu soruşdu. Dedim ki, 25 yaşım var. Cavabı belə oldu: “Mən bilmirəm, sən nə yazmısan. Amma 25 yaşında bir gənc nəzəriyyə yaratdığını deyirsə, bunun özü bizim üçün kifayətdir. Sən böyük bir alimsən”. Melnikov soyadlı bir alim var idi. O, referatımı oxudu və məni yanına çağırdı. Dedi ki, çox ciddi əsaslandırmısan.-Bu nəzəriyyəniz tibb sahəsində hansı yeni səhifələr açacaqdı?-Sinir xəstəliyi olan insanların əli görürsünüz ki, qurumuş kimi olur. Meyitlərdə isə qacımalar olub-pozulur. Sinir xəstələrində isə daimi olur. Mən nəzəriyyəmi axıra çatdırsaydım, tibbdə, iflicin müalicəsində yeni era açılacaqdı.-Bəs niyə başa çatdırmadınız?-Səbrli olun, mən də onun səbəblərini izah edirdim. O rus alim mənə dedi ki, bu işi Azərbaycanda davam etdirməyim. Bildirdi ki, onların elmi-tədqiqat institutunda bu nəzəriyyəmin üzərində istəyim. Dedi ki, get Azərbaycana, səni işdən azad etsinlər, səni Moskvada işə götürəcəyik. O vaxt Qüdrət  Səlimxanov adlı alim var idi. Ona olanları danışdım. Ona Melnikovun  məktubunu göstərdim. Bilirsiniz cavabı nə oldu? Mənə dedi ki, Azərbaycanda kimin alim, kimin həkim olmasını biz müəyyən edirik. Get otur yerində. 3 ilin bitər sonra çıxıb gedərsən”.Melnikov mənə mütəmadi məktublar yazırdı. Mən indinin özündə də Melnikovun məktublarını xatirə kimi saxlayıram. Melnikova vəziyyəti izah etdim. İşlədiyimin 2-ci ili məzuniyyət götürüb Moskvaya getdim. Melnikova orduya getmək istədiyimi dedim. O, məni SSRİ Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin rəisi olan general-leytenanta yönəltdi. Həmin general məni qəbul etdi. Onun ballistik ekspertiza ilə bağlı sanballı kitabları var idi. O, məni çox yüksək səviyyədə qarşıladı. Halbuki, Azərbaycanda heç üzümüzə də baxmırdılar. O dedi ki, Müdafiə Nazirliyinə məktub yazmağa ixtiyarı yoxdur.  Dedi ki, məni Almaniyaya, Vladivostoka göndərə bilərlər. “Sən bizim mərkəzi  laboratoriyaya gəlmək üçün gərək polkovnik-leytenant rütbəsinə qədər yüksələsən. Sənin ömrün gedəcək, o elmi işinin da əhəmiyyyəti qalmayacaq. Sən  Saratovda Kapustin adına bir kafedra var, ora get. Get səni orada müəllim götürsün, həm də onun tələbəsi ol. Qısa müddətdən sonra müdafiə elə, səni elmi işçi kimi bura götürüm” deyə bildirdi. O, bununla bağlı kağızı mənə verdi. Amma Saratova getməyə pulum yox idi. Naxçıvana qayıtdım. Anam dedi: “A bala, alınmır da. Artıq evlənmək lazımdır”. Evləndim. Amma ailə qurandan sonra daha elmi işimin dalınca getməyə heç vaxtım olmadı. Elmi işlərimi kənara qoydum. Amma məhkəmə-tibbi ekspertizanın jurnalı ilə əməkdaşlıq edirdim. Qarşıma çıxan nadir hadisələr barədə məqalələrimin çıxmasına cəhd edirdim. Bayaq dediyim kranın oğlanın başını fırlatması məsələsi də bu qəbildən idi. Bəlkə də dünyada yeganə olaraq mən o hadisəni tədqiq etmişdim. O, milyonda bir hadisə idi. Jurnaldan cavab yazırdılar ki, yazının formatında texniki problemlər var. Ona görə də, jurnalda mənim məqalələrim çıxmadı. Bayaqkı sualınıza da cavab verim. Mən həddən artıq humanist, ürəyi yuxa bir adam idim. İlk vaxtlar adi əməliyyatı, qanı da görəndə narahat olurdum. Heç ağlıma da gəlməzdi ki, əlimi nə vaxtsa meyitə vurum. Amma təyinat olanda, oturdum fikirləşdim. Öz-özümə dedim ki, başqa çıxış yolun yoxdur. Ya burda qalıb “tupoy” olacaqsan, ya da ki, yüksək səviyyəli bir ekspert olacaqsan.- Açığı, nəql etdiklərinizi maraqla dinlədim. Sizin həkim kimi diaqnoz qoymaq qabiliyyətiniz hansı səviyyədədir?- O zamanlar həkimlərdən güclü ağıl tələb olunurdu. İndi isə güclü texnika tələb edilir. Bu gün texnikalar olmasa, həkimlər çıxılmaz vəziyyətdə qalarlar. Həkimlər kompüterə baxmadan diaqnoz qoymaqda çətinlik çəkirlər.O vaxt isə texnologiyalar belə inkişaf etməmişdi, beyinimiz isə kompüter idi. Mən ekspert işləyərkən, kəndimizdə də terapevt kimi fəaliyyət göstərirdim. Kənd camaatını pulsuz müalicə edirdim.Bəzən bizə qonaqlar gəlirdi. Söhbət əsnasında deyirdim ki, sənin filan yerin xəstədir. Təbabətdə məntiqi diaqnoz anlayışı var. Bu o deməkdir ki, insanın dodağının rəngi, gözünün forması və sairlə diaqnoz qoymaq olur. Mən bu sahədə o qədər irəli getmişdim ki, asanlıqla diaqnoz qoyurdum. Məndə ekspertizaya, təbabətə dair nadir kitablar var idi. Onların çoxunu Tibb Universitetinə bağışladım.-Sərdar bəy, növbəti sualım qızılca xəstəliyi ilə bağlıdır. Həqiqətənmi ölənə qədər qızılca çıxarmayan insan, qəbirdə həmin xəstəliyi keçirir? Tibb bunu,  necə əsaslandırır?-Bu, metaforadır. Birincisi, qəbirdə olan insan sağlam deyil. Qızılca sağlam adamın xəstəliyidir. Adam ölübsə, onda necə qızılca yarana bilər? El arasında olan deyimdir ki, guya insanlar qəbirdə də olsa, bu xəstəliyi keçirir. Bu, əslində o deməkdir ki, hər bir insan sağ ikən qızılca çıxarır.- 5-10 il bundan əvvələ qədərə kiminsə xərçəng xəstəsi olduğunu eşidəndə dəhşət içində qalırdıq, təəccüblənirdik. Bu gün isə xərçəng xəstəliyi çox adi hal alıb. Demək olar ki, bu əcəl zəngi bütün evlərə daşınıb. Bu xəstəliyin səbəblərindən çox danışırlar, çox yazırlar. Amma hələ də qaneedici və dəqiq bir izah tapılmayıb. -Xərçəng xəstəliyi metafizik bir hadisədir. Xərçəng şişi metastaz verir. Yəni bir orqanda xərçəng əmələ gəlir. Sonra həmin orqan başqa bir orqana siqnal göndərir ki, xərçəng yaratsın. O xərçəng metastazdır. İkinci belə bir xəstəlik tapmaq olmaz ki, bir orqanda olsun, sonra başqasında yaransın. Vərəmdə xəstəlik qanla yayılır. Xərçəng isə qanla, limfa ilə yayılmır. Amma başqa bir orqanın hüceyrəsini provakasiya edir. Metakinetik bir hərəkətlə, vasitəsiz bir yolla başqa bir hüceyrəni özünə oxşadır. Xərçəngin digər xəstəliklər kimi öyrənilməsinin heç bir perspektivi olmayacaq. İkincisi, xərçəng xəstəliyi əslində biz ana bətnində olarkən embrional hüceyrələrə xarakterik olan inkişafa malikdir. Embrionda 28 gün ərzində mayalanmış hüceyrədən uşaq əmələ gəlir. 28 gündə hüceyrələrin sayı artır və həm də differensasiya olunur, qruplaşır, 4 yerə ayrılır. Bu 4 yerdən orqanlar əmələ gəlir. İnsanın əmələ gəlməsində 28 gündə baş verən proseslər çox nəhəngdir, ağlasığmazdır. Yerdə qalan müddət isə boş şeydir.-Paralellik apardınız. Bu bənzətmədən belə bir nəticə çıxarmaq olarmı ki, ana bətnində olarkən insanda xərçəngin ən ibtidai rüşeymləri olur? -Xərçəngin rüşeymləri ana bətnində olmur. Xərçəng hüceyrəsinə malik olan xüsusiyyətlər, embrionun normal xüsusiyyətidir. Embrionda hüceyrələr artmasa, insan əmələ gələ bilməz.Xərçəng çox səbəbli bir xəstəlikdir. Təbiətdə isə çox səbəblilik yoxdur.  Çox səbəblilik ictimai proseslərdə mövcuddur. Çox səbəb bir nəticəyə gətirir, bir nəticə, çoxlu səbəblərə gətirir. Bu baxımdan xərçəngin çox səbəbli olması, fəlsəfi dildə desəm, xərçəngin özünün təbii bir xəstəlik olmadığını göstərir. Biz çox zaman xəstəlikləri elmi səviyyədə başa düşürük. Fəlsəfi tərəfləri isə unuduruq.Bu gün dünyada xəstəliklərin fəlsəfəsi işlənməyib. Tibbi fəlsəfə var. Bu isə yalnız tibbi qanunları, prinsipləri tətbiq etməkdir. Xəstəliklərin fəlsəfəsi isə yoxdur.- Mən deyək ki, həkimə müayinəyə getmişəm. Mənə xərçəng diaqnozu qoyur. Əmin olacağam ki, bu xəstəliyi fəlsəfə ilə yox, konkret elmlə sağaldacaqlar…- Həqiqətin tapılmasının 2 yolu var: orijinal həqiqətdən ən ümumi həqiqətə doğru və ən ümumi həqiqətdən orijinal həqiqətə doğru. Xərçəng bir orijinal hadisədir. Alimlər xərçəng xəstəsi olan adamdan bunu öyrənirlər. Halbuki, bunun ikinci öyrənmə üsulu da var. Fəlsəfədən başlayıb gələndə alimlərə əlavə tədqiqat diapazon imkanları yaradır. İnfeksion xəstəliklər ümumidən xüsusiyə gedir. Çünki bu zaman xəstəni müalicə etməkdən çox, xəstəliyə qarşı mübarizə aparılır. Məsələn, vəba xəstəliyi varsa, həkimlər daha çox vəbanın özünə qarşı mübarizə aparır.Terapevtik xəstəliklərdə isə xəstələr müalicə olunur. Xərçəngin yaranmasına gəlincə, bunun çoxlu səbəbləri var. Mexaniki qıcıqlanma, embrion hüceyrələrinin qalıb sonradan oyanması, radiasiyadan əmələ gəlməsi ilə bağlı fikirlər var idi. Müasir dövrdə xərçəng, orqanik, həm də psixoloji xəstəliklərin əmələ gəlməsinin əsas səbəblərindən biri qidalanmadır. Bu gün dünya əhalisinin 90 faizi qeyri-təbii məhsullarla qidalanır. Alimlər bu qidaların insan orqnanizmi və xarakterinə hansı təsirlər edəcəyini hələ müəyyənləşdirə bilməyiblər.  Bu gün Azərbaycanda geni dəyişmiş məhsullar satırlar. Broyler toyuqlar insan orqanizmi üçün böyük təhlükə yaradan qidalardır. Azərbaycan xalqının istifadə etdiyi unun 90 faizinin geni dəyişdirilib. Çörəklər isə zəhərdir. Bütün bunlar bizim özümüzə olmasa da, bizdən olanlara çox böyük təsir edəcək. Bizdən sonra gələn uşaqlar eybəcər olacaq, kifayət qədər yaxşı inkişaf edə bilməyəcəklər, xərçəng xəstəliyinin daşıyıcısı olacaqlar. Diqqət edin. Bu gün bütün bazarlar, marketlər ağzına qədər doludur, hər şey boldur. Axı təbiət bu qədər şey yetişdirmir! Bu bolluğun 90 faizi insan orqanizminə ziyanlıdır.-Demək olar ki, bütün insanlar gündəlik eyni qidalardan istifadə edir. Bəs nəyə görə, xərçəng müxtəlif orqanlarda təzahür edir? -Dünyada 2 elə adam tapa bilməzsən ki, onlar eyni olsun. 2 adam eyni deyilsə, onlara qidaların müxtəlif təsir etmələri də təbiidir.-Bədxassəli şişlə bağlı sonuncu sualımı da verim, sonra başqa mövzuya keçid edək. Xərçəng şişi inkişaf edibsə, niyə onu əməliyyatla birdəfəlik məhv etmək mümkün deyil?-Xərçəng mexaniki qıcıqlanmadan yaranır. Bıçaq vuranda o daha da qıcıqlanır. İlkin vaxtlar, şişi kəsib atmaq olur, bunun fəsadları olmur. Ən çətini 3-cü mərhələdə olan xərçəngdir. Bu zaman əməliyyat olunanda xərçəng başqa orqanlarda təzahür edir: beyində, ürəkdə və sair.-İnsanda genetik dəyişikliklər gedir. Xəstəliklərin sayı çoxalır. İnsanları nə gözləyir? Axırda hansı məxluqa bənzəyəcəyik?-Karl Marks deyirdi ki, insanlar gələcəkdə, yerdən 20 santimetr məsafədə olan kolun dibində dincələcəklər. Yəni, insan o qədər kiçik olacaq ki, balaca bir kolun altında otura biləcək. Guya başla bədənin nisbəti dəyişəcək, baş böyüyəcək, bədən kiçiləcək. Biologiya elmi sübut edib ki, bitki və heyvanlar əvvəlcə nəhəng ölçüdə olublar. Getdikcə, heyvanların, bitkilərin və insanların ölçüləri kiçilməyə başlayıb. Getdikcə, planetlərin də ölçüləri kiçilir. Belə kiçilmə kosmik bir hadisədir.Gərək Qurana da istinad edək…-Sərdar bəy, mən istəməzdim ki, söhbəti dinə istiqamətləndirəsiniz. Xahiş edirəm, bunu nəzərə alın.-Yaxşı. Bir bolqar alimi var. O deyib: “Texniki proqres bioloji reqressiyanı öz arxasında gətirir”. Yəni, inkişaf olduqca, problemlər də çoxalır. Keyfiyyətsiz rifahın yüksəlməsi nəticəsində insanların təbiətində ciddi dəyişikliklər olur.İnsan getdikcə, süniləşəcək, təbiətdən qopacaq. Bu da insan biologiyasında çox ciddi problemlər yaradacaq. Əvvəllər 8 yaşlı uşaqla 20 yaşındakının fərqi ilə, indiki 8 yaşlı uşaqla 80 yaşındakı kişinin fərqi eynidir. Mənim 4 yaşlı bir nəvəm var. Kompüteri açır, oyunlar tapır. Bəzən mənə elə sözlər deyir ki… Bəzən onun başını aldatmaq üçün yalan danışıram. Nəvəm mənə deyir ki, kişisən yalan danışma! Əvvəllər belə şey olurdumu? Xeyr!Artıq uşaqlar vaxtından qabaq intellektual inkişaf edirlər. Amma fiziki inkişafdan qalırlar. 4 yaşlı uşağın beyni 10-cu sinif şagirdinin beynidir. Müasir dövrdə uşaqların zahiri görünüşü ilə onların intellektual potensialı arasında çox böyük uçurum var. Biz Tibb Universitetində oxuyanda nümunə üçün bir şəkər xəstəsi tapıb göstərə bilmirdilər. İndi isə hər 2 adamdan biri şəkərdir.Bu gün dünya xəstəlikləri, həm də dövlətin quruluşu, siyasətlə əlaqələndirir. Bayaq xərçəngin yaranma səbəbləri barədə də danışdıq. Bəlkə də xərçəng xəstəliyinin əmələ gəlməsinin bir səbəbi də avtoritar rejimlərdir. Ya da şəkər xəstəliyinin əmələ gəlməsinin səbəbi təkpartiyalı sistemdir. Bunlar təbabətdə öyrənilmir. Halbuki, sosial xəstəliklər artıq leksikona daxil olub.-Elmi terminologiyada rudiment orqan deyilən bir ifadə var. Yəni orqanlar mövcud olsa da, o bir funksiya yerinə yetirmir. El arasında kor bağıraq adı ilə tanınan apendisiti rudiment orqan kateqoriyasına aid edə bilərikmi? -Biz bəzən səbəbini, əhəmiyyətini bilmədiyimiz bir şey haqqında yanlış danışırıq. “Bu, artıq bir şeydir, kəsib atmaq lazımdır” deyirik. Təbiət artıq bir şey yaratmır. Apendisit ot yeyən heyvanlarda çox böyük orqandır. İnsanlarda isə apendisitin ölçüləri çox kiçikdir. Yəni, orqanın ölçüsünün onun funksiyasına bir aidiyyatı yoxdur. İnsanda hipofiz vəzi var. Barmağın ucu boydadır. Amma insanın boyu, döş qəfəsinin ölçüsü ondan asılıdır.Orqanizm özü bir təşkilatdır. Təşkilatda biri işdən çıxanda müdir başqa işçiyə deyir ki, onun işini yerinə yetirsin. Orqanizm də belədir. Məsələn, insanın ödünü çıxarandan sonra qara ciyərdəki öd yolları genişlənir, kisə xarakteri alır. Maddələr həmin öd yollarına toplanır. Yəni. Ödün funksiyasını yerinə yetirir. İnsan bədənində olan əksər vəzləri çıxarmaq olar.-Həkimlər həm də insanların psixoloji portretlərini yarada bilirlər. Azərbaycan siyasətçilərini psixoloji baxımdan necə xarakterizə edərdiniz?-Ad çəkmək istəmirəm. Amma ümumi danışacağam. Bəzi adamların ağzı yumrudur. Bu cür adamlara şizofrenik tiplər deyirlər. Sonra almacıqların xüsusi şəkildə qabarıq olması ruhi xəstəliyin əlamətidir.  Bütün insanların ruhu onların üzündə ifadə olunub. Məsələn, filosofların əksəriyyəti çatma qaşlı olurlar.Azərbaycan siyasətçilərinə gəlincə… Açığını deyim ki, Azərbaycanda siyasətçilərin çoxu ağır şizofrenikdir.-Niyə ad çəkmirsiniz? Özünüzü hədəfə gətirmək istəmirsiniz?-Xeyr. Birincisi mən həkiməm. Həkim etikasını gözləyirəm. Hər insanın xəstəliyini ictimailəşdirməli deyiləm. Bu zaman həkim sənətimə zidd getmiş olaram. 


mənbə : moderator.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website