Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Böyük eşqin sessiz feryadı…

Böyük eşqin səssiz fəryadı...

12/08/2016

13:40


12/08/2016 [12:38]: xeber –
(Qənirə Paşayeva)İsti bir avqust günü idi… Günorta saatlarında hava daha da istiləşmişdi. Günəş insanı yandırırdı. Qəribə bir ilğım vardı… Günəş sanki 40 il öncə o avqust gününü xatırladırdı… Onların tanış ol-duqları o günü… 40 il sonra isə yenə isti bir avqust günündə qəbirstamlıqda üz-üzə dayanmışdılar. Qəbirstanlıqda elə qəribə bir səssizlik vardı, sanki yer-göy hər şey 40 il sonra üz-üzə dayanıb yanıqlı söhbət edən bu iki sevgilini dinləmək istəyirdi. Qəbirstanlıqdakı sadə qəbir daşından hüznlü bir kişi baxırdı. Gözlərindəki böyük həsrət, kədər qəbir daşındakı şəkildən belə hiss olunurdu. Elə qəribə baxırdı, sanki hər kəsə nələrsə anlatmaq istəyirdi… Ö gözlərdə elə dərin bir peşmanlıq və ağrı vardı ki… O gözlərdə bir də qəribə bir ümid vardı sanki sevdiyi qadının gec də olsa qəbirinin üstünə gələcəyinə inanırdı…Qəbir daşı ilə üz-üzə dayanan rəfiqəmə baxdım. Yayın cırhacırında məni dəhşətli bir üşütmə tutmuşdu… Səssis-səssiz sevgilisinə elə qəribə baxırdı ki… Həyatımda ilk dəfə sözlə ifadəsi mümkün olmayan baxış görürdüm. Onun öyküsünü detalına qədər bilirdim. Bu baxış mənə 40 il öncə o isti avqust günündə rəfiqəmin ilk və son gerçək sevgisi ilə tanış olduqları o günkü baxışları xatırladırdı… Niyə onu buraya gəlməyə razı saldım? Axı o demişdi ki, mənim üçün ayrılıq insanın insandan cismani ayrılığı deyil, mənim üçün ayrılıq sevdiyin şəxslə bağlı arzularının, xəyallarının bitməsidir… Bəlkə elə ona görə Əlinin ölümündən 2 il keçsə də o qəbirstanlıqda onun ziyarətinə gələ bilməmişdi. Arzuları¬nın, xəyallarının bitməməsini istəyirdi… İçimə qəribə bir ağrı dolmuşdu… Məndən cəmi 2-3 addım aralıda qəbir daşı ilə üz-üzə dayanan rəfiqəmin içindəki inilti və ağrını hiss ediridm və boğulurdum.. Onlar təklikdə danışmalıdırlar deyə bir az kənara çəkilmək istəyirdim ki, onun sanki bir saniyə içində kürəyimi yandıraraq gözlərimdə yaşa çevrilən inilti dolu hıçqırıqlarını eşitdim. “…Niyə zorla aparmadın məni o gün. Niyə gəlib aparmadın məni o toy günü… Bütün toyu gözüm qapıda qaldı gəlib məni aparasan deyə gözlədim axı… Nə özün xoşbəxt oldun, nə də mən…”Hiss edirdim ki, nəfəs ala bilmirəm, boğuluram, bu ağrıdan qaçmaq istədim… Bir az aralansam da hiss etdim ki, bu mümkün deyil. Düşünməyə başladım… Niyə axı mən? Niyə o qədər qohumun, dostun içində o məhz mənə danışmışdı illərlə saxladığı sirrini, bütün ağrısını… Aramızda xeyli yaş fərqi vardı, üztəlik münasibətlərimizin uzun tarixi də yox idi… İlk dəfə bu barədə mənə da¬nışanda bilmirəm niyə sənə danışıram amma mənə elə gəlir ki, gözümün dərinliyində gizlətdiyim kədəri, ağrımı hiss edirsən və təkcə sən məni ittiham etmədən anlaya bilərsən demişdi. Və məndən mənimlə bir məzarı ziyarətə getməsini xahiş etmişdi. Tək gedə bilmirəm, ora mənimlə gedib məni anlaya biləcək insanın sadəcə sən olduğunu düşünürəm gedək mənimlə demişdi. Mən də razılaşmışdım amma sonradan nədənsə getmək istəməmişdi. Ara¬dan bir il keçdikdən sonra yenidən qayıtmışdı gözlənilmədən o mövzuya. Bilirsən mən hələ də onun qəbirüstünə gedə bilməmişəm. Özümdə hələ də o cəsarəti tapa bilmirəm. Yaxın dostlardan birinin doğum günü idi. Hər kəs çox şən idi, deyib-gülüb əylənirdi. O da kənardan kədərli görünmürdü. Üzündə təbəssüm vardı həmişəki kimi. Təkcə mənim kimi yaşadığı ağrı-acıları, cəmiyyətdəki mövqeyini qazanmaq üçün bir qadın kimi həyatla savaşını, verdiyi mücadiləni, bəzən üzləşdiyi haqsızlıq, ədalətsizlikləri bilənlər onun üzündəki təbəssümlə içindəki nə qədər böyük ağrı-acını gizlətdiyini bilirdi… Qəfil dediyi bu sözə nə cavab verəcəyimi bil¬mədim. Sözlərdən ağrı, inilti gəlirdi. Bir çoxlarını bəxtəvərlik verdiyi bu qadından mənə dəhşətli bir ağrı gəldi, o ağrını hiss etməyə başladım. Gözlərinə baxdım. İlahi bir qadın gözlərinin də¬rinliyində nə qədər qədər, ağrı, acı gizlədə bilərmiş. Özü də hər kəsdən hətta doğma övladlarından belə… Bir qadın nə qədər güclü ola bilərmiş… Ona qarşı içimdəki sevgi hissləri daha da artmışdı… Mən onun içində gəzdirdiyi böyük sevgini də sevməyə başlamışdım onunla birlikdə…Ötən dəfə də söylədim. İstəyirsiniz mən də sizinlə gedim. Tək çətin olar, bərabər gedək. Mən bir az kənarda dayanaram, siz isə söhbətləşərsiniz… Bilirsən cəsarətim çatmır o qəbirstanlığa getməyə dedi. Hər dəfə gedəcəm deyirəm amma sonra əl çəkirəm. Bilmirəm niyə… Amma bilirəm ki, oraya mütləq getməliyəm…Gözlərinə toplanan yaşı içinə çəkdi. Başqaları görməsin deyə… Gözlərində bir qadının qadın mutluluğunun işartıları o qədər zəif idi ki… Bir çoxlarının bəxtəvərlik verdiyi bu qadının… Amma bilirsiniz ki getməlisiniz dedim. Üzləşməlisiniz bu acı gerçəklə.. Əslində bu bəlkə də sizə kömək edər. İçinizdəki hansısa hisslərdən xilas ola bilərsiniz. Bəlkə onun da sizin gözyaşlarınıza ehtiyacı var. Bu onu tamamilə bağışladığınızı göstərər… Bilmirəm dedi. Onların qə¬ribə hekayəsi vardı. Onu dinlə¬yən-də İlahi bir qadın ürəyində nə qədər böyük bir sevgi gəzdirə bilər demişdim. İllər keçsə də bitib – tükənməyən sevgi… Ona heç zaman qadın kimi mutlu olmağa imkan verməyən sevgi. Hətta sevdiyi adam öldükdən sonra belə… İnsanlar keçmişinə ən böyük xəyanəti unudaraq edirlər. O edə bilməmişdi. Heç nəyi unuda bilmədi. Keçmiş onunla birlikdə yaşamışdı hər zaman… Onun qəlbindəki yerinə heç zaman xəyanət edə bilməmişdi. Bunu çox istəsə də bacarmamışdı… Xatirələr isə sanki bir cəza idi ona verilmiş… Xatirələri hər zaman onunla idi. Xatirələr unutmağı zorlaşdırmaq üçün ən böyük cəza imiş illər keçdikdən sonra öyrənmişdi bu gerçəyi…Nəhayət isti avqust günü söhbət edirdi. Yenə onu, tanış olduqları günü xatırladı… Bilirsən, dedi bəzən hətta özümün, yaxınlarımın doğum günlərini, bizim üçün əziz gün¬ləri unuda bi¬lirəm amma onunla tanış olduğumuz o günü heç vaxt unutmuram. Biz bir neçə il onunla tanış olmağımızın ildönümünü qeyd edərdik. Yenə o gün gəlir. İçimdə elə qəribə hisslər var ki…Heç yuxunuza gəlirmi? Öncə tez-tez gələrdi amma öləndən sonra gəlmir…Bəlkə sizdən küskün gedib axı deyirsiniz ki, günlərlə can verə bilməyib və bütün yaxınlarından sizə tapıb gətirmələrini istəyibmiş… Bəlkə də…Qəribədir bu dəfə sanki içimdə başqa bir insan vardı və o danışdırdı mənim yerimə… Mənə xas olmayan qəribə bir israrla ona mütləq qəbirstanlığa gedib məzarı ziyarət etməsini söylədim. Hətta onun qısa zamanda etməsi üçün mən də burdayam gəlin elə sabah gedək dedim. Gəl, bazar günü gedək dedi. Razılaşdıq və isti avqust günündə 40 ildən sonra onlar yenə də üz-üzə dayanmışdılar…“Keşkə xəyallarımı, qəlbimi deyil məni öldürsəydin. Mənsiz yaşaya biləcəkdinsə niyə gəlmişdim dünyama, niyə sevdiyini söyləmişdim? Mən ki, səndən heç nə istəməmişdim. Niyə…”Qəfildən mənə doğru dönür.Qəribədir, o öldü, amma hələ yaşayır. Mənsə hər gün yenidən ölü¬rəm……Səncə insan bir insanı ömrü boyu axtara bilərmi? Mən də bir zamanlar inanmazdım, amma bilər… Getdiyi hər yerdə, baxdığı hər yerdə… Bəlkə heç bu şəhərdə deyil, amma yenə arar… Təsa-düflərə yaman inanan olar. Bəlkə təsadüfən qarşılaşarıq deyə gözü onu arar… Qarşılaşdıqları zaman nə edəcəyini, nə söyləyəcəyini belə düşünmədən arar… Gəl deməz, artıq aramağa da razıdır.Çünki aramaq bitməyən bir ümiddir… İllər keçər, amma o ara¬maqda davam edər, çünki həyat artıq onun üçün aramaqdır…. Ölənə qədər arayar. Çünki bu həyatının mənası olar. Onsuz həyatın mə¬nası da itər. Bu isə ölümdən daha dəhşətli bir faciədir… Aramaqla yanaraq keçər ömrü. Pərvanə kimi, amma şamdan şikayətlənməz kimsəyə… Sonra onu bütün deyil, parça-parça bular… Gözlərini birinin gözlərində, baxışlarını birinin, saçlarını başqa birində… Bulduqları parçalarla təskinlik taparaq yaşayar… Sonra ona öləndə qovuşacağına inanar…Həyatın ayırdıqlarını ölümün birləşdirəcəyinə inanar…Ölümün daha insaflı olduğuna inanar …Həyat bizi ayırdı amma ölüm birləşdirəcək… Birləşdirəcək, buna əminəm…-…- Bilirsən, bir insan dünyaya gələndən mütləq onun üçün yazılmış digər insanı axtarır və ya onun gəlişini gözləyir. Hər kəs o insanı tapa bilmir. Xoşbəxt adlandırılan insanlar tapa bilənlərdir… Qovuşanlar isə ən xoşbəxti…- Bəlkə də əslində o deyildi sizin üçün yazılmış insan. Siz yanılmışdınız…- Yox, o idi, bilirəm… Bütün ruhumla hiss etmişdim…O mənim ruhum yarısı idi. Bir gün daha yaxşı anlayacaqsan… Haqlısan o mənimçün yazılmamışdı… amma bu gerçəyi bu günə qədər qəbul edə bilmirəm…- …- Gözləriniz bir-birinizə baxanda hər şeyi unudacaqsan.Keçmişi də, gələcəyi də… Sadəcə o an olacaq… Və sən əbədi o gözlərdə qalmaq istəyəcəksən. O gözlər o andan hər zaman səninlə olacaq… Heç tanımadığın insan bir anda sənin ən doğ-mana, ən vazkeçilməzinə çevriləcək. Dostlarına, ən yaxınlarına söyləmək istəmədiklərini onunla paylaşmaq istəyəcəksən. Sanki illərlə onun üçün toplamısan bu qədər söhbəti. Ay¬rılanda isə deyəcəksən ki, heç nə danışa bilmədik ki, söhbətlərimiz çoxu qaldı və hələ ayrılmamış yeni bir görüş üçün darıxacaqsan… İnsan bir insanı tanımadan necə sevə bilər fikirləri sevginin nə olduğunu yaşamayanların sözləridir, am¬ma bunu deyənlərin çoxunun əzbərinin pozulduğu gördüm,.. Hə, bir gün gözlənilmədən qarşına biri çıxır və sənə bütün əzbərlərini pozdurur…İlk dəfə gördüyün adamı sanki illərdi ki, tanıyırsan hissi dolur içinə… Cəmi bir neçə dəqiqə içində o hər kəsdən daha doğma olur… O günə qədər heç tanımadığın, xarakterini, dəyərlərini, insani keyfiyyətini, baxışlarını, arzu¬larını, xəyallarını heç bir şeyini geniş bilmədiyin biri üçün ca¬nını belə qurban verməyə hazır olursan…- …- Sevgi atəş kimidir olmasa soyuqdan ölürük… Yaxınlaşanda isə yanırıq… – …- İnsan qəribə məxluqdur… Görəsən biz hər hansı bir hə¬qi¬qəti niyə bütün qəlbimizlə rədd etdikdən sonra qəbul edirik? Sözdə taleyə inanırıq, danışanda ondan qaçmağın mümkünsüz olduğunu deyirik. Bəs onda nə üçün bir həqiqəti özəlliklə də o bir qəlb məsələsidirsə qəbul etməkdə bu qədər çə¬tinlik çəkirik? Mənim kimi……- Biz heç zaman öz taleyimizdən qaça bilmərik, ən gözəli onunla barışmaqdır. Asilər daha ağır cəzalandırılır. Həyat bunu öyrətdi mənə… Mən illərlə barışa bilmədim. Heç indi də barışa bilmirəm və hər zaman niyə axı mən deyə sualıma cavab tapmaq istəyirəm……Gözləməyi sevməzdim, hətta nifrət edərdim onu tanıyana qədər… Bir insanı bir ömür gözləmək mümkünsüzdü deyər¬dim… Onu tanıyana qədər…. bütün əzbərlərim pozuldu… Zamanı xatırladan hər şeydən nifrət etməyə, sevməməyə başladım….Şuşada papatya ləçəklərini sevir-sevmir deyə qoparmağı yaman sevərdim. Həyat bütün bu illər boyu dözəcəkmi-dözə bilməyəcəkmi deyə ömrümü belə yoldu… Əlimdə qalan isə ləcəksiz papatya kimi acı bir yalnızlıq oldu. Ailəm də oldu, övladlarım da… Amma onun boşluğunu heç kəs doldura bilmədi… Onun verdiyi yalnızlıqdan kimsə ala bilmədi məni…Düz 40 il… və hətta ölümün də bitirə bilmədiyi bir sevgi… İlahi, bir kiçik qəlb nə qədər böyük sevgilər daşıya bilərmiş və nə qədər acı çəkə bilərmiş deyə yenə kənara çəkilib onlara baş-başa qoyuram. Bu söhbətin illərlə ikisi də aclığını çəkmişdi… Edə bilməmişdilər… – Bəlkə də illərlə mənim mutlu olduğumu zənn etdin, amma mən səndən ayrılandan sonra heç mutlu olmadım… Heç.. …O gün verdiyin yalnızlığı yaşıyıram hələ də……O gün verdiyin yalnızlıqla yaşayıram…Bax, yenə yaydı… Bizim sevimli fəslimiz… Şuşada tanış olandan sonra ikimiz də daha çox sevərdik yayı… Amma uzun illərdir sevmirəm artıq yayı… Qışı sevirəm aryıq… Yay yalnız olduğumu daha çox hiss etdirir çünki… Soyuq aylarda, qışda insanlar daha hüzünlü, daha kədərli görünür sanki mənim kimi və o zaman onları özümə daha yaxın hiss edirəm. Yay aylarında nəşəli, mutlu görünən insanlar məndən çox uzaqda olardılar.. Və özümü daha çox yalnız hiss edərdim… Bu günkü kimi… Sevgi sevdiyinin yaxşı olmasını düşünməklə başlar deyirlər. Amma sən də, xəyalın da bu anlayışdan çox uzaqsınız…İndi yoxluğun səndən daha yaxındır mənə…Ayrılandan sonra səninlə bu qədər söhbət edə bilməmişdik.Yoxluğun varlığından daha yaxındır mənə… Verdiyin acını hiss edirsənmi?Yay, sən və yoxluğun…İmkan vermirsiniz mənə yaşamağa…Nə qədər istəməsəm də xatırladırsınız mənə o ilk tanış olduğumuz günü davamlı…Heç sormasan da mən sənin buraxıb getdiyin yerdə oldum hər zaman…Heç sormasan da mən sənin buraxıb getdiyin zamanda oldum hər zaman…Səninlə qala bilmədim. Amma qəlbim, ruhum,ağlım, sevgim hamısı səndə qalmışdı…Yayın cırhacırında bəlkə 40 dərəcədən artıq istidən üşüyən dostuma sakitcə artıq gecdi gedək deyirəm… Bilirəm ayrılmaq çətindir amma nə zaman istəsəniz təkrar birlikdə gələrik…Ayrılmaqmı?.. Bəzi insanlar ayrılıqdan şikayət edərlər… Əslində sevən sevdiyindən heç zaman ayrılmır ki… Çünki sevməyə davam edir, özləməyə, gözləməyə davam edir… O zaman bunu harası ayrılıqdı… Hər dəqiqə onun haqqında fikirləşir. Görəsən indi haradadır, kiminlədir, nə edir… Artıq gecdir yəqin indi yatıb, artıq günəş çoxdan çıxıb yəqin oyanıb… Görəsən bu gün məni xatırladımı… Rəsmini ona hədiyyə etmişdim görəsən ona gözü sataşanda nə düşündü… Deməli əslində ayrılmır insan sevdiyiylə… Özləyir, gözləyir amma ayrılmır… Qəlb, könül, xəyallar, düşüncələr ayrılmırsa necə ayrıla bilərik ki… Hətta soyuq qəbirdə olsa belə… Artıq heç bir zaman gələ bilməyəcəyini bilsək belə…Ölüm də sevgini ayıra bilmirmiş…Ölüm də sevgini bitirə bilmirmiş… İndi daha çox anladım…Qəbirstanlıqdan ayrılanda dönüb qəbirdaşına baxdım… O kədərli gözlərdə sanki bir parıltı vardı…Gələcəyini bilirdi…


mənbə : moderator.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles