12/08/2016 [23:33]: xeber –
FETÖ-nun liderlərindən sayılan Mustafa Yaşılın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə səsləndirdiyi fikirlər ortaya çıxıb.Axar.az xəbər verir ki, Yaşılın 17-25 dekabrdan sonra Ərdoğan üçün “İntihar edəcək, ya da ruhi xəstəxanaya yerləşdiriləcək” dediyi məlum olub. “Habertürk”də iştirak etdiyi canlı yayımda Hüseyn Gülərcə Yaşılla bağlı açıqlamasında bunları deyib: “Yaşıl “Tayyib bəy 30 mart bələdiyyə seçkilərini görməyəcək, ya da intihar edəcək, ya da ruhi xəstəxanaya yerləşdiriləcək”, – dedi. Mənim beynim alt-üst oldu. Tayyib bəy İmam Xətib Liseyinin məzunudur, belə bir insan intihar etməz”.
mənbə : moderator.az
Şərh yaz.