15/08/2016 [09:44]: xeber –
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi sabit qalaraq 1,6102 manat təşkil edib.Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,17% möhkəmlənərək 1,7967 manat olub.Qonşu Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0249 manata enib.Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5439 manat olub.Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0804 manatdır. Beləliklə, funt sterlinq 0,37%-lik ucuzlaşma nümayiş etdirib.Gürcüstan larisinin məzənnəsi 0,39% azalaraq 0,6851 manat təşkil edib.
mənbə : moderator.az
Şərh yaz.