15.08.2016 / 21:48 xeber –
“Zaqatala” futbol klubunun oyunçusu məşq zamanı ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 19-30 radələrində futbol klubunun Nigeriyadan olan, Maykl adlı oyunçusu məşq zamanı dünyasını dəyişib.
Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Bildirilir ki, futbolçu 2-3 gün əvvəl “Zaqatala” futbol klubunun heyətinə qoşulub.
Zaqatala Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, ilkin versiyaya əsasən futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.