Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Müzakire predmeti yeddi rayon yox, Dağlıq Qarabağ olmalıdır”

"Müzakirə predmeti yeddi rayon yox, Dağlıq Qarabağ olmalıdır"

17/08/2016

18:15


17/08/2016 [17:12]: xeber –
sayt Hüquq elmləri doktoru professor İlham Rəhimov ilə müsahibəni təqdim edir:- İlham müəllim, son günlər respublikamıza bilavasitə dəxli olan siyasi hadisələrlə zəngin olub. Onlar barədə KİV-də müxtəlif rəylər bildirilir. Bu hadisələrə Sizin münasibətinizi bilmək istərdik. Bakıda keçirilən sammitdən başlayaq. Onun nəticələrini necə qiymətləndirirsiniz?— Şübhəsiz, bu sammit iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Üç dövlətin rəhbərlərinin Bakıda keçirilən bu görüşünü üçlü iqtisadi ittifaq adlandırardım, çünki bu görüş siyasi xarakter daşımırdı. Hərçənd, məncə, bir zamanlar Karl Marks deyib ki, iqtisadiyyat siyasəti müəyyən edir.- Moskva-Bakı-Tehran üçtərəfli münasibətlərinin inkişaf perspektivi necədir?— Bu ölkələrin imzaladığı müqavilələr həyata keçirilsə, iqtisadi cəhətdən perspektivlər müsbətdir. Hesab edirəm ki, yuxarıda sadalanan ölkələrin böyük perspektivi var, obyektiv nizamlama olsa, uzun müddət regionda geosiyasi və geoiqtisadi ovqatı müəyyən edə bilərlər.- Dediyiniz iqtisadi ittifaqı siyasi birliyə çevirmək mümkündürmü?— Belə bir forma dəyişikliyi üçün hansısa səbəb olduğunu düşünmürəm. Terrorçuluqla mübarizə ilə bağlı müqavilə istisna olunmaqla buna ehtiyac da yoxdur. Bundan başqa, Moskva və Bakıdan fərqli olaraq Tehran ideoloji cəhətdən fərqli dövlətdir. Bu isə dünyəvi dövlətlərlə siyasi ittifaq üçün ciddi maneədir.- Söhbətimizin ikinci mövzusuna keçək. Söhbət Putinin Bakıya səfərindən gedir. Bu səfər Qarabağ münaqişəsinin həllinə təsir edəcəkmi?— Öncə xatırladım ki, bu, Putinin Bakıya ilk səfəri deyil. 15 il ərzində Rusiya prezidenti dəfələrlə ölkəmizə rəsmi səfər edib. Amma bu, Qarabağdakı vəziyyətə ciddi təsir etməyib, hərçənd əminəm ki, o, problemin həllini istəyir. Əmin olmaq bir yana, bilirəm ki, Vladimir Putin buna çalışır. Son səfərə gəlincə, o, sırf Qarabağ məsələsinə həsr edilməyib. Üstəlik, bu yaxınlarda Rusiya prezidentinin vasitəçiliyilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Amma, şübhəsiz, prezident Əliyevlə Putinin görüşündə bu məsələ müzakirə predmeti olmaya bilməzdi.- Xalq arasında belə bir fikir var ki, Putin istəsə, problemi həll edər. Bu, belədir?— Axı Dmitri Medvedyev Rusiya prezidenti olanda da problem həllini tapmadı. Halbuki onun dövlət başçısı olduğu dörd ildə, səhv etmirəmsə, Medvedyevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 18 görüş keçirilib. Deməli, məsələ təkcə Putinlik deyil. Yeri gəlmişkən o, bu yaxınlarda qeyd etdi ki, bu münaqişə sovet dövründə başlayıb. Fikrimcə, Rusiya prezidenti bununla demək istəyirdi ki, münaqişəyə görə günahı Rusiyanın üstünə atmaq lazım deyil. Rusiyanın mövqeyi aydındır: özünüz qərara gəlin, kompromis şərtləri üzrə razılaşın, biz isə sazişin qarantı olaq. Bu, o deməkdir ki, Ermənistanın hərbi-siyasi cəhətdən daha yaxın olmasına baxmayaraq, Rusiya neytral mövqe tutacaq. Ona görə hesab edirəm ki, bir sıra siyasilər və kütləvi informasiya vasitələri kimi Putini ittiham edəndə Yeltsin Rusiyasını da xatırlamaq lazımdır. O, problemi obyektiv həll etməyə cəhd etmir, əksinə, açıq şəkildə Ermənistanın tərəfində çıxış edirdi. Aprel hərbi toqquşmalarına qədər hər kəs əmin idi ki, Ermənistanla müharibə başlasa, Rusiya Ermənistanın tərəfində olacaq. Bizim siyasətçilər də belə proqnoz verirdi, amma mən hər zaman demişəm: nə qədər ki, Putin hakimiyyətdədir, RF heç vaxt bu hərbi toqquşmalarda kiminsə, xüsusən Ermənsitanın tərəfində olmayacaq. Aprel hadisələri mənim haqlı olduğumu göstərdi.- Məlum olduğu kimi, indi Qarabağ münaqişəsinin “əvvəlcə 5+2, sonra status” formаtında müzakirəsi gedir. Bu variant bir çox ekspertlərə real görünür. Amma bizə məlum olana görə, Siz bu variantı Azərbaycan üçün məqbul saymırsınız.— Hər şeydən əvvəl, biz özümüz perspektiv əhəmiyyəti olan bir sıra prinsipial məsələlər üzrə mövqeyimizi müəyyən etməliyik. Əvvəla, ondan çıxış etmək lazımdır ki, yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti olmalıdır. Çünki biz öz diqqətimizi, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini bu ərazilərin azad edilməsinə cəmləşdirəndə Dağlıq Qarabağ məsələsində mövqeyimizi zəiflədirik. Hesab edirəm ki, Ermənistan bundan uğurla istifadə edir və diqqətimizi əsas müzakirə predmetindən yayındırır. Orda yaxşı bilirlər ki, işğal edilmiş rayonlar istənilən halda azad ediləcək, çünki bu işğal edilmiş ərazilər sovet dövründə DQMV-nin tərkibinə daxil deyildi. Onların məqsədi bu rayonlar yox, Dağlıq Qarabağdır. Əgər bu gün Ermənistan, hətta söhbət ona əslində lazım olmayan 5 rayonun azad edilməsindən gedəndə belə, çətinliklə və minnət qoyaraq danışıqlar masasına oturursa, sual yaranır: söhbət bizim üçün prinsipial olan DağlıqQarabağın statusundan gedəndə masaya oturacaqmı? Məhz buna görə “5+2, sonra status” formulu bizim üçün məqbul deyil.Hesab edirəm ki, Dağlıq Qarabağ problemi yalnız ölkə prezidentinin dəfələrlə və qəti şəkildə dediyi prinsipial müddəa əsasında həll edilməlidir: Dağlıq Qarabağ heç vaxt Ermənistanın tərkibində və ya müstəqil olmayacaq, onun statusu Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Diqqəti daha bir vacib məqama cəlb etmək istəyirəm. Məlumdur ki, Qarabağ münaqişəsinin müzakirəsi zamanı Ermənistan hər zaman beynəlxalq hüquqdakı millətin öz müqəddəratını müəyyən etməsi hüquqi normasını əsas gətirir. Dünya praktikası göstərir ki, bu prinsiplə ərazi bütövlüyü prinsipi ziddiyyət təşkil edir.Hətta sübut etməyə cəhd etməyə dəyməz ki, erməni xalqının artıq öz dövləti var və ikinci dövlətin yaradılması məqbul deyil. Problem başqa yerdədir: təəssüflə qeyd edim, tez-tez eşidirik ki, dünya praktikasında millətin öz müqəddəratını müəyyən etməsi hüququ digər prinsip — ərazi bütövlüyü prinsipi üzərində dominantlıq edir. Məhz buna görə hesab edirəm ki, Dağlıq Qarabağın statusunu aydın olmayan şərtlərlə qeyri-müəyyən müddətə naməlum gələcəyə saxlamaq olmaz. Daha yaxşı olar ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara ən yüksək status verilsin. Ümumiyyətlə, hesab edirəm ki, indinin özündə Dağlıq Qarabağ əhalisi ilə bağlı dəqiq və aydın siyasətimiz olmalıdır. Vurğulamaq istəyirəm ki, söhbət hərbi birləşmələrdən yox, mülki əhalidən gedir. Onların işi aydındır. Biz bəyan etməliyik ki, bu ərazidə yaşayan dinc sakinlərin hamısı bizim vətəndaşımızdır. Ona görə, onlara Azərbaycan vətəndaşı kimi yanaşılmalıdır. Normal əlaqələr qurmaq lazımdır ki, anlasınlar: onların gələcəyi, əlbəttə, bunu istəsələr, məhz Azərbaycanla bağlıdır.- Gəlin eyni dərəcədə maraqlı və vacib olan məsələyə keçək. Söhbət Rusiya-Türkiyə münasibətlərindən gedir. Xatirimizdədir, Türkiyə HHQ tərəfindən vurulan Rusiya qırıcısı ilə bağlı insidentdən dərhal sonra Siz qeyd etdiniz ki, bu ölkələr arsında münasibətlərin pozulmasından yalnız Türkiyə və Rusiyanı istəməyənlər qazanır. İndi Türkiyə və Rusiya prezidentlərinin Peterburq görüşünü necə qiymətləndirirsiniz? Böyük barışıq baş tutdumu?— Əgər xatırlayırsınızsa, mən onda dedim: baş verənlər olmaya da bilərdi, yəni qırıcı təyyarəni vurmadan münaqişədən qaçmaq olardı, çünki dövlətlər arasında sərhədlərin pozulması adi haldır. Həmin müsahibədə Türkiyə ilə Rusiya arasında geniş mənada münasibətlərin yüksək səviyyəsini xüsusi qeyd etdim. Bu da kimlərinsə xoşuna gəlmir. Təəssüf ki, bu hadisədən sonra bizdə də bəzi siyasətçilər və kütləvi informasiya vasitələri barışıq yolu tutmaqdansa, odun üstünə yağ tökməklə düşmənimizə bənzədi.Elə təəssürat yarandı ki, onlar münasibətlərin pisləşməsinin ilk növbədə bizə, Azərbaycana zərbə olduğunu anlamadan buna sevinirlər. Yeri gəlmişkən, hər şey qaydasına düşəndən sonra həmin siyasətçilər baxışlarını 180 dərəcə dəyişdilər. Mən hələ o vaxt deyirdim ki, vaxt gələcək və hər şey yoluna düşəcək, çünki bir qalmaqalla Putinin Rusiyada hakimiyyətə gəldiyi son 15 il ərzində əldə edilənlərin hamısının üzərindən xətt çəkmək olmaz. Münasibətlərin soyuq olduğu bu aylarda həm Türkiyəyə, həm də Rusiyaya çox gedirdim, bu işə öz töhfəmi verməyə cəhd edirdim: hər iki ölkədə münasibətlərin nizamlanmasında əhəmiyyətli rol oynayan olduqca nüfuzlu şəxslərlə görüşürdüm. Prinsipcə, xüsusi qeyd etmək istəyirəm ki, türk və rus xalqları, elə siyasətçiləri də baş verənlərdən çox məyus olmuşdu. Onlar ümid edir və yaxın zamanda ağlın emosiyaya qalib gəlməsi üçün çalışırdılar. Eyni zamanda, barışıqdan sonra bu ölkələrdə oldum və hər iki xalqın sevincinin şahidi oldum. Güman edirəm ki, bu münasibətlər və əlaqələr əvvəlkindən də möhkəm olacaq.- Təyyarə ilə bağlı qalmaqaldan sonra Rusiya-Türkiyə münasibətləri mövzusunda Vladimir Putinlə danışmısınız? Ümumi şəkildə deyə bilərsinizmi ki, o, barışıq tərəfdarı olub, yoxsa əksinə?— Əgər desəm bu mövzuda Vladimir Putinlə danışmamışam, bu, mənim tərəfimdən qeyri-səmimilik olar.- Düzü, heç kim inanmazdı da…— Təkcə bunu deyim: əgər o, barışığa meylli olmasaydı, barışıq olmazdı. Hələ o zaman deyirdim ki, Putinlə Ərdoğan arasında münasibətlər o qədər yaxın və etibarlı idi, məsələ iki lider arasında böyük dostluğa doğru gedirdi. Münasibətləri qiymətləndirən Putinin xasiyyətini bilərək anlayırdım ki, eyni zamanda belə prinsipial adam şərtlərindən geri çəkilməyəcək. Elə də oldu: Ərdoğanın birinci məktubundan dərhal sonra Putin ona əl uzatdı.- Bu barışıq Dağlıq Qarabağ probleminin həllinə təsir edə bilərmi?— Həmişə deyirdim ki, Moskva ilə Ankara arasında münasibətlərin ən yüksək səviyyədə olmasını çox istəyirəm. Təkcə ona görə yox ki, belə münasibətlər mənimlə çox bağlılığı olan hər iki dövlətə və xalqa sərf edir. Səbəb budur ki, Rusiya ilə Türkiyə arasında yaxşı münasibətlər Qarabağ məsələsinin həllində də çox vacibdir. Rusiya ilə Türkiyə nə qədər yaxın olsa, Moskvanın Ankaranı Qarabağ münaqişəsinin həllinə cəlb etmək imkanları bir o qədər çox olacaq. Bəlkə, hələlik qeyri-fəal formada, ancaq heç olmasa hansısa məsələlərin müzakirəsində. Kiminsə xoşuna gəlir, yoxsa yox, ancaq Dağlıq Qarabağ probleminin həlli və Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi sıx əlaqəlidir. Axı hələ təyyarə qalmaqalından əvvəl Putinlə Ərdoğanın heç bir görüşü Qarabağ münaqişəsinin müzakirəsi olmadan keçmirdi. Yəni bu ölkələr arasında böyük barışığı Qarabağ münaqişəsinin həllini arzulayan hər bir azərbaycanlı dəstəkləməlidir.( Sputnik)


mənbə : moderator.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles