Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Rövşen Lenkeranski”ni kim ve niye öldürdü – şok teferrüat

“Rövşən Lənkəranski”ni kim və niyə öldürdü – şok təfərrüat

19/08/2016

10:10


19/08/2016 [09:09]: xeber –
Azərbaycanlı “qanuni oğru” İstanbulda güllələndi; Lənkəranskinin düşmənləri çox olduğundan qətlin sifarişçisinin kimliyi müəmmalıdır, amma…; avtoritet bu gün doğulduğu torpaqda dəfn olunacaq Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev(“Rövşən Lənkəranski”) avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan “Lənkəranski” və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.“Lənkəranski” üçün pusquHadisədən sonra bölgəyə çox sayda polis cəlb edilib.  Zirehli bir polis maşını ətrafda təhlükəsizlik tədbirləri alıb. Sonradan bəlli olub ki, killerlərin gülləbaran etdiyi “Range Rover”də Rövşən Canıyevlə birlikdə 3 nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. Lakin “Range Rover”in sürücüsü və “Lənkəranski” çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, “qanuni oğru”  isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə, R.Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən keçərək beynini dağıdıb və başının arxa tərəfindən çıxıb.İstanbul Əmniyətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu ilə təchiz edilmiş 1 ədəd “Uzi” tapança-pulemyot, 1 ədəd “Glock” markalı tapança, çoxlu sayda boş giliz tapılıb. Bu silahların “Range Rover”dəki şəxslərə aid olduğu bildirilir.Türkiyə mediası “Rövşən Lənkəranski” azərbaycanlı iş adamı Rövşən Əliyev kimi təqdim olunmaqla əvvəlcə onun həlak olması, daha sonra isə “Şişli Etfal” Xəstəxanasına aparılması və həkim nəzarətinə alınması haqda xəbərlər yayıb.“Qanuni oğru”nəşi üçün xüsusi təyyarəÜmumiyyətlə, hadisədən sonra R.Canıyevin gah dünyasını dəyişməsi, gah da sağ qalması haqda xəbərlər gün ərzində bir-birini əvəzləyib. Nəhayət, Azərbaycanın İstanbuldakı Baş Konsulluğun məsələyə aydınlıq gətirib. Konsulluqdan “Yeni Müsavat”a bildirilib ki, “Rövşən Lənkəranski”nin yerləşdirilidiyi xəstəxanadan zəng gəlib. Bildirilib ki, ağır yaralı olan “qanuni oğru” həyatını itirib. Cənazə xəstəxanadan konsulluğa göndərilib, orada sənədləşdirmə işləri aparılıb. Prosedurlara görə xarici ölkədə vəfat edən şəxsin meyiti onun ölkəsinin konsulluğuna təhvil verilir, sonra da müvafiq sənədləşdirmə işləri aparılaraq cənazə mərhumun yaxınlarına təhvil verilir. Bundan sonra nəşi hava limanına aparılır, orada gömrükdən və sərhəd xidmətindən keçməklə ölkəsinə yola salınır.Redaksiyamıza daxil olan məlumata görə, olaydan 2 gün əvvəl “Lənkəranski”nin ailə üzvləri İstanbula gediblər. Orada həftəsonu birgə istirahətə yollanmağı planlaşdırıblar. Qanlı olay bu planları pozub.İstanbuldakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, “Rövşən Lənkəranski”nin cənazəsi məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Müvafiq müayinələrdən sonra meyitin avqustun 19-da yaxınlarına təhvil veriləcəyi gözlənilir. Cənazənin xüsusi təyyarə ilə Lənkəran Hava Limanına gətiriləcəyi deyilir.“Report” agentliyi isə “Lənkəranski”nin qohumlarına istinadən məlumat yayıb ki, avtoritetin qardaşı Namiq Canıyev Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğul olub. Eyni zamanda Lənkəran şəhərində də hüzr məclisinə hazırlıq işləri başlayıb. Yas məclisi Canıyevlərin “Kiçik Bazar” məhəlləsində yerləşən evlərində keçiriləcək. “Lənkəranski” həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, “Yeni Müsavat”ın əməkdaşları artıq Lənkərandadırlar və bu qətllə, eləcə də dəfnlə bağlı geniş yazını sabahkı sayımızda oxuya biləcəksiniz.Niyə Canıyev yox, Əliyev?Qanlı olaydan sonra Türkiyə mətbuatında “Rövşən Lənkəranski”nin soyadının Əliyev göstərilməsinə gəlincə, bildirilir ki, ata soyadı Canıyev olan Rövşən bir müddət öncə ana soyadını götürüb. Xəbəri “Lənkəranski”nin qohumu, Milli Məclisin deputatı Fəzail Ağamalı da təsdiqləyib. Məlum olduğu kimi, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəraniskinin qardaşının həyat yoldaşıdır.Kriminal əfsanə…Rövşən Canıyev 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbayel Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.Rövşən Caniyev kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınırdı. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub. 2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Son vaxtlar o, Türkiyədə, gah da Ukraynada yaşayır, biznes fəaliyyəti ilə məşğul olurdu.Azərbaycan Daxil İşlər Nazirliyi isə “Rövşən Lənkəranski”nin Türkiyədə öldürülməsini şərh etmir. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə, bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır. DİN rəsmisi Azərbaycanda heç bir “vor zakon”un olmadığını da əlavə edib: “Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir ”vor zakon” tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevin öldürülməsinə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə qoy onlar özləri araşdırsınlar”. Rövşən Canıyevin dəfnində “vor zakon”ların mümkün iştirakına gəldiksə isə Ehsan Zahidov bu variantı istisna edib. Bildirib ki, bütün qanunazidd hərəkətlərin qarşısı alınacaq. “Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur və ölkəyə gələn şəxslərin kimlikləri, onların məqsədləri dəqiqləşdirilir” deyə, DİN rəsmisi bildirib. Qətli kim və ya kimlər törədə bilər?“Lənkəranski”nin qətlinin sifarişçiləri barədə dəqiq məlumat yoxdur. Məlumdur ki, avtoritet uzun illərdir ki, bir sıra kriminal qruplaşmalarla konfliktdə idi. Bu sırada ilk yada  2013-cü ilin yanvar ayında qətlə yetirilən “Ded Xasan” ləqəbli Aslan Usoyanın klanı  düşür. “Ded Xasan” klanı qətli “Lənkəranski”nin sifarişi ilə törədildiyini iddia edirdi və hətta onun “başı”na 5 milyon dollar mükafat da vəd edilmişdi. “Ded Xasan”ın intiqamının alınacağı ilə bağlı söz-söhbətlər daha bir nüfuzlu kriminal Zaxari Kalaşov (“Şakro Molodoy”) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra yenidən dövriyyəyə buraxılmışdı.  Amma “Şakro” “Lənkəranski” ilə açıq savaşa girmədi. Əksinə, kriminallar arasında əvvəlki nüfuz müharibələri də xeyli səngidi. Yalnız son aylar klanlar arasında Rusiyanın regionlarında yenidən nüfuz savaşının başladığı xəbərlər artmağa başlamışdı ki, bu sırada “Lənkəranski” nin adamlarının da adı hallanırdı. “Ded Xasan”ın qətlindən sonra klanın itirilmiş mövqelərini qaytarmağa çalışan “Şakro” ötən ay  gözlənilmədən həbs edildi. Bu dəfə də yenə diqqətlər “Lənkəranski” cəbhəsinə yönəldi. Açıq deyilməsə də, bu həbsdə “Lənkəranski”nin maraqlı ola biləcəyi barədə iddialar vardı.Qeyd edək ki, “Lənkəranski”  azərbaycanlı avtoritetlərlə  də, o cümlədən  bir neçə ay əvvəl “qanuni oğru” adı alındığı üçün özünü Kiyevdə doğrayan  Dadaşbala İbrahimov (“Lotu Dadaş”),  2013-cü ildə İstanbulda  güllələnən Əlibala Həmidov (“Qoca Yasamallı”), 2014-cü ilin aprelində Odessada öldürülən “Vaxa” ləqəbli  Baxış Əliyevlə,  o cümlədən 18 ildir həbsdə olan Nadir Səlifovla da( “Lotu Quli”)   gərgin münasibətləri olduğu sirr deyil. Maraqlıdır ki, üç il əvvəl “Qoca Yasamallı” da İstanbulda məhz avqustun 18-də güllələnmişdi.  Qətllə bağlı bildirilirdi ki, guya “Qoca” yanında olana son nəfəsində “Rövşən” deyibmiş…Əlbəttə ki, bu cür sifarişli qətllərin arxasında kimin və ya kimlərin dayandığı  heç vaxt rəsmi olaraq açıqlanmır, cinayət işi məhkəmədə çözülmür. “Lənkəranski”nin  çoxsaylı düşmənləri vardı və qətlin  konkret kimin sifarişi olduğunu yalnız məhdud bir çevrə bilir. İndi bu istiqamətdə də çoxsaylı versiyalar üzə çıxacaq. “Lənkəranski”nin qətli kriminal aləmdə yeni hesablaşmalara da yol açacaq. Hikmət Muxtarov (“Hikmət Sabirabadlı”) və Məmməd Hüseynov (“Masallı Mamed”)dan sonra ən nüfuzlu azərbaycanlı “qanuni oğru”  “Rövşən Lənkəranski” əfsanəsi də  beləcə yarımçıq bitdi.Allah rəhmət eləsin.(musavat.com)


mənbə : moderator.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles