Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azerbaycan türklerinin son imperiyası: Qacarlar dövleti

Azərbaycan türklərinin son imperiyası: Qacarlar dövləti

19/08/2016

22:20


19/08/2016 [21:17]: xeber –
(III yazı…)Ağa Məhəmməd şah Qacar 1790-cı illərin başlarında Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana yürüş etməmişdən öncə, yeni dövlətə tabe olmaq üçün bir tərəfdən buradakı Türk Xanlıqlarına və gürcü mənşəli Kartli-Kaxeti çarlığına fərmanlar göndərir, digər tərəfdən isə onların “himayəçi”si olan çar Rusiyasıyla danışıqlar yoluyla bu məsələni həll etmək istəyirdi. Ancaq hər iki addım müsbət nəticə vermədi. Belə ki, Ağa Məhəmməd şah Qacar 1792, 1795-ci illərdə çar Rusiyasının Şimali Qafqazdakı komandanı General Qudoviçin yanına danışıqlar üçün nümayəndə göndərsə də, nəticəsiz qaldı. Eyni zamanda Ağa Məhəmməd şah Qacarın yeni dövlətə tabe olmaq fərmanlarına Türk Xanlıqlarının böyük əksəriyyəti müsbət cavab vermədilər. Azərbaycanın şimal hissəsindəki xanlıqların çoxunun Qacarlar dövlətinin, onun qurucusu Ağa Məhəmməd şah Qacarın yanında yer almaq istəməməsi milli faciəmizin əsasını qoymuşdur. Bu bir gerçəkdir ki, Quzey Azərbaycan Türk Xanlıqlarını (Qarabağ, İrəvan, Naxçıvan, Bakı, Gəncə, Şamaxı vəb.) Ağa Məhəmməd şah Qacar dəfələrlə uyarmış, onları yeni yaranan dövlətin-Qacarların ətrafında birləşməyə çağırmışdır. Şübhəsiz, bu çağırışlar milli taleyimizin hansı yöndə həlliylə bağlı olan tarixi çağırışlar idi. Ancaq Ağa Məhəmməd şah Qacarın milli taleyimizi həll edən tarixi çağırışlarını Şimali Azərbaycan Türk Xanlıqları arasından yalnız Gəncə, Şəki və Dərbənd xanlıqları dəstəklədi ki, bu da milli bütövlüyümüz, milli dövlətçiliyimiz baxımından yetərli olmadı.Yeri gəlmişkən, Ağa Məhəmməd şah Qacarın yeni dövlətin ətrafında birlik, bütövlük çağırışına ən çox qarşı çıxan Şimali Azərbaycan Türk Xanlıqları arasında Qarabağ xanı İbrahimxəlilin xanın adı çəkilir. İbrahimxəlilin xanın Qacarlardan məktub gətirən qasidə, atasının vəsiyyətinə uyğun olaraq heç bir dövlətə tabe olmayacağı cavabını verdiyi bildirilir. Halbuki İbrahimxəlili xan 1783-cü ildə II Yekaterinaya yazdığı məktubda Rusiya dövlətinin himayəçiliyini qəbul etməyə hazır olduğunu bildirmişdi. Deməli, əslində atasının vəsiyyətini çoxdan unudan İbrahimxəlili xan “himayəçi”si Rusiyaya güvənərək Qacarlara tabe olmaq istəməmişdir. Artıq böyük ölçüdə Rusiyanın yanında olan İbrahimxəlili xanın milli birliyimizə qarşı olan bu addımları, digər Şimali Azərbaycan Türk Xanlıqları olan Naxçıvan, Bakı, Lənkəran, Şamaxı və başqalarına da mənfi anlamda böyük təsir göstərmişdir. Həmin xanlıqlar da Qarabağ xanlığı kimi, çar Rusiyasının “himayəçilik” siyasətinə güvənərək Qacarların vahid dövlətdə birləşmək istəyinə qarşı çıxırdılar. Çağdaş Azərbaycan tarixçiliyi isə milli faciəmizin əsil mahiyyəti ortaya qoymaq əvəzinə, Sovetlər Birliyi dövründəki tarix metodologiyası ənənəsinə davam etməkdədir: “Azərbaycan xanlıqları ümumi düşmənə (Özünü Azərbaycan tarixçiləri adlandıranlar “ümumi düşmən” dedikdə, heç də Rusiyanı deyil, məhz Qacarları nəzərdə tuturlar -F.Q.) müqavimət üçün vahid cəbhə yaratmasalar da, şamaxılı Mustafa xan, Talış (əslində Lənkəran – F.Q.) xanlığının hakimi Mir Mustafa xan, bakılı Hüseynqulu xan, naxçıvanlı Kəlbəli xan yerləşdikləri qalaları möhkəmlətməklə yanaşı, ərzaq ehtiyatları da toplayırdılar. Lakin xanlıqlardan heç biri birləşmək qərarına gəlmədi. Bunun əvəzində onlardan bəzisi özlərinə qüvvətli arxa axtararaq sadəlöhvlüklə (daha doğrusu, xəyanətcəsinə- F.Q.) Rusiya dövlətinin vədlərinə inandı və hərbi kömək üçün II Yekaterina hökumətinə müraciət etdi”.Hesab edirik ki, yuxarıda adı çəkilən xanlıqlar həm Azərbaycanın bütövləşməsinə, həm də Qacarların bir Türk dövləti kimi daima güclü olmasına qarşı çıxmaqla xəyanət etdilər. Hər halda  Nadir şah Əfşara sui-qəsddən sonra (1747) Əfşarlar dövlətinin mərkəzləmiş dövləti saxlaya bilməməsi nəticəsində müstəqilliklərini elan edən bütün xanlıqlar kimi, Şimali Azərbaycan Türk Xanlıqlarının da bir müddət müstəqil fəaliyyət göstərmələri başa düşülən idisə, ancaq Qacarların yeni mərkəzləmiş bir dövləti böyük ölçüdə ortaya qoyaraq milli taleyimizi yenidən öz əlimizdə cəmləşdirmək istədiyi bir məqamda buna qarşı çıxmaları yolverilməz idi. Əgər Şimali Azərbaycan Türk Xanlıqları özləri bir araya gələrək vahid dövlət yaradıb yalnız Qacarlara deyil, işğalçı çar Rusiyasına da qarşı birləşə bilsəydilər, o zaman haradasa onlara haqq qazandırmaq olardı. Ancaq həmin xanlıqlar Əfşarlardan sonra (1750) müstəqil olduqları yarıməsrlik tarixdə bir-biriləriylə dil tapıb yeni vahid Azərbaycan Türk dövləti yaratmaqdansa, əksinə düşmənçiliklərini daha da gücləndirərək çar Rusiyasının əvvəlcə “himayəçiliy”ini, daha sonra isə tam vassalığını qəbul etməkdəın başqa çıxış yolu tapmadılar. Məhz həmin xanlıqların çar Rusiyasından asılılığıın nəticəsi olmalı idi ki, Əfşarlardan sonra mərkəzləşmiş yeni dövlət quran Qacarlara da soyuq yanaşmağa başladılar.Şimali Azərbaycan Türk Xanlıqlarının çar Rusiyası kimi böyük bir işğalçı dövlətlə qonşu olmaları, üstəlik bu qərbsayağı xristian “qonşu”nun “parçala və hökm sür” siyasətinə köklənməsi milli faciəmizin ən mühüm mərhələlərindən biridir. Bu anlamda deyə bilərik ki, Şimali Azərbaycan Türk xanlıqlarını xəyanətə sürükləyən, bəlkə də bir çox hallarda məcbur edən çar Rusiyası amili idi. Ancaq bu heç də, bütövlükdə həmin xanlıqların çar Rusiyasının işğalçılıq planının tərkib hissəsi olaraq  xəyanətkar mövqedən çıxış etmələrinə haqq verə bilməz. Bizcə, həmin xanlıqların əksəriyyəti milli iradə nümayiş etdirib Qacarlar dövlətinə birləşmək haqqında qərar qəbul etsəydilər, böyük ölçüdə Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının qarşısı alınacaqdı.Hazırda çağdaş Azərbaycan tarixçiləri də əsil həqiqəti ifadə etmək əvəzinə, Çar-Sovet-Rusiya mifindən qurtula bilmədikləri üçün milli faciəmizin gerçəkləşməsində rol oynamış xanlıqları “qəhrəman”, milli diriliyimiz uğrunda mücadilə verən Əfşarları, Qacarları “ümumi düşmən” ya da gerilikçi işğalçı “İran”, ən əsası isə Rusiyanı “himayəçi” ya da tərəqqiçi işğalçı adlandırmaqla işlərini bitmiş hesab edirlər. Guya, Qacarlara qarşı “qəhrəmanlıqlar” göstərmiş Azərbaycan xanlıqları da mühafizəkar işğalçı “İran”ı deyil də, xeyirxah “himayəçi” ya da “tərəqqipərvər” işğalçı Rusiyanı seçmək məcburiyyətində qalıblar. Halbiki, “ümumi düşmən” milli kimlik, dini kimlik, milli mədəniyyət, milli tarix baxımından ortaq olduqları Qacarlar deyil, tam tərsinə bütün bu məsələlərdə daban-dabana zidd olan çar Rusiyası idi. Milli taleyimiz həll olunduğu bir dövrdə Şimali Azərbaycan Türk Xanlıqlarının əksəriyyətinin də guya, sadəlöhvlüklə Rusiyanın vədlərinə inandıqlarına görə Qacarlardan üz çevirdiklərini yazmaq, heç bir Azərbaycan tarixçisinə yaraşmaz. Bir sözlə, hər şeyi olduğu kimi deməyin zamanıdır ki, Qacarlarla birləşməyə qarşı çıxaraq Rusiyaya üz tutan xanlıqlar sadəlöhv deyil xəyanətkar, xəyanətkar xanlıqların arxasında dayanan çar Rusiyası isə “himəyəçi”, “tərəqqipərvər” deyil barbar bir işğalçı olmuşdur.Ona görə də, yuxarıda da qeyd etdiyimiz kimi, Nadir şah Əfşarın çar Rusiyasına qarşı apardığı müharibənin şərtləriylə (Əfşarlar-Rusiya müharibəsi), Ağa Məhəmməd şah Qacarın bir yandan Şimali Azərbaycan Türk xanlıqlarını xoşluqla yola gətirmək istəyi, ən önəmlisi çar Rusiyasına qarşı apardığı müharibənin (Qacarlar-Rusiya müharibəsi) şərtləri xeyli fərqli olmuşdur.Artıq Ağa Məhəmməd şah Qacar bir tərəfdən xeyli dərəcədə “müstəqilləşmiş”, “himayəçi” tapmış xanlıqlarla, digər tərəfdən isə taktiki gedişlərini dəyişərək yeni oyunlarla Cənubi Qafqazı işğal etmək istəyən Rusiyayla üz-üzə qalmışdır. Ağa Məhəmməd şah Qacar üçün isə hər iki hədəfi dəf edərək Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı yeni dövlətin tərkibinə qatmaq həyati önəm daşıyırdı. Ancaq “himayəçi”lərinə, əslində isə potensial işğalçıları Rusiyaya arxalanan əksər xanlıqları, eyni zamanda Cənubi Qafqazı işğal etməyə fürsət gözləyən çar Rusiyasını yola gətirmək çox zor görünürdü. Belə bir durumda bu əngəlləri heç olmazsa müəyyən ölçüdə də olsa, aradan qaldırmadan Ağa Məhəmməd şah Qacarın hökmdarlıq taxtına oturması da, yeni dövlətin qaninliyi baxımından doğru görünmürdü.Ona görə də Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı yeni dövlətin tərkibinə qatmadan özünü şah elan etmək istəməyən Ağa Məhəmməd şah Qacar 1795-ci ilin yaz-yay aylarında Cənubi Qafqaza doğru hərbi yürüşə çıxdı. Bizə elə gəlir ki, bu hərbi yürüş yanlız Qacarlara tabe olmaq istəməyən Şimali Azərbaycan Türk Xanlıqlarıyla gürcü Kartli-Kaxeti çarlığına deyil, eyni zamanda onların “himayəçi”si rolunu oynayan çar Rusiyasına qarşı da yönəlmişdir. Bu baxımdan Ağa Məhəmməd şah Qacarın bu hərbi yürüşünün mahiyyətində əsasən, mərkəzi dövlətə birləşmək istəməyən xanlıqlara öz yerini göstərməsi, digər tərəfdən həmin xanlıqların “himayəçi”çi olan çar Rusiyasının Cənubi Qafqazdan əlini üzməsi dayanırdı. Ona görə də, Ağa Məhəmməd Qacarın bu hərbi yürüşü “himayəçi” qılığına girmiş işğalçı çar Rusiyasına bir xəbərdarlıq idi. Bu hərbi yürüş nəticəsində də bəzi şəhərlər (Şuşa, Naxçıvan vəb.) istisna olmaqla, Cənubi Qafqazın böyük əksəriyyəti Qacarlar dövlətinin tərkibinə qatıldı. Məhz bundan sonra Şimali Azərbaycan xanlıqlarının Qacarlara tabe olduğu barədə fərman verən Ağa Məhəmməd şah Qacar 1796-cı ilin martın 21-də isə Tehranda özünü şah elan etdi. Çünki Qacarlar böyük ölçüdə əski Səfəvilər ərazisinə sahib çıxmış, bununla da qanuni bir dövlət olmasını ortaya qoymuşdular. Tacqoyma zamanı Ağa Məhəmməd şah Qacara Ərdəbildən Şeyx Səfi məqbərsindən gətirilmiş çutqabağı və şah qılıncın verilməsi isə, bir növ Qacarların Səfəvilər dövlətinin qanuni varisi olmasının təsdiqi idi.Ancaq hətta, şahlıq taxtına oturduqdan az sonra Ağa Məhəmməd şah Qacar Xorasanı ələ keçirib (1796) Əfşarların buradakı hakimiyyətinə belə son versə də, onu yenə də Cənubi Qafqaz, o cümlədən Şimali Azərbaycan məsələsi daha çox rahatsız edirdi. Ağa Məhəmməd şah Qacar yaxşı anlayırdı ki, 1795-ci ildə Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı əsasən, yeni dövlətin tərkibinə qatsa da, ancaq bu  məsələ öz qəti həllini tapmamışdır. Çünki bu məsələdə başlıca əngəl kimi Şimali Azərbaycan Türk Xanlıqlarının Qacarlara birləşməyə qarşı meyilsizliyi görünsə də, əslində əsas problem onların “himayəçi”si qılığına girmiş çar Rusiyasıdır. Bu anlamda həmin xanlıqların çoxunun “himayəçi”ləri Rusiyaya güvənərək yenidən Qacarlara qarşı baş qaldırması, ya da “himayəçi”nin özünün Cənubi Qafqaza hərbi qüvvələr yeritməsi hər an gözlənilirdi.Dos., Dr. Faiq Qəzənfəroğlu


mənbə : moderator.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles