20.08.2016 / 13:57 xeber –
Kürdəmir rayonunda quldurluq hadisəsi baş verib. Lent.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, avqustun 19-da Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində naməlum şəxs Ağdam rayon sakini Rabil Quliyevin mobil telefonunu zorla alıb hadisə yerini tərk edib.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunan Səid Səfərov tutulub.
mənbə :
lent.az
Şərh yaz.