21.08.2016 / 18:25 xeber –
Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, 1976-cı il təvəllüdlü Dadaşova Sevda Tofiq qızı polisə ərizə ilə müraciət edərək, 2009-cu ilin sentyabr ayında Əliyev İmrak Məhəmməd oğluna xırda biznes qurmaq üçün A.Məmmədov küç ev 93-ün qarşısında 5000 AZN verdiyini bildirib. Lakin həmin şəxs vədinə əməl etməyib və pulu geri qaytarmayıb.
Müraciət əsasında araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.