Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Meşhur “Qara volqa”nın sürücüsü…

Məşhur "Qara volqa"nın sürücüsü...

22/08/2016

17:10


22/08/2016 [16:09]: xeber –
Kriminal aləmlə tanışlığım Cəmşid Əmirovun “Qara Volqa”sı ilə başlanıb. Sonra “Brilliyant məsələsi” və “Sahil əməliyyatı” həmin dünyada daha nələr baş verdiyini aydın göstərib. Onda yeniyetmə idim. Oxuduqlarımı yazıçının fantaziyası, müəllifin təxəyyülü hesab edirdim. Həyatda belə hadisələrin ola biləcəyi, Pəncəli Aslan, Tapança Yədulla, Paxan, qumarbaz Nerses, Klara kimi obrazların kimlərinsə prototipi olduğu ağlıma da gəlmirdi. İllər öncə Bakıdakı cəzaçəkmə müəssisələrindən birinə getmişdim – yazı hazırlamaq üçün. Həbsxana rəisi həyətdə divara söykənmiş bir nəfəri göstərib dedi ki, o adam “Qara Volqa”nın sürücüsü olub. Doğrusu, çox təəccübləndim, təəccübləndiyim qədər də elə bildim ki, rəis zarafat edir. Arif Əliyevə yaxınlaşıb ona bir neçə sual verəndən sonra əmin oldum ki, zarafat-filan deyil, bu elə o sürücüdür ki, qarşımda dayanıb. Arif Əliyev 20 yaşından həmin bandanın üzvü olub, 61 yaşı vardı, hələ də həbsxana həyatı yaşayırdı. Cəmşid Əmirovun yazdıqlarını təsdiqləyərək dedi ki, o hələ az yazıb. Dəstəmiz elə dəhşətli işlərlə məşğul olurdu ki, bu barədə çoxları heç nə bilmir. “Kriminal qruplaşma”, “avtoritet”, “vor v zakone” kimi ifadələr işlədən Arif Əliyevlə olan söhbətim o zaman işlədiyim qəzetdə çap olundu. Mən ilk dəfə canlı olaraq kriminal dünyanın sakini ilə tanış olub söhbət etmişdim. 90-cı illərin əvvəlində bu aləmin başçıları haqqında çeşid-çeşid kitablar yazdılar. Sovet təbliğatının, Kommunist Partiyasının qadağan etdiyi mövzu gündəmə gəldi. İnsanlar həmin kitabları oxumağa başladılar, fikir söylədilər, onları qəhrəman səviyyəsinə qaldırdılar. Bir neçə il əvvəl evimin yaxınlığında fəaliyyət göstərən şadlıq evlərinin birində baş verən atışmadan vahiməyə düşdüm. Gecənin bir aləmində güllə səsinə oyanan insanlar orada kriminal adamların – avtoritetlərin atışdığının şahidi oldular. Sözün həqiqi mənasında kinolarda gördüyüm səhnələri canlı seyr edirdik. Nə gizlədim, çox qorxmuşdum… İndi də Rövşən Lənkəranski hadisəsi kriminal aləmin beynimdə yatıb qalan dəhşətlərini təkrar oyatdı. Bir neçə gündü hadisə haqqında yazılanları, insanların fikirlərini, qətllə bağlı mülahizələrini, Rövşənə olan məhəbbətlərini ən xoş sözlərlə ifadə etmələrini müşahidə edirəm. Sadə adamlardan tutmuş bir çox jurnalistə, bəzi deputatlara kimi Rövşən Lənkəranskinin ədalətindən yazır, danışırlar. Oğul anası olaraq mən bundan çox narahatam. Cəmiyyət hara gedir? Nəyi təbliğ edirlər? Kriminalın hansı ədalətindən bəhs edirlər? Gənc nəsili nəyə təhrik edirlər? Ona görə də bu hadisə ilə bağlı ilk reaksiyam oğluma tapşırmaq oldu ki, belə yazıları oxumasın. Əslində Azərbaycan cəmiyyətinin sosial tarazlığı o zaman pozuldu ki, qanuni oğrular haqqında kitablar tirajlanıb satışa çıxarıldı və buna “dur” deyən olmadı. Gənclər bədii ədəbiyyat adına həmin kitabları oxudular və indi də oxuyurlar. Bu, sadəcə dəhşətdi! Dünya bina olandan insanlar qruplara bölünüblər, zümrələrə ayrılıblar. Hər qrupun, hər zümrənin özünəməxsus dünyabaxışı, həyat tərzi var. Kiriminal aləmin yaşam tərzi isə tam fərqlidi. Burada qan qoxusu hökmranlıq edir. Cinayətlər, qətllər insanları qorxu altında saxlamaq, çevrəsindəkilərə “mənəm-mənəmlik” davranışları ilə “xox” gəlmək üçün qanlı vasitədi. Bu vasitələrlə kimlərəsə hökm edən adamların kasıb-kusuba əl tutması, maddi köməklik etməsi elə də ədalətli görünmür. Hansısa əyri yollarla qazanılan pullardan da qan qoxusu gəlir və bu pulların müəyyən qisminin ünvanlandığı kasıb adamlara xeyir gətirəcəyi də mümkün görünmür. Vaxtilə Azərbaycanda xeyriyyəçilər olub, mesenatlar fəaliyyət göstərib. Təkcə Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti insanlıq tarixinin qızıl hərflərlə yazılmış səhifəsidir. Eləcə də digər milyonçuların halal pulları ilə Bakıda tikdirdikləri binalar tarixilik baxımından heç vaxt diqqətdən kənarda qalmır. Oğru dünyasının nümayəndələri bu kişilərin həndəvərinə belə hərlənə bilməyiblər. Onların insanlara göstərdikləri xidmət daha yüksək səviyyədə olub. Halal qazanclarından xeyriyyə məqsədi ilə istifadə ediblər, kasıb balalarını oxudublar, ali təhsil üçün xarici ölkələrə göndəriblər. Himayələrinə götürdükləri insanlara sona qədər arxa-dayaq olublar. Amma kriminal aləmin, oğru dünyasının qan qoxuyan pulları ilə çörək yeyən insanların heç də hamısının aqibəti yaxşı olmur, asılı vəziyyətə düşürlər. Bir qarın çörək üçün qaranlıq dünyanın adamlarına əl açmaq heç də ədalətdən xəbər vermir. Mənə elə gəlir ki, bu günlərdə “uf” demədən düşmən üstünə gedən Mübariz İbrahimovun sümükləri sızıldayır. Qəhrəmanlıq nümunəsi göstərən bu igid oğul torpaq üçün, vətən yolunda şəhid oldu. Əsil əfsanə O idi. Vətən namusunu, bayraq qürurunu azadlığına dəyişən Ramil Səfərov illərlə məhbəsdə yatdı. Əsil qəhrəman Odur. Əminəm ki, aprel döyüşlərində vətən torpağına son yolçuluqlarını edən şəhidlər – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, polkovnik-leytenant Murad Mirzəyev, polkovnik-leytenant Raqub Orucov, baş leytenant Bəkir İsmayılov və digər 89 nəfər vətən oğlunun, eləcə də ötən 20 ildə torpağa qovuşan digər şəhidlərin ruhu narahatdı. Ona görə narahatdı ki, torpaqları işğaldan azad etmək üçün səfərbər olmağa gücü çatmayanlar kriminalların yolunda az qala ölümə belə hazırdılar. Dünyanın hər yerində kriminal qruplaşmalar, avtoritetlər, qanuni oğru adını daşıyanlar var və onların həyat tərzindən bəhs edən çoxlu sayda filmlər çəkilib, kitablar yazılıb. Bariz nümunə kimi İtaliya mafiyasından bəhs edən “Xaç atası” filminin qəhrəmanının adını çəkə bilərəm. Əminəm ki, don Vito Korleone həyatdakı hansısa Korleonenin prototipidir. Amma nə İtaliyada, nə də başqa ölkələrdə kriminal dünyanın insanları bizdəki kimi təbliğ olunmur, bizdəki kimi cəmiyyətin üst təbəqəsinə çıxarılmır. Günlərdi bir sual beynimdə durmadan səslənir: görəsən, bizim insanlar avtoritet, “vor v zakone” acıdırlarmı? Söhbət təkcə Rövşən Lənkəranskidən getmir. Bu gün onun adı və ölümü sadəcə bir təkan rolunu oynayır. Kriminal dünyaya heyranlıq nümayiş etdirənlər unudurlar ki, avtoritetlərin, qanuni oğruların öz aralarındakı ədavətin, yaxud da özlərindən asılı vəziyyətə sadıqlarına göstərdikləri köməyin adı ədalət deyil. Onlar həm dövlət, həm də cəmiyyət üçün böyük təhlükədir. Çünki öz cinayətlərini ört-basdır etmək üçün kütləyə, aztəminatlı, kasıb təbəqəyə etdikləri xırda-para köməklilərlə onları dövlətdən narazı salırlar. İnsanlar dövlətdən umacaqlarını, yaxud da istəyəcəklərini kriminallardan ala biləcəklərinə ümid edirlər. Guya ki, onlar daha ədalətlidirlər, daha güclüdürlər, daha səxavətlidirlər. Əslində isə bu qaranlıq dünyanın insanları belə əməlləri ilə sanki, tövbə edərək Allah qarşısında günahlarını yumaq kimi görüntü verirlər. Kriminallar böyük günahlar nəticəsində qaranlıq dünyanın sakininə çevriliblər. Onların alt təbəqədə cücərən köklərini üst təbəqəyə çıxarmağın kimsəyə bir faydası yoxdu. Avtoritetlər bir-birlərini qətiyyən sevmirlər, bir-birlərinə olan nifrətləri sonda güllə yağışı ilə nəticələnir. Onların həyatını qan-qada müşaiyət edir. Necə deyərlər “su sənəyi suda sınır”. Ən acınacaqlısı odur ki, bəzi dövlət rəhbərlərinin idarəçiliyini avtoritar rejim adlandıraraq bəyənməyənlər yeraltı dünyanın avtoritetlərinə tapınırlar. Necə olur ki, ölkə idarəçiliyində avtoritarizm qəbul olunmur, amma kriminal aləmdə hörmətli sayılır? Hər ikisinin mahiyyəti eyni deyilmi? Bir vaxtlar Cəmşid Əmirovun əvvəldə adını çəkdiyim kitabları qadağan olunmuşdu. Sovet hökuməti bu qadağanı onunla əsaslandırırdı ki, həmin kitablar gənclərin tərbiyəsinə, əxlaqına, mənəvi dünyasına mənfi təsir göstərir. Hadisələrə bu günkü prizmadan baxanda həmin qadağaya haqq qazandırıram.Züleyxa nadir


mənbə : moderator.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles