Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Küçelere sepelenmiş geleceyimiz: selahiyyetli qurumlar hara baxır, ne edir? – ARAŞDIRMA

Küçələrə səpələnmiş gələcəyimiz: səlahiyyətli qurumlar hara baxır, nə edir? - ARAŞDIRMA

23/08/2016

12:44

23.08.2016 / 11:40 xeber –

 

İşıqforda maşın şüşəsi silənlər, yol kənarlarında salfet satanlar, təmir sexlərində qara mazuta batanlar… Azərbaycanda ailəsini dolandırmağın yükünü kiçik yaşlarından çiyinlərində daşımağa çalışan uşaqlara tez-tez rastlanır. Əslində uşaq hüququnun pozuntusu olan bu sosial problemə qarşı səlahiyyətli qurumlar tərəfindən zaman-zaman tədbirlər görülsə də, problem hələ də qalmaqdadır.

Elə ötən gün Lent.az ailəsini dolandırmaq üçün İçərişəhərdə salfet satan 10 yaşlı  Fidanın həyat hekayəsindən bəhs etmişdi.

Əslində bir nümunə olan Fidanla oxşar həyatı bölüşən xeyli sayda uşaq var. Bəs bu uşaqlar və maddi imkansızlıqdan dolayı onların bu çətinliyinə göz yuman ailələləri üçün nələr edilə bilər və yaxud da edilməlidir? Lent.az məsələ ilə bağlı səlahiyyətli qurumların fikrini öyrənməyə çalışıb.

 

“Qarnım acdır deyə işləyirəm…”

 

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Əliyevin fikrincə, Azərbaycanda işləyən uşaqlarla bağlı hər hansı bir icra mexanizmi yoxdur və Əmək Müfəttişliyi də onları yoxlamaq gücündə deyil: “Aydındır ki, ailəsinin dolanışığı aşağı olduğu üçün uşaq ya dilənçiliyə cəlb olunur, ya da işləməli olur. Aparılmış müşahidələr də onu göstərir ki, bir çox hallarda bu ailələr daha çox tək valideynli olur, ya da valideyn haradasa işləyir deyə, uşağına vaxt ayıra bilmir və uşaq nəzarətsiz qalır. Belə ailələr çoxdur. Təbii ki, bu məsələdə ailənin maddi vəziyyəti xüsusi rol oynayır.

Bu uşaqlar daha çox yoxlamaların aparılmadığı nəzarətsiz yerlərdə çalışır. İşləyən uşaqlar arasında sorğu keçirəndə, işləmələrini müxtəlif səbəblərlə əsaslandırmağa çalışırlar. Kimisi məktəbli forması ala bilmədiyi üçün, kimisi dəftər-qələmə pulu olmadığı üçün, kimisi də qarnı ac olduğu üçün işlədiyini deyir”.

 

Həm işləyən uşaqlar, həm dilənçiliyə cəlb olunmuş uşaqlarla bağlı müxtəlif vaxtlarda Komitə tərəfindən monitorinqlər keçirildiyini qeyd edən P.Əliyev deyir ki, sonuncu dəfə ötən il uşaq əməyi ilə bağlı monitorinq olub: “Nəticədə ölkə üzrə 95 işləyən uşaq aşkarlanmışdı. Dilənən, avaraçılıqla məşğul olan uşaqların monitorinqi isə hüquq-mühafizə orqanları tərəfindən aparılır. Hər il 450-500 belə uşaq müəyyən edilir.

Ümumiyyətlə, monitorinq keçirmək bu problemin həlli deyil. Ancaq bunun nəticəsində aşkar edilmiş uşaqların müəyyən xidmətlərə yönəldilməsi vacibdir. Belə uşaqları aşkar etdikdə, əvvəlcə komitə olaraq uşağın təhsil hüququnun bərpasına çalışırıq, daha sonra ailəsinin maddi vəziyyəti ilə maraqlanıb, ünvanlı sosial yardım almasını təmin edirik. Ancaq acınacaqlısı odur ki, ailə ünvanlı sosial yardım alsa belə, uşaq işləməyə davam edir”.

 

Uşaq Məcəlləsi hazırlanır

 

P.Əliyev vurğulayır ki, hazırda ölkədə uşaqlarla bağlı problemli sahələr çoxdur – uşaq əməyinin istismarı, küçə uşaqları, uşaqlara qarşı zorakılıq, azyaşlı qızların təhsildən yayınaraq nikaha cəlb edilməsi, uşaq intiharları.  Bu sahədə komitə tərəfindən əsas üstünlük maarifləndirmə tədbirlərinə verilir: “Uşaqlara hüquqlarının öyrədilməsi, hüquqlarını müdafiə etmələri ilə bağlı maarifləndirmə kampaniyaları keçirilir. Hazırda Uşaq Məcəlləsinin hazırlamasını planlaşdırırıq.

Biz erkən nikahla bağlı cənub zonasının bir sıra kəndlərində tədbirlər keçirtdik və indi orda demək olar ki, erkən nikah halları tam aradan qalxıb.

Uşaqlar arasında son illərdə narahatlıq doğuran hallardan biri də intiharlardır ki, bununla bağlı məktəblərdə məktəb psixoloqları üçün  təlimlər keçmişik.

Bəzi hallarda uşağın məktəbdə davranışı adekvat olmur. Ancaq buna nə müəllim, nə psixoloq, nə də direktor fikir verir. Və yalnız uşaq intihar etdikdən sonra deyirlər ki, filankəs  bir həftədir özünü qəribə aparırdı. Halbuki, məktəb psixoloqu vaxtında ona yaxınlaşıb dərdinin nə olduğunu öyrənməlidir. Bu sahədə maarifləndirmə tədbirləri davamlı həyata keçirilməlidir”.

 

Yeri icra hakimiyyəti orqanlarında “Yetkinlik yaşına çatmayanların işlər və hüquqlarının müdafiəsi” üzrə komissiyaların fəaliyyət göstərdiyini xatırladan komitə rəsmisi deyir ki, əslində bütün bu işlər yerli səviyyədə təmin olunmalıdır və icra mexanizmi belə olmalıdır: “Hüquq-mühafizə orqanları işləyən uşaqları tapır, həmin komissiyalara təhvil verir, komissiya da uşağı ya internata yerləşdirir, ya da ailəsinin sosial təminat xidmətinə çıxışını təmin edir, ünvanlı sosial yardım alması üçün lazımi qurumlara müraciət edir, məşğulluğa müraciət edərək həmin uşağın valideynlərini işlə təmin edir.

Yəni bu iş yerli səviyyədə təmin olunmalıdır. Ümumiyyətlə işləyən uşaqların müəyyənləşdirilməsi üçün yerli aidiyyəti orqanlar daha çox məsuliyyət daşıyır. Qanunla bu prosesin mexanizmi bu cürdür. Yerli səviyyədə orqanların məsuliyyəti gücləndirilmədir. Onlar özləri bu problemin həlli ilə bağlı iş  görməlidirlər. Komitənin isə burda işi həmin aidiyyəti orqanlarla görüşlər keçirib, bu işin icra mexanizmini və problemi aradan qaldırmağın qaydalarını öyrətməkdir”.

 

P.Əliyevin sözlərinə görə, uşaqların əməyə cəlb olunmasında əsas məsuliyyət valideynin üzərinə düşür və məhz valideyn məsuliyyətsizliyi ucbatından uşaq işləyir və ya həm dilənir: “İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə bu valideynlərin cərimələnməsi tələb olunur, amma bu işlək mexanizm deyil. Çünki valideynin yemək almağa pulu olmadığı halda onu necə cərimələyəsən?! Pulu olsa, uşağına yemək alıb yedizdirər. Bu cür ailələrlə yerli səviyyədə iş görüb onların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Çünki ailənin sosial təminatı uşaqlıq deyil. Uşağın borcu deyil axı ailəsini saxlasın. Uşağın hüququ başqadır. Təhsil almalıdır. Ailəni saxlamaq kimi vəzifəsi yoxdur. Burda çıxış yollarından biri də odur ki, əgər valideyn uşağını dolandıra bilmirsə, internat məktəblərinə verə bilər”.

 

"Ailə Hüquq Mərkəzi" İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova Lent.az-a açıqlamasında deyir ki, işləyən uşaqların hekayəsi bir-birinə çox oxşardır: “Elə indi də küçəyə çıxsaq, maşın şüşəsi silən, salfet satan uşaqlara çox rastlayacağıq. Bunların hamısının da hekayəsi bu və ya digər şəkildə oxşardır. Ataları atıb gedib, ya anaları işləyə bilmir, ya da ki, anaları xəstə olduğundan uşaq ailəni dolandırmaq məcburiyyətində qalır”.

 

Azərbaycanda uşaq müdafiə siyasəti necə qurulub?

 

Hər bir yerli icra hakimiyyətinin tərkibində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə Komissiyanın olduğunu deyən G.Səfərovanın sözlərinə görə, məhz bu komissiyanın birbaşa vəzifəsidir ki, uşaqlarla bağlı qərarvermədə iştirak etsinlər: “Eyni zamanda uşaqların məktəbə davamiyyəti, hər hansı bir poliklinikada qeydiyyatda olması da uşaqlarla bağlı bu komissiyanın görməli olduğu işlərin sırasına daxildir. Əgər uşaq dünyaya gəlibsə, o, dövlət poliklinikasında qeydiyyata düşür, məktəb yaşına çatanda isə məktəbə getməsi üçün poliklinika arayış verir. 10-11 yaşlı uşaqların məktəbə getməməyi və bu prosesin izlənilməməsi sadəcə vəzifənin icra olunmamağı deməkdir.

Ölkədə sosial işçilər var ki, bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar. Bu işçilər konkret olaraq həmin uşağın qeydiyyatda olduğu ərazi üzrə müraciət edərək, ünvanlı sosial yardım almasını, uşağın təhsilə yönləndirilməsini təmin edə bilər. Uşağın təhsil hüququnun bərpası sahəsində Təhsil Nazirliyi mütləq addımlar atmalıdır. Bu uşaq təhsil almır və bu uşağın konstitusional hüququ pozulur. Təhsil Nazirliyi də Azərbaycanda təhsil siyasətini yürütdüyü və icra etdiyi üçün bu məsələ ilə birbaşa maraqlanmalıdır.

 

Azərbaycanda “Uşaq müdafiəsi siyasəti” anlayışı tam formalaşmayıb. Burda məsuliyyətli olacaq səhiyyə, təhsil, sosial müdafiə orqanları arasında koordinasiya mövcud deyil.  Əgər uşaq məktəb yaşına çatmasına rəğmən məktəbə getmirsə, icra hakimiyyəti nəzdində çalışan həmin komissiyanın mütləq xəbəri olmalıdır.

Ümumiyyətlə təhsildən yayınma halları nikahdan kənar doğulan uşaqlar arasında çox olur. Çünki bu uşaqlar doğulanda hər hansı bir poliklinikada qeydiyyatda olmurlar. Bu  uşaqların məktəbə getməsi, təhsil, səhiyyə ilə bağlı məsələləri izlənilmir. Rəsmi olaraq hər hansı bir idarədə, müəssisədə qeydiyyatda olmayan uşaqların sayı kifayət qədər çoxdur”.

 

G.Səfərova bildirir ki, səlahiyyətli qurumlar, polislər də maşın şüşəsi silən, salfet satan uşaqları görürlər, amma bununla bağlı ölçü götürülmür: “Burada mütləq dövlət siyasəti olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ünvanlı sosial yardım proqramı var, amma bu ailələr yardım üçün müraciət etməyin qaydasını bilməlidir.

Bunların hazırlanması üçün işlər aparılmalı, dövlətin özünün sosial işçiləri formalaşmalıdır. Bizim “Ailə hüquq mərkəzi” tərəfindən “Sosial iş” modeli təklif edilib. Məsələn, Binəqədi rayonunda yetkinlik yaşına çatmayan 5 min uşaq var. Həmin sosial işçilər bu uşaqların hamısını bir-bir qeydiyyata alır, məktəbə davamiyyətlərini yoxlayır, əlliliyi olan uşaqlara hansı xidmətlər göstərildiyinə nəzarət edir, uşaqların hansı xəstəliklərinin olduğu ilə maraqlanır və s. Yəni bu sosial işçilər hər bir bölgədə uşaqların sosial vəziyyətini analiz edir və o analizlər nəticəsində də addımlar atır”.

 

Azərbaycanda küçə uşaqları, işləyən uşaqlar niyə çoxalır?

 

G.Səfərovanın sözlərinə görə, 2009-cu ildən başladılan “Deinstitutlaşdırma proqramı”dan sonra ölkədə küçə uşaqlarının sayı da adekvat olaraq artmağa başladı: “Ümumiyyətlə, sosial bir problemin həlli üçün layihə nəzərdə tutulubsa, mütləq elə icra edilməlidir ki,  digər sosial problem yaratmasın. Bunun üçün sadə mexanizmlə uşaq sosial müdafiə siyasəti qurulmalıdır.

Belə düşünmək olar ki, bu uşaqların həyatı ilə bağlı qərar verən qurumlar ya bunu icra etmək üçün kifayət qədər bilik-bacarıqları yoxdur, ya da vəzifələrini həyata keçirmirlər.  

Ölkədə uşaq fondu var, amma fəaliyyətsizdir. Müzakirə etdiyimiz bu məsələləri cəmləşdirsək, əsas söhbət uşaq əməyinin istismarından və bir sıra hüququnun pozuntusundan gedir.  Bir çox ölkələrdə uşaq müdafiə siyasəti mövcuddur. Ancaq bizdə bu iş individual və xeyriyyəçilik formatında aparılır. Səlahiyyətli dövlət qurumları uşağın pozulmuş hüquqlarının bərpası üçün çalışmalı, ailəsi ilə maraqlanmalı və problemlərinin həlli üçün özləri müəyyən işlər görməlidir”.

 

Dərsdən yayınan uşaqlarla bağlı Təhsil Nazirliyi nə edir?

 

Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, ötən dərs ilində Təhsil Nazirliyi tabeliyində olan ümumi təhsil müəssisələrində 1 359 173 nəfər şagird təhsil alıb. Şagirdlərin dərsdən yayınması hallarının qarşısının alınması isə Təhsil Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirliyin açıqlamasında bildirilir ki, buna baxmayaraq, bəzən uğursuz və köçəri həyat tərzi sürən ailələrdən olan uşaqların dərsdən yayınma halları da müşahidə olunur. Şagirdlərin dərsdən yayınmasının qarşısının alınması məqsədilə yerli təhsili idarəetmə orqanları  və ümumtəhsil məktəblərinin pedaqoji heyətləri tərəfindən valideynlərlə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir: “Məlum olduğu kimi, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə,  icbari ümumi orta təhsilin təşkilini təmin etmək icra hakimiyyətlərinin səlahiyyətlərinə daxildir. Bu səbəbdən icra nümayəndəlikləri, bələdiyyələr və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da bu işin təşkilində yaxından iştirak edirlər. Həmçinin maddi durumu ağır ailələrdən olan şagirdlərin dərsdən yayınma halları müvafiq təşkilatlar tərəfindən ailələrə edilən zəruri yardımlar vasitəsilə aradan qaldırılır.

Bununla yanaşı, nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi tərəfindən müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər üçün  “Fərdi təhsilin təşkili haqqında Qaydalar” hazırlanıb təsdiq edilib və bu qəbildən olan şəxslər yaşadıqları ərazilərdə fərdi təhsilə cəlb oluna bilirlər. Eyni zamanda “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”a uyğun olaraq, müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verməklə müvafiq təhsil sənədi almaq imkanı da yaradılır”.

 

UNICEF: “168 milyon 5-17 yaş arası uşaq işləməyə məcburdur”

 

UNICEF, ILO ( Beynəlxalq Əmək Təşkilatı) və Dünya Bankının son məlumatlarına əsaslanan qlobal təxminlərə görə, hazırda dünyada 5-17 yaş arası 168 milyon uşaq işləməyə məcburdur. Onlardan 120 milyonu 14 yaşdan kiçik uşaqlardır. Bu uşaqlardan 30 milyona yaxını isə qız uşağıdır ki, təhsildən kənarda qalıb ev işlərini görmək məcburiyyətindədirlər.

Əlavə edək ki, milyonlarla uşağın bəziləri isə uşaq əməyinin istismarının digər növlərindən əziyyət çəkir; köləlik, cinsi istismar,  narkotik alverinin qanunsuz fəaliyyətində əməyinin istifadəsi.

 

UNICEF-in son məlumatlarında bildirilir ki, uşaq əməyinin azalmasına baxmayaraq, bu problemin tamamilə yox olması üçün irəliləyiş  çox yavaş gedir.  Və 2020-ci ilə qədər 100 milyon uşaq hələ də uşaq əməyinin qurbanı olmaqda davam edəcək.

 

UNICEF küçədə işləyən uşaqları ailələri ilə münasibət dərəcəsinə görə bir neçə qrupa ayırır:

1-ci qrup: ailələri ilə daim münasibətləri olan uşaqlar günlərini küçədə işləyərək keçirsələr də, ailələrinin qoruması və nəzarəti altındadırlar. 

2-ci qrup: ailələri ilə zaman-zaman münasibət quran "küçə uşaqları". Bu uşaqların ailə bağları zəifləsə də, tamamilə qopmayıb. Özlərini hələ də ata-analı, qardaş-bacılı hesab edirlər və ailələri olmalarının fərqindədirlər. Onlar gün ərzində küçədə bir şeylər sataraq keçirsələr də, gecələr çox zaman evlərində olurlar. 

3-cü qrup: ailələri ilə heç bir münasibəti olmayan, işləyən uşaqlar. Onlar əsasən cəmiyyətin ən yoxsul təbəqəsinin və dağılmış ailənin uşaqlarıdır. Ailələrindən ya zorla, ya da öz istəkləri ilə ayrılan bu uşaqlar günün 24 saatını küçədə keçirirlər. Evindən qovulan, qaçan, ailəsi olmayan və ya ailəsi tərəfindən tamamilə nəzarət edilməyən uşaqlar üçün də küçələr ikinci ev sayılır. 

UNİCEF-in araşdırmalarında da qeyd edilib ki, küçələrdə işləyən və yaşayan uşaqları gözləyən risklər sırasına bunlar daxildir: a) istismara məruz qalma; b) içki, siqaret, müxtəlif növ narkotik maddələrdən asılılıq ehtimalı; c) zehni və fiziki inkişafdakı geriləmə; d) döyülmə, yaralama və ölümlə nəticələnən fiziki təzyiqlər; e) oğurluq, qəsbkarlar kimi cinayətləri həyata keçirməyə meyllilik; f) psixoloji problemlər; g) fiziki qəzalara uğrama ehtimalı.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website