Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Rasim Müzefferli: "Klinik ölüm keçirmiş insanların danışdığı ehvalatlar menim de başıma geldi "

Rasim Müzəffərli: "Klinik ölüm keçirmiş insanların danışdığı əhvalatlar mənim də başıma gəldi "

23/08/2016

13:56

23.08.2016 / 12:50 xeber –

…Moskva Dövlət Universitetində oxuduğum illər mənə həm nə isə verdi, həm də nə isə aldı. Aldığı, ilk növbədə, tələbəlik illərinin qayğısızlığı oldu. Çünki 17 yaşında insanın artıq müstəqil, ailədən kənarda yaşaması bəzi azadlıqlar versə də, bütün məişət işlərini adamın özünün görməsi sərbəstliyi və asudə vaxtı məhdudlaşdırır. Amma, eyni zamanda, bunların özü də bir dərsdir. Mən 1975-ci ildə həmin ali məktəbə daxil oldum və 1980-ci ildə təhsilimi başa vurdum. O dövrdə Azərbaycandan ilk dəfə böyük bir dəstə, səhv etmirəmsə, 370-dən çox gənc keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilmişdi. O cümlədən, 33 nəfər azərbaycanlı Moskva Dövlət Universitetinə qəbul olunmuşdu və bunlardan da 5 nəfəri fəlsəfə fakültəsində idi ki, onlardan da biri mən idim…

 

…Moskva Dövlət Universitetində çox maraqlı təhsil proqramımız vardı, tanınmış alimlər bizə dərs deyirdilər. Eyni zamanda, mən orada musiqi ilə də məşğul olurdum, “MuzSemestr” adlı rok-qrup yaratmışdım. Qrupun rəhbəri mən olsam da, digər üzvləri başqa millətlərin nümayəndələri idilər. Buna baxmayaraq, Azərbaycan dilində də mahnılar ifa edirdik. Əsas ifa etdiyimiz mahnılarsa rus dilində idi.

 

…Sizin verilişiniz həyat dərsləri ilə bağlı olduğu üçün, mən Moskvada aldığım həyat dərslərindən birini qeyd etmək istəyirəm. Universiteti bitirdikdə qiymətlərim yaxşı idi, diplom “əla”, bütün ixtisas fənləri “əla”. Birinci kursda isə bəzi dərslərdən mənim “4”üm, hətta “3”üm də vardı. Bu da onunla əlaqədar idi ki, Bakıda məktəbi Azərbaycan dilində bitirmişdim, Moskvada isə təbii ki, rus dilində təhsil alırdım. Məntiq və ya psixologiya kimi fənlərin qavranılması üçün rus dili biliyim yetərli deyildi. Amma çox qısa müddət ərzində mən elmi səviyyədə rus dilinə yiyələndim. 3-cü kursdan etibarən artıq əlaçı təqaüdü alırdım. Bu gün də elmi mövzuda nə isə yazmaq istəyəndə, onu rus dilində daha rahat yazıram.

 

…Beləliklə, Moskva Dövlət Universitetini yaxşı bitirdiyim üçün mənə bizim Təhsil Nazirliyindən aspiranturaya göndəriş sənədi verildi. O sənəd elə bir sənəd idi ki, mən, hətta, “3” qiymət alsam da, aspiranturaya qəbul olunmalı idim, çünki aspiranturada o yer Azərbaycan Respublikası üçün ayrılmışdı və mən “milli kadr” sayılırdım. Məni, “MuzSemestr” qrupuna görə yaxşı tanıyırdılar, universitetin rəhbərliyi də tanıyırdı, istədiyim vaxt prorektorla görüşə bilirdim. Moskva Dövlət Universitetində tələbənin rektor və ya prorektorla görüşməsi çətin məsələ idi. Baxmayaraq ki, bazar günləri biz rektorumuzla futbol oynayırdıq, amma onun qəbuluna düşmək, tələbə və müəllim sayı çox olduğu üçün, çətin idi. Mənə göstərilən etimada və dəstəyə baxmayaraq, aspiranturanın elə birinci imtahanından, özü də ixtisas fənni üzrə imtahandan “2” aldım. Halbuki, təhsil vaxtı ixtisas üzrə bütün xüsusi kurslardan qiymətlərim “əla” idi, dövlət imtahanları, diplom işi, aspirantura üçün referat işi – hamısı “əla”. Bitirdiyim universitetdə və elə həmin il aspiranturaya qəbulda ixtisas imtahanından “2” almağım heç bir məntiqə uyğun deyildi. Belə çıxırdı ki, Moskva Dövlət Universiteti mənə pis təhsil verib, qiymətlərim səhv olub. Əslində isə “2” almağımın yeganə səbəbi o idi ki, həmin imtahan komissiyasına sədrlik edən müəllimin soyadı Stepanyan idi və bu ədalətsiz qiyməti də o vermişdi.

 

…Moskvada aldığım əsas dərslərdən biri bu oldu. Halbuki bakılıların hər kəsə loyal münasibət bəsləmək adəti məndə də vardı və mənim orada yataqxanada oturub-durduğum, çörək kəsdiyim tələbələr arasında ermənilər də vardı, erməni dostlarım da vardı. O zərbə məni milli kimlik haqda düşünməyə vadar etdi. Bu əhvalatı evdəkilərə danışandan sonra mənə dedilər ki, dur, gəl Bakıya…

 

…Gəncliyimin təsadüf etdiyi 80-ci illər, xüsusən də, 80-ci illərin ikinci yarısı, tək mənim həyatımda deyil, ümumiyyətlə, ölkəmizin həyatında gərgin bir dövr idi. Bildiyiniz kimi, o illər həm Azərbaycanda, həm də bütövlükdə Sovet İttifaqında dərin ictimai-siyasi proseslər gedirdi. Mən də, bir tərəfdən, 22 yaşımdan İnşaat Mühəndisləri İnstitutunda (indiki Memarlıq və İnşaat Universiteti) ictimai fəndən, o vaxt “Elmi kommunizm” adlanan fəndən dərs deyirdim, digər tərəfdən AzTV-də, əvvəlcə, “Ekspromt”, sonra isə “Çərşənbə axşamı” verilişlərinin ssenari müəllifi və aparıcısı idim. Bunlar, sadəcə, əyləncəli verilişlər deyildi. Baxmayaraq ki, bu verilişlərdə musiqi də vardı, rəqs də vardı, amma həmin verilişlərdə daha çox ictimai məsələlərdən danışılırdı və ictimai problemlər qaldırılırdı. Sovetin qılıncının hər tərəfinin kəsən vaxtlarında biz verilişdə elə ifadələr işlədir, elə fikirlər söyləyirdik ki, veriliş hər 2-3 buraxılışdan sonra bağlanırdı. Bir müddətdən sonra xahiş-minnətlə açılırdı, sonra yenidən bağlanırdı. “Çərşənbə axşamı” verilişi sonuncu dəfə 1990-cı ildə, yanvar hadisələrindən sonra artıq birdəfəlik bağlandı…

 

…Həmin dövrdə, yəqin yaşıdlarım xatırlayarlar, tələbələrin həyatında çox mühüm rol oynayan, eksperimental və təsərrüfat hesablı “Cəngi” birliyi Azərbaycanda gənclər hərəkatında aparıcı yerlərdən birini tuturdu. 80-ci illərdə mən müəllimlik və teleaparıcılıqla yanaşı, həm də “Cəngi” birliyinin direktoru idim. Bu ictimai birlikdə gənc müəllimlərin və tələbələrin təşkil etdikləri müxtəlif istiqamətli bədii özfəaliyyət kollektivləri, müxtəlif dərnəklər, müxtəlif həvəskar klublar fəaliyyət göstərirdi, o cümlədən mənim rəhbərlik etdiyim “OZAN” muğam-rok qrupu, Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi “Arzu” xalq çalğı alətləri ansamblı, Çingiz Mustafayevin yaratdığı “Breakdance” rəqs qrupu, tələbə qızlardan ibarət “Sevinc” milli rəqs ansamblı, “Ocaq” tələbə klubu, “Qara vəzir” şahmat klubu, “Ayna” fotostudiyası, Məhsəti türklərinin “Ümid” ansamblı, “Davam” aşıqlar qrupu, Tofiq İsgəndərlinin rəhbərlik etdiyi “Hoqqa” illüziyaçılar dərnəyi və sairə.

 

Sadaladığım kollektivlərin bir çoxu 1981-ci ildən fəaliyyət göstərirdi, amma rəsmi olaraq, “Cəngi” 1986-cı ildə həvəskar birlik kimi qeydiyyatdan keçdi. “Cəngi” birliyi Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş ilk ictimai birlik, qeyri-formal təşkilat sayılırdı. O vaxtlar “Cəngi” birliyinə respublikada xüsusi dəstək verilirdi. Yerli rəsmi təşkilatlar SSRİ rəhbərliyinə göstərmək istəyirdi ki, bizdə də siz deyən yenidənqurmadan, aşkarlıqdan var, bizdə də ictimai qeyri-hökumət birlikləri fəaliyyət göstərir. 80-ci illərin ikinci yarısında baş verən siyasi hadisələr ona gətirib çıxarırdı ki, “Cəngi” birliyi yavaş-yavaş siyasiləşirdi. Artıq “Cəngi” birliyində ictimai-siyasi problemlər daha çox müzakirə olunurdu. Məsələn, Xalq Cəbhəsi ideyalarının ilk müzakirə olunduğu yerlərdən biri məhz “Cəngi” birliyi olub. Birlik həvəskarların yığışdığı bir yerdən, tədricən, ictimai-siyasi bir dərnəyə çevrilirdi. Bu səbəbdən yavaş-yavaş qarşımızda sədlər yaranmağa başladı…

 

…Şəxsi həyatıma gəldikdə, hələ subay olduğum 80-ci illərdə mənə ən çox zövq verən, təbii ki, gəncliyimə aid olan əhvalatlar, hadisələrdir. Həmin dövrdə Çingiz Mustafayev, Gülağa Cəbrayılov, Pərviz İsmayıl, Akif Salam, Tofiq Qasımzadə, Ceyhun Paşalı, Kamal Tahirov, Məzahir Rüstəmov, Nizami Qasımov kimi dostlarımla həm “Cəngi”də, həm də “Cəngi”dənkənar keçirdiyim vaxtlar mənim həyatımda çox böyük izlər buraxıb. O dövrün dərslərinə gəldikdə isə, o dərslər daha çox ictimai-siyasi hadisələrlə əlaqədardır. Məsələn, Üzeyir Hacıbəylinin ev-muzeyində keçirdiyimiz toplantıda görkəmli alim Xudu Məmmədovun qəflətən dünyasını dəyişməsindən sonra, ora yığışmış inqilabçıların əksəriyyətinin KQB-nin qorxusundan oranı 2-3 dəqiqə ərzində tələsik tərk etməsi. Həmin inqilabçıların bir çoxu sonradan insanlara cəsur vətənpərvərlik dərsi keçirdilər… Mən Xalq Cəbhəsinin təşkili üzrə təşəbbüs qrupunun üzvlərindən biri olmuşam. Amma, eyni zamanda da, Xalq Cəbhəsinin keçirdiyi təsis konfransında iştirak etməmişəm. Bunun da əsas səbəblərindən biri məhz Üzeyir Hacıbəylinin ev-muzeyində şahidi olduğum, mənə dərs olan hadisə idi. Söhbət təkcə ayrı-ayrı fərdlərdən getmir, söhbət, ümumiyyətlə, ictimai-siyasi hadisələrdən gedir. Mən gördüm ki, “El gücü – sel gücü” məsəlindəki kimi, elin gücü, heç nəyə baxmayaraq, sel kimi nə gəldi silib-süpürüb aparır. Mən o selin içərisində olmaq istəmədim və o elin içində mən öz yerimi, gücümün səmərəsini görmədim.

 

…Bütün dərslər nə vaxtsa lazım olur. Bəzən adam həyatdan hansısa dərsi aldığı məqamda fikirləşir ki, bu mənə lazım olmayacaq. Amma əgər sən həyatında baş verənlərə dərs kimi yanaşırsansa, nəticə çıxarırsansa, ibrət alırsansa, bu dərslər adama, mütləq, lazım olur…

 

…Əlbəttə, 1980-90-cı illərdəki və bugünkü biznes mühiti, bunlar çox fərqli mühitlərdir. 1989-cu ildə təsisçisi olduğum “Azərservis” şirkəti, adında məhz “şirkət” sözü olmaqla, rəsmi surətdə qeydiyyatdan keçdi. Bu, Azərbaycanda qeydiyyatdan keçmiş ilk şirkətlərdən biri idi. Azərbaycanda artıq müstəqilliyin ilk addımları atılanda bizim bütün müəssisələrimiz, dövlət qurumlarımız Azərbaycan dilinə, yeni sənəd formalarına keçdiyi bir dövrdə, gömrük orqanlarımız da yeni-yeni formalaşırdı və müstəqil dövlətin müəyyən gömrük sənədləri hazırlanırdı. Mən o vaxtlar xarici ticarətlə məşğul idim. Ola bilər bəzi oxucular xatırlasınlar, Türkiyə istehsalı olan “Aroma” şirələri var idi, o məhsulları Türkiyədən ilk dəfə “Azərservis” şirkəti gətirirdi. Günlərin bir günü, gömrükdə çalışan dostum müraciət etdi ki, “Rasim, biz Azərbaycan dilində yeni sənədlər hazırlayırıq, istəyirəm ki, sənədlərin Azərbaycan dilində tərtib olunmasına kömək edəsən”.  Mən də böyük məmnuniyyətlə razılıq verdim. Həmin sənədləri tərtib elədik və hətta sonra ilk idxal məhsulumuz gələn zaman həmin formanı nümunəvi şəkildə ilk dəfə biz doldurduq. Və beləliklə, Azərbaycanda 0000001 nömrəli ilk idxal gömrük bəyannaməsi məhz “Azərservis” şirkətinin adına oldu…

 

…Mən 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib, fəlsəfə elmləri namizədi diplomu aldım, gətirdim atama verdim, dedim ki, “ay ata, sənin xətrinə müdafiə elədim, ala, bu da sənin diplomun”. Hesab edirdim ki, o diplom mənə lazım deyil. Təbii ki, səhv eləyirdim. Həmin dövrdə, 80-ci illərdə mən daha çox ictimai fəaliyyətlə, musiqi ilə, media ilə məşğul idim, nəinki elmi fəaliyyətlə. Bir yandan o vaxtlar çox populyar olan “Ozan” qrupunun rəhbəri idim, mahnılar bəstələyirdim, “Ekspromt” və “Çərşənbə axşamı” kimi populyar televiziya verilişlərinin müəllifi və aparıcısı idim, digər tərəfdən komsomolun Mərkəzi Komitəsinin üzvü kimi fəaliyyət göstərirdim. Pedaqoji fəaliyyətimi də davam etdirirdim, amma elmi fəaliyyətlə, demək olar ki, məşğul olmurdum.

 

…O dönəmdən bəri mən medianın həm kağız, həm audiovizual, həm də virtual  sahələrində böyük bir təcrübə keçmişəm. Medianın audiovizual sahəsində keçdiyim təcrübə müəllifi olduğum televiziya layihələri, habelə “OZAN” qrupunun səsyazmaları və video çəkilişləri ilə əlaqədar olub. Nəşriyyat rəhbəri kimi kağız media ilə elə hal-hazırda da məşğulam. Və son vaxtlar virtual media ilə də yaxın təmasdayam. Bu da, internetlə, sosial şəbəkələrlə və daha çox “Facebook”la bağlıdır. Bir gün gördüm ki, mən bunları ümumiləşdirə bilərəm. Medianın bütün bu istiqamətlərindən keçmək, onların “mətbəxini” bilmək çox adama müyəssər olmur. Amma mən televiziyanı, radionu da, səsyazmanı, çəkilişi də içərisindən bilirəm. Digər tərəfdən, kitab, qəzet, çap, poliqrafiya, nəşriyyat işini də bilirəm. Həm də, yaşıma baxmayaraq, virtual mediaya da bələdəm. Mən yaşda olan insanlar, axı, virtual sahədə çox da fəal deyillər. Mənim virtual fəallığıma səbəb 2002-ci ildə düşdüyüm avtomobil qəzası olub. Qəzadan sonra düşünürdüm ki, yəqin, hərəkətli bir işlə məşğul ola bilməyəcəyəm. Ona görə kompüteri öyrənməyə başladım ki, heç olmasa, oturaqlı, uzanıqlı vəziyyətdə nə isə bir iş görə bilim. Virtualı öyrənməyimə səbəb bu olub. Nə isə, mən media sahəsində bütün bu yolları keçəndən sonra belə qənaətə gəldim ki, bu təcrübəni sosioloji nöqteyi-nəzərdən ümumiləşdirib nə isə deyə bilərəm, nə isə yaza bilərəm. Və bu fikirlər məni Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna gətirib çıxartdı.

 

…Çox sağ olsunlar Elmlər Akademiyasında çalışan həmkarlarım, gənclik illərimin dostları, yoldaşları. O vaxtların gənc alimləri, gənc filosofları kimi onlarla ünsiyyətimiz olmuşdu. Uzun fasilədən sonra onlar məni, öz həmkarları kimi yenidən çevrələrinə qəbul elədilər. Mən onlara media-mədəniyyətlə əlaqədar fikirlərimi danışdım, hansı nəticələrə gəldiyimi dedim, bəzi təkliflərimi bildirdim. Və bu da onlara maraqlı gəldi. Bu ilin yanvarında mən doktoranturaya qəbul olundum və elmi işimin mövzusu təsdiq olundu – “Media-mədəniyyətin sosiologiyası”. Hesab edirəm ki, maraqlı olacaq.

 

…Gəldiyim qənaətlərdən birini deyim. Tələbə olarkən belə fikirlərimə görə mənə “vulqar materialist” deyirdilər. Vaxtilə, Vladimir Vernadskinin istifadə elədiyi “noosfer” anlayışı, hətta, demək olar, nəzəriyyəsi var idi. Nədir noosfer? Hələ internet dövründən əvvəl, XIX əsrin sonlarında və XX əsrin 1-ci yarısında yaşayıb yaratmış Vernadski deyirdi ki, necə ki, Yer kürəsinin atmosfer, litosfer və digər təbəqələri var, eləcə də noosfer təbəqəsi var. Vernadskiyə görə, noosfer – insanın əldə etdiyi biliklərin Yerin ətrafında əmələ gətirdiyi bir təbəqədir. Məncə, medianı da bu təbəqəyə aid etmək olar. Baxın, məsələn, bu gün biz kompüterimizdə hər hansı bir informasiyanı silirik. Amma o yox olmur. Fizikanın fundamental qanunlarına görə, maddi olan bir şey yox olmur, yalnız başqa formada mövcud olmaqda davam edir. Odur ki, kompüterdə hansısa informasiya neçəsə bit, bayt, geqabayt həcmdə maddi olan bir yeri tutubsa, deməli, o yox ola bilməz. Biz onu kompüterdən silirik, amma o harasa gedir, yox olmur.

 

…Başqa bir misal. Sözün özü şərti bir işarədir. Biz stola “masa” yox, “kasa” desəydik, stolun mahiyyəti dəyişməyəcəkdi, elə olduğu formada qalacaqdı. Eyni zamanda, fiziki olaraq söz bir dalğadır. Dalğa da maddi bir şeydir. Deməli, deyilmiş söz də itmir. Yenə fizikanın fundamental qanunlarına görə, qeyri-maddi maddiyə fiziki təsir edə bilməz, yəni, ancaq maddi olan bir şey maddi olan başqa bir şeyə təsir edib hərəkət yarada bilər. Məsələn, Sizə bir xoş söz deyilə bilər, Siz gülümsəyə bilərsiniz və yaxud Sizə, əstəğfürullah, bəd xəbər deyilə bilər, Sizin gözünüz yaşara bilər. Baş verən bu proseslər maddi fizioloji proseslərdir. Ona görə də bir az “vulqar materialistcəsinə” olsa da, mən bu məsələyə belə yanaşıram ki, söz itmir, informasiya, xəbər, bütövlükdə media, bunların heç biri itmir, yox olmur. Nəticədə Yer kürəsində gözəgörünməz yeni təbəqə formalaşır. Bu təbəqəyə noosferin yeni təzahürü kimi də baxmaq olar. Amma dünyada qlobal “online” virtual xəbərləşmə şəbəkəsinin formalaşmasını da nəzərə alsaq, məncə, “mediasfer” anlayışı daha səciyyəvidir. Nə qədər ki, biz bu yeni təbəqəni “əhliləşdirə” bilməmişik, yəni ondan istifadə edə bilmiriksə, o bizim üçün problemdir. Amma, əgər insan ondan istifadə eləyə bilsə, ondan faydalana bilsə, təbii ki, bu, bəşəriyyətin böyük üstünlüyü olacaq…

 

…2002-cü ildə mən çox ağır bir avtomobil qəzası keçirdim, çanaq sümüyü də daxil olmaqla, bir sıra sümüklərin sınması, kəllə-beyin travması və sairə. Qəzadan 3 gün sonra elə təzəcə özümə gəlməyə başlamışdım ki, mənə bir iynə vurdular. Bu iynə nəticəsində nə oldusa, mənim ürəyim dayandı və bütün klinik ölüm keçirmiş insanların danışdığı əhvalatlar mənim də başıma gəldi. Özümdən çıxdım, yəni ruhum bədənimi tərk elədi. Klinik ölüm çox qısa, təxminən bir dəqiqə davam etsə də, adama bu, çox uzun bir müddət kimi gəlir. Bu haqda danışanda baş verənlər çox sadələşir, bəsitləşir və ona görə də bunu çox xırdalamaq istəmirəm. Bir məqamı demək istəyirəm. Mən ruhumun futlyarına, yəni bədənimə geri dönəndən sonra, özümə gəlib gözümü açan kimi, başımın üstündə dayanan həkimim məndən soruşdu ki, “Rasim, nə isə istəyirsən? Bir şey lazım deyil ki?” İlk istədiyim Quran oldu. Əlbəttə, bu şüuraltı, intuitiv bir istək idi. Çünki baş verənləri nəinki təhlil etməyə, hətta bu haqda nəsə düşünməyə vaxtım olmamışdı. Bircə onu başa düşmüşdüm ki, deyəsən, bu işlərin davamı olacaq, yəni bu həyatın davamı var.

 

…Bu hadisədən sonra çox istəyirdim ki, Müqəddəs Quranın hər hansı bir nəşrində, çapında mənim də iştirakım olsun, mən də nə isə bir şey eləyim. Düzdür, əvvəl fikirləşirdim ki, mən bu işlərdə maddi dəstək göstərməklə iştirak edim. Amma tale elə gətirdi ki, mən həm də naşir kimi Quranın müxtəlif nəşrləri ilə tanış olmağa başladım. Naşir kimi tanış olduqca, mən bir sıra qənaətlərə gəldim, verilişinizin dili ilə desək, bir sıra dərslər aldım. Təbii ki, mən nə tərcüməçiyəm, nə də ilahiyyatçı. Deyəcəklərim sırf naşir yanaşmasıdır.

 

…Gəldiyim qənaətlərdən biri, məsələn, o idi ki, bizim bütün “Qurani Kərim” nəşrlərində, təxminən, eyni naxışlardan istifadə olunur. Və eyni tipli naxışlardan bədii ədəbiyyatda da, Şərq incəsənətinə, tarixinə, təbabətinə həsr olunan kitablarda da istifadə olunur. Hətta bəzək əşyalarında və xalçalarda da bu qəbildən olan naxışlara rast gəlmək olar. Burada bir məntiqsizlik var. Nəşr məntiqinə görə, “Qurani Kərim”in cildinin və içinin dizaynında istifadə olunan naxışlar Müqəddəs Kitabın mahiyyətinə uyğun bir şey olmalıdır. Kitabın üzərinə, necə gəldi, bir naxış qoymaq, səthi yanaşmanın əlamətidir. İnternetdən hər hansı bir naxışı tapıb qoyurlar kitabın üzərinə, bununla da məsələ həll olunur?! “Qurani Kərim”in dizaynına daha məntiqli bir yanaşma tapmaq lazım idi.

 

…Məhəmməd peyğəmbərdən əvvəlki peyğəmbərlər fiziki, fizioloji möcüzələr göstəriblər, amma Məhəmməd peyğəmbərin göstərdiyi möcüzə sözün möcüzəsidir. Çünki Quranda sözlərin və rəqəmlərin möcüzəsi var. Məsələn, Quranda “namaz” sözü 5 dəfə, vacib namazların sayı qədər, “səcdə” sözü 34 dəfə, vacib namazlarda edilən səcdələrin sayı qədər, “təvaf” sözü 7 dəfə, Kəbənin ətrafına edilən dövrələrin sayı qədər, “ay” sözü 12 dəfə, “gün” sözü 365 dəfə göstərilib. Quranda “həyat” və “ölüm”, “kişi” və “qadın”, “mələk” və “şeytan”, “yaxşılıq” və “pislik” sözlərinin sadalanması eyni saydadır və sairə. Odur ki, “Qurani Kərim”in əsas bəzəyi də, möcüzəsi də sözdür. Bax bu fikirlərlə həmkarım Abdulla Bədirxan və mən belə bir qənaətə gəldik ki, “Qurani Kərim”i hər yerdə istifadə olunan naxışlarla yox, sözlərlə bəzəyək. Və biz sözlərdən naxışlar düzəltdik.

 

…Quranın ilk əlyazmaları, bildiyiniz kimi, Kufi xəttatlığı üslubunda yazılıb. Kufiyə müraciət edəsi olduq. Kufi xətti, ələlxüsus, onun müasir dizaynla işlənmiş yazıları sırf dizayn nöqteyi-nəzərindən də çox gözəldir. Beləliklə, üz və iç dizaynda bizim naxışlarımız yan-yana düzülmüş sözlər oldu. Biz müqəddəs sözlərdən, məsələn, “Qurani Kərim” kəlməsinin azərbaycanca və ərəbcə kufi xəttatlığı üslubunda müasir yazılışından naxış kimi istifadə elədik…

 

”Qurani Kərim”in yeni nəşrinin üz qabığı, demək olar ki, hazırdır və Kəbəni xatırladır. Üz qabığında gözlə görünən sözlərlə yanaşı, məsələn, nazik xətlər də var ki, əslində o xətlər də sözlərdən ibarətdir. Sadəcə olaraq, kiçildilmiş ölçüdə. Ölçüsü də məntiqlidir. Bütün ölçülər 3 və 7 rəqəmlərinə uyğundur. Nazik xəttin qalınlığı 0,7 millimetrdir. Naxış kimi istifadə olunan sözlərin saylarında da müəyyən məntiqə uyğunluq var. Belə ki, üz qabığında naxışa dönmüş “Qurani Kərim” kəlməsi cüzlərin sayına uyğun 30 dəfə şaquli istiqamətdə, surələrin sayına uyğun olaraq, 114 dəfə üfüqi istiqamətdə təkrar olunur və sairə.

 

Layihədə xarici mütəxəssislər də iştirak edirlər. Ərəb ölkələrindən və Türkiyədən məsləhətçilərimiz var. Aralarında hafiz də var. Dizaynerlərdən biri iranlıdır. Redaktorlarımızdan biri dünyanın ən məşhur İslam universitetlərindən birinin – Əl-Əzhar Universitetinin məzunudur. İnşallah, əgər niyyətimiz qəbul olunsa, ilk nəşrimizi oktyabr ayında yekunlaşdırmağı düşünürük…

 

…Verilişiniz həyat dərsləri ilə bağlıdır. Həyat da başdan-ayağa dərsdir. Biz bir tərəfdən həyatımızda dərs alırıq, bir tərəfdən də dərslərdə həyatımız keçir. İnsan gərək bütün həyatı boyu öyrənsin. Mənim əlhəmdülillah, 58 yaşım var. Və indiyəcən öyrənməkdə davam edirəm. Mən istərdim ki, bizim gənclərimiz heç nədən soyumasınlar, əlləri yanlarına düşməsin. İstər ictimai-siyasi hadisələr, istərsə də ailədə və ya ətrafda baş vermiş hansısa xoşagəlməz əhvalatlar onları ruhdan salmasın. Daim öyrənsinlər. Və bilsinlər ki, bizim bildiklərimizin sonu, bilmədiklərimizin başlanğıcıdır.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles