Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

"Menim adımı çıxarıb, Mübariz Tağıyevin adını saldılar" – Reşid Behbudovun qardaşı

"Mənim adımı çıxarıb, Mübariz Tağıyevin adını saldılar" - Rəşid Behbudovun qardaşı

24/08/2016

14:56

24.08.2016 / 13:54 xeber –

"Rəşid Behbudovun öldürülməsi ilə bağlı iddialar əsassızdır"

Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudovun APA-ya müsahibəsi

 

Cəfər Behbudov ötən əsrin 80-ci illərində çox məşhur olub. Onu təkcə istedadına, səsinə yox, həm də Rəşid Behbudova görə tanıyıblar. Böyük müğənninin bacısı oğlu olmaq şöhrətinin üstünə şöhrət gətirib, qapıları üzünə taybatay açıb. Amma çox keçməyib, o qapılar açıldığı kimi də bağlanıb. Və gənc müğənni ölkədən birdəfəlik gedib. Buna “birdəfəlik gedib” yox, birdəfəlik küsüb də demək olar. O 1991, bu da 2016.

 

Cəfər Behbudov indi o qədər də tanınmır. Bu günün gəncliyi onu ümumiyyətlə görməyib, soruşsan, çiynini çəkəcək. Dəliqanlı vaxtları, sevgisi 80-ci illərə düşənlər isə başqa məsələ. “Bağçadan gələn səs”, “Sevdim”, “Neyləyim” mahnılarını çox dinləmiş olarlar. Bir də Flora Kərimova ilə oxuduğu “Sevgi mahnısı” zamanında dildən-dilə gəzirmiş. Bu misra o mahnıdandır: “Bir gün qəribsəyərsən, bilinər ömrün dadı”.

 

Taleyini Ukraynaya bağlayan Cəfər Behbudovun vətən üçün qəribsədiyini hər cümləsindən bilmək olar. Ömrün dadı necədir, onu özü desin…

 

* * *

 

– Vallah, bilmirəm, nə deyim, necə danışım. İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Təskinliyim ancaq budur: məni axtarırlar. Bir gün Bakıdan zəng gəlir və görürsən, bir cavan səninlə maraqlanır, haqqında danışır. Buna görə Allahıma şükür edirəm. Bundan başqa, Hikmət Cavadovla (Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri – red.) sıx münasibətlərimiz var, tez-tez maraqlanır, danışırıq. Belə şeylərə görə hiss edirəm ki, hələ unudulmamışam. Çoxdandır, Azərbaycan dilində danışmıram, ona görə, görürsünüz də, rus sözlərindən çox istifadə edirəm.

 

“Polad Bülbüloğluna dedim, işsiz qalmışam, dedi, gözlə”

 

– Bakıdan niyə getdiniz? Gəlin, bundan danışaq…

 

– Yaşamaq üçün pul lazım idi. Ukraynada restoranlarda oxuyub pul qazanırdım. Tədbirlər olanda bizimkilər hərdənbir çağırırdılar. Mən Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim.

 

 

– Deməli, Rəşid Behbudov nə qədər sağ olub, işləriniz yaxşı gedirmiş. Onun ölümündən sonra sizə münasibət dəyişib…

 

– Əksinə, mən deyərdim ki, daha çox öz istedadım və səsimin hesabıma hər şeyi əldə etmişdim. Düzdür, hərdən anama mənimlə bağlı məsləhətlər verirdi.

 

“Eldar Mansurov mənə çox kömək etmişdi. Ona bu gün də minnətdaram”.

 

– Bakıdakı dostlarınız kimlər idi?

 

– Eldar Mansurov. Onunla yaxşı dostluğumuz var idi. Eldar mənə çox kömək etmişdi. Ona bu gün də minnətdaram. İndi heç bilmirəm Eldarın işləri necədir. Onunla məmnuniyyətlə görüşmək istəyərdim. Eldar mənim qardaşımdır.

 

 

– Deməli, köhnə dostla çoxdandır əlaqəniz yoxdur…

 

– Düzünü deyim, yox. Bir dəfə Ukraynaya gəlmişdi, onda görüşmüşdük. Nə isə müsabiqə vardı, Eldar da jürinin üzvü idi. Zəng vurdu ki, görüşməliyik. Mənə “minusovka”lar verdi ki, hansını istəyirsən, yaz. Evdə studiyam var idi, dedi, mahnılarını yaz göndər, mən radioda oxutduracağam. Bir-iki mahnı yazıb göndərdim, amma o qədər də istəmirdim ki, efirə verilsin. Nəyə lazımdır axı? Zaman keçmişdi, hər şey arxada qalmışdı. Ya böyük addımla irəli getməlisən, ya da heç nə lazım deyil. Siyavuş Kərimi də mənim dostumdur, amma onunla da çoxdandır danışmırıq. 

 

– Sonralar Bakıya niyə gəlmədiniz?

 

– Hara gəlim, kimə gəlim?

 

 

– Rəşid Behbudovun xanımı və qızı Bakıda yaşayır…

 

– Bilirəm. Ceyran xanım çox güclü, möhkəm qadındır. Mən kiməm? Ümumiyyətlə, niyə gəlim axı? Vallah, bilmirəm, nə deyim. Heç bilmirəm, məni orda necə qarşılayarlar.

 

– Bəlkə bu uzaqlığın, ögeyliyin səbəbkarı elə siz özünüz olmusunuz…

 

– (Sükut) Vaxt keçib, başa düşürsünüz, vaxt keçib. Çoxdandır danışmırıq. 90-cı illərdə hərdənbir zəngləşirdik. 1999-cu ildə anam rəhmətə gedəndə görüşmüşük, vəssalam. Ondan sonra əlaqəmiz olmayıb. Bacım Firuzə Behbudova da Bakıda yaşayır.

 

– 20 ilə yaxın vaxt keçib, heç ürəyinizdən keçməyib ki, gəlib dayınızın, ananızın məzarını ziyarət edəsiniz?

 

– İnternet var, İnternetdə baxıram ki, heykəli necə düzəldiblər, nə danışıblar, nə deyib, kimlər iştirak edib. Mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər.

 

 

– Söhbət hansı düşmənlərdən gedir?

 

– Bu barədə danışmaq istəmirəm.

 

– Rəşid Behbudovun ölümü ilə bağlı müxtəlif söz-söhbətlər var. Bəziləri hətta onun öldürülməsi ilə bağlı iddialar səsləndirir. Sizin bu iddialara münasibətiniz necədir?

 

– O, çox xəstə idi, ağrıyırdı. Mən xəstəlikdən başqa bir şey haqda düşünmürəm. Rəşid Behbudovun öldürülməsi ilə bağlı iddiaları qəbul etmirəm, məncə, bu iddialar əsassızdır.

 

 

– Sizin ananız əməkdar artist Nəcibə Behbudovadır. Atanızın yox, ananınız soyadını götürmüsünüz. Bu Rəşid Behbudova görədir?

 

– Yox, dayıma görə deyil. Doqquz yaşım olanda anamla atam ayrıldılar. Anam məni atamın familiyasında çıxarıb öz familiyasına gətirdi. Onlar teatrda tanış olub evlənmişdilər. Sonralar atam Ağaəli Məstanov teatrdan uzaqlaşdı, 80-ci ildə rəhmətə getdi. Anamgil ailədə üç uşaq olublar. Rəşid dayım, Ənvər dayım, bir də anam. Ənvər Behbudov Rusiyada rejissorluğu bitirib. Ulyanovsk, Xabarovsk, Novosibirsk teatrlarında rejissor vә bәdii rәһbәr olub. Sonra Bakıda Rus Dram Teatrının baş rejissoru olub. Rusiyanın xalq artistidir. Yadıma gəlir ki, hərdən Bakıya gəlirdi, Rəşid dayımla konsertləri müzakirə edirdilər, məsləhətləşirdilər. Sonra nə deyim? Anam “Bəyin oğurlanması” filmində çəkilib. Əvvəl o film musiqili film olmalı idi. Sonra dəyişdilər. Hətta sizə deyim, məni də o filmə çəkmək istəyirdilər. Sonra anam “Ulduz” filmində çəkilib. Anamın mənə köməkliyi çox dəyib. Pianino aldı mənim üçün, Musiqili Komediya Teatrında işləyəndə kömək etdi, məni xora qəbul elədilər, sonra Asəf Zeynallı adına məktəbə qəbul olundum. Xorda, sonra aktyor truppasına da qəbul edildim. Mən Nəsibə Zeynalovanın, Lütfəli Abdullayevin, Bəşir Səfəroğlunun gözünün qabağında böyümüşəm.

 

– Oxumağa nə vaxtdan başladınız?

 

– Lap uşaqlıqdan. Mahnıların radio və televiziyada səslənirdi. Ruhəngiz Qasımova o vaxt uşaq mahnıları yazırdı, onun mahnılarını oxuyurdum. Gəncliyimdə isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə televiziyanın ştatlı solistləri idik. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə oxuyurduq.

 

– Flora Kərimova ilə oxuduğunuz mahnı vaxtilə Bakıda çox məşhur olub…

 

– Hə, Flora ilə bir klip çəkdirmişdik. Çəkilişdən sonra öz maşını ilə məni evə qədər apardı. Özü sürürdü. Mənə məsləhət gördü ki, heç vaxt heç kimi yüz faiz sevmə. 99 faiz sev, bir faizini özünə saxla. (Gülür).

 

 

– Siz Flora xanımı sevməmisiniz?

 

– Yox, yox, nə danışırsınız. (Gülür). Sevgi söhbəti olmayıb. O çox yaxşı qadındır. Çoxdandır onunla da əlaqəmiz yoxdur.

 

– Azərbaycanın gənc müğənnilərindən kimləri dinləyirsiniz?

 

– Çətinlik çəkirəm nə isə deməyə. Hərdən Azərbaycan televiziyalarına baxıram, qulaq asıram, amma kiminsə adını çəkmək çətindir.

 

– Sizə ən çox məşhurluq gətirən mahnınız hansı olub?

 

– Tofiq Quliyevin “Zibeydə” mahnısı. Bu mahnı mənə çox məşhurluq qazandırdı. Sonra “Bəyin oğurlanması” filmində mənim mahnım səslənmişdi. İnternetdə mahnılarımı yükləyiblər. Amma düzünü deyim, qulaq asmıram. Daha çox qabağa baxmaq lazımdır. Dnepropetrovskda estrada teatrı var, onlar Rəşid Behbudovun və Müslüm Maqomayevin mahnılarını buraxıblar. Tədbirə çağırmışdılar, orda da oxudum.

 

 

– Müslüm Maqomayevlə münasibətiniz var idi?

 

– Allah rəhmət eləsin, burda Heydər Əliyevin 70 illiyini keçirmişdik. Filarmoniyada yaxşı bir tədbir oldu. Müslüm də, mən də oxuduq. Mənim ad günüm Müslümlə eyni gündədir. 17 avqustda. Demirəm, çox yaxın dostluğumuz var idi, amma münasibətimiz olub. Tədbirlərdə görüşmüşük.

 

“Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm”

 

– Mənə elə gəlir, siz Bakıdan küsüb getmisiniz…

 

– Yox, bir az düzəliş edək: Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Yəqin ki, mənim küsdüyüm adamlar indi də var. Ona görə gəlmək istəmirəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Amma mənim heç kimə incikliyim, narazılığım yoxdur. Başa düşürəm ki, belə olmalı idi, vaxt bunu tələb edirdi.

 

– Bakı üçün darıxmırsınız?

 

– Darıxıram. İnternetdə Olimpiya Stadionuna baxıram, çox gözəldir. Halal olsun. Fəxr edirəm. Bakı məni çağırsa, gələrəm

 

 

– Bakıda ev almaq imkanınız var?

 

– Burdakı evimi satıb, orda alaram. Düzdür, deyirlər, indi Bakıda evlər bahadır. Mən Kiyevin kənarında yaşayıram. Amma o vaxt yaxşı ki, belə etdim. Kiyevin özü xoşuma gəlmir.

 

– Bildiyim qədər çox az-az hallarda oxuyursunuz. Başqa nə işlə məşğul olursunuz?

 

– Yəqin demək istəyərsiniz ki, necə yaşayıram, necə dolanıram. Hərdən yaxşı olur, hərdən çətinlik olur. İndi nisbətən normaldır. Mənə burda münasibət yaxşıdır. Görünür, familiyam böyük rol oynayır.

 

 

– Hansı arzularınız var?

 

– İstəyirəm, insanlar məni əvvəllər necə tanıyırdılarsa, elə xatırlasınlar. Bir tərəfdən də adam fikirləşir ki, vaxtım gedib e, vaxt keçdi. İndi istedadlı, gözəl cavanlar var. Mən onlara nə göstərə bilərəm?

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles