Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Çingiz Abdullayev: Özünü apara bilmeyen insanlar “Neftçi”den redd olunacaq

Çingiz Abdullayev: Özünü apara bilmeyen insanlar “Neftçi”den redd olunacaq

02/04/2015

03:00


02.04.2015 / 02:47 xeber –

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Neftçi" – "Bakı" (2:0) matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, tanınmış yazıçı "flaqman"a kömək etmək üçün bu təklifi qəbul etdiyini bildirib.

 

– Fasilədə Müşahidə Şurasının üzvləri ilə görüşünüz oldu. Maraqlıdı, oyuna baxmaq üçün niyə sonradan gəldiniz?

– Mənim xaricilərlə görüşüm var idi. Əslində, bir az tez gəlməli idim. İstəyirdim ki, onları da matça gətirim. Sadəcə olaraq, oyunun necə qurtaracağını bilmirdim. Ümumiyyətlə, klubun strukturunda dəyişiklik etmək istəyirik. Alman və ya ingilis klublarından nümunələr götürə bilərik. Mən buna inanıram.

 

– İşləriniz həddindən artıq çox olur. Bu, sizin “Neftçi”dəki işinizə mane olmayacaq ki?

– İdman federasiyalarında nüfuzlu adamlar rəhbərlik edir. Şərt deyil ki, özü bu işlə məşğul olsun. Bizdə Şahmat Federasiyasının sədri Elman Rüstəmovdu (Azərbaycan Respublikası Mərkəzi Bankın sədri – red.).  Siz elə bilirsiz ki, onun məndən az işi var? Taekvondo Prezidentinin də rəhbərinin kim olmasını bilirsiniz. Və ya digərləri… Onlar təyin olunub ki, həmin işə kömək etsinlər. İnanmıram ki, siz məndən çıxıb, meydanda oynamağımı xahiş edəsiniz. Xahiş də etsəz, gedib qapıçı durmayacam (gülür) Mən klubun beynəxalq arenada nüfuzunun qaldırmasına kömək edəcəm. Mənim tanışlarım var ki, onlardan bizi beynəxalq turnirə qəbul etmələrini xahiş edə bilərəm. Dəvət etsələr, oynamalıyıq axı. İstəyirəm ki, bizim uğurumuz olsun.

 

– Beynəxalq əlaqələriniz güclüdü və yetərincə nüfuzunuz var. Bunları nəzərə alsaq, “Neftçi”ni brendə çevirmək üçün nə kimi planlarınız var?

– Bayaq icraçı direktorumuz Elnur Məmmədov dedi ki, biz Azərbaycan dedektivini dünya brendinə çevirdik, nəyə görə bunu futbolda da etməyək? Bizim digər idman növlərində yetərincə uğurlarımız olub. Çox işlər görmək olar. Bunu əvvəlcədən demək istəmirəm. Diktafonları söndürəndən sonra bu barədə sizə məlumat verə bilərəm.

 

– “Neftçi”də struktur dəyişikliyi mövsümün sonlarına yaxın oldu. Məsələ burasındadı ki, flaqmanın durumu indi elə də ürəkaçan deyil. Çünki klub indi ikinci yer uğrunda mübarizə aparır. Kuboku da qazanmaq şansı var. Cari mövsümdə müsbət nəticə qazana bilməsəz sizin üzərinizdə qınaq olmayacaq?

– Düzdü, qınaq olacaq. Amma iki aya komandanı dəyişdirmək olmaz. 2002-ci ildə Dünya Çempionatda almanlar gümüş mükafatla kifayətlənəndə, onlar dedilər ki, biz gec-tez çempion olacağıq. Bunun nəticəsini də sonradan gördük.  Bizim yaxşı oyunçularımız var. Bundan istifadə edib, yaxşı komanda formalaşdıra bilərik. Əvvəlcədən sizə deyim ki, biz Kriştiano Ronaldo və ya Leonel Messini “Neftçi”yə transfer edə bilmərik (gülür). Düzdü, bunu istəyirik. Amma mümkünsüz bir şeydi. İlk öncə biz stadionlara azarkeşləri cəlb etmək istəyirik. Bizdəki bütün futbolçuların maaşını hesablasaq, Ronaldonun qazandığı məbləğə çatmayacaq. O, bu pulu alanda klubu əvəzində xeyli gəlir əldə edir. Mənim kapitalizmdən xoşum gəlmir, solçuyam. Buna baxmayaraq, başa düşürəm ki, futbol ən çox gəlir gətirən idman növüdü. Ola bilməz ki, küllü miqdarda pul xərcləyəsən, amma heç bir nəticəsi olmasın. Biz komandaya cəlb edilən legionerlərdən də yaxşı oynamalarını tələb etməliyik.

 

– Belə başa düşdük ki, Berti Foqtsun 6 il ərzində ölkə futbolumuza xeyir verməməsi həm də sizi narahat edib.

– Bəli, bu, məni çox narahat edib. Foqts oyunçu kimi mənim çox xoşuma gəlirdi. Onu şəxsən də tanıyırdım. Onun uğursuz olmasının səbəbləri çox idi. Alman məşqçi Otto Rihagel Yunanıstanı Avropa çempionu etdi. Bu, bizdə niyə olmamlıdı? Millidə yerli futbolçular olmalıdı. Birini yalandan evləndirərik… Belə olmaz axı. Hamısını etmək mümkün deyil.

 

– Qeyd etdiniz ki, beynəlxalq turnirlərdə iştirak etmək istəyirik. Konkret olaraq hansı turnirlərdən söhbət gedir?

– Hər ölkədə yer tutan komandalara yer verilir. Biz də istəyirik ki, heç olmasa, bir az irəli gedək. Malta millisini udub, sevinirik. Vaxtı ilə desəydilər ki, Malta yığmasını udmağa sevinəcəyik, ovaxtkı futbolçular qəbirdə çevrilədi. Mən sevinməyək demirəm, amma bu qədər də yox. Bu, bizim  böyük uğurumuz deyil.

 

– SOCAR prezidenti Rövnəq Abdullayev açıqlamasında “Neftçi”nin səhmlərinin satışa çıxrılacağını bildirmişdi. Müştərilər varmı?

– Bəli, müştərilər var. Amma bu barədə hələ danışmaq tezdi. Bunu deyə bilmərəm. Bu, dövlətin işidi. Məsələ burasındadı ki, bu, ictimai qurum olsa, vergi verməyəcək. Amma belə olmasa, vergi ödəməlidi. Ölkə futbolunda gəlir elə də yüksək deyil axı. Düzdü, böyük pullar xərclənilir, ancaq qazanılmır. Hər dəfə stadion azarkeşlərlə dolu olsa, nədənsə söhbət etmək olar. İngiltərənin “Mançester Yunayted” klubu ən varlılar sırasındadı. Mövsüm başlamamış oyunların bütün biletlərini satırlar. Biz uşaq olanda futbolu sevirdik. Bakıda 2 milyon adam yaşayır. Bu, elə də çətin olmamalıdı. Ona görə Oplimpiya Stadionunu istəyəndə güldülər də. Bu yöndə işlər aparmalıyıq. Lazım olsa, mən də danışıqlarda iştirak edərəm.

 

– Komandanın uğur qazanması üçün transfer siyasətini düzgün parmaq önəmlidi. Bu işdə məsuliyyət kimin üzərində olacaq?

– Bu işlə peşəkarlar məşğul olacaq və mən də nəzarət edəcəm. Hər şeyin şəffaf olmasını istəyirik. Transferdə məşqçinin maddi məsələlərə qarışmasına icazə yoxdu. Onun sədri olmalıdı. Transferə pul xərcləyiriksə, həmin məbləği haradansa götürməliyik. Mən də sponsor yanına getməliyəm. Ona görə də nüfuzlu adamları  bu işə cəlb ediblər.

 

– Bu işdə sizə ən yaxın şəxs icraçı direktor Elnur Məmmədov olacaq. Amma onun rəhbər işdə təcrübəsi elə də çox deyil. Bu, sizi narahat etmir ki?

– Xeyr. Bu, məni narahat etmir. Biz pis işləsək, birinci özüm dözməyəcəm. İstefa ərizəmi yazıb çıxıb gedəcəm. Adam ilk növbədə özünə hörmət etməlidi. Pis, yaxşı 29 dildə mənim kitablarım tərcümə olnub. Pis, yaxşı Azərbaycanın tarixində ən cavan xalq yazıçısı olmuşam. Mənim qələmim də, kitabım da var. Bunu əlimdən heç kəs ala bilməz. Formalaşdırdığım imici futbolda korlamaq niyyətində deyiləm. Buvaxta qədər kimdənsə rüşvət qəbul etməmişəm. Nəyə görə özümü biabır etməliyəm? Mənə çox adam dedi ki, bu iş nəyə görə sənə lazımdı? Mən də cavab verdim ki, öz komandamdısa, futbolumuza, xalqımıza niyə də kömək etməyim? “Neftçi”nin güclü sponsoru var. Heç bir komandanın bizim qədər varlı sponsoru yoxdu. Bu komandanın bir əfsanəsi var. SSRİ-də çempionatında 3-cü yeri tutanda heç bilirsiz ki, Bakıda necə sevinirdilər?

 

– “Neftçi” haqda kitab yazmaq fikrində deyilsiniz?

– Xeyr. Futboldan da kitab yazmışam. Mən dedektiv yazaram. Deyirsiz ki, mən gələn kimi dedektiv başlasın? Gəlkən kimi birini öldürüm?(gülür)

 

– Sadıq Sadıqovun klub rəhbəri kimi sizdən təcrübəli olması bir reallıqdı. Maraqlıdı, Sadıq bəylə məsləhət almısınızmı?

– Əlbəttə. Onun telefon nömrəsini də almışam. Yazırlar ki, biz bir-birimizi duelə çağıracağıq. Onun məsləhəti ilə də işləməliyik. Onsuz mümkün deyil. Peşəkarlar olmasa, uğur olmayacaq. Heç vaxt demək olmaz ki, mən hamısından yaxşı fəaliyyət göstərirəm.

 

– Çingiz bəy, nə vaxtsa bir futbol klubuna rəhbərlik edəcəyinizi gözləyirdinizmi?

– Mən bunu gözləməzdim. Uşaqlıqda kimsə desəydi ki, mən xalq yazıçısı olacam, buna inanmazdım. Hətta 1 manata 1 milyon da pul qoyub, mərc gələrdim. İndi də inanmağım gəlir. Mən çox işləməliyəm ki, bu etimadı doğruldum. Çox işləməliyik ki, klubun nüfuzunu qaldıraq. Heç nə qazanmayacam. Uğur qazansaq, mənəvi borcumu yerinə yetirmiş olacam. Vaxtı ilə hüquq fakülətsində futbol klubunun prezidenti olmuşam. Orada 12 general da var idi. Həmin generalların hansılar olduğunu desəm, inanmazsınız.

 

– Bəhram Bağırzadə güldürən, siz isə düşündürən və ağladan birisiz. Çətin olmayacaq ki?

– Bağırzadə mənə dedi ki, mənim anam da sizin kitablarınızı oxuyur. Bəhram hər dəfə çıxış edəndə mən sevinirdim. Gör, indi özü necə ağıllı kitablar yazır. Sevinirəm ki, onun kimi biri bizimlə çalışacaq.

 

– “Neftçi”nin itirilən nüfuzundan danışdınız. Paytaxt klubunun nüfuzunun itirməsinin bir sıra səbəbləri var: hakimin söyülməsi, futbolçunun döyülməsi, azarkeşlərin həbs olunması, matçlarda qan axıdılması və s. Bütün bunlar barədə məlumatınız var idi?

– Mən Azərbaycanda yaşayıram. Bütün bunlar barədə də məlumatım var idi. Mənim ilk peşəm hüquqşunasdı. Belə bir hadisə yenə baş versə, söz verirəm ki, liberal olmayacam. Özünü apara bilməyən insanlar “Neftçi”dən rədd olunacaq. Futbol idman növüdü. Bura cavan uşaqlar gəlir. İdmandan nümunə götürməlidi. Üzr istəyirəm, özünü heyvan kimi aparanlardan cavanlar nə nümunə götürməlidi? Kitab yazanda fikirləşirəm ki, bu, uşaqları tərbiyə etməlidi. İdman da belə olmalıdı. Feyr-pley qaydalarına riayyət etmək lazımdı. Dalaşsalar, söysələr, kimisə döysələr, bu, futbol olmayacaq.

 

– Yəni, sizin rəhbərliyinizlə “Neftçi” nümunəvi komanda olacaq?

– Sizə söz verirəm ki, dava olmayacaq. Kimsə kimisə təhqir etsə, bu adamlar burada qalmayacaq. Bu, cinayət işidi. Ya mən qalacam, ya da onlar. Belə işlərdə sərt adamam. İşdə intizama önəm verirəm.  Futbol dünyada ən çox izlənilən idman növüdü. Hamı baxıb, yaxşı şeyləri nümunə götürməlidi. Mən bura kömək etmək üçün gəlmişəm. Kömək edə bilməsəm, gedərəm. Yazıçı kimi haqqımda obyektiv yox, axmaq yazılar olanda heç vaxt cavab vermirəm. Səbəbin də soruşanda deyirəm ki, abidə milçəyə cavab verməz.

 

Mənbə: futbolinfo.az

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles