Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Qüdret Hesenquliyev: “Əli Hesenov üzlerine dedi ki, artıq endazeni aşmısınız”

Qüdrət Həsənquliyev: “Əli Həsənov üzlərinə dedi ki, artıq əndazəni aşmısınız”

24/08/2016

21:20

24.08.2016 / 20:17 xeber –

 

 Bütöv Azərbaycan Xalq Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

 

 

– Fətullah Gülənlə bağlı Azərbaycanda cinayət işi açılıb, artıq bir neçə nəfər həbs edilib. Sizin fikriniz maraqlıdır, Azərbaycanda Gülənin şəbəkəsi varmı?

 

– Bu, birmənalıdır, məncə, mübahisə və müzakirə predmeti də deyil. Ondan başlayım ki, mən dünyəvi dövlət tərəfdarı olan şəxsəm. Hər zaman o fikirdə olmuşam ki, xüsusən müsəlman ölkələrində din siyasətdən kənar tutulmalıdır. İslam ölkələrinin xoşbəxt gələcəyi dinin siyasətdən kənar tutulmasında və dünyəvi dövlətçilik modelindədir. Ola bilsin ki, bu və ya digər ölkədə demokratiyanın səviyyəsi bir az aşağı ola, tam demokratikləşmə, Qərb standartlarına uyğunlaşması zaman ala bilər. Amma ümumiyyətlə,  dünyəvi dövlətçilik modeli olmalıdır ki, bu ölkələr demokratiyaya keçə bilsin. Həmişə bildirdim ki, Səid Nursinin ideologiyası əsasında gülənçilik, “Hizmət hərəkatı” formalaşıb, amma bunun kökündə sırf dini ideologiya dayanır. Bəziləri söyləyirdilər ki, onların heç bir siyasi iddiaları yoxdur, yalnız elm, təhsil, maarifçilik istiqamətində fəaliyyət göstərirlər, siyasi partiya kimi formalaşmırlar. Siyasi partiya kimi formalaşsa idilər, bəlkə də cəmiyyət üçün az təhlükəli olardılar. Bütün dövlət strukturlarına, müxtəlif siyasi partiyalara, QHT-lərə, jurnalist təşkilatlarına sirayət etmək, media qurumlarını ələ almaq, getdikləri ölkələrin siyasi elitasına qaynayıb-qarışmaq istiqamətində iş gedirdi və mən də bunları görürdüm. Görürdüm ki, beşinci sinifdən test üsulu ilə Azərbaycanın ən istedadlı uşaqlarını öz məktəblərinə cəlb edirlər. Çünki beşinci sinifdən hər hansı uşağın istedadlı olub-olmaması bəlli olurdu. Məktəblərində Azərbaycan üçün o dövrdə kifayət qədər yüksək təhsil haqqı qoymuşdular. Amma müəyyən insanlara 50 faiz məbləğində güzəşt edirdilər, başqa imkanlı ailələrdən yığdıqları vəsait hesabına tək-tük şagirdləri təhsil haqqından tamamilə azad edirdilər. Beləliklə, ölkənin ən istedadlı adamları bunların təsir dairəsinə düşürdü. İl ərzində uşağın təhsil haqqı üçün 7 min dollar verə bilən orta təbəqə, hətta daha yüksək təbəqə bu şəbəkə ilə bağlı olur, xüsusi istedadlı uşaqları da imkanlı təbəqələr hesabına güzəştlər etməklə öz tərəflərinə çəkirdilər. Orta təbəqə və siyasi  elitanı bu formada özlərinə bağlayırdılar. Mənim səbrimi daşdıran və parlamentdə üsyankar çıxışımın kökündə isə  bir hadisə dayandı.

 

2009-cu ildə Atatürk Mərkəzinin dəvəti ilə "Gülüstan" sarayına Heydər Əliyevlə bağlı tədbirə dəvət olunmuşdum. Orda 1000-ə yaxın adam vardı.  Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimləri orada idi. Tədbirə gələn hər bir kəsə bir qovluq verirdilər. Qovluğun içərisində “Dialoq Avrasiya” jurnalı var idi. Mən  auditoriyada öz yerimizdə əyləşəndən sonra jurnalı vərəqlədim. Gördüm ki, tədbir Heydər Əliyevə həsr olunduğu halda jurnalın üz qabığında Fətullah Gülənin şəkli var. Əgər jurnal Heydər Əliyevin ad günü ilə bağlı dərc olunubsa, ən azı jurnalın üz qabığında Heydər Əliyevin şəkli olmalıdır, məqalələrin çoxu Heydər Əliyevə həsr olunmalıdır. Baxdım ki, içəridəki məqalələrin cəmi ikisi Heydər Əliyevə həsr edilib, qalan bütün məqalələr nurçuluq ideyalarının və Fətullah Gülənin təbliğinə həsr edilib. Diskdə paylanan film də Fətullah Gülənə həsr edilmişdi. Fətullah Gülənin də şəkli Heydər Əliyevin şəkli ilə yan-yana idi. Halbuki biz bilirik ki, müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkdür, Türkiyə də dünyəvi dövlətdir. Belə olduğu halda Heydər Əliyevə həsr olunmuş tədbirdə Fətullah Gülənin təbliği nə deməkdir? Bu, bütün əndazə və çərçivələrin, etika və əxlaqi prinsiplərin pozulması idi. Ətrafımda millət vəkilləri vardı, mən söz alıb qəti etiraz etdim. Dedim ki, Fətullah Gülənlə bağlı tədbir keçirilirsə, dəvətnamədə də yazın ki, nurçuluğun, Fətullah Gülənin təbliği ilə bağlı tədbir keçiririk. Tədbirə də kim istəyər, gələr, kim istəyər, gəlməz. Başqasının adı ilə adam dəvət edib, orada başqasını təbliğ etmək heç bir etik çərçivəyə sığmır.        

 

 

– Bu tədbirə etirazını bildirən başqa şəxslər oldumu?

 

– Mən çox məmnun oldum ki, o zaman Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov o tədbirdə çox kəskin, cəsarətli bir çıxış etdi.  Bu, siyasi baxımdan uzaqgörən, dövlət və ictimai maraqları qoruyan bir çıxışı idi. O dövrdə hər bir hökumət rəsmisinin belə çıxış etməsi doğrudan da cəsarət istəyirdi. Çünki 2013-cü ilə qədər bir çoxları ideoloji bağlılığa görə gülənçilərlə münasibət qurmamışdılar, çoxu konyuktura naminə münasibət qurmuşdu. Bir qrup isə səmimi olaraq  Fətullah Güləni o vaxt Türkiyə hakimiyyətinin müttəfiqi kimi qəbul edirdi. Ona görə də Əli Həsənovun 2009-cu ildəki çıxışı o zaman Türkiyə hakimiyyətinin təbliğinə həsr olunmuş bir tədbirdə kəskin çıxış kimi qiymətləndirilirdi. Əli Həsənovun həmin çıxışdan sonra "gülənçilər" fəaliyyətlərində ciddi korrektələr etdilər, öz fəaliyyətlərini çərçivəyə saldılar. Əli Həsənov o tədbirdə onların sifətlərinə dedi ki, bu, artıq bütün əndazəni aşmaqdır. Mən sonra parlamentdə də bu məsələni qaldırdım. Dedim ki, "gülənçi"lər söyləyirlər ki, siyasətlə məşğul deyillər. Tədbirdəki jurnalın baş məqaləsindən bir abzas oxudum. Orada siyasi hakimiyyət uğrunda mübarizəyə açıq çağırış edilirdi. Yazılmışdı ki, nurçuluğun, "gülənçi"liyin mahiyyəti odur ki, beyinləri biliklə, qəlbləri nurçuluq ideologiyası ilə dolmuş insanlar siyasi hakimiyyətə gəldikdə ədalətli cəmiyyət qura bilərlər. Bu o deməkdir ki, yalnız nurçular hakimiyyətdə olarlarsa, ədalətli cəmiyyət ola bilər, başqaları ədalətli cəmiyyət qura bilməzlər. Mən parlamentdə dedim ki, biz dünyəvi dövlətik, niyə bunların qarşısı alınmır, Azərbaycanda istedadlı uşaqların bu şəbəkənin təsiri altında təhsil almasına, böyüməsinə şərait yaradılır?! Bəli, etiraf etmək lazımdır ki, "gülənçi"lərin məktəblərində həqiqətən də yaxşı təhsil verirdilər. Söhbət ondan gedirdi ki, seçmə üsulla yox, sıradan birinci sinifdən 20-25 uşaq götürsəydilər və onlara yaxşı təhsil versəydilər, onların da hamısı ali məktəbə qəbul olsaydı, bu, yüksək qiymətləndirilməli idi. Amma ən istedadlı uşaqları seçirdilər, o uşaqların 80 faizi başqa universitetlərdə oxusaydılar da, ali məktəblərə qəbul olacaqdılar. Mən dedim ki, dövlətçiliyimiz və dinin siyasətdən uzaq tutulması naminə bu şəbəkənin fəaliyyəti aradan qaldırılmalıdır.

 

– Bu çıxışınızdan sonra sizə münasibət necə oldu?

 

– Dərhal mənə qarşı anti-təbliğat başlanılması taktikası seçilmədi. Düzdür, onların bir-iki tərəfdarı tərəfindən ayrı-ayrı mətbuat orqanlarında müxtəlif məsələlər bəhanə olunmaqla mənim ünvanıma kəskin yazılar getsə də, hətta deputat həmkarlarım vasitəsi ilə xahiş edib, mənimlə görüşdülər. Məni Pesilvaniyaya dəvət edilər. Mən isə mədəni formada bu dəvəti rədd etdim. Öz iradlarımı, fikirlərimi də çatdırdım ki, bu formada fəaliyyətləri haqlı olaraq cəmiyyətimizdə qıcıq doğurur.

 

Amma bir daha deyirəm ki, o dövrdə bu şəbəkə ilə əlaqədə olan insanların hamısını Vətənə xəyanətdə, milli maraqları satmaqda ittiham etmək çox ədalətsiz yanaşma olar. Ona görə ki, Azərbaycanda o dövrdə bu şəbəkə ilə əlaqə quranlar Türkiyə iqtidarı ilə əlaqə qurmuş kimi davranırdılar. Bu tarixi həqiqətdir ki, həmin vaxt "gülənçi" lər Türkiyənin hazırkı iqtidarına dəstək verirdilər. O zaman onlarla münasibət quranların, əməkdaşlıq edənlərin çoxu da məhz bu fakta söykənirdilər. Türkiyədə hərbi çevriliş, qiyam cəhdindən sonra bu şəbəkə ilə əlaqəsi olan adamların hamısını işdən çıxarmaq, təqib etmək, təzyiq göstərmək, istintaqa cəlb etmək doğru yanaşma deyil. Qiyamla əlaqəsi olan insanlar əlbəttə, məsuliyyət daşımalıdırlar. Azərbaycanda o ideologiyanı gənc nəslə aşılamaq, gələcəkdə onları dövlət strukturlarına yerləşdirməklə Türkiyədə olduğu kimi dövlət hakimiyyətini ələ keçirmək istəyənlər, yəni o şəbəkənin bu işlə məşğul olan adamları müəyyən olunmalıdır. O insanlar Azərbaycandan çıxarılmalı, qiyamda iştirakı olanlar isə birbaşa məsuliyyət daşımalıdır.   

  

Eyni zamanda Azərbaycanın siyasi elitasında bu şəbəkəyə ciddi bağlı olan adamlar olmasını az ehtimal edirəm. Azərbaycanda vaxtilə onlarla əməkdaşlıq edən, birgə tədbirlər keçirənlər, tədbirlərə sponsorluq edənlər olub. Bu, faktlardır, həmin tədbirlərlə bağlı çəkilişlər, verilişlər var. Amma bu o vaxtlar idi ki, həmin şəxslər Türkiyə hakimiyyətinin müttəfiqləri idilər. Türkiyənin özündə də dövlət səviyyəsində onların tədbirləri keçirilir, dəstəklənilirdi. İndi bu gün o adamlara "niyə birgə tədbirlər keçirmisiniz" demək, düzgün olmaz. Onlar bir iqtidar olub, bunu necə danmaq olar?! İndi eyni iqtidarın daxilində bir tərəf digər tərəfi hakimiyyətdən devirmək istəyib. Kimlərinsə təhriki ilə ediblər, yaxud özləri bunu edib, mən bilmirəm. Amma o zaman da söyləmişdim, indi də söyləyirəm ki, 15 iyul hadisəsində əsas məqsəd Türkiyədə xalqın arasında düşmənçilik yaratmaq, Türkiyəni xaosa soxmaq və Türkiyənin Suriyanın gününə salmaq idi, nəinki hakimiyyət çevrilişinə nail olmaq. Hakimiyyət çevrilişi bu dediklərimin yanında bir ölkə üçün o qədər də böyük təhlükə deyil. Türkiyə üçün daha təhlükəli bir layihə hazırlanmışdı.

 

 

– Bəs 2013-cü ildən sonra, yəni Türkiyə hakimiyyətinin Gülənə münasibəti müəyyənləşəndən sonra əlaqələri davam etdirənlərə münasibət necə olmalıdır?

 

– Hesab edirəm ki, 2013-cü ildə Türkiyədə "gülənçi"lərlə yollar ayrılandan sonra Azərbaycanda da bir çox addımlar atıldı. Azərbaycanda "gülənçi"lərə məxsus bir çox məktəblərin təsisçisi dəyişdirildi, bəzi məmurlar işdən çıxarıldı. Yəni Azərbaycan iqtidarı Türkiyə ilə münasibətlərdə səmimi olmasını o dövrdə də ortaya qoydu.

 

Ola bilər ki, altdan kimlərinsə "gülənçi"lərlə daha dərinə gedən əlaqələri olub. Amma inanıram ki, bu, hökumət üzvləri səviyyəsində olsun. Hansısa bir şirkət, müəssisə, kiçik ranqlı məmur səviyyəsində belə əlaqələrin saxlanılması ola bilər. Amma mənim özümdə konkret belə faktlar yoxdur ki, kimisə ittiham edim. 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles