Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Gülençiler meni Pensilvaniyaya devet etdi…” – Deputat

“Gülənçilər məni Pensilvaniyaya dəvət etdi...” - Deputat

25/08/2016

12:10


25/08/2016 [11:09]: xeber –
sayt Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlı müsahibəsini  təqdim edir:- Söhbətimizə 2009-cu ildə “Gülüstan” sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı “Dialoq Avrasiya” jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə keçirilən tədbirdən başlamaq istəyirəm. Həmin tədbirdə siz də iştirak etmişdiniz və Gülən hərəkatına sərt iradlarınızı bildirib zalı tərk etmişdiniz. 7 il əvvələ qayıdıb orada nə baş verdiyini bir daha danışa bilərsinizmi?- Atatürk mərkəzi bizi mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı təşkil edilən tədbirə dəvət etmişdi. İçəri girəndə hər kəsə qovluq payladılar, onun da içində jurnal var idi. Jurnalın üz qabığında Fətullah Gülənin şəkli var idi və bütün yazılar ona həsr olunmuşdu. Heydər Əliyev haqqında cəmi iki məqalə var idi. Gülüstan sarayı o dövrdə Azərbaycanın ən böyük sarayı idi. Ora hər sektordan minlərlə adam toplaşmışdı. Amma tədbir nurçuluq ideyalarının, Fətullah Gülənin təbliğinə həsr olunmuşdu. Sanki Heydər Əliyevin adından istifadə olunurdu. Mənimlə bərabər deputat həmkarım Cavanşir Paşazadə də zalı tərk etdi. Orada etirazımı bildirdim ki, bu, ədəbsizlik və etikaya sığmayan davranışdır. Heydər Əliyevin şəkli Fətullah Gülənlə yanaşı qoyulmuşdu. Heydər Əliyev kim, Fətullah Gülən kim? Buna görə də kəskin etirazımı bildirib zalı tərk etdim. Həmin tədbirdə prezidentin köməkçisi Əli Həsənov da bu məsələyə kəskin etirazını bildirdi. Əli Həsənov kifayət qədər hazırlıqlı və peşəkar siyasətçidir. Bundan sonra mən parlamentin iclasında həmin məsələni qaldırdım. Jurnaldan da bir hissəni oxudum. Çoxları deyirdi ki, Fətullah Gülən tərəfdarları siyasətlə deyil, elmlə, təhsillə məşğuldular. Jurnalda belə bir fikir var idi. “O insanlar ədalətli cəmiyyət qura bilərlər ki, onların beyni biliklə, qəlbi isə nurçuluq ideyaları ilə dolmuş olsun”. Yəni ədalətli cəmiyyət üçün bunların hakimiyyətə gəlməsinə ehtiyac var. Bu artıq birbaşa siyasi çağırış idi.Əli müəllimin çıxışından sonra da onlar artıq təbliğatlarında əndazəni aşdıqlarının fərqinə vardılar. Öz fəaliyyətlərini çərçivəyə saldılar. O dövrdə onlar heç nədən çəkinmədən öz ölkələrindəymiş kimi təbliğat aparırdılar. Ümumiyyətlə, mən o fikirdəyəm ki din siyasətdən uzaq tutulmalıdır. Dinlə siyasət bir olsa, bu ölkəni xeyli geri atacaq. Çünki dövlət adamının buraxdığı səhvlər həm də dinin gözdən salınması kimi başa düşüləcək.- Sözügedən tədbirdə jurnalistlər də iştirak edib. Onlar Əli Həsənovla o zaman Türkiyənin Azərbaycandakı səfiri olan Hulusi Kılıçın maraqlı dialoquna şahid olublar. Hulusi Kılıç Əli Həsənova çıxışından dolayı “dilindən öpəyim, biz bunu deyə bilməzdik” şəklində təşəkkürünü bildirib. Həmin hadisə ilə bağlı sizin fikirləriniz də maraqlı olardı.- Bəli, şahidi olmuşam. Həmin hadisəni 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri, hazırda isə Türkiyə hökumətində təmsil olunan Hulusi Kılıç da təsdiqləyə bilər. Əslində o zaman Əli Həsənovun həmin çıxışı olmasaydı, tədbir başqa istiqamət alacaqdı. Ora ölkənin üzdə olan bütün adamlarını Heydər Əliyevin adı ilə toplaşmışdılar. Sadəcə Əli Həsənovun çıxışı oradakı ab-havanı xeyli dəyişdi. Ondan sonra fəaliyyətlərini çərçivəyə saldılar, üstüörtülü etdilər. Özlərini yığışdırdılar.- Ümumiyyətlə, o dediyiniz tədbirin üstündən də 7 il vaxt keçib . Ən yüksək rəsmi səviyyədə bu hərəkata, onun təbliğçilərinə qarşı iradlar bildirilib. 2013- cü ildə Türkiyədə bu hərəkata qarşı aparılan əməliyyatlar Azərbaycana da təsir etdi. Bu təşkilatın adamı hesab olunub işdən çıxarılanlar, mandatdan kənar qalanlar oldu. Ötən illər ərzində onlarla mübarizə aparmaq çətin idi? Yoxsa bunun üçün uzun müddət lazım idi?- Bunların çox böyük maliyyə mənbələri var. Hardan qaynaqlandığını deyə bilmərəm. Amma çox müxtəlif tədbirlər keçirirdilər. Həmin tədbirdən sonra deputat həmkarlarımdan biri yaxınlaşıb dedi ki, jurnalın rəhbərlərindən biri mənimlə görüşmək istəyir. Görüşdüm və həmin şəxs məni Pensilvaniyaya dəvət etdi. Bunlar ayrı-ayrı insanları özlərinə bağlamaq üçün xarici ölkələrə səfərlərə dəvət edirdilər. Beş ulduzlu otellərdə qalırdılar. Bütün xərcləri ödənilirdi. “Çağ Öyretim” məktəbi açmışdılar. Ora respublikanın ən savadlı uşaqlarını təhsil almaq üçün seçirdilər. Bu uşaqlar başqa məktəblərdə oxusaydılar da, universitetlərə girəcəkdilər. Orada ən imkanlı ailələrin uşaqları təhsil alırdı. Onlara da təhsil haqqında 50 faiz güzəşt edirdilər. Adi adamlardan 7000 manat təhsil haqqı alırdılarsa, imkanlı ailələrdən 3500 manat alırdılar. Beləliklə də, bu insanları şəbəkəyə bağlayırdılar. Bəzi şagirdlərə öz təbliğatları üçün pulsuz təhsil verirdilər. 7000 manat böyük pul idi. Azərbaycandan çox böyük pullar qazanılırdı. Qazanılan pulu da bu kimi işlərə xərcləyirdilər, beləliklə də öz təbliğatlarını qururdular.Yaxşı ki o dövrdə də uzaqgörən siyasətçilərimiz var idi. Və onlar da buna etiraz etdilər.- Onların bu qədər geniş yayılmasının səbəbləri nədə görürsünüz?- 2013- cü ildə o zaman baş nazir olan Ərdoğanla Gülən arasında konfliktlərin olması ortaya çıxdı. O zamana qədər Ərdoğanla münasibətlər yaxşı idi. Hizmət Hərəkatı adlandırılırdılar. Dini kəsimin liderləri kimi qəbul olunurdular. Ərdoğan dəfələrlə Güləni Türkiyəyə dəvət etmişdi. Bizim bəzi siyasilər Gülən hərəkatı ilə yaxın münasibət qurmağı, həm də Türkiyə ilə yaxınlıq kimi qəbul edirdilər. O fikirdən uzağam ki, kimin onlarla təmasları olubsa, bu gün onları Azərbaycan xalqının düşmənləri kimi qəbul edək. Mən bunu da qəbul etmirəm. Gülənçilərin Azərbaycanda kök atması həm də Türkiyəyə münasibət kimi qəbul olunub. Fətullahçılar Ərdoğanla birgə hakimiyyətə gəlmişdilər. Gülənçilərlə yaxın olmağı Türkiyə iqtidarına yaxınlıq kimi qəbul edirdilər. Mən bu hərəkatı Atatürkü qəbul etmədiyi üçün qəbul etmirdim. Türkiyənin xoşbəxt gələcəyi Avropa dəyərlərinin mənimsənilməsində, dünyəvi dövlət quruluşunun qorunub saxlanmasında, dinin siyasətdən uzaq tutulmasındadır. Bu hərəkat isə dinlə siyasəti birləşdirir. Zaman keçdi, mənim narahatlıqlarım öz təsdiqini tapdı. Çox istərdim ki, proseslər bu həddə gəlib çatmasın.- Bu şəbəkə Azərbaycan üçün təhlükəli hesab oluna bilərmi? Məsələn, YAP-çı millət vəkili Siyavuş Novruzov müsahibəsində heç bir təhlükənin olmadığını vurğuladı. Mövzunu gündəmə gətirənlərin məqsədinin Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmaq olduğunu dedi. Siz necə düşünürsünüz?- Əvvəla, Türkiyə tərəfindən bu istiqamətdə Azərbaycana təzyiq edilməsini birmənalı şəkildə qəbul etmirəm. Yenə deyirəm ki, zamanında bu hərəkata olan yaxşı münasibət Türkiyə iqtidarına olan münasibətdən irəli gəlib. 2013-cü ilə kimi Türkiyədə bir komanda olublar. Bu komanda içəridə parçalanıb. Ərdoğanla Gülən arasında rəqabət başlayıb. İndi Azərbaycanı bu şəbəkənin burada olması ilə bağlı qınamaq olarmı? Məgər Türkiyədə Gülənlə bağlı məktəblər, təşkilatlar, media orqanları azdımı? İndi də bunların hamısının terroristdir deyib qapatmaq düzgün deyil. Əlbəttə, bunların terrorla hər hansı əlaqəsi sübut olunarsa, birmənalı şəkildə məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq mən onların fəaliyyətini heç vaxt təqdir etməmişəm. Baxmayaraq ki yüksək təhsil veriblər. Ancaq o təhsilin arxasında dinlə siyasətin çulxalaşmasını, gələcəkdə dünyəvi dövlətçiliyin təhlükə qarşısında olmasını görmüşəm. Hesab edirəm ki, İslam dövlətlərinin xoşbəxt gələcəyi dinin siyasətdən uzaq tutulmasındadır.- Bildirilir ki, Azərbaycanda nazirlərdən tutmuş, administrasiya üzvləri, millət vəkillərinə qədər bu şəbəkəyə xidmət edənlər var. Sizdə bununla bağlı konkret adlar varmı?- Yox, mən konkret ad çəkə bilmərəm ki hansısa məmur bu şəbəkəyə xidmət edir. Belə bir məlumatım olsaydı, ad çəkərdim. Yenə də deyirəm ki, o zaman bəzi insanlar Gülənlə yaxın olmağı Türkiyə iqtidarı ilə yaxın olmaq kimi qəbul edirdilər. Bəziləri təəssüf ki bunun belə olmadığını başa düşürdülər. Bizim dövlət qurumlarımız da onların tədbirlərində təşkilatçı qismində iştirak edirdilər, sponsorluq edirdilər.- Yaxın zamanlarda Türkiyədə olduğu kimi Azərbaycanda da vəzifədən çıxarılma halları baş verə bilər?- Üzdə hər hansı məmur görmürəm ki bu hərəkatla sıx bağlı olsun. Respublika Prokurorluğunda cinayət işi açılıb. İndi araşdırılacaq ki, kimlərin nə dərəcədə bu hərəkata bağlılığı olub. Bunun cinayət xarakterli olması sübut olunmalıdır. Bu adamların Türkiyədəki hadisələrdə hansısa əlinin olub- olmadığı araşdırılmalıdır. Ortaya çıxmazsa, heç bir məsuliyyətdən söhbət gedə bilməz.- Siz həmişə bu hərəkatla bağlı sərt mövqedən çıxış etmisiniz. Buna görə hansısa təzyiqlərlə üzləşmisinizmi?- Əksinə, mənə hərəkatın rəhbərləri ilə əlaqələri olanlar onlarla görüşməyi təklif ediblər. Hətta dediyim kimi, Pensilvaniyaya dəvət ediblər. Vaxtımın olmadığını bildirərək imtina etdim. Onlara buradakı fəaliyyətləri ilə bağlı iradlarımı da bildirdim. Təzyiqdən çox, mənlə daha çox dostlaşmaq yolunu tuturdular.Ümumiyyətlə isə, mən son vaxtlar dinin bizim ölkədə də siyasətə qarışması hallarını müşahidə edirəm. Kənar dini təsirlərin siyasətə təsirindən narahatam. Üstəgəl Türkiyədə dini kəsimin hakimiyyətdə olduğunu bilirik. Biz Türkiyə ilə qardaş olmağa çalışmalıyıq. Dövlətləraarası münasibətlər inkişaf etməlidir. Ancaq dindar iqtidarın burdakı dinin kəsimlə siyasətdə güclənməsinə imkan verməməliyik. Çünki dini qüvvələr istəyir ki başqa bir müsəlman dövlətində də dini qüvvələr hakimiyyətdə olsun.(qafqazinfo)


mənbə : moderator.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website