Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Nağı Seferov: Bütün bedeni qan içinde idi – MÜSAHİBƏ

Nağı Səfərov: Bütün bədəni qan içində idi - MÜSAHİBƏ

26/08/2016

14:44

26.08.2016 / 13:40 xeber –

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, Boks Federasiyasının baş katibi Nağı Səfərovun apasport.az saytına müsahibəsi

 

– Azərbaycan Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazandı ki, bu mükafatlardan beşi taekvondoçularla boksçuların hesabına yazıldı. Öncə taekvondo yığmasından başlayaq. Komandanın çıxışını necə qiymətləndirirsiniz?

 

– Azərbaycan Taekvondo Federasiyası və taekvondoçular həqiqətən də Rioda yeni tarix yazıb, uğurlu başlanğıcın təməlini qoydular. Təbii, qaliblər mühakimə olunmur. Qazanılan uğur xalqımız üçün yenilik idi.  

 

– Rioya yollanmazdan öncə komandadan neçə medal gözləyirdiniz?

 

– Braziliyaya 4 idmançı ilə getmişdik və onların hər birinə böyük ümidlər bəsləyirdik. Çünki keçirilən yarışlar, onların qazandıqları uğurlar, həmçinin Riodan 2 ay öncə Avropa çempionatında əldə edilən nailiyyət Olimpiadaya optimist fikirlə yollanmağa əsas verirdi. Gördüyünüz kimi, komanda ümidləri doğrultdu.

 

– Taekvondoçularımız 12 il öncə Afina Olimpiadasında debüt etsələr də, medal qazana bilmirdilər. Bu dəfə birdən-birə 3 mükafat, özü də Azərbaycan yığmasının yeganə “qızıl”ının taekvondoda qazanılmasının sirri nədədi?

 

– Düz qeyd edirsiz. Rioda olanda Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin nümayəndələri deyirdilər ki, 16 ildən sonra xalqı sevindirdiniz. Bir çox məsələlər var ki, ona toxunmaq istəmirəm. Kiminsə haqqında danışıb, kiminsə əməyini az qiymətləndirmək düzgün olmaz. Bunun əsas sirri məşqçi-müəllim işinin düzgün təşkil edilməsidi.

 

– Azərbaycan yığmasına qızıl medal sevincini Avropa və dünya çempionu Radik İsayev yaşatdı…

 

– İsayev Olimpiadadan öncə Avropa çempionatında nəinki medalsız qaldı, hətta ilk döyüşündə məğlub olmuşdu. Tək bizim deyil, bütün dünyanın qızıl medal gözlədiyi Milad Beiqi Harçeqani isə Rioda 3-cü yerlə kifayətləndi. Ertəsi gün İsayev döyüşəcəkdi. Baş məşqçiyə dedim ki, Azərbaycan xalqı, federasiya və şəxsən ölkə başçısı cənab İlham Əliyev taekvondoçulardan qızıl medal gözləyir. Sizin fikriniz nədi? Məşqçi cavabında “Radik elə idmançıdı ki, bəzən sıfır, bəzən 100 faiz hazır olur. Sabah döyüşə 100 faiz hazır çıxacaq, narahat olmayın” dedi. Yəni, məşqçi onun psixologiyasını bilirdi. Radikin hansı rəqiblərə necə qalib gəldiyini hamı gördü. Çox sərbəst döyüşdü. Özü də deyir ki, ən rahat görüşüm finalda oldu.

 

– Azərbaycan idmançıları Olimpiadalarda qazandığı çempionluğun ardını gətirə bilmirlər. Artıq bütün titullara malik İsayevin də eyni problemlə üzləşəcəyindən ehtiyatlanmırsınız?

 

– Məşqçiyə çox inanıram. O, idmançının bu problemi yaşamasına heç vaxt imkan verməz. Bir məsələni də qeyd etməliyəm ki, Radik 87 kq çəki dərəcəsində dünya çempionu olmuşdu. Amma Rioda ağır çəkidə, +80 kq-da Olimpiya çempionu adını qazandı. Yəni, bu idmançıdan ikiqat səbir, dözüm və güc tələb edir. Onu İsayev də, məşqçi də dərk edirdi. Olimpiada öncəsi necə ağır məşqlər edirdi. Hətta bəzən deyirdi ki, döz bilmir, hər şeyi atıb getmək istəyir. Amma qızıl medal qazandıqdan sonra məşqçinin əlindən öpməsi, “çox saq ol” deməsi fəxr edici an idi. Əziyyətinin bəhrəsini gördü.

 

– Milad Beiqi Harçeqanidən çempionluq gözlədiyini vurğuladınız. Bəs bürünc medalla kifayətlənən Miladın fəxri kürsünün ən yüksək pilləsinə qalxmasına nə mane oldu?

 

– Açığını deyim, o, bütün dünyanın qəbul etdiyi böyük idmançıdı. Rioda ona “taekvondonun Messisi” deyirdilər, hər bir kəs onu tanıyırdı. İranlı dünya çempionu Mehdi Xodabəxşini 17:5 hesabı ilə məğlub etdi. Amma təəssüflə qeyd edim ki, bundan sonra İran nümayəndə heyətinin bəzi üzvlərinin münasibəti, iranlı azarkeşlərin reaksiyasının ciddi psixoloji təsiri oldu. Çalışdırıcı ona xeyli mənəvi dəstək verdi, ona Olimpiadada iştirak etmək kimi ən böyük arzusunu reallaşdırdığını dedi, amma çox təəssüf ki, nəticəsi o qədər də parlaq olmadı.

 

– 22 yaşlı Patimat Abakarova üçüncü yeri tutmaqla, taekvondoda ilk Olimpiya medalını qazandırdı. Onun ilk döyüşü bir qədər zəif keçirməsi və “qızıl” yolundan çəkilməsi nədən irəli gəlirdi?

 

– Yarışa çox ciddi hazırlaşmışdı. Hətta bir neçə yarışda serbiyalı Tiyana Boqdanoviçə qalib gəlmişdi. Patimat ilk döyüşdən sonra dedi ki, Olimpiadanın ajiotajı, kameralar onu çətin vəziyyətə salmışdı. “Sanki kar olmuşdum, heç bir şey eşidə bilmirdim. Mən ayılanda artıq 3-cü raundun sonu idi” dedi. Özünüz də gördünüz ki, son hissədə çox inamlı təsir bağışladı və yekunda belə deyək, 0,5 xalla rəqibinə məğlub oldu.

 

– Harçeqani və Abakarovanın bürüncünü uğur sayırsız, yoxsa daha artığını gözləyirdiz?

 

– Bizə indi də deyirlər ki, medal sayı çox, əyarı daha yüksək ola bilərdi. 2 qızıl mükafat da qazana bilərdik. Amma nəzərə alaq ki, 16 il Azərbaycan taekvondosunda medal olmayıb. Afina, Pekin, London Olimpiadalarında yalnız bir “bürünc” gözləyirdik ki, onu da əldə edə bilmirdik. İndi 4 idmançıya 3 medal qazanmaq böyük uğurdu.  

 

– Taekvondo yığmamız Rionu komanda hesabında 4-cü yerdə başa vurdu. Bu, Azərbaycan taekvondosunun gücüdü?

 

– Bildiyiniz kimi, kişilərdən ibarət millini Reza Mehmandost, qadınlardan ibarət komandanı Sun Mi Park çalışdırır. Onların xarakterində bir şeyi sevirəm ki, məğlub olmağı istəməyən məşqçilərdi. Hətta Mehmandost dedi ki, Tokioya 2 deyil, 4 taekvondoçu ilə getmək istəyir. Belə bir şey mümkündü. Qran-prilərdə iştirak edib, ilk “beşliy”ə düşmək lazımdı. Yəni, 4 çəkinin hər birində bu uğuru qazansaq, Olimpiya Oyunlarında maksimum heyətlə təmsil olunacağıq.

 

– Riodada uğurda iranlı baş məşqçi Reza Mehmandostla koreyalı Sun Mi Parkın da əməyi böyükdü. Onlarla əməkdaşlıq davam edəcəkmi?

 

– Biz hər 2 mütəxəssislə Rio Olimpiadasının sonuna kimi müqavilə bağlamışdıq. Təbii ki, onların anlaşması ən azı Tokio-2020-nin sonuna kimi uzadılacaq.

 

– Boks yığmamızın çıxışı haqda nə deyə bilərsiniz?

 

– Onların da çıxışını qənaətbəxş hesab etmək olar. Çünki boks tariximizdə heç vaxt Olimpiadalarda finala yüksələn idmançımız olmamışdı. Rioda Lorenzo Sotomayor bunu bacardı. Üstəlik, nəinki finalçı oldu, bütün dünyanın gözü qarşısında onun qızıl medalını əlindən aldılar.

 

– Rioya son anda lisenziya qazanan Kamran Şahsuvarlı və artıq öz çəkisinin liderinə çevrilən Lorenzo Sotomayorun medal qazanması sürpriz idi?

 

– Şahsuvarlının bürünc medal qazanması sürpriz idi. O, Bakıda keçirilən lisenziya turnirində 5-ci olmaqla, Rioya lisenziya qazanmışdı. Sadəcə, əzmkarlığı Kamrana imkan verdi ki, mükafata sahib çıxsın. Püşkdə bəxti gətirməmişdi. 2 dünya çempionunu mübarizədən kənarlaşdırdı. Bir faktı deyim ki, Kamran 1/4 finalda qazaxıstanlıya qalib gəldikdən sonra onunla görüşmək, şəkil çəkdirmək istədik. Amma rəqibdən o qədər zərbə almışdı ki, bütün bədəni qan içində idi. Hətta gənclər və idman naziri Azad Rəhimov onu qucaqlayıb, təbrik edəndə qana bulaşdı. Orada da medal qazanmaq istəyən idmançının belə döyüşüb istəyinə nail olması qeyd edildi. Sotomayora gəlincə, dünya çempionatında da haqsızlıqla üzləşmişdi. Dohada rus boksçuya qalib gəlsə də, hakim ədalətsizliyinin qurbanı olmuşdu. Bu səbəbdən Rioya çox ciddi hazırlaşmışdı. Çətin rəqiblərlə üz-üzə gəlməsinə baxmayaraq, çox asanlıqla qalib gəldi. Finalda da biz qızıl medalı gözləyirdik. Üçüncü – həlledici raundda hesab bərabər idi, özbəkistanlı boksçu bir zərbə belə vurmadı. Belə olan halda, hər 3 hakimin 3:0 hesabını rəqibə verməsi onu göstərirdi ki, danışılmış bir hadisə, bizim üçün əvvəlcədən qurulmuş tələ idi. Orda əgər hakimin hansısa 2:1 hesabını bizim xeyrimizə versəydi, qalib gələcəkdik. Sadəcə, referilər özlərini sığortalamaq üçün belə bir qərar verdilər. 

 

– İlk dəfə kişilərin yarışında tam heyətlə təmsil olunduğumuz yarışa 4 dünya çempionu ilə yollansaq da, onlar ümidləri doğrultmadı…

 

– Bilirsiz, əvvəlcədən hiss edirdik ki, bizə qarşı hakim ədalətsizliyi var. London-2012 ilə müqayisədə boksçularımızın fiziki hazırlığı, gücü yaxşı vəziyyətdə idi. Lakin Olimpiadanın ab-havası çıxışlarına müəyyən mənada təsir etdi. Yığmamızda bürünc medallar həmişə olub. Bu dəfə gümüş mükafat da qazandıq ki, bu da üç 3-cü yerdən daha yaxşıdı, uğurdu. Əgər diqqət yetirsəz, Rio-2016-da ən çox hakim ədalətsizliyi ilə üzləşən boksçular oldular. Sotomayorun döyüşündən öncə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iştirak etdiyi görüşdə 91 kq çəki dərəcəsində qazaxıstanlı Vasili Levit rusiyalıya necə qalib gəldi. Amma qələbəni qarşı tərəfə verdilər. Tomas Baxın özü oradan çıxıb getdi ki, bu necə olur? Sonra dünya çempionu Maykl Kolnanın adını çəkmək olar. Sotomayora qarşı hakimlərin etdiyi haqsızlıq ona qarşı da edildi. 

 

– Yana Alekseyevnanın çıxışı barədə də fikirləriniz maraqlıdı. Çünki xanım boksçu ilk döyüşünü qələbə ilə bitirəcəyi halda, ən azı bürünc medalı təmin edəcəkdi. Onun startda büdrəməsi nədən irəli gəldi?

– Yana çox hazırlıqlı boksçudu. Boksda səhv bir tendensiya var. Əgər I raundu rəqibə verirlərsə, idmançı artıq özünü itirir və döyüşü necə quracağını bilmir. Artıq onda psixoloji fikir yaranır ki, uduzuram. Yana ilk raundda qalib gəlmişdi. Amma qələbəni çinli rəqibinə verdilər. Alekseyevna da fikirləşirdi ki, bu üslubda döyüşmək alınmır, bunu dəyişməliyəm, başqa cür işləməliyəm. Bu da çıxışına təsir etdi və məğlub oldu. Hakimlərin ciddi səhvləri vardı. Hətta Rioda öz aramızda deyirdik ki, ədalət təmsilçiləri boksçularımıza qarşı “Səlib yürüşü” etdilər. Başqa bir faktı deyim ki, heç vaxt belə bir şey olmamışdı. Orada olduğumuz müddətdə AİBA-nın qəbul edib, hər ay maaş verdiyi ən yaxşı 5 hakimi yarışdan uzaqlaşdırdılar. Nəinki hakim, yarışın icraçı direktoru olan AİBA-nın baş katibi Kərim Bouzidini də işindən kənarlaşdırdı. Sonradan Bouzidi müsahibəsində dedi ki, bu AİBA prezidentinin əməlləridi. Yəni, Olimpiada gedə-gedə dünyanın ən yaxşı 5 referisini və baş katibi işindən azad etmək, nəyinsə düzgün getməməyindən xəbər verir.   

 

– Yeni qaydalardan narazıların sayı çoxdu. Bunun dəyişməsi üçün hansısa federasiyalar birləşib təkliflər verə bilməzlər?

 

– Başqa problemli bir məsələ də var. AİBA-nın yeni qanunlarına əsasən döyüşdən etiraz vermək olmaz, ümumiyyətlə qəbul edilmir, qadağandı. Əgər bunu yığışdırıblarsa, hansı haqq-ədalətdən söhbət gedə bilər?  

 

– Boskçuların fiziki cəhətdən hazırlığını vurğuladınız. Amma əksər mütəxəssislər kişilərdən ibarət yığmanın məşqçilər korpusunun son raundlarda təmsilçilərimizə düzgün taktika seçmədiyini deyirlər. Bununla bağlı siz nə deyə bilərsiz?

 

– Məşqçilərin işinə qarışmaq istəməzdim. Sadəcə, ilk 2 raundu başqa idmançıya verirlərsə, son hissədə onun açıq döyüşdən başqa variantı qalmır. Çünki bəlkə bəxti gətirə, nəsə ola.

 

– Bəs yığmalarımızın baş məşqçiləri Pedro Rok (kişilər) və Aleksandr Denisovla (qadınlar) yolunuza davam etməyi planlaşdırırsızmı?

 

– Bir neçə gündən sonra federasiyanın İdarə Heyəti yığılacaq. Ondan sonra bu haqda qərar veriləcək.  

 

– Artıq bir çox boksçularımızın yaşı çoxdu və onların Tokioda iştirakı heç də asan olmayacaq. Maraqlıdı, komandada hansı çəkilərdə yeni simaya ehtiyac

var və kimlər üçün Rio Olimpiadası son oldu?

 

– Təbii ki, yeni simalara ehtiyac var. Hətta Rioda idmançıların bəziləri öz karyeralarını başa vurğunu elan etdilər. Albert Səlimov, Lorenzo Sotomayor, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov komandadan gedəcəklər. Düşünürük ki, Azərbaycan çempionatının yekununa əsasən yeni bir komanda formalaşdıraq və həmin heyətlə Tokio Olimpiadasına hazırlaşaq.

 

– Onların heç birinə müvəqqəti də olsa, yəni öz çəkilərində 1 nömrə yetişənə kimi komandada qalıb kömək etməyi təklif etmədiz?

– Səlimovla Sotomayorun mübarizə apardığı müvafiq olaraq, 60 və 64 kq çəki

dərəcələrində kifayət qədər güclü boksçularımız var. Böyük çətinliklərimiz ağır – 91 kq və +91 kq çəkilərdə ola bilər. Artıq ən ağır çəkidə gənclər arasında dünya çempionumuz var. Zədələnmişdi, əməliyyatdan çıxıb. Ancaq yaxşı formadadı və düşünürük ki, onu komandaya cəlb edək. Düzdü, ağır çəkilərdə haradasa boşluq hiss olunacaq. Olimpiya yığmamızın bayraqdarı Teymur Məmmədovun özünün də fikri var ki, 81 kq çəki dərəcəsində onda alınmadığından 91 kq-a qayıtsın. Yekunda uğur münasibəti ilə hamını təbrik edirəm və ümid edirəm ki, davamlı olacaq.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles