Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Babeki satan Sehl ibn Sumbat kimdir – Tarix

Babəki satan Səhl ibn Sumbat kimdir - Tarix

26/08/2016

17:30


26/08/2016 [16:25]: xeber –
Bir sıra tarixi mövzular var ki, sovet rejimi onları öz ideologiyasına uyğunlaşdıraraq təhrif edib. Belə tarixi mövzulardan biri də Babək və Xürrəmilər hərəkatıdır. Rejim dağıldıqdan sonra ideologiyanın qurbanına çevrilən Babək və hərəkatı haqqında əsl həqiqətlər gün işığına çıxmağa başladı. Ancaq nə olsun, sovetin milli tariximizdə açdığı izləri doldurmaq hələ ki mümkün deyil və bir çox ziyalılarımız da həmin o yad cığırla getməyə davam edirlər… Tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının Səhl ibn Sumbatın kimliyi ilə bağlı olan yazısını təqdim edirik. I YAZI Sovet dövrü tarixşünaslığının Babək və hürrəmilər hərəkatı ilə bağlı tədqiqatlarında ən böyük səhv nəticələrdən biri Babəki hiylə ilə tələyə salıb xilafət ordusunun sərkərdəsi Afşinə təhvil vermiş Şəki qalasının sahibi Səhl ibn Sumbatın milli mənsubiyyəti ilə əlaqədardır. Sovet dönəmində bu adamın milliyyətcə erməni-hay olması barədə fikir yürüdülmüş, bununla bağlı tarix sahəsində əsassız versiya yayılmışdır. Əlbəttə ki, bu versiya göydən götürülməmiş, müxtəlif mənbələrin məlumatlarının araşdırılması nəticəsində ortaya qoyulmuşdur. Üstəlik, erməni-hay alimləri də bu barədə yalan məlumatlarla böyük çaşqınlığın yaranmasına səbəb olmuşdular. Lakin həmin məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi lazımınca yoxlanmamış, müəyyən müddət sovetlərin “xalqlar dostluğu” düşüncəsinə uyğun olaraq bu tarixi surətin üzərindən mümkün qədər keçilməyə cəhd gösətrilmiş, erməni-haylarla Azərbaycan türklərinin milli münasibətlərinin kəskinləşdiyi zamanlarda isə Səhl ibn Sumbatın milliyyətcə erməni-hay olması, Babəki satması ilə bağlı fikirlər söylənmişdir. Millətlərarası münasibətlərin hansı mərhələ və hansı səviyyədə olmasından asılı olmayaraq, tarix elminin dəyişməz xətti olan “tarixi gerçəklikləri” söyləmək prinsipindən çıxış etmək, olanları bəzək-düzəksiz, necə varsa, eləcə göstərmək, düşünürəm ki, ən doğru yoldur. Azərbaycan tarixçisi bu gün erməni-hay tarixçilərinin dünyaya yalanlar təqdim etməsini gülüşlə qarşılayırsa, Azərbaycan tarixini, eləcə də bu tarixin səhifələrində yer almış çeşidli tarixi personajlar haqda gerçəkləri obyektiv şəkildə yazmaq məcburiyyətindədir. Məhz bu baxış bucağından çıxış edərək Səhl ibn Sumbat deyilən adamın kimliyini yığcam şəkildə də olsa, təhlil etməyimizdə fayda vardır. Əvvəlcədən bunu bildirək ki, sözügedən adamın ismi mənbələrin əksəriyyətində “Səhl ibn Smbat” (və ya Səhl ibn Sumbat) kimi qeyd olunurdu. Pers yazarı Xondəmir onun ata adını “Sunbad” kimi qeyd edir. Məhəmməd Üvfi özünün “Cəvami əl-hekayət və ləvami-ər-rəvayət” kitabında onun ata adını “Sunbat” şəklində yazır. İbn-Xəldunun “Kitab-əl-ibər” əsərində isə bu adamın adını Səhl ibn Sabat kimi görürük. Bu səbəbdən də biz həmin adamın ismini Səhl ibn Sumbat kimi yazmaq üçün daha çox əsas olduğunu düşünürük, hərçənd həmin adamın atasının adının bir mənbədə “Sunbad” kimi qeyd olunması versiyası mənə daha ağlabatan gəlir. Çünki Sunbad ismi həmin dövrdə yayılmış bir isim olmaqla yanaşı, Xürrəmilərlə eyni mövqedən çıxış etmiş olan Subadilərin rəhbərinin də adında rastımıza çıxır. Yadımıza salaq ki, Mühəmməd əş-Şəhristani İsfahanda xürrəmilər adlanan qüvvənin Reydə sünbadilər adlandığını yazır və onları eyniləşdirir. Təbəri də “Tərix əl-rüsul və-l-müluk” kitabında yazır ki, “Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi”. Bu baxımdan Səhlin atasının adının Sunbad ola bilməsi ehtimalı, zənnimcə, qüvvətlidir. Tarix yazarlarından Mütəhhər ibn-Tahir Müqəddəsi “Kitabül-əl-bəd və-t-tarix” əsərində, Məsudi isə “Müruc-əz-zəhəb” əsərində, həmçinin, İbn-Vazeh Yəqubi Səhl ibn Sumbatı erməni olaraq qeyd etmişlər. Fransız şərqşünas alimi Clement Huart da bu tarix yazarlarının qeydlərinə əsaslanaraq “Encyclopedie de L-İslam”da Səhl ibn Sumbatın erməni olduğunu yazsa da, digər əsəri olan “Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar” kitabında onun haqqında aşağıdakı ziddiyyətli məlumatı verir: “O nahiyələrdə bir qala vardı. Rum əhalisindən Səhl ibn Sunbat adlı bir şəxs oranın hökumət işlərini idarə edirdi”. Yeri gəlmişkən, Babəkin guya Bizansa sığınmaq istəməsi kimi fərziyyələr məhz onun evinə qonaq düşdüyü Səhl ibn Sumbatın Rum təbəəsi kimi zənn edilməsi sayəsində ortaya çıxıb, bunu təxmin edə bilərik. Hərçənd ki, Xondəmir XV-XVI əsrlərdə yaşayıb, bununla belə, o, Səhl Sumbatın “Rum əhalisindən” olması fikrini, görünür, xilafət sarayının hansısa tarix yazarının qeydlərindən  götürüb. Bildiyimiz kimi, Babək edam edilərkən Mötəsim bu edama çoxsaylı müsəlman əhalinin gözündə haqq qazandırmaq üçün məqsədyönlü şəkildə Babəkin guya Bizansla əlbir olması fikrini yaydırırdı. Babəkdən sonra tutularaq edam edilmiş və cəsədi Babəkin başsız cəsədi ilə yanaşı asılmış Təbəristanlı Məzyara da “Bizansın adamı” yarlığı vurulmuşdur. Səhl ibn Sumbatın milli-etnik kimliyi ilə bağlı ən maraqlı və bizim də həqiqətəuyğun hesab etdiyimiz məlumatlardan birinə Moisey Kalankaytuklunun “Alban tarixi”ndə rast gəlmək olur. Belə ki, sözügedən tarixi mənbə müəllifi həmin adamı “Çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat” adlandırır. Bir yerdə də onu vəsf edərək “Arranşah” kimi təqdim edir. Akademik Z.Bünyadov isə apardığı araşdrıma nəticəsində “Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu” bildirir. Daha bir yerdə də onu “alban knyazı Səhl ibn Sumbat” adlandırır. Tədqiqatçı-alimimiz N.Vəlixanlı Səhl ibn Sumbatın alban (alpan) nəslindən olması haqda akademikin söylədiyi fikri həqiqətəuyğun hesab edərək dəstəkləyir, sadəcə Səhlin nəslinin adını “Zermirh” şəklində qeyd edir. Digər tarixçi-alim S.Əliyarlı da eyni mənbəyə istinad edərək “Səhl ibn Sunbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olmasını” söyləyir. Biz də həqiqətə yaxın olması səbəbindən bu versiyanı dəstəkləyirik. Z.Bünyadov Zermirh deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir. Səhl ibn Sumbatın erməni olmamasını təxmin etməyə əsas verən daha bir fikri Səid Nəfisi söyləyir: “Baxmayaraq ki, Sumbat Babəki tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü.” Bu fikirdən bilmək olur ki, ermənilər heç də, bir sıra erməni-hay mənbələrinin iddia etdiyi kimi, Sumbatı dəstəkləmirdi, əksinə xilafət ordusunun komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub öldürtsün. Hər halda, erməni-haylar milli maraqlarını öz şəxsi ədavət duyğularına qurban edəcək düşüncədə olmayıblar ki, başqa bir dinin onlar üzərində hökmranlıq etdiyi çətin vaxtlarda bir-birinin ayağından çəksinlər, bunu etiraf etməliyik. Səhl ibn Sumbatın dini əqidəsi ilə bağlı isə əksər mənbələrdə onun xristian dininə sitayiş etdiyi barədə fikir yürüdülüb. Məhəmməd Üvfi Babəkin Bəzz qalasını tərk edib yuxarı Azərbaycana keçdiyi zaman baş verənləri təsvir edərkən belə bir cümlə işlədir: “Səhl ibn Sumbat adlı bir xristian onu görüb tanıdı”. Eyni hadisələri qeyd edən digər bir sıra mənbə müəllifləri isə Babəki aldadan Səhli “petrik” kimi qeyd edirlər. (Patrik – xristian dinində ortodoks kilsəsi, Süryani kilsəsi və şərq ölkələrinin kilsələrinin rəhbərliyindəki ən yüksək rütbəli yepiskoplara verilən ad. “Patriarchis” sözündən götürülmüşdür. Patrikin Roma katolik kilsəsinin rəhbəri olan papadan fərqi ondadır ki, patrikin səlahiyyətləri yalnız özünə aid olan bölgə ilə məhdudlaşır və digər ərazilər və müstəqil kilsələr üzərində yetkisi yoxdur – C.B.) Məsələn, İbn-İmdad Hənbəli “Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb” əsərində yazır: “O, (Babək nəzərdə tutulur – C.B.) həmin bataqlıqdan çıxaraq bir yolla dağa tərəf getdi. Dağlara çatdıqda petrik Səhlin evinə düşdü. O isə onu tutub  saxladı və Əfşinə xəbər göndərdi”. Şəmsəddin Əbu Abdullah Zəhəb “Düvəl-əl-İslam”da yazır: “Sonra o, bir dağdan aşaraq başqa bir dağa getdi. Bir petrikin evinə düşdü. Petrik onu tutub ardınca gələn adamlara təhvil verdi”. Pers tarix yazarı Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində həmçinin, Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafei “Mirat-əl-cünan və ibrət-əl-yəqzan” əsərində Səhli “petrik” adlandırmışlar. Səid Nəfisi Səhl ibn Sumbatın patrik kimi qeyd edilməsini araşdıraraq bu nəticəyə gəlib ki, Səhl Babəki tutduqdan sonra Mötəsimin xeyir-duası ilə petrik olub. Bu haqda fikir yürütmək və Səhlin xürrəmilər hərəkatı zamanında xristian olmaması ehtimalını araşdırmaq bir qədər çətindir, çünki Səhlin xristian olması barədə məlumatlar çoxluq təşkil edir. Onun milli-etnik kimliyi barədə gəlinən son elmi nəticələr bunu söyləməyə əsas verir ki, Səhl ibn Sumbat xristianlıq dinində qalmağı münasib bilən Qarabağ alpanlarından olub. Əks təqdirdə Babək kimi ayıq-sayıq bir insan heç zaman bu adama etibar etməzdi. Səhl ibn Sumbatın Babək onun evində yemək yeyərkən dəmirçi çağıraraq onun əl-ayağına buxov vurdurması barədə Xondəmir, Mirxond və başqa pers tarix yazarlarının qeydləri tam yalandır. Babək Səhl tərəfindən aldadılaraq ova çıxmaq adı ilə bir meşəyə gətirilmiş, burada onları Afşinin göndərdiyi bir neçə silahlı adam dövrəyə almış, Səhl Babəkdən uzaqlaşaraq qaçmış, Babək isə əsir alınaraq Afşinin qərargahına gətirilmişdir. Doğru olan budur. Və Səhl ibn Sumbatın elə əvvəldən guya xəyanətkar, qorxaq, var-dövlət hərisi olması ilə bağlı yayılan iddialar da tamamilə əsassızdır, çünki mənbələrdə Səhlin hələ 821-822-ci ildə Arrana (Ərməniyyəyə, yaxud Quzey Azərbaycana) hücum etmiş ərəb qoşunlarını ağır məğlubiyyətə uğratması barədə məlumatlar vardır. Alban tarixçisi Moisey Kalankaytuklu “Alban tarixi” əsərində yazır ki, “erməni təqvimi ilə 270-ci ilin sonunda ərəblərin seçmə döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Min nəfərə qədər əsir alıb Böyük Arran Şikarkar məntəqəsində möhkəmləndilər. O vaxt cəsur və əzəmətli Arranşah knyaz Səhl ibn Sumbat igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar, əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər.” Erməni təqvimi ilə 270-ci il miladi təqvimlə 821-ci il mayın 5-də başlayıb 822-ci il mayın 4-də bitirdi. Bu da Mehranilərin son nümayəndəsi olan II Varaz Trdatın (II Varaz Trdat – Alpan elini idarə etmiş Mehranilər sülaləsinin taxt-taca iddialı son nümayəndəsi, I Stepannosun oğlu, I Varaz Trdatın ölümündən (705-ci il) sonra Böyük Alban Knyazlığı Əməvi xəlifəsi tərəfindən ləğv edilmiş, onun əraziləri xilafətin “Ərməniyyə” adını verdiyi vilayətə çevrilmişdi, lakin sülalənin davamçıları həmin vilayətin yerli hakimləri olaraq qalırdılar. II Varaz Trdat da miladi 822-ci ildə yerli knyazlardan biri tərəfindən (adı naməlumdur) öldürüldü və bununla da Mehranilər sülaləsinin varlığına son qoyuldu) öldürüldüyü vaxta təsadüf edir. Səhl ibn Sumbatın xilafət ordusuna qarşı vuruşub onları məğlub etməsi barədə Təbəri də öz əsərində yazır. Z.Bünyadov bu hadisəni xatırladaraq daha sonra qeyd edir ki, “Gördüyümüz kimi, Səhl hələ özü müttəfiqi Babək məğlub edilməzdən əvvəl qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki, Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə “xəlifə bilə-bilə etinasız buraxmışdı”.(Admiral.az)


mənbə : moderator.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website