01.09.2016 / 21:37 xeber –
Qəbələ rayonu, Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayında sel əmələ gəlib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfəri təxliyə ediblər. Əməliyyat saat 20:18-də başa çatıb
mənbə :
lent.az