04.09.2016 / 11:33 xeber –
Göyçay rayonunda iki nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Potu kəndi ərazisində qeydə alınıb.
“Mersedes” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində Potu kənd sakinləri 1992-ci il təvəllüdlü Məmmədov Elnur Eyvaz oğlu və 1993-cü il təvəllüdlü Hacıyev Emil Eldəniz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
mənbə :
lent.az