Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“O dünya”nın qapısında: şehid ruhları, yurd havası, pire çevrilmiş dağ… – REPORTAJ

“O dünya”nın qapısında: şəhid ruhları, yurd havası, pirə çevrilmiş dağ... - REPORTAJ

05/09/2016

13:44

05.09.2016 / 12:40 xeber –

 

Burada da tıxac?!

 

Torpaq yolda az qala bir-birinin üstünə çıxan maşınları görəndə ilk təəssüratım belə oldu. Bir az irəlidəki küçənin gölməçələrindən hamı ehtiyatla keçmək istəyirdi. 50-60 metrdən sonra maşınların çoxu qarşıdakı “Göy göl – 7 km, Kəlbəcər 80 km” yazılan lövhədən sola – Göygölə dönürdü. Bizim avtomobil sağa burulanda tıxacdan çıxdığımız üçün hamımız sevinclə, dərindən nəfəs aldıq. Amma bir təəssüf də var – sağa burulan maşınların sayı az idi…

 

Lent.az-da “Əsir düşərgəsi”nin Kəlbəcər bölümünü hazırlayarkən, dəfələrlə bu yolu gəlmək istəsəm də havanın əlverişli olmadığını bildirmişdilər. Elə sonuncu bölümü də Kəlbəcərə gedən istiqaməti göstərən yol nişanının qarşısında yekunlaşdırmışdım. Bir gün davamını yazmaq ümidi ilə…

 

Murovu qarış-qarış tanıyan dostlar xəbərdarlıq etmişdi: “İyulda gedə bilmədin, vəssalam, avqustda orada hava soyuyur, qar yağır”.

 

İyulun 31-də, səhər erkəndən yola çıxdım. Girov hekayələrindən bəhs edən “Əsir düşərgəsi”nin ikinci kitabını bitirmək üçün müsahiblərimin keçib gəldiyi yolları görməliydim.

 

Toğanadan üzü yuxarı, Murova sarı qalxırıq. Yağış başlayıb. Kəlbəcərli bələdçilərim “sürüşkən olacaq” deyirlər, mən “müsahiblərim hələ dağda qar əriməmiş gəlib çıxa biliblərsə, bu narın yağış bizə neyləyəcək” deyirəm, yola davam edirik.

 

Yağış xatirələrə yağırmış kimi aram-aram çiləyir…

 

Dolanbacların birində maşını saxlayırıq…

 

Murovdakı bu yolu bütün Azərbaycan tanıyır, yəqin… Kəlbəcərdən gələn köçü xatırlayırsınız? Fotoqraflar dağı aşıb Toğanaya çatanda çəkmişdilər camaatı. Bax, o mal-heyvanı ilə Kəlbəcərdən çıxıb günlərlə yol gələn adamların şəkli bu yerlərdə çəkilib…

 

Qalxırıq…

 

Yağış sanki yağmır, kimsə duymasın deyə səssiz, için-için ağlayır… Dağ çayı Kəlbəcərdən soraq gətiribmiş kimi səsini ətrafa yayır. Qarşıda çay ikiyə bölünür: yolun həm sağından, həm də solundan şaqqıltıyla axıb gedir… Murovu üzüyuxarı qalxdıqca sanki Kəlbəcərdən gələn həyəcanlı xəbərlərin sayı artır…

 

Arabir, nömrə nişanı 32 ilə başlayan maşınlarla rastlaşırıq. Bir az aralıda, çayın kənarında süfrə açıb, əyləşiblər. Kəlbəcərlilər sükuta dalıb, dağ çayını dinləyir, daha allah bilir nələri, nələri xatırlayırlar… Elə bil ki, bu səsin hansı dağdan, təpədən, ağacdan, kənddən, döngədən xəbər gətirdiyini ayırd etmək istəyirlər…

 

Kəlbəcərin Başlıbel kəndinin sakini, müsahibim Xasay Əmralıyevin Lent.az-a dediklərini xatırlayıram: “Erməni hər tərəfdə idi, Murov da təhlükəli idi. Dağa üz tutanların nə qədəri yolu keçib gələ bildisə, elə o qədəri də yolda erməniyə rast gəldi… Dağda ölənlər çox oldu… Atəş açıblar… Biz sonradan bildik, dedilər kimisi elə uşaqlarının yanında, kimisi də körpəsi qucağında ölüb… Yaşlı adamlardan nə qədəri dağ yolunun çətinliyinə dözməyib ölüb… Ayağı yer tutanlar gedir, yaşlılar isə qalırmış… Ermənilər də gördükcə güllələyirmiş… Və bu insanların heç birinin meyitlərini çıxartmaq mümkün olmadı… Hamısı dağda qaldı… 23 ildir ki, yüzlərlə kəlbəcərli ata-anasının, bacı-qardaşının, balasının məzarını ziyarət edirmişlər kimi, üzü Murova dayanırlar…”

 

İndi Murovun ətəyində ailəlikcə sükuta qərq olub çayın şırıltısını dinləyən ailələrdən kimə yaxınlaşıb nə soruşa bilərəm deyə çəkinirəm. Onları ən məhrəm xatirələrindən ayırmağa ürəyim gəlmir.

 

Yola davam edirik…

 

Yağış ara verən kimi yolun xeyli hissəsini ayaqla gedirik. Maşınla getmək daha asandır, amma dağın da haqqını verməliyik. Bu yollar qət edilmədikcə, bu torpaq tapdanmadıqca bizim olmaqdan çıxır axı… Bəlkə zaman bizə haqq qazandıracaq, gələcək bizi bağışlayacaq, amma dağlar onu insansız, tapdaqsız qoyduğumuz üçün bizi bağışlamayacaq!

 

Aşıq Ələsgərin bir bəndi beynimdə dolaşır:

 

“Xaçpərəstlə düşdü bund inqilabı,

Onunçün bağlandı yolların, dağlar!”

 

Aşığın fəhminə məəttəl qalıram. Elə bil indilərdə deyilib:

 

“Ölsün Ələsgərtək qulların, dağlar!”

 

Ətraf yamyaşıl, kəpənəklər uçuşur. Nəm torpağın qoxusu insanı bihuş edir. Təbiət sanki Murovu sərgi salonu kimi bəzəyib… Qapılarını isə yüngülcə aralayıb – “Gəz, gəzə bilirsənsə”, deyir…

 

Yol yoldaşlarım uşaq ikən Murov dağı ilə günlərlə yol gəldiklərindən, hansı cığırda yorulub yerə çökdüklərindən, hansı yolda yıxıldıqlarından sanki bu günmüş kimi danışırlar. Bəzi yolları göstərərək, “Bu yolu sonradan düzəldiblər, biz bax, bu cığırla gəlmişdik” deyib, əllərini kənardakı dağa uzadırlar… Onların həyatı heç son 23 ildə də xoş keçməyib. Buna rəğmən Murov dağının heç bir cığırını unutmayıblar… Bu yerdə oxucu özü müəyyən edəcək Murovun onların həyatındakı rolunu… Onlar keçmişdən danışarkən – “Murovun o üzündə” deyərək xoşbəxt günlərindən həsrətlə söz açır, “Murovun bəri üzündə” deyərək müharibə itkilərini, qaçqınlıq əzablarını gizlətmək üçün susurlar…

 

Dağların döşündə yurd yerləri görünür. Amma şairin dediyi “çadır-çadır” binələrdən əsər-əlamət qalmayıb… Tək-tük, adda-budda… Ən sıx binədə 5 alaçıq saymaq mümkündür. Bunlar da əsasən çobanlarındır. Yollara səpələnən qoyunlar vecsiz otlayır, quzular mələyir, keçilər atlanır, itlər isə maşına hürürdü. Həmən maşının şüşəsini qaldırırdım. Sonra vəhşi heyvanlara yaxalanmaq riskini gözə alaraq, yollarda doğmalarını itirə-itirə, hər dolanbacda canından, ürəyindən bir parça qoya-qoya gecə-gündüz bu cığırlarla yol gələn insanların qarşısında canıəzizliyimi gizləmək üçün utanıb, söhbəti dəyişirdim…

 

“Turş su”da dayandıq. Oba çıxarkən elə nə qədər adamı burada güllələyiblər… Solumuzda sıldırım qaya var. 1993-cü ildə erməni hərbçiləri həmin dağların başından kəlbəcərliləri atəşə tutublar… Hadisə şahidləri xatırlayır: “İlahi, güllə başımıza yağış kimi yağırdı, daldalanmağa bir yer yox, hərə bir tərəfə düşürdü… Atəş kəsiləndən, ara sakitləşəndən sonra kim ayağa qalxdısa, demək o sağ qala bilmişdi… Yerdən qalxıb ətrafa boylananda dəhşətə gəlirdin. Ay Allah, dağlara nə qədər insan cəsədi səpələnmişdi…”

 

Burada şəhidlərin xatirəsini bir dəqiqəlik sayğı duruşu ilə yad edirik.

 

Sazını özü ilə gətirən kəlbəcərlilərin birindən xahiş edirəm:

 

– Burada saz çala bilərik?

 

Tərəddüd edir, israr edirəm:

 

– Burada o qədər narahat, nakam ruhlar dolaşır ki… Kəlbəcərlilərin ruhuna saz qədər heç nə sığal çəkə bilməz…

 

“Ruhani” ilə birlikdə yağış da başlayır… Bu dəfə bayaqkı kimi sakitcə səpələmir. Səsini dağ çayına qatıb, hönkürür… Sanki təbiət nəsə demək istəyir;  Murovdağ şəhidlərin ruhundan üzr istəyir – ağacı, kol-kosu, daş-kəsəyi ilə onlara daha yaxşı daldalanacaq olmadığı üçün…

 

“Ruhani” ilə yağışın səsinin ahəngi… Bir də yağışdan islanmış yanaqlarına göz yaşlarını axıdan şahidlərinin hənirtisi… Dinləyirsən və yer üzündəki bütün müharibələrə nifrət etmək üçün ürəyin nə qədər kiçik olduğunun fərqinə varırsan… Nə qədər ömürlər yarıda kəsildi, nə qədər evin çırağı söndü… Dağlarda çürüyüb, torpağa qarışan şəhidlərlə Murov bir boy da böyüdü…

 

Kimin üzərində dayanmışam deyə narahat olub, çayın kənarındakı bir daşın üstündə büzüşürəm… Ayağımız altında nə qədər bacı-qardaşımız var. Murova doğru hər addımımızda neçə-neçə arzuların üstü ilə addımlayırıq…

 

Hələ tariximizdə 1994-cü ilin “Murovdağ əməliyyatı” da var. Murov yenə də bizdən can almışdı boy atmaq, ucalmaq üçün… Hündürə ucaldıqca, bizim üçün daha da əlçatmaz oldu… O döyüşlərdə nə qədər hərbçi qar uçqununa düşdü, nə qədəri itkin düşdü, nə qədərini don vurdu, nə qədərinin sonradan ayaq barmaqları kəsildi… Axı düşmənlə Murovda döyüşmək həm də təbiətlə döyüşmək idi… Hadisədən 20 il sonra Müdafiə Nazirliyi ilə Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları Təşkilatı Göygöl-Toğana yolunun kənarında “Murovdağ əməliyyatı”nda şəhid olan oğulların xatirəsinə yaddaş abidəsi qoyacaqdı… Bu abidə Murovdağın qarlı zirvələrində həlak olan, yer üzündə məzarları belə olmayan şəhidlərin valideynləri üçün yeganə ziyarət yeri olacaqdı…

 

Murova yolu düşənlərin yaxşı tanıdığı “yol evi”ni keçirik. Təxminən 250-300 metr gedəndən sonra yol dumanın içində itib-batır… Dəniz səviyyəsindən 2248 metr yüksəkdəyik. Bələdçilərimiz buradan o yana yolun minalandığını, geri qayıtmalı olduğumuzu deyirlər… Ətraf ağappaqdır, ancaq bir-birimizi, bir də ayağımızın altındakı xırda daşları görürük. Müsahiblərimdən “Dumana düşüb yolu azdı, gedib erməni postuna çıxdı, əsir düşdü” sözünü çox eşitmişdim. Dumana düşməyin əslində nə demək olduğunu isə indi daha yaxşı başa düşürəm. Əllərimi irəli uzadanda soyuqdan donan barmaqlarım gözdən itirdi… Eyni ilə o torpaqlar kimi… Biz, bir parçamızı bir addımlığımızda itirmişik… Bu qədər yaxın, amma gözlə görmək mümkün deyil… Havasını belə varlığımızla hiss edirik, amma görə bilmirik…

 

Yağış başlayıb… Yenə səssizcə dağlara nur səpələyir. Bir daşın üstünə çöküb:

 

– Yenə də Murov öz amansızlığında qalır… Sanki işğal edilən ərazilərimizlə bizim aramızda dumandan pərdə çəkib, – deyirəm.

 

Yol yoldaşım:

 

– Hə… Buradan evimizə cəmi 45 dəqiqə yoldur. Torpaqlarımıza uzaqdan baxmağa da imkan vermir…

 

– Bəlkə “bəsdir uzaqdan baxdınız” demək istəyir…

 

Narahat bələdçi söhbətimizə müdaxilə edir:

 

– Bu dumanın olmağı bəlkə də sizin üçün daha yaxşıdır. Çünki indi dumanın gizlətdiyi ətrafımızdakı yüksəkliklərin başında erməni hərbçilərinin postları qurulub.

 

Və son xəbərdarlığı alırıq: “Duman çəkilsə, snayperlər sizi görər!”

 

Geri qayıdırıq…

 

Murovdağ reportaj isə hələ başa çatmır.

 

Davamı olacaq…

 

 

+15

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles