07.09.2016 / 11:40 xeber –
Sumqayıtda evdən oğurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də şəhər sakini Bəstiqız Ağayevaya məxsus evdən 1500 manat pul və pnevmatik tüfəng oğurlamaqda şübhəli bilinən həmyerliləri Qardaşxan Ağayev və Süleyman Əhmədov tutulublar.
Araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.