Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Meyitler, ayaq altda qalanlar, yaralılar… dünyanın sonu idi…” – Murovdağda “QIZ-QIZA”

“Meyitlər, ayaq altda qalanlar, yaralılar... dünyanın sonu idi...” - Murovdağda “QIZ-QIZA”

07/09/2016

15:04

07.09.2016 / 14:04 xeber –

 

Lent.az-ın “Qız-qıza” layihəsində Vüsalə Məmmədova alaçıqda yaşayan kəlbəcərli xanımların qonağı oldu

 

Murovdan enirik…

 

Yağış kəsib. Yol yoldaşlarım dinib-danışmır. Sanki az əvvəl “bu yol Kəlbəcərə aparır” deyə sevinənlər onlar deyildi…

 

Eyni yolu getməklə qayıtmağın yaratdığı təəssürat tam fərqli olur… Ən pis halda, mənzil başına sadəcə uzaqdan boylanacağını bilsən də gedişdə bir parça ümid var… Dönüş isə… Üstəlik, onlar bu yolu 23 il əvvəl də gəliblər… Hər addımda doğmalarından birini itirə-itirə…

 

“Turş su”da ayaq saxladıq…

 

Burada Kəlbəcər və Murovdağ şəhidlərinin xatirəsini yad etmişdik. Yol yoldaşlarım bulağın başında çökürlər. Onları bir-biri ilə, pərişan ovqatları ilə baş-başa buraxıb… uzaqlaşıram…

 

Bir az aralıdakı alaçığa yaxınlaşıram. Əslində bura təhlükəli ərazi sayıldığından ətrafda heç bir alaçığa rast gəlmək mümkün deyil. Qonşu çadırlar xeyli aralıdadır. Çadırın qarşısında iki qadın əyləşib…

 

– Qonaq gələ bilərəm?

 

Bir ağızdan: Gözümüz üstündə yeriniz var!

 

Qadınlardan nisbətən cavanı ayağa qalxıb, əyləşməm üçün balaca döşək gətirib taxta oturacaqda yer hazırlayır.

 

– Yox, sizinlə əyləşmək istəyirəm.

 

Yaşlı qadın yanında yer göstərir:

 

– Gəl, gəl qarının yanında əyləş. Dərdi çox, dinləyəni yoxdur qarının… Gəl, dinlə… Danışsam dözməzsən, qızım. Dörd oğul gətirdim dünyaya, biri qalmadı… Ev tikdim, barı çəkdim, düşmən gəldi, yurd qalmadı…

 

– Ay ana, yaxşı, qızın ürəyini üzmə. Qoy dağ havası alsın…

 

– Məskəni burada salmaqda yəqin kəlbəcərlisiniz?

 

– Hə, Kəlbəcərin İstibulaq kəndindənik. Adım Sarıteldir. Anamın adı isə Rozadır.

 

– Bir az aşağıda alaçıqlara rast gəldik. Amma buralarda heç kim yurd salmayıb.

 

– Hə, Murovda ən sonuncu alaçıq bizimkidir. Bura Kəlbəcərə ən yaxın yerdir deyə düz 23 ildir çadırımızı burada qururuq.

 

– 23 ildir yaylağa qalxırsınız?

 

– Kəlbəcərdə belə yaşamışıq. İşğaldan sonra Gəncədə məskunlaşdıq. Amma mart gələn kimi anamın halı pisləşir. Gəncənin havasını götürə bilmir. Başı hərlənir, halsız olur, ona görə də hər il üç ay yayı anamı buraya gətirirəm. Bacılarımla növbələşib, yanında qalırıq. Mayın axırları gəlir, sentyabrın hardasa 5-nə qədər qayıdırıq.

 

– İşləmirsiniz?

 

– Yox, artıq işləmirəm.

 

– Oğul, uşaq?

 

– Bir oğlum var, Moskvada Aviasiya Akademiyasında oxuyur. Yoldaşım isə Gəncədə işdə olur, o gələ bilmir.

 

– Roza nənənin neçə yaşı var?

 

– 85.

 

– Mal-heyvan da saxlayırsınız…

 

– Qoyunumuz yoxdur, amma malımız var. Qışda pul verib saxlatdırıram heyvanı, yayda isə onsuz da anama görə gəlirik deyə, özümüzlə gətiririk. Yəni mal-heyvana görə yox, ancaq anama görə buradayıq.

 

– Ətrafdakı dağların başında erməni postları var. Alaçıq onların snayperləri altındadır. Bura təhlükəli deyil?

 

– Nə təhlükə olasıdır ki? Gör yuxarıda nə qədər əsgərimiz var! Bizim əsgərimiz olan yer təhlükəli ola bilməz. Arada heyvanlar dağın başına qalxır, onda da hərbçilərimiz geri qaytarır…

 

Anası söhbətə qarışır:

 

– Hərbçilərimiz hamısı məni tanıyır. Hərdən qızların vaxtı olmayanda tək qalıram. Onda komandirləri əsgər göndərir ki, ana təkdir, get yanına. Buradan Kəlbəcərin havasını alıram, qızım. Məni yaşadan da bu havadır. İtirdiyim oğulların yerinə əsgərlərimiz halımı soruşur. Mənə oğul, onlara da bu dağın başında, evdən uzaq yerdə ana lazımdır. Onlar mənim oğlum, mən də onların anasıyam.

 

– Kəlbəcərdən necə çıxdınız?

 

– Kəlbəcərdə qaçaqaç başlayanda mən Gəncədə idim. Uşaqlarım kənddə idi…

 

Sarıtel: Mən isə martın 31-də helikopterlə çıxdım… O vaxtlar 24 yaşım var idi. Kəlbəcərdə maliyyə şöbəsində işləyir, rayon mərkəzində yaşayan qohumumuz Həsən dayıgildə qalırdım…

 

– Helikopterə minə bilən kəlbəcərlilərdən heç kimi tapa bilməmişəm. O qədər sualım var ki…

 

– Onda yolunu allah salıb bizim alaçıqdan. Qal, qonağımız ol. Gecə-gündüz danışım…

 

Roza nənə qızına təpinir:

 

– Az, qızın ürəyin üzmə. Qızım, dur gəl qarının alaçığına bax, gör xoşuna gəlirmi? Qadan alım, qarı belə qarı deyildi e… Mənim belimi dərd bükdü… Bax, bu dağın döşündə Kəlbəcərin havasını uda bilməsəm, çoxdan ölmüşdüm… Heç alaçıqda yatmısan?

 

– Bizinci dəfədir ayağımı alaçığa qoyuram…

 

– Elə yaxşıdır. Əyər-əksiyimizi başa düşməyəcəksən (Gülür). Bu il möhkəm soyuq və yağıntılı keçdi. Bax, sobamız var, hava lap soyuyanda içinə odun atırıq. Yağışlar da imkan vermir deyə yunu evə səririk. Yoxsa günün altında daha tez quruyasıdır. Bayaq yağdı deyə daşıdıq evə…

 

– Hə, bayaq biz də möhkəm yağışa düşdük. Nənə, alaçıq necə qurulur?

 

– Bala, nənənin alaçıq quran vaxtları keçdi… Bax, bu gördüyün mağardır. Qurub, kənarlarını qarğı ilə bərkidib, üstünə çadır, içinə isə pərdə almışıq. Hə, nə deyirsən? Qala bilərsən bizimlə?

 

Burada necə qala bilərəm ki? Gözdən-qulaqdan uzaq, sivilizasiyadan kənar bir yerdə? – Ağlımdan keçən ilk sual bu olur. Öz-özümə də dərhal cavab verirəm: Sivilizasiya nəyə deyirsən? 36 min şagirdin ana dilindən “2” almasına, yoxsa ovcumuzu mobil telefonun isitməsinə? Başımızı qaldırıb bir-birimizin üzünə baxmırıq. Gözümüz ekranda… Sanacaqsan dünyanın problemlərini həll edirik, amma heç kimə də bir faydamız keçmir. Heç özümüzə də… Gözümüz yaşıl rəngi ancaq zəngə cavab verəndə görür… Burada isə hər tərəf yamyaşıldır… Elə bu yaşıllığın təsirindəndir ki, aldığım təklifi ayıq başla təhlil edir (“Sivil cəmiyyət insanın insana qarşı bəslədiyi düşmənçilik hissləri ucbatından daima dağılma və parçalanma təhdidi altındadır”) və “Freyddən çoxmu biləcəksən” deyib, həmən qərar verirəm:

 

– Qalaram!

 

– Ay sağ ol! Di onda tez elə, götür ləyəni almaları doğra, sər sobanın altına, qış üçün quruduruq…

 

Dağ havası beynimdəki dumanı elə təmizləyib aparmışdı ki, “Nənə, qalıram dedim, həmən işə atılıram yox” demək ağlıma da gəlmədi… Gözlüyümü dəyişmədən, əlimi bıçağa atdım. Beləcə, alaçıq həyatı başladı…

 

***

 

…Bakıda yəqin ki, hələ səhər açılmayıb, biz yuxudan oyanırıq. Onlar kimi davranmağa çalışıram deyə, saata baxmıram. Açığı saatım da yoxdur, telefon elə axşamdan çantamda qalıb.

 

Alaçıqdan çıxırıq. Hava soyuq və təmizdir. Ətrafdakı nəmliyi görüb yenə yağdığını düşünürəm. Sarıtel xanım sanki məni təbiətlə tanış edir:

 

– Yağış deyil, dağlara şeh düşüb…

 

Ecazkar qoxunu ciyərlərimizə çəkib, inəkləri sağmağa yollanırıq. Kəlbəcəri xatırlayır, pıçıltı ilə danışırıq. Həm Roza nənə söhbətimizi eşidib, dərdi təzələnməsin. Həm də ənənəyə görə inəkləri sağarkən pozitiv olmaq lazımmış, yoxsa heyvanın südü quruyar…

 

-…Ailədə 8 uşaq olmuşuq. Dörd bacı, dörd qardaş. Elə Mingəçevirdə oxuyub təzəcə Kəlbəcərə qayıtmışdım ki, atam avtomobil qəzasında həlak oldu… O rəhmətə gedəndən sonra ailənin bütün yükü mənim çiynimə düşdü. Kəlbəcərdə qohumumuzgildə qalıb işləyir, evə kömək edirdim. Beləcə, bacılarımı ərə verdim. Dolanırdıq gül kimi… Sonra hadisələr belə oldu… Ayın axırı idi, maaşı aldıq, elə işdə çəkməcənin gözündə qaldı…

 

– Son günə qədər işə gedirdiniz?

 

– Gedirdim… Maaş aldığımız günü, ermənilər qırıcılarla Kəlbəcəri bombalayanda işdə idim… Poçt bizim idarədən bir az yuxarıda idi. Birinci poçtu partlatdılar… Camaat gördü daha mümkün deyil, hərə bir yana qaçdı… Zəng elədim Həsən dayıya ki, “hamı gedir…” Amma hara? Getmək asan idimi? Yerimiz, yolumuz vardımı? Ermənilər bizim iki postumuzu da bombaladılar… İlahi, nə qədər cavan parça-parça olub səpələnmişdi yollara… Kimin yiyəsi var idi, gedib meyiti çıxardıb gətirib yanında oturub ağlayırdı. Kimin ki meyiti tanınmaz halda idi, eləcə qalmışdı bir tərəfdə… Nə biləsən… Bədəndən qopmuş qoldur, ayaqdır… Kimin oğlu orda idisə də yaxına durmağa qorxurdu deməyə ki, mənimkidir… Neyləsinlər? Özlərini aldatmağa məcbur idilər… Nə deyim, dəhşət, dəhşət! Mən martın 31-də səhər saat 7-yə on dəqiqə qalmış helikopterə minə bildim…

 

– O zaman bu Kəlbəcərdən qalxan ən sonuncu helikopter olub…

 

– Ay sağ ol! Axırıncı helikopter idi.

 

– Yanınızda ailədən kim var idi?

 

– Heç bildik ki, kim var, kim yox… Elə vəziyyət idi ki, hamı tək canını dartıb helikopterə salmaq istəyirdi. Adam çox, yer az… Yaxın düşmək mümkün deyildi…

 

– Roza nənə Gəncədə idi. Bəs bacı-qardaşlar?

 

– Bacılarım hərəsi bir kəndə ərə getmişdi. Hadisə vaxtı da kim haradaydısa, oradan çıxmışdı. Ara elə qarışdı ki, bir-birimizdən xəbər tuta bilmədik. Bacımın biri əvvəldən Gəncədə anamla idi. Bizdən bircə mən helikopterlə gəlmişəm…

 

– Danışırlar ki, insanlar ayaq altda qalırdı…

 

– Cəhənnəm əzabı nədirsə, bax, həmin vaxtı o helikopterlərin ətrafında yaşanırdı. Elə basabas idi ki, heç kim bir-birinə kömək edə, əlindən tuta bilmirdi. Uşaqlı-böyüklü hərə öz başının hayında idi. Danışılası deyil. Bilirsiniz necə çətin idi…

 

– Ondan əvvəlki helikopterlərə minməyə cəhd etmişdiniz?

 

– Heç yaxın düşə bilirdik ki? Nə qədər əlləşəndən, əziləndən, əl-ayaq altında qalandan sonra birinə mindik. Yer yox, dayandıq qapının ağzında. Pilotlar bizi düşürtdülər ki, adam çoxdur. Ağır olanda helikopter qalxmır. Düşdük…

 

– Belə qəza olmuşdu…

 

– Hə, gözümüzün qabağında oldu o da… Elə qarışıqlıq oldu ki, heç xəbərimiz olmadı o helikopterdə kimlər var idi, kim öldü, kim qaldı… Allah bilir, adları itkin siyahısındadır… Elə basabas, yiyəsizlik idi ki, kim helikopterə mindi, kim qaldı, bilinmirdi…

 

– Elə ona görə də ermənilərin olduğu deyilən helikopterə minən qadınların kimliyi bəlli deyil…

 

– Ay sağ ol! Başlı-başın saxlasın idi. Sadə camaat görürdü ki, bizi itirib-axtaran, canı yanan, sahib çıxan yoxdur, hamı necəsə buradan çıxsın, düşmən əlinə keçməsin deyirdi… Kimin ağlına gələrdi ki, o helikopter ermənilərindir? Ya kim düşünərdi ki, helikopter dağlara dəyib meşələrə səpələnəcək? Elə yaşamaq ümidi ilə minirdik hamımız helikopterə… Onda da düşürtdülər ki, yer yoxdur… Sonra başqa bir helikopter gəldi… (Gözləri dolur…) Özümüzü atdıq qabağına… Nə qədər çarpışdıq ona minmək üçün… Qız-gəlini doldurdular o helikopterə… Minə bilməyənlər başına döyürdü. Helikopter yuxarı qalxan kimi uçdu Yerevana… Üzümüzü cırıb, saçımızı yolduq… Orada bir kişi var idi, ya hərbçi idi, ya da polis, bilmirəm. Adı da yadımda yaxşı qalmayıb. Ya Tahir idi, ya da Telman. Elə qışqırdı, elə bağırdı… Dedi “Ay alçaqlar, vicdansızlar, niyə yoxlamamış buraxırsınız? Niyə kimi hara gəldi buraxırsınız?” Eləcə, bir helikopter qız-gəlinin də taleyi belə qaralara qarışdı… Bu günə qədər də heç kim bilmir onların axırı necə oldu…

 

– Helikopterin Ermənistana uçduğunu görəndən sonra növbəti helikopterə minməyə necə ürək elədiniz?

 

– Elə onu de… Özümüzü elə itirmişdik ki, bax, o indi ağlıma gəlir… Növbəti helikopter gələn kimi yenə qarışıqlıq düşdü… Evində qaldığım Həsən dayının mənimlə yaşıd qızı var idi, bir yerdə işləyirdik. İkimiz də bayaqdan özümüzü atırıq irəli, basabasda düşürük geri. Həsən dayı da arxada dayanıb, bizi itələyir ki, helikopterə yaxın düşə bilək. Bu sonuncu gələndə Həsən dayı dedi ki, qızım, daha buradan çıxmağın ayrı yolu yoxdur. Bunlar tək torpağımıza yox, qız-gəlinimizə də göz dikiblər. Əsas sizi sağ-salamat buradan çıxartmaq lazımdır. Sarıtel, sən diribaşsan, ailəmi, uşaqlarımı sənə tapşırıram. Apar bunları sağ-salamat çıxart Bərdədə yaşayan qardaşımgilə… İki oğlu, iki də qızı var idi Həsən dayının. Özü də polis idi, əslən Başlıbel kəndindən idi. Dedi, helikopter aşağı enən kimi özümü qabağa atacağam ki, altından keçəm. Görsələr minmirəm, altına girirəm, heç kəs məni kənara itələməyəcək. Siz də arxamca gəlin. Mən özümü yerə atan kimi ayağınızı çiynimə qoyun, sizi birtəhər qaldırıb atım içəri. Arxayın olum ki, getdiniz…

 

– Bu yolla minmək mümkün oldu?

 

– Oldu. Bax, elə bir müsibətlə mindik o helikopterə. Mən, Həsən dayının yoldaşı və dörd uşağı. Millət bir-birinə qarışmışdı… Bir yaşlı qadın qalmışdı ayaq altında. Biz də onun üstündən keçdik… (Ağlayır…) Düşmən əlinə düşməmək üçün başqa yolumuz yox idi. Arvad qalmışdı ayaq altında… İndi danışanda ürəyim parçalanır, amma orada vəziyyət elə idi ki, heç kim kiməsə əl uzada bilmirdi. Öz balanı belə gözün görmürdü. Elə bilirdin ki, doğrudan da dünyanın sonu gəlib…

 

– O qadın necə oldu?

 

– Öldü… Ayaq altında öldü… Hamı onun belindən keçib gedirdi… Helikopter gəlir, havada dayanır, enməyə yer tapmırdı. Camaatı birtəhər hərbçilər o yan, bu yana itələyib, zorla yer açırdı. Helikopter birtəhər aşağı enirdi. Sonra da kimin gücü var idi, minirdi, kim ki, zəif, yaşlı idi, haldan düşüb, qalırdı ayaq altında…

 

– Sizin mindiyiniz helikopterdə kimlər var idi?

 

– Arxa tərəfdə meyitləri düzmüşdülər… Kim ki, gücü çatırdı, çalışırdı meyitlərini gətirsin… Düzdür, indi deyəcəksən dirini qoyub, ölünü gətirmək? Amma anadır, atadır… Cavan oğlunun nəşini ortada qoyub gedə bilmir… Helikopterlər aşağı enəndə onun küləyi ətrafda yan-yana düzülən meyitlərin üstündəki mələfələri havaya qaldırırdı… Onda görürdün, ilahi, hamısı cavan-cavan uşaqlardı qanın içində…

 

– Heç olmasa yaralıları da yığırdılar helikopterə?

 

– Ortaya yaralıları yığırdılar, bir neçə qadın kənarda, quyruq hissəsində isə üst-üstə meyitlər… Belə idi bizim helikopter…

 

– Yaralını xatırlayırsınız?

 

– Düz yanımda idi… Allah, nə idi o elə… Mələfə atmışdılar üstünə… Amma qarın nahiyəsi tamam açılmışdı… bağırsaqlar qalxır-yenir… Nəsə deyir… Helikopterin səsindən də başa düşmürəm ki, nə deyir. Su istəyir, yoxsa vəsiyyət edir… Yenə heç olmasa vəsiyyət eləyə, axı o vəziyyətdə ona suyu haradan tapıb verəcəksən? Verə bilməsən üzünə necə baxacaqsan? Hamının dili-dodağı qorxudan partlamışdı onsuz da… O müsibətlə gəldik biz… Bilmədim o oğlan necə oldu…

 

– Helikopter sizi hara gətirdi?

 

– Yevlax rayonuna. Orada bizi siyahıya aldılar. Sonra İcra hakimiyyətinin nümayəndəsi soruşdu ki, kim hara getmək istəyir? Mən dedim bizi Bərdənin filan kəndinə yola salın. Gecə ilə gəldik Həsən dayının qardaşıgilə…

 

– Bəs bacı-qardaşınızı necə tapdınız?

 

– Qardaşımın biri Mingəçevirdə yaşayırdı. Hamımız bir-bir onun yanına toplaşdıq…

 

Südü sağılan inəkləri buraxan kimi buzovları öz paylarını almaq üçün hücuma keçirlər. Balasını da doyurandan sonra heyvanlar bizdən uzaqlaşır. Sarıtel xanım deyir ki, narahat olma, gəzib-dolanıb axşamüstü, sağılmaq vaxtı yenə gələcəklər…

 

İndi isə süddən çiyə hazırlamaq lazımdır:

 

– Çiyə nədir?

 

– Südü bişirirsən. İri tiyana töküb soyudursan. Soyuyanda üzünə yığılanın adı xamadır.

 

– Bəs qaymaq nədir onda?

 

– Qaymaq qatığın üzündə olur. Bişmiş südün üzü xamadır.

 

– O zaman çiyə də çiy südün üzüdür?

 

– Yox, çiyə çiy süddən çəkilir. Onun dadı xamadan çox fərqlidir. Şəhərdə xamanı da çiyə adına satırlar deyə fərqini çox az adam bilir.

 

– Onu necə çəkirsiniz?

 

– Çiyənin ayrıca maşını var…

 

Əllə işləyən ət maşınına oxşayır. Anında başa düşürəm ki, alaçıqda ən asan, tez öyrənilən iş budur. Boğazıma bağladığım örpəyimi açıb, saçlarımı bağlayıram:

 

– Mən eləyərəm!

 

Elə yenicə işə girişmişdim ki, Roza nənə gəlir:

 

– Ay qız, qonağı incitmə!

 

– Narahat olmayın, Roza nənə.

 

– Yox, dur ayağa, arxamca gəl!

 

Burada əlavə əyləncələr olmadığından işlər tez bitir. Çiyəni hazırlayıb, Roza nənənin arxasınca alaçıqdan çıxıram. Bir çomağa dirsəklənib, “Turş su”ya tamaşa edir:

 

– Nə xısınlaşırdınız orada elə Sarıtellə?!

 

– Heç, elə-belə… Söhbət edirdik…

 

– Qarıya yalan danışma! Səninlə gələnlər dedi, bilirəm ki, bura inək sağmağa, çiyə çəkməyə gəlməmisən. Girovlardan kitab yazırsan. Ürəyim pis olmasın deyə məndən gizlin danışırsınız… Bu bulağın ətrafına bax… Çayın ətrafına… 23 il əvvəl bu yollara ellilərimin meyitləri səpələnmişdi… Onları düz-əməlli dəfn edən də olmadı… Çürüyüb bu torpağa qarışdılar, bala… Sümükləri dağıldı… Otun hamısını yolsan, bəlkə də altından sümükləri çıxar… Bəlkə yayda ot, qışda qar gizlədir onlardan qalan qalıqları… Onların narahat ruhu daima bu dağlarda dolaşır, qızım… Mən də bu dağlarda dolaşıram, sən də… Mən Kəlbəcərin havasını udmağa gəlmişəm… Sən Kəlbəcərdən yazmağa… Qayıdıb gedəcəyik… Onlar isə qayıtmır… Ruhdur axı… Amma yox… Yəqin ki, artıq bizim həsrətlə baxdığımız dağları aşıb, Kəlbəcərə gediblər… Hamısı doğma ocağında bizim üçün ağlayır… Nə bura gələ bilirlər, azaddırlar axı, niyə Kəlbəcəri qoyub gəlsinlər? Nə orada qala bilirlər… Ətrafda düşmən var axı, necə şad olsunlar…

 

– Bizim ölülərimiz də, torpaqlarımız da əsirlikdədir…

 

– Bunları kitabında yazarsan, qızım. Yazarsan ki, 85 yaşlı bir qarı Kəlbəcərin havasını udmaq üçün hər il dərd əlindən dağa çıxır, deyirlər bəxtəvər yaylağa çıxıb…

 

– Nənə, mənə Kəlbəcərə gedən yolu göstərə bilərsiniz?

 

– Bax, bu dumanda itən yol “beş povorota” gedir, o üzü də Kəlbəcərdir. Sarıtel, gəl qonağı apar, bir az yuxarıdan baxsın. Onda daha yaxşı görəcək…

 

Sarıtel xanımla yarpız və çiçək toplaya-toplaya üzü yuxarı, dağa qalxırıq. Artıq əsir hekayələri topladığımı bildikləri üçün ağartı məhsullarının çeşidlərindən danışmağa ehtiyac qalmır. Mən soruşmadan o özü sözə başlayır:

 

– Bizim idarədə əsirlikdən qayıdanlara müavinət verirdilər… Çoxu ora gəlirdi azad ediləndən sonra… Nə gündə idi yazıqlar… Sözlə deyiləsi deyil…

 

– Kimləri xatırlayırsınız?

 

– Bir gəlin var idi… Qardaşının adı Məhəmməd idi, Qara Məhəmməd deyirdilər, bizimlə işləyirdi. Gəlin əri və iki oğlu ilə maşının üstündə gələndə tuneldə yoldaşını vurublar… Bizə danışırdı ki, gözümlə gördüm ölməyini… Sonra uşağın birini də vurublar, uşaq anasını çağırıb ki, kömək elə… Ana heç bir kömək edə bilməyib… Necə etsin? Deyir fikirləşdim ki, bunu onsuz da vurdular, heç olmasa lap yaxınlığımda olan uşağı qoruyub saxlayım. Ona görə də bu oğlumu qucaqladım ki, heç olmasa ona güllə dəyməsin…

 

– Uşağı qoruya bilmişdi?

 

– Hə, elə gələndə özü ilə gətirirdi… Gözünün qabağında həm ərini, həm də balasını öldürüblər… Qızın Kəlbəcərdəki vaxtlarını xatırlayıram. Necə gözəl gəlin idi, necə uzun hörükləri var idi… Amma indi…

 

– O qadını necə tapa bilərəm?

 

– Rəhmətə getdi… Deyirdi uşağı qucaqladım ki, güllələr mənə dəysin. Onda gördüm qışqırır ki, ay ana, ayağım isindi… Baxdım ki, ayağının yarısı yoxdur… Dedim qorxma, balam. Heç nə yoxdur… Elə o vəziyyətdə bağrıma basıb, qaçdım… Qaçanda qabağıma çıxıb bizi tutdular… Apardılar…

 

– Əsirlikdən qayıdanda da hörükləri var idi?

 

– Ermənilər saçlarını dibdən qırxmışdı… Nə isə… Yazığı necə vurmuşdularsa, güllə qaşının altından girib, üstündən çıxmışdı. Danışanda alnında damar elə atırdı ki, elə bilirdin ürəyi alnında döyünür…

 

– Əsirlikdə nə qədər qalıblar? Harada saxlayıblar onları? Danışırdı?

 

– Dedi bizi aparıb bir zirzəmiyə yığdılar. Sonra görüblər ki, bayırdan səs gəlir. Oradakı qadınlar deyib uşağı qaldıraq baxsın… Onun oğlunu, ayağı yaralı uşağı qucaqlarına alıb qaldırıblar ki, gör ətrafda üstündə ağ bayraq olan maşın varmı? Uşaq baxıb, deyib hə, var. Qadınlar fikirləşib ki, onda hamımız qışqıraq, səs-küy salaq… Əvvəlcə o pəncərənin aralı yerindən uşaq qışqırıb, sonra qadınlar səs-səsə verib, kömək istəyiblər… Beynəlxalq Qızrmızı Xaç Komitəsinin nümayəndələri səsə gəlib, bunları zirzəmidən çıxardıb, yerlərini dəyişib, siyahıya alıb, müalicə ediblər… Yazıq qızın səhhəti yaxşı deyildi, qayıdandan sonra da bir-iki il yaşadı, rəhmətə getdi… O əlil uşaq da tək qaldı…

 

Danışa-danışa xeyli yol qət etmişik… Bunu geriyə dönüb alaçığımızın lap uzaqda qaldığını görəndə anladım. Sarıtel xanım Kəlbəcərə gedən yola əlini uzadıb, izah eləməyə başladı:

 

– Bax, bu sağımızdakı Koroğlu dağıdır, bizdədir. O biri isə Ömər aşırımıdır…

 

– O isə bizdə deyil…

 

– Hə… Ömərin itkisi də bir ayrı dərddir ürəyimizdə… Bax, Kəlbəcərə bu görünən yerdən, dağın döşündən gedirsən. Bu yol “beş povorota” aparır. Buradan dik görünməsinə baxma, qabağında böyük düz var. O düzün qabağından da qalxırsan… Dağ o qədər dik olub ki, yolları dolanbaclarla çəkiblər. O dolanbaclar düz beş dəfə gedir, dönür… Elə buna görə də Kəlbəcər camaatı yolun adına “beş povorot” deyir. Bax, o dolanbacları qalxıb, Murovu o üzə aşan kimi Yanşaq kəndidir. Yanşaqdan aşağı düşən kimi Qamışlı körpüsü, oradan sağa dönəndə Kəlbəcər, sola dönəndə isə…

 

– Sola gedən yol isə tunelə aparır… Tunel də 35 kəndi Kəlbəcərin mərkəzi ilə birləşdirir…

 

– Düppədüz! Hər gün buradan baxırıq… Sazı bağrıma basıb deyirəm orda bir ev var, uzaqda… O ev bizim evimizdir…

 

– Yatmasaq da, qalxmasaq da, o ev bizim evimizdir…

 

– Orda bir dağ var, uzaqda…

O dağ bizim dağımızdır.

Enməsək də, çıxmasaq da,

O dağ bizim dağımızdır.

 

– Orda bir yol var, uzaqda…

O yol bizim yolumuzdur…

Dönməsək də, varmasaq da,

O yol bizim yolumuzdur…

 

***

 

Mayılovlar ailəsi ilə sağollaşıb ayrılanda Sarıtel xanım şəhərdə işlərimi yoluna qoyub, həmən geri qayıtmamı, yaylaq mövsümünün sonuna qədər onlarla birlikdə qalmağımı təklif edir. Zarafatından da qalmır:

 

– Gəl, mən inəkləri sağaram, sən də çiyə çəkərsən!

 

– Artıq xama ilə qaymağın fərqini də bilirəm!

 

Roza nənə isə narazı baxışlarla məni süzüb:

 

– Bunu saymıram, gələn il ailəlikcə gəlin, Kəlbəcərdə qonağımız olun, – dedi.

 

Sonra isə kağız-qələm tapıb, mənə Kəlbəcərdəki ünvanını yazdırdı… Ürəyinə yatmadı, telefon nömrəmi aldı:

 

– Gələn il yaylağa qalxanda sənə Kəlbəcərdən zəng edəcəyəm ki, gedirik, gəl! Bax, onda evdə kim varsa, hamısını yığıb birlikdə gəlin, qarının qonağı olun. Murov dağına Kəlbəcərdən qalxanda başqa ləzzəti olur. O alaçıqla bu alaçığın fərqini qarı nənən gələn yay sənə göstərəcək!

 

Yüz ilin doğmaları kimi bərk-bərk qucaqlaşdıq… Sonra mən əlimdəki kağızı bu ünvana heç vaxt getməyəcəyimi bilə-bilə çantama qoydum. Roza nənə isə telefon nömrəmi yazdığım kağızı qoynunda gizlətdi… Ora, buradakı qadınların ən etibarlı seyfidir… Göz yaddaşımın çoxdan, lap çoxdan unutduğu bu saxlancı görəndə qeyri-ixtiyari güldüm. Roza nənə mənə göz vurub, “Qoy möhkəm yerdə dursun!” – dedi…

 

***

 

Bir az sonra geri boylananda Roza nənə də, Sarıtel xanım da, alaçıq da dumanda gözdən itmişdi…

+13

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website