08.09.2016 / 03:35 xeber –
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Təcili tibbi yardıma bir nəfərin bıçaqlanması barədə məlumat daxil olub. Təcili tibbi yardım briqadası 31 yaşlı Namus Niyaz oğlu Əhmədovu xəstəxanaya çatdırıb. Ona dərhal tibbi yardım göstərilib. Həyatı üçün təhlükə aradan qaldırılıb. Hadisə barədə polisə məlumat verilib.
Araşdırmalar zamanı yaralının aşkarlandığı evin sahibi Namus Əhmədovun küçədə bıçaqlandığını, kömək etmək üçün isə evinə gətirdiyini bildirib. Onun sözlərinə görə, hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsindən xəbərsizdir.
Yaralı Namus Əhmədov yenicə əməliyyat olunduğu üçün ifadəsini almaq mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar aparılır.
mənbə :
lent.az
Şərh yaz.