Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azerbaycanda FETÖ-çülere mexsus mescid olmayıb – RƏSMİ

Azərbaycanda FETÖ-çülərə məxsus məscid olmayıb - RƏSMİ

08/09/2016

16:36

08.09.2016 / 15:31 xeber –

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya müsahibə verib. Komitə sədri müsahibəyə ölkədə dini durumu qiymətləndirməklə başlayıb.

 

– Azərbaycanda ictimai-siyasi, iqtisadi sabitlik hökm sürür, o cümlədən dini sahədə də sabit mühit var. Müsəlman ölkələr içərisində dini nöqteyi-nəzərdən ən sabit ölkələrdən biri Azərbaycan hesab olunur. Azərbaycan konfessiyalar və məzhəblərarası münasibətlər baxımından da nümunəvi ölkədir.

 

– Regionda məzhəblərarası radikalizm meyilləri səngimir. Bunun əlamətlərindən Azərbaycanda da olduğu ara-sıra eşidilir. Bir vaxtlar Suriyaya din uğrunda döyüşə gedən azərbaycanlıların aktivliyi, hətta ölkədə onlara mənəvi dəstək verən məscidlər də gündəmdə idi. Bu sahədə vəziyyət necədir?

 

 

– Zamanında Suriyaya, digər ölkələrdən olduğu kimi, Azərbaycandan da gedənlər olub. Amma onların hamısı təkcə din uğrunda döyüş düşüncəsi ilə gedənlər deyildi. Maddi maraq naminə gedənlər də çox idi. Onların bir qismi sonradan geri qayıdıb, bir qismi isə həlak olub. Bundan başqa, yeniyetməlikdən gəncliyə keçən yaş dövründəki macəra axtaran gənclərimiz də gedib.

 

Çox az hissəsi isə cihad adı ilə döyüşməyə gedib ki, onlar da təsir altına düşənlərdir. Onlar anlamayıblar ki, Suriyadakı döyüşlərin dinə,  azərbaycanlılara heç bir aidiyyəti yoxdur və bu, sadəcə geosiyasi maraqların toqquşmasıdır. Bizim üçün cihad yeri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızdır, Qarabağdır. Bununla bağlı xeyli maarifləndirici iş gördük, hazırda tədbirlər davam edir. “Fitnə” adlı sənədli filmimiz var ki, orada Suriyaya döyüşməyə gedən, sonradan peşman olub qayıdanların və Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb edilənlərin peşmanlığı göstərilir. Bunlara əsasən deyə bilərəm ki, təqribən son 1 ildə Azərbaycandan Suriyaya və digər yerlərə silahlı birləşmələrdə döyüşməyə gedən bir nəfər də yoxdur. Vaxtı ilə gedənlərin arasında peşmanlıq çəkib qayıdanların sayı isə çoxdur.

 

 

– Neçə nəfər gedib və neçəsi qayıdıb? Statistika necədir?

 

– Qapalı məlumat olduğu üçün bu rəqəmlər açıqlanmır. Amma səmimi deyirəm ki, Azərbaycandan gedənlər digər ölkələrdən gedənlərlə müqayisədə olduqca azdır. Onların  tam əksəriyyəti, dediyim kimi, peşmanlıq hissi ilə qayıdıb. Əsas odur ki, artıq Azərbaycandan Suriyaya döyüşməyə gedən yoxdur. Bu, aparılan profilaktik tədbirlər sayəsində baş tutur.

 

Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə mənəvi dəstək verənlər də artıq zərərsizləşdirilib, fəaliyyətlərinin qarşısı alınıb. Bakının mərkəzində, Qaradağ rayonunda, şimal, şimal-qərb və mərkəzi bölgələrimizdə bəzi məscidlər vardı ki, Suriyaya gedənləri ilhamlandırırdı. Onlar üzərində də artıq tam nəzarət bərpa olunub. Artıq ölkədə silahlı birləşmələrə sövq edən, bu yöndə təbliğat aparan məscid qalmayıb.

 

Azərbaycanda hansısa formada qeyri-qanuni fəaliyyət göstərərək məzhəblərarası təfriqə salmaq istəyən məscidlərdə də bu sahədə iş aparılır. İstədiyimizə müəyyən mənada nail olmuşuq. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fəaliyyət göstərən məscidlərin xeyli hissəsinə imam və axundlar təyin edib.

 

Azərbaycanda 2166 məscidin olması o demək deyil ki, onların hamısı hər gün fəaliyyətdədir. Məscidlər iki cür fəaliyyət göstərir. Bir qismi vaxt namazlarında açıq olan məscidlərdir ki, daimi fəaliyyətdədir. Digər qismi isə yalnız cümə namazlarına, bayram namazlarına açıqdır. Həmin məscidlərin sadəcə cümə günləri və bayramlarda fəaliyyət göstərməsinə səbəb odur ki, yaxınlıqda yaşayan müsəlmanlar məsciddə deyil, vaxt namazların evlərində qılmağa üstünlük verirlər. Yəni məscidə gəlmirlər. Bu cür məscidlərə də QMİ əməli-mövt, yəni dini ayinlərin icraçısını təyin edib. Qanuna görə, məscidin minbərindən ora təyinatı olmayan şəxs istifadə edə bilməz.

 

Hansı məsciddə ki, dini icma qeydiyyatdan keçməyib, yaxud QMİ tərəfindən axund və ya imam təyinatı olmayıb, həmin məscidlərin fəaliyyətinə nəzarət edilir. Bəzi məscidlərin fəaliyyəti isə qanunun tələblərinə cavab vermədiyi üçün müvəqqəti olaraq dayandırılıb.

 

– Bu, hansı məscidlərdir ?

 

– Ölkə üzrə bir neçə belə məscid var. Bunlardan biri Bakıdakı məlum “Aşur” məscididir. Oranın fəaliyyəti niyə dayandırıldı? Əvvəla, ora Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun balansındadır. Qoruq da balansında olan məscidlərin restavrasiyasını həyata keçirir. “Aşur” məscidinin böyük tutumu yox idi, oraya qeyri-qanuni yığışırdılar. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu da qanunamüvafiq qaydada qeyri-qanuni olan yerin fəaliyyətini dayandırıb restavrasiya işləri aparır. Bərpa işi qurtardıqdan sonra qərara gəlinəcək ki, orada hansı fəaliyyət davam etdirilsin. Təbii ki, orada dini fəaliyyət olacaq, amma qanuni şəkildə. Ələt və Qobustan məscidlərinin də fəaliyyətini qeyri-qanuni olduğu üçün dayandırmışıq. Digər bu kimi məscidlər ölkənin şimal və Mərkəzi Aran bölgələrindədir. Bu məscidlər qeyri-qanuni fəaliyyət göstərirdi və aralarında həm sünni, həm də şiə məzhəbinə mənsub vətəndaşların toplu halda ibadət etdikləri məscid var. Bunların fəaliyyəti qanuniləşdirildikdən sonra bərpa ediləcək. Dini icma qeydiyyatdan keçməlidir, QMİ tərəfindən dini xadim təyin olunmalıdır.

 

Azərbaycanda məscid tikmək üçün əvvəlcə yerli icra hakimiyyətindən icazə alınmalıdır, sonra o sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə gəlməlidir və Komitə dini ibadət yerinin tikintisinin məqsədəuyğunluğu barədə rəy verməlidir. Bütün bunlardan sonra məscid inşa oluna bilər. Məscid tikildikdən sonra bələdiyyənin balansına verilir. Bələdiyyə isə onun idarəçiliyini əvəzsiz olaraq QMİ-yə verməlidir. Bundan sonra QMİ axund və ya imam təyin edir. Orada dini icma yaradılır və məscid fəaliyyətə başlayır. İcma da ona görə yaradılır ki, məscidə himayədarlıq etsin.

 

Məscidlərin əksəriyyətində vebkameralar quraşdırılıb. Bu gün məscidlərimizdə çox savadlı din xadimləri və xütbə söyləyənlər var. Məqsədimiz odur ki, xütbələri daha çox vətəndaşımızın dinləməsinə şərait yaradılsın. Vətəndaşlarımız həmin xütbələrdə İslamda şəhidliyin, halal və ya haramın nə demək olduğunu öyrənsinlər. Yaxud  milli bayramlarımıza, vətənpərvərlik mövzularına həsr edilmiş xütbələr daha çox insana çatsın.

 

– Azərbaycanda da dini radikal cərəyan olaraq FETÖ-çülərə (Fətullah Terror Təşkilatı) qarşı mübarizə aparılır və bu cərəyana mənsub olmaqda şübhəli bilinən bir sıra şəxslər artıq saxlanılıb. Qafqaz Universiteti ilə bağlı müəyyən tədbirlər görülüb. Bəs Sizin rəhbərlik etdiyiniz Komitə FETÖ, xüsusilə, onun müəllifi olduğu dini ədəbiyyatlarla bağlı hansı tədbirləri görüb?

 

– Dini radikal cərəyan o deməkdir ki, kimsə din adı altında özünün siyasi, iqtisadi  və digər məqsədlərinə nail olmaq istəyir. Dini təhrif etməyə, məqsədlərinə uyğunlaşdırmağa çalışırlar. Belə cərəyanlar bütün dinlərdə var. FETO də belə cərəyanlardandır. Onların dinə aidiyyəti yalnız zahiridir, fəaliyyəti siyasiləşişib. Bunlar bir təşkilatdır. Amma dini deyil, siyasi təşkilatdır.

 

Fətullah Gülənin yaratdığı təşkilat dinlə pərdələnib. Azərbaycan müstəqilliyini elan edəndə dünyəvi dövlət olduğunu bildirib. Bizdə din dövlətdən ayrıdır. Amma müstəqilliyin ilk illərində müəyyən iqtisadi çətinliyimizdən, hələ yeni yaranmağımızdan istifadə edərək müəyyən cərəyanlar ölkəyə ayaq açdı. FETÖ də bu cərəyanlardandır. Onlar Azərbaycana ilk olaraq, təhsil sahəsində ayaq açdılar. Məktəblər, o cümlədən Qafqaz Universitetini yaratdılar. Düşünmək lazım deyil ki, orda təhsil alanların hamısı FETÖ-nün təsiri altına düşüb, onun daşıyıcılarıdır. Burada çox yaxşı formada təhsil alıb Azərbaycanın idarəçiliyində fəaliyyət göstərən vətəndaşlarımız var. Sovet sistemindən qalma təhsillə müqayisədə daha yaxşı təhsil verdikləri üçün rahat fəaliyyət göstərə bildilər. Amma sonradan Azərbaycan inkişaf edib öz məsələlərini həll etdikcə həm vəhhabiliyin, həm də nurçuların bura ayaq açmasının qarşısını aldı. “Dini etiqad azadlığı haqqında” Qanuna 2009-cu ildə düzəlişlər edildi. Həmin dövrədək xaricdən gələn müxtəlif din xadimləri moizələr oxuyurdular, dini ayinləri icra edirdilər. Dövlət də bunun qarşısını aldı. FETÖ-çülük bu çərçivədə Azərbaycanda artıq ideoloji sahədə təhlükə kimi göründüyündən dövlət bunun da qarşısını almaq üçün addımlar atmağa başladı. 2009-cu ildən başlayaraq, Fətullah Gülənə və nurçulara məxsus hansısa ədəbiyyatın Azərbaycana gətirilməsi, yayılması məqsədəuyğun sayılmadı. Burada söhbət ideoloji kitablardan gedir. Bura kitablarla yanaşı, audio və video materiallar da aiddir. 2009-dan etibarən Fətullah Gülənin fikirlərini yayan bütün nəşrlərin, materialların, o cümlədən “Risaleyi-Nur” kitabının Azərbaycana kütləvi gətirilməsi, yayılması dayandırılıb.

 

– Onlara məxsus və yaxud onların fikirlərini dəstəkləyən məscid varmı?

 

– Azərbaycanda nurçulara, yaxud FETÖ-çülərə məxsus məscid olmayıb. Daha doğrusu, burada məscidləri nəzarətə ala bilmədilər. Qafqaz Universiteti içərisində məscidləri olub, amma orada FETÖ təbliğatının getməsini müşahidə etməmişik. Yalnız ədəbiyyatlar aşkarlamışıq və dediyim kimi, onların da ölkədə yayılmasını dayandırmışıq. Bunlar müxtəlif adda kitablardır. Bu günlərdə də Baş Prokurorluğun müxalifətin bir qanadına məxsus şəxslərdən götürdüyü bu cərəyana məxsus kitablar, disklər Komitənin Dinşünaslıq ekspertizası şöbəsində araşdırılıb və rəyimizi vermişik: onların yayılması, gətirilməsi qadağandır.

 

– Mediada rəhbərlik etdiyiniz Komitədə də Fətullah Gülənlə əlaqəli şəxslərin olduğu barədə iddialar səslənir. Bu barədə nə deyə bilərsiniz?

 

–  Komitədə çalışanlar arasında FETÖ-ylə bağlı şəxslərin olması barədə məndə məlumat yoxdur. Mənim çalışdığım 2 ildə işçilər arasında Fətullah Gülənə bağlı şəxs müşahidə etməmişəm. Görməmişəm ki, kimsə fəaliyyətində bunu qabartsın. Amma gələcəkdə belə bir şəxs bizim Komitədə aşkarlansa, təbii ki, dərhal tədbir görəcəyik.

 

– Hazırda radikal dini cərəyanlardan birinə rəhbərlik edən Taleh Bağırzadə və onun tərəfdarlarının məhkəməsi gedir. Mətbuatda onların məhkəmə çıxışlarına rast gəlirik. Bu barədə nə deyə bilərsiniz?

 

– Bu iş hüquq-mühafizə orqanlarının, məhkəmənin işidir və biz prosesə müdaxilə edə bilmərik. Məhkəmə mətbuata açıq formada keçirilir. Onların  səsləndirdikləri müxtəlif iddialarla bağlı məhkəmə qərar verəcək.

 

Onların  Nardarandakı əməlləri hamının gözü qarşısında baş verib. Nardaran əməliyyatından əvvəl də onlar daim qeyri-qanuni çağırışlar edib, toplantılar keçiriblər. Youtube-da onların çağırışları indi də qalmaqdadır. Nardaranda  əməliyyat keçirilən gün onların orada toplaşmaları və dini ayin adı altında keçirdikləri görüşlər qeyri-qanuni idi. Onlar dini siyasi alətə çevirən radikallaşmış elementlərdir. Komitə onların çıxışlarında, çağırışlarında din adı altında qeyri-qanuni fikirləri aşkarladı və bununla bağlı rəyimizi verdik. Nardaranda da hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tamamilə qanunauyğun idi. Çünki onların “dini ayinlər”ində daha çox dövlətimizin əsaslarına qarşı yönələn çağırışlar yer alırdı.

 

– Bir vaxtlar təmtəraqlı yas mərasimləri ilə bağlı maraqlı kampaniya vardı və Komitənin fəallığı ilə də mərasimlərdə israfçılığın qarşısı xeyli alınmışdı. Amma son vaxtlar yenidən təmtəraqlı yas mərasimlərinə rast gəlirik. Bəzən Komitənin əməkdaşlarının bu məsələ ilə bağlı tənqidi çıxışları olur. Bu problemin həllinə əngəl olan nədir?

 

– Bir var qadağa, bir də var insanların özlərinin məsələni dərk etməsi. Bu, sırf adət-ənənəyə bağlı olan məsələdir və bunu necə qadağan etmək olar? Kiminsə məclisini təmtəraqlı olduğuna görə necə dağıtmaq olar? Çox yaxşı olardı ki, tanınmışlar, vəzifəli şəxslər nümunə göstərsinlər. Nümunə göstərənlərimiz də var. Yas mərasimləri getdikcə adət-ənənə halını alıb, ona görə də bunu elə yeni nümunəvi adətlərlə həll etmək olar. Bizim Komitənin əməkdaşları da mütəmadi tənqid edir, təbliğat aparır. Dövlət bu məsələdə tövsiyə verə bilər. QMİ də fətva verdi və israfçılığı pislədi. Amma vətəndaşı bundan artıq məcbur eləmək mümkündür? Yas məclislərinin birində mərasimləri təşkil edən əməkdaşla söhbətim oldu. Ondan bu vəziyyəti soruşduqda dedi ki, sifariş əsasında iş görürlər: “Necə sifariş edirlərsə, elə təşkil edirik. Biz əvvəlcə, çay süfrəsi təklif edirik, ancaq şəxs təkid etdikdə bir növ yemək veririk”.

 

Amma onu da deyim ki, ümumilikdə əvvəlki illərlə müqayisədə təmtəraqlı məclislər elə də çox deyil.

 

– Məzarlıqlarla bağlı məsələ də açıq qalıb. Bu barədə qanun və ya qərar layihəsinin hazırlandığı bildirilsə də, nəticə yoxdur…

 

 

– Bununla bağlı qərar layihəsinə Prezident Administrasiyasının müvafiq şöbəsi, İqtisadiyyat  Nazirliyi, o cümlədən bizim Komitə rəy verərək Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabinetində də baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə müzakirəsi keçirilib. Müzakirələrdə ekspertlər, o cümlədən bizim Komitə də iştirak edib. Hazırda üzərində iş gedir. Bəzi məsələlər həllini tapmalıdır.

 

Burada prinsipial olan nədir?

1. Kimsə vəfat etməmişdən əvvəl özünə məzar yeri götürə bilməz;

2. Kimsə vəfat etmiş şəxsin yanında əlavə qəbir yerləri götürüb, gələcək üçün saxlaya bilməz – burada istisna var ki, kişi öldükdə arvadı özü üçün, qadın öldükdə əri özü üçün götürə bilər;

3. Kimsə qəbir üzərində dəbdəbəli qəbirüstü abidə qura bilməz. Bütün qəbirlərin dinin tələblərinə uyğun vahid standart forması olmalıdır;

4. Şəhid olanların dəfn mərasimləri, məzarları ilə bağlı işin təşkili;

5. Qəbiristanlarda qəbirlərarası məsafələr və sair.

Bu qərar layihəsi qüvvəyə mindikdən sonra aparılacaq dəfn qaydaları ona uyğun olacaq. Amma qərar geriyə şamil olunmayacaq.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website