Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Dövlet Gömrük Komitesinin resmisi danışdı: "Qeyri-peşekarlıqdır"

Dövlət Gömrük Komitəsinin rəsmisi danışdı: "Qeyri-peşəkarlıqdır"

08/09/2016

20:52

08.09.2016 / 19:49 xeber –

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin "APA-Economics"ə müsahibəsi

 

 

– Qlobal maliyyə-iqtisadi böhran və dünya bazarında neftin qiymətinin ötən illərlə müqayisədə 3-4 dəfə düşməsi Azərbaycan iqtisadiyyatına, həmçinin milli iqtisadiyyatın inkişafında mühüm rola malik gömrük xidmətinin işinə necə təsir göstərib?

 

– Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində  neftdən gələn gəlirləri qeyri-neft sektoruna şaxələndirmə prinsipi əsasında yönəltməklə, ölkənin istehlak bazarında yerli məhsul bolluğu yaranıb, ixrac yönümlü məhsulların stimullaşdırılması ilə əlaqədar iqtisadi islahatlar həyata keçirilməkdədir.

 

Azərbaycanda artıq post-neft dövrü başlayıb. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədbirlər kompleks şəkildə həyata keçirilməklə istehlak bazarında yerli mallarla idxal malları arasında rəqabətlilik mühiti yaranıb. Bu isə öz növbəsində bazarda malların qiymətlərinin tənzimlənməsinə gətirib çıxarır.

 

Son dövrlər gömrük sistemində aparılan islahatlar nəticəsində gömrük infrastrukturu modernləşdirilib, dövlət büdcəsinin gəlirləri artıb, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirləri daha geniş tətbiq edilib, gömrük sistemində avtomatlaşdırılmış idarəetmə və informasiya texnologiyaları tam tətbiq edilib, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyi  artırılıb, gömrük tarif siyasəti təkmilləşdirilib və inkişaf etdirilib, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə gücləndirilib. Həmçinin ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolu artırılıb, gömrük tənzimlənmə vasitələri beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşdırılıb, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsində  əlverişli şərait yaradılıb.

 

– Lakin bəzi biznesmenlər, iqtisadçılar və siyasətçilər mediadakı çıxışlarında qeyd edirlər ki, bu ilə qədər hər hansı şirkət 10 məhsul idxal etmək istəyirdisə, onlardan yalnız 3-ü qanunu yolla idxal edilir və idxal rüsumları tətbiq edilirdi. Digər 7 məhsul isə daha aşağı ödəniş müqabilində qeyri-rəsmi yolla idxal edilirdi. Səsləndirilən fikirlərə Sizin münasibətiniz necədir?

 

– Bəli, belə fikirlər bəzi ekspertlər tərəfindən mətbuatda mütəmadi olaraq səslənir. Onu da qeyd edək ki, bunu söyləyən ekspertlər beynəlxalq məlumat resurslarına, xüsusən ölkələrarası ticarətin gömrük statistikası göstəricilərinə istinad edirlər.

 

Bununla bağlı dəfələrlə mətbuatda tərəfimizdən açıqlamalar verilməsinə baxmayaraq, onlar yenə də yanlış mülahizələr əsasında cəmiyyətdə gömrük orqanlarına qarşı qərəzli və neqativ fikirlər formalaşdırırlar. Bir daha bildirərəm ki hər ilin sonunda Azərbaycan Respublikasının xarici ticarət əlaqələrinə dair göstəricilər digər dövlətlərin uyğun göstəriciləri ilə müqayisə olunur və göstəricilər arasında olan fərqlər ciddi araşdırılır. Məsələnin mahiyyətinə varmadan, xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən malların gömrük rəsmiləşdirilməsinə şübhə ilə yanaşmaq qeyri-peşəkarlıqdır.

 

Qeyd etmək lazımdır ki, malların gömrük rəsmiləşdirilməsi zamanı bir çox amilləri nəzərə almaq lazımdır. Burada malın mənşə ölkəsi, göndərən ölkə, malın təyinat ölkəsinin böyük əhəmiyyəti var. Xüsusən, müharibə aparan ölkələrdə hərbi təyinatlı və digər məxfi və konfidensial malların qeydiyyatı spesifik qaydada həyata keçirilir.

 

Məsələn, ötən il Azərbaycana Gürcüstandan təxminən 100 milyon dollarlıq mal idxal olunub. Bu o deməkdir ki, gətirildiyi ölkədən asılı olmayaraq Azərbaycana bu həcmdə Gürcüstan mənşəli mal idxal olunub. Göndərən ölkə üzrə statistika göstərir ki, Gürcüstandan Azərbaycana təxminən 3 dəfə çox mal göndərilib. Yəni, Gürcüstandan gətirilən malların yalnız 1/3 Gürcüstan mənşəlidir, qalan hissəsi isə digər ölkələrdə istehsal olunduğu üçün həmin ölkələrdən bizim ölkəyə idxal kimi qeyd edilir. Məsələn, Almaniyadan ölkəmizə təxminən 700 milyon dollardan artıq, həmin ölkədən isə Azərbaycana cəmi 600 milyon dollardan az mal  göndərilib. Buradan görünür ki, Gürcüstandan Azərbaycana idxal olunan malların bir hissəsi Almaniya mənşəlidir. Bu rəqəmlərdən istifadə edən ekspertlərimiz Sizin dediyiniz məsələni, yəni malların 10-dan 3-nün rəsmiləşdirilməsini, qalan hissəsinin rəsmiləşdirilməməsini qeyd edirlər. Gördüyünüz kimi, qeyd olunan faktları nəzərə almadan belə məsələlərin bu formada ictimaiyyətə çatdırılmasında qərəzli yanaşmalar var. 

 

Beynəlxalq metodoloji tövsiyələrdə qeyd olunur ki, dövlətlərarası ticarət əlaqələrinə dair müqayisə aparılarkən idxalın həcmini malı göndərən ölkə üzrə hesablamaq daha məqsədəuyğundur.

 

Nəzərə almaq lazımdır ki, dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi-tədqiqat işləri aparılır, amma hələ də vahid praktiki beynəlxalq tövsiyələr tərtib olunmayıb.

 

Xarici ticarət əlaqələrinin müqayisəli təhlili göstərir ki, dünyanın əksər ölkələrində belə fərqlər mövcuddur. Məsələn, BMT-nin rəsmi internet saytındakı məlumatların müqayisəsi göstərir ki, ABŞ və Çin arasında mallar üzrə ikitərəfli ticarət arasındakı fərqlərdə  artım tendensiyası davam edib və son illərdə bu fərqlər təxminən 100 milyard dollara çatıb. Digər bir misala baxsaq, görərik ki, Rusiya Niderlanda 76 milyard dollar həcmində mal ixrac etdiyi halda Niderlanda Rusiyadan idxal 2.9 dəfə az – yəni, 26 milyard dollar olub. Bu isə 50 milyard dollar fərq deməkdir. Onda, bizim ekspertlərin “metodologiyasına” görə Çindən ABŞ-a idxal olunan malların 50 faizi, Rusiyadan Niderlandda idxal olunan malların isə 60 faizi rəsmiləşdirilməyib. Sizcə, bu formada yanaşma düzgündürmü?

 

Hələ “Rotterdam effekti”nin təsiri haqqında faktları qeyd etmirik. Azərbaycan neft ixracatçısı ölkələri sırasına daxildir və “Rotterdam effekti” də Azərbaycanın xarici ticarətin gömrük statistikasında da özünü göstərir. Nəzərə almaq lazımdır ki, Avropa ölkələri arasında gömrük sərhədlərinin olmaması “Rotterdam effekti”ni daha da qabarıq şəkildə göstərib, yəni bir ölkənin ixrac göstəriciləri digər ölkənin ixracına aid edilib. Məsələ ondadır ki, Azərbaycan neftinin əsas hissəsi İtaliyadakı terminala ixrac edilir və Azərbaycandan İtaliyaya ixrac kimi qeyd olunur, sonradan digər Avropa ölkələrinə satılır. Almaniya, Fransa, Çexiya Respublikası həmin nefti İtaliyadan almaqlarına baxmayaraq, neftin mənşə ölkəsi Azərbaycan olduğu üçün rəsmi statistikalarında Azərbaycandan idxal kimi göstərilir.

 

Onda, bizim ekspertlərin “metodologiyasına” əsaslansaq, qeyd etməliyik ki, Azərbaycandan İtaliyaya ixrac olunan neft İtaliyaya idxal olunmadığı üçün, ümumiyyətlə, İtaliya gömrüyü tərəfindən rəsmiləşdirilməyib. Bu düzgündürmü?

 

Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələrlə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir, araşdırır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

 

 

– Ekspertlər daha bir məsələni tez-tez vurğulayırlar ki, gömrük rəsmiləşdirilməsi zamanı malların gömrük dəyərlərinin qiyməti faktiki qiymətdən aşağı göstərilir və nəticədə gömrük rüsumları süni şəkildə aşağı salınır. Bu məsələyə münasibətinizi bilmək istərdik?

– Bəli, belə müzakirələr çox olur, amma qeyd edək ki,  bütün bunlar hamısı peşəkar fikirlər deyil, sadəcə şəxsi mülahizələrə və əsası olmayan faktlara söykənir.

Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarına uyğun olaraq gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslər həmin qaydalarda qeyd olunan digər sənədlərlə birlikdə idxal olunan malların bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənəddə (invoys) göstərilən məlumatların düzgünlüyünə və tamlığına görə cavabdehdir.

 

“Gömrük tarifi haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

 

Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə və “Gömrük tarifi haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququna malikdirlər.

 

Lakin xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük dəyərləndirilməsi ilə bağlı gömrük orqanlarının qərarlarından narazı qalarlarsa, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edərək, idxal etdikləri malın bazar qiymətlərindən çox aşağı qiymətə aldıqlarını sübuta yetirən faktları təqdim edə bilərlər.

 

– Bəzən qeyd olunur ki, Azərbaycanda idxal mallarına tətbiq olunan gömrük rüsumları digər ölkələrlə müqayisədə daha yüksəkdir. Bu doğrudurmu? Əgər yüksək deyilsə bunu necə izah edərsiniz?

 

– Bir sıra iqtisadçılar, bankirlər və sahibkarlar tərəfindən qeyd olunur ki, cari ilin əvvəlindən Dövlət Gömrük Komitəsində aparılan radikal xarakterli islahatlar, idxal mallarına tətbiq olunan gömrük ödənişlərinin alınmasında şəffaflığı təmin edib, lakin vergi və rüsumların yüksək olması şikayətlərə səbəb olub.

Bu fikirlərin heç bir əsası yoxdur. Çünki Azərbaycanda idxal mallarına tətbiq olunan 18% Əlavə Dəyər Vergisi (ƏDV) əksər dünya ölkələrində tətbiq olunan ƏDV dərəcəsindən daha aşağıdır. Əsrlərlə oturuşmuş iqtisadiyyata malik Almaniya Federativ Respublikasında 19%, Estoniyada 20%, Belçikada 21%,  Avstriyada 20%, Danimarkada 25%, Macarıstanda 25% və s. ƏDV tətbiq olunur.

 

Digər tərəfdən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal olunan mallara görə alınan 18% ƏDV mövcud qanunvericiliyə görə satış zamanı geri qaytarılır.

 

Son on üç ildə sosial-iqtisadi sahədə böyük uğurlar əldə etmiş ölkəmizdə xarici ticarət siyasəti kifayət qədər liberallaşdırılıb, maksimum tarif dərəcələri 15%-ə endirilib.

 

Bu gün mövcud normativ-hüquqi aktlara əsasən idxal mallarına mal mövqeyindən, yəni malın kodundan asılı olaraq 0,5%, 1%, 3%, 5%, 10% və 15% həcmində idxal rüsumu tətbiq olunur. Bu da digər ölkələrlə müqayisədə çox aşağı rüsum dərəcəsi sayılır. Belə ki, Türkiyədə bir sıra mallara 80-250% dərəcəsində, Rusiya Federasiyasında 15-80%, Avropa ölkələrində 40-80% dərəcəsində idxal rüsumları tətbiq olunur. Digər tərəfdən daha yüksək rüsum dərəcələrinin tətbiqi yerli məhsulların rəqabətliliyinin qorunmasına xidmət edir.

 

Bu baxımdan, Azərbaycanda idxal mallarına tətbiq olunan ən yüksək rüsum dərəcəsinin 15% olması heç də qiymət artımına və ya şikayətlərə səbəb ola biləcək amil deyil.

 

– Milli valyutanın iki dəfə devalvasiyaya uğraması və üzən məzənnə rejiminə keçidin gömrük ödənişlərinin artımına öz təsirini necə göstərib? Bəzi ekspertlər iqtisadiyyatın kiçilməsinə baxmayaraq gömrük sisteminin gəlirlərinin 2016-cı ilin 6 ayında ötən il ilə müqayisədə 30% artdığını qeyd edir. Bu fikirlərə münasibətinizi bilmək istərdik…

 

– Dövlət Gömrük Komitəsində aparılan islahatlar, eyni zamanda idxal mallarını xarici valyutada alınaraq ölkə ərazisinə gətirməklə gömrük ödənişlərinin Mərkəzi Bankın həmin günə müəyyənləşdirdiyi manatın məzənnəsinə uyğun olaraq alınması nəticə etibarı ilə idxal vergi və rüsumlarının artımına öz təsirini göstərir. Belə ki, cari ilin ilk 8 ayı ərzində qanunla müəyyənləşdirilən 1 milyard 156 milyon 130 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 1 milyard 426 milyon 840 min manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 123,42 faiz əməl olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə büdcə öhdəliyi 39,3% artıq  yerinə yetirilib.

 

Bu baxımdan milli valyutanın iki dəfə devalvasiyaya uğraması və üzən məzənnə rejiminə keçid illik büdcə öhdəliyinin ötən illərlə müqayisədə artıqlaması ilə yerinə yetirilməsini təmin edir.

Ümumiyyətlə, dünyada baş verən qlobal maliyyə-iqtisadi böhran şəraitində ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə cəlb edir. Hazırda Azərbaycanın adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və müxtəlif məqsədyönlü tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır və ölkənin davamlı inkişafına istiqamətlənir.

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles