Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Peşe mektebleri birleşdirilecek ve imici qaldırılacaq" – MÜSAHİBƏ

"Peşə məktəbləri birləşdiriləcək və imici qaldırılacaq" - MÜSAHİBƏ

09/09/2016

14:04

09.09.2016 / 13:03 xeber –

 

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayevin Lent.az-a müsahibəsi:

 

– Peşə Təhsili üzrə Dövlət Agentliyinin  yaranma zərurəti nədən ibarətdir və ölkədə peşə təhsilinin imicinin qaldırılması üçün hansı addımlar atılması planlaşdırılır?

 

– Hazırda respublikamızda müxtəlif təhsil pillələri ilə bağlı təhsil siyasəti həyata keçirilir. Bu il Təhsil Nazirliyi sistemində peşə təhsili prioritet istiqamət kimi müəyyən olunub. Ölkədə gedən islahatların istiqaməti, bazarın tələbi bu Agentliyin yaradılmasını zəruri etdi. Məlum olduğu kimi, 2016-cı il aprelin 20-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin” yaradılması ilə bağlı fərman imzalandı. Agentlik təsis olunduğu bu 2-3 ay ərzində onun strukturunun formalaşdırılması üzərində çalışmışıq. Artıq Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət göstərəcəyi bina müəyyən olunub. Yaxın zamanda agentlik tam şəkildə fəaliyyətə başlayacaq. Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək, peşə təhsili sahəsində ölkədə aparılan işin əlaqələndirilməsi də Agentliyə həvalə olunub.

 Azərbaycanda 115 (o cümlədən Naxçıvan Muxtar Respublikasında 6) dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi mövcuddur. Burada təxminən 24 minə yaxın şagird təhsil alır və 6 minə yaxın müəllim pedaqoji və köməkçi heyət çalışır.

Hazırda bizim üçün birinci istiqamət normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Bundan ötrü yaxın vaxtlarda peşə təhsili ilə bağlı qanun layihəsi, peşə təhsili ilə bağlı uzunmüddətli Dövlət Proqramı hazırlanmalı, ömürboyu təhsil üzrə milli kvalifikasiyalar çərçivəsi təsdiq olunmalıdır. Çünki peşə təhsili yalnız gənclərin təhsili deyil, müvafiq yaşlarda olan insanlar da peşəsini dəyişmək arzusunda ola bilərlər. İşini itirənlər yeni peşə öyrənmək istəyə bilərlər. Buna görə də onlar üçün imkan yaradılmalıdır ki, qısamüddətli kurslar keçib əmək bazarında başqa ixtisasa yönələ bilsinlər.

 

"Peşə məktəblərinin imici çox aşağıdır, hələ də ötən əsrin 80-ci illərinin dərsliklərindən istifadə olunur"

 

– Ölkənin peşə təhsili sahəsinin hazırda mövcud olan əsas problemləri nələrdir?

 

– Peşə təhsili ilə bağlı ən birinci problem bu sahənin imicinin çox aşağı olmasıdır. Bu sahəyə göstərilən maraq, diqqət kifayət qədər deyil. Burada söhbət sadəcə dövlətin bu məsələyə yanaşmasından deyil, insanların bu sahəyə olan tələbatından və mövqeyindən gedir. Tələbat isə kifayət qədər deyil. Ona görə bu gün cəmiyyətdə bu sahəyə olan marağın aşağı olmasının səbəbi peşə təhsilinin imicinin aşağı olmasıdır.

 

Müxtəlif peşə məktəbləri və liseyləri mövcuddur ki, orda eyni peşə istiqamətləri üzrə kadr hazırlığı aparılır. Bu da o deməkdir ki, həmin müəssisələrin hamısına maddi-texniki bazanın təminatı üçün eyni avadanlıqlar alınıb verilməlidir. Yaxşı olardı ki, 10 yerə eyni avadanlığın alınmasına xərc çəkməkdənsə, bu iş bir yerdə daha keyfiyyətli görülsün. Bu da səmərəlilik baxımından əlverişli olar.

 

İkinci problem infrastruktur və maddi-texniki bazanın köhnəlib sıradan çıxmasındadır. Bu gün peşə məktəblərinin həm avadanlıqları, həm də dərs vəsaitləri kifayət qədər köhnəlib. Məktəblərdə 1980-ci illərin materialları əsasında dərslər keçirilir. Üçüncü ən böyük problem idarəetmə strukturunun təkmil olmamasıdır. Hələ də  keçmiş sovet sisteminin idarəetmə üsulu qalıb. Bundan başqa, maliyyələşmə köhnə standartlarla gerçəkləşdirilir. Çox aşağı əməkhaqqı ilə çalışan işçilər var.

 

Digər məsələ həmin müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin olmamasıdır. Qiymətləndirmə ümumiyyətlə nədir? Yəni, müəssisənin buraxdığı mütəxəssis bazarın tələblərinə cavab verirmi? O qiymətləndirmə mexanizmi bizdə yoxdur. Ən böyük problemlərdən biri də müəssisələrin böyük əksəriyyətində məcburi köçkün və qaçqın ailələrinin məskunlaşmasıdır. Bu il biz belə məktəblərdə plan yerlərini minimuma endirmişik. Fikirləşirik ki, əgər burada normal təhsil verə bilmiriksə, dövlət niyə bunun üçün pul xərcləməlidir?! Nə vaxt ki, həmin müəssisələr boşaldılar, ondan sonra da orada təhsil verməyə davam edə bilərik.

 

İşəgötürənlər buraxılış imtahanlarınba cəlb olunacaq

 

– Qeyri-dövlət sektorunu peşə təhsilinə necə cəlb etmək olar?

 

– Bəzi ölkələrdə peşə təhsilinin yükü ancaq dövlətin üzərindədir. Ancaq qeyri-dövlət sektorunun peşə təhsil sisteminə cəlb olunması üçün normativ-hüquqi baza formalaşdırılmalıdır. Bunu dövlətin yükünü azaltmaq məqsədi ilə etmək lazımdır. Bu sahədə təbliğat aparmağın müxtəlif yolları var. Dünya praktikasına nəzər yetirsək, dövlət həmin özəl müəssisələri müxtəlif şəkildə stimullaşdıra bilər. Yəni həmin müəssisələr müxtəlif növ vergilərdən azad oluna, onlara bonus şəklində güzəştlər verilə bilər. Peşə təhsili sahəsində keyfiyyətli kadr hazırlığı istiqamətində layihə təklif edən müəssisəyə bu sahəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına dəstək göstərilə bilər.

 

– İşəgötürənlərin peşə təhsilinə marağını necə yaratmaq olar?

 

– Təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. İşəgötürən maraqlı olmalıdır ki, təhsil müəssisəsinin işçisini işə qəbul etsin. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15%-ə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra öz növbəsində bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.

 

Başqa bir məsələ odur ki, biz işəgötürənləri buraxılış imtahanlarına cəlb edək. İşəgötürənlər imtahanlarda həlledici səsə malik olsunlar və hazırlanan kadrların keyfiyyətinə qiymət versinlər. Bundan sonra işəgötürənlər həmin kadrları özləri də işə götürə bilərlər. Marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işə götürənlərin bu sahəyə diqqətini yönəltmək lazımdır.  İşəgötürən maraqlı olmalıdır ki, təhsil müəssisəsinin məzununu işə qəbul etsin.

 

Bununla bağlı dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə modelinin yaradılması istiqamətində Təhsil Nazirliyi, British Council və turizm-xidmət sənayesində uğurla fəaliyyət göstərən mehmanxanaların nümayəndələrindən ibarət (Absheron Hotel Group, Hilton Hotel, Fairmont Hotel, Four Seasons Hotel, Hyatt Regency Hotel, Marriott Hotel) idarəedici komitə yaradılıb. Burada işəgötürənlər şagirdlərin müsabiqədən keçirilməsinə cəlb olunublar. “British Council” təşkilatının dəstəyi ilə 3 ixtisas üzrə 5 nömrəli peşə liseyində kadr hazırlığını həyata keçirəcəyik. Şagirdlər həmin liseydə təhsil alacaq, mehmanxanalarda isə praktika keçəcəklər. Sonda həmin mehmanxana nümayəndələrinin imtahanlarda iştirakı nəzərdə tutulur. İndi təhsildə sadəcə biliklər kifayət eləmir. Bilikləri bacarıqlara çevirənlər daha çox uğur qazanır. Bunu strateji xətt kimi özümüz üçün müəyyən etmişik.

 

– Peşə təhsilinin inkişafı üçün bu gün həlli vacib olan digər məsələlər hansılardır və hansı yeniliklər gözlənilir?

 

– Məqsədimiz mövcud peşə təhsili sisteminin dövlət-biznes partnyorluğuna əsaslanan  sistemə transformasiyasını, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödənilməsini təmin edən müasir iqtisadi çağırışlara reaksiya vermək qabiliyyəti olan, dual sistemin tətbiqinə üstünlük verilən İlk Peşə ixtisas Təhsili sisteminin yaradılmasıdır.

 

Ən yaxın zamanda peşə təhsilində “Modul sistemi”nə keçidlə bağlı normativ sənədlər hazırlanmalıdır. Bu sistemlə peşə öyrənmiş şəxs əvvəlki sistemlə peşə öyrənmiş şəxsdən daha çox funksionallığı ilə fərqlənir. Əvvəlki peşənin sahibi nəyisə primitiv üsulla edirdisə, indiki peşənin sahibi bu işi İKT texnologiyalarını tətbiq etməklə bacarmalıdır. Demək olar ki, bütün ixtisasların məzmununda texnoloji dəyişikliklər baş verib. Bu gün iqtisadiyyatın tələbi odur ki, bir işçi daha çox kompetensiyalara malik olsun, bir adam daha çox iş yerinə yetirə bilsin.

 

Bundan başqa məzmunun müasir tələblərə uyğun qurulması üçün yeni dərsliklər, metodiki vəsaitlər hazırlanmalıdır. Artıq bu gün texnologiyanın inkişafı elə səviyyədədir ki, peşəni daha çox kitabdan oxumaqla deyil, gözlə görməklə – praktika sayəsində öyrənirlər. Yeni texnologiyaları özündə əks etdirən dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər aparılmalıdır. İnkişaf etmiş ölkələrdə peşə sistemində daha çox bu cür tədris texnologiyalarından istifadə olunur. Ən müasir və yaxşı peşə təhsili sistemi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini təmin edən, müasir iqtisadi çağırışlara reaksiya vermək qabiliyyəti olan dual sistemdir. Yəni şagird məktəbdə oxuya-oxuya həm də eyni ixtisas üzrə zavod və ya fabriklərdə çalışır.

 

Peşə məktəbində oxumadan diplom almaq imkanı

 

– Peşə məktəbinə getmədən əmək bazarına daxil olan mütəxəssislərlə bağlı hansı işlər görülməsi nəzərdə tutulur?

 

– Peşə təhsilində vacib məsələlərdən biri də formal və qeyri-formal təhsil məsələsidir. İnsanlar öz yaxınlarının yanında işi öyrənib mənimsəyə bilərlər, ancaq sənədsizdirlər. Gələcəkdə bu cür qeyri-formal şəkildə ixtisasa yiyələnənlərin kompetensiyalarını tanımaq lazımdır. Belə şəxslər imtahan verməklə sertifikat, diplom ala bilərlər. Bu metod Finlandiyada geniş yayılıb. Gələcəkdə mütləq bir çox peşələr üzrə diplomu olmayan işçinin işə qəbul olunmaması ilə bağlı tələb olmalıdır. Elə şəxslər var ki, onlar oxumaq istəmirlər, lakin səriştələri var. Onların diplom ala bilməsi üçün imkan yaranacaq. Səriştəsi kifayət etməyənə təklif edəcəyik ki, qısamüddətli modul kursu keçsin, sonra gedib imtahan versin. Bununla bazardakı mütəxəssislərin səviyyəsi qalxacaq və ixtisasların unifikasiyası olacaq. İxtisas sənədi faktiki olaraq işçinin işinə zəmanət verəcək. Bu halda işəgötürən də nəticədən narahat olmayacaq. Çünki hamıya eyni təhsil veriləcək, hamı eyni kitab, eyni proqram əsasında öyrənəcək. Bununla bazardakı mütəxəssislərin səviyyəsini qaldıra və unifikasiya edəcəyik.

 

– Peşə müəssisələrinin yataqxanalarla təchizatı nə yerdədir?

 

– Bizim sistemdə məcburi köçkün və qaçqınlar çox binaları tutub. Demək olar ki, bütün yataqxanalar 100 % tutulub. Yeni yataqxanaların tikilməsi də əlavə vəsait tələb edir. Yalnız yeni tikilən peşə məktəblərində yataqxanalar mövcud olacaq. Məsələn, yeni yaradılacaq Sənaye və İnnovasiyalar üzrə Bakı dövlət peşə məktəbində 80 nəfərlik yataqxana olacaq. Qəbələdə  yeni məktəb tikilir, yataqxanası da olacaq. Gəncədə köçkünlər artıq yataqxanalarımızı boşaldıblar, təmir işləri gedir.

 

Bəzi peşə məktəbləri birləşdiriləcək

 

– Peşə məktəblərinin maliyyə təminatı aşağı olduğundan məktəblərin rasionallaşdırılması  gözlənilirmi?

 

– Peşə təhsili müəssisələrinin maliyyə təminatı ilə bağlı ciddi dəyişikliklər etmək zərurəti var. Aydın məsələdir ki, bu sahədə islahat aparılmalıdır. Amma bu, kifayət qədər vəsait tələb edir. O vəsaitin mənbəyi problem kimi qarşımızda durur. Yenilənməyə xərc çəkilməlidir, amma bu vəsait də yoxdur. Ona görə müəssisələrin rasionallaşdırılmasını, bir neçəsinin birləşdirilməsini nəzərdə tutmuşuq. Lazım olmayan müəssisələrin fəaliyyətinin ya dondurulması, ya da bağlanması təklifi ilə çıxış edəcəyik. Çalışacağıq ki, optimallaşmanı mövcud büdcənin daxilində aparaq. İlkin olaraq Bakı və Gəncədə yerləşən müəssisələrin rasionallaşdırılmasını düşünürük. Optimallaşma və rasionallaşdırma üçün yaxın vaxtlarda addımlar atılacaq.

 

– Əmək bazarının tələblərinə nəzər yetirsək hansı peşə hazırlığına ehtiyac var?

 

– Ötən tədris ilində cəmi 123 ixtisas üzrə şagird qəbulu planlaşdırıldığı halda, yeni tədris ilində əmək bazarının dəyişən tələbatını nəzərə alaraq, 154 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsi nəzərdə tutulub. Bu il ilk dəfə büdcə hesabına daha çox qeyri-neft sektorunun inkişafına təkan verəcək və yeni əlavə dəyər yaradan ixtisaslar üzrə şagird qəbulu planı nəzərdə tutulub. Peşə təhsili üçün nisbətən az əhəmiyyət kəsb edən, lakin təhsilalanlarda daha çox maraq doğuran mühasib, əməliyyatçı-mühasib, kompüter operatoru və s. kimi ixtisaslar üzrə ödənişli əsaslarla qəbul planı proqnozlaşdırılıb.

 

Biz qərara aldıq ki, bu il büdcə hesabına kadr hazırlığında yalnız “yeni dəyər yaradan ixtisaslar”a və yaxud ölkə üçün prioritet sayılan istiqamətlərə, yəni sənaye, kənd təsərrüfatı və turizm ixtisaslarına üstünlük verək. Ümumiyyətlə, bu il büdcədəki vəziyyəti nəzərə alaraq, ödənişli yerlərin sayını artırıb, büdcə hesabına yerlərin sayını azaltmışıq.

Peşə təhsilinə göstərilən dövlət qayğısının artmasını və əhalinin sosial vəziyyətini nəzərə alaraq, ödənişli əsaslarla təhsil haqlarının məbləği də azaldılıb. Belə ki, illik təhsil haqqının yuxarı həddi 650 manatdan 500 manata kimi azaldılıb  və ən aşağı təhsil haqqı 350 manat məbləğində müəyyənləşdirilib.

 

Təhsil Nazirliyi araşdırma nəticəsində müəyyən edib ki, son illərdə peşə təhsili alanların 40 faizi “mühasibat uçotu”, “kompüter operatoru” kimi sadə ixtisaslar üzrə oxuyub. Bu il bizim yanaşmamız belə oldu ki, əgər bu, doğrudan da insanların tələbatıdırsa, bu tələbatın qarşısını almaq düzgün deyil. Fikirləşdik ki, əgər belə tələbat varsa, bunu ödənişli əsaslarla edək. Ona görə də biz bu il ödənişli əsaslarla olan yerləri daha çox “kompüter operatoru”, yaxud “mühasibat uçotu” kimi ixtisaslar üzrə ayırmışıq.

 

Peşə məktəblərinə qəbulda şəffaflıq təmin olunacaq

 

– Niyə əməkdaşlıq üçün məhz  “Asan Xidmət” i seçmisiniz?

 

– Asan xidmətlə əməkdaşlığı şagird qəbulu ilə bağlı qurmuşuq.

 

Bu il Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində dövlət vəsaiti hesabına şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində reallaşdırılıb.  Bu layihə vətəndaşların rahatlığının təmin olunması, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflığın təmin edilməsi və subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

 

Bildiyiniz kimi,  peşə ixtisas təhsili  müəssisələrinə qəbul imtahanı keçirilmir. Əvvəllər məktəb direktorları bundan faydalanıb subyektiv amillərə yol verirdilər. Bunları aradan qaldırmaq üçün bu il “ASAN”  xidmət vasitəsilə ancaq dövlət yerlərinə qəbul keçiririk. Pilot layihə kimi başlamışıq. Həm də real bazarın tələblərinə uyğun işi qurmaq istəyirdik.

 

İstəyimiz bu işdə şəffaflığı təmin etmək, subyektiv halların qarşısını almaqdır. Gələn ildən bu əməkdaşlığın coğrafiyasını artırmağa çalışacağıq. Bu yolla ictimai tələbatı da müəyyən edə bilirik.

 

Ümumilikdə 83 ixtisas üzrə 4160 (ondan 3560 Bakı şəhəri və 600 Gəncə şəhəri üzrə) qəbul yeri müəyyənləşdirilib və bu yerlərə qəbul üçün 5904 nəfər müraciət edib. Qəbul zamanı şəhadətnamə və attestatda əsas fənlər üzrə qiymətlərin cəminin orta balı nəzərə alınıb.

 

– Beynəlxalq təşkilatlarla hansı yeni layihələr üzərində əməkdaşlıq aparılır?

 

– Peşə təhsili sahəsində dünya təcrübəsinin öyrənilməsi üzrə fəaliyyət bu sahədə mövcud ədəbiyyatın öyrənilməsi həm xarici səfərlərə gedərək təlim və seminarlarda iştirakla, həm də beynəlxalq mütəxəssisləri ölkəmizə dəvət edərək təcrübə mübadiləsi formasında həyata keçirilir. Bu istiqamətdə Cənubi Koreya Respublikasına və Norveç Krallığına, Sinqapur, Finlandiya, Belarus Respublikalarına səfərlər çərçivəsində adı çəkilən ölkələrin peşə təhsili modelinin öyrənilməsi, təcrübə mübadiləsi və mütəxəssis rəyləri alınıb. Peşə təhsili üzrə beynəlxalq yarış olan “World Skills”in təcrübəsinin öyrənilməsi məqsədilə əməkdaşlarımız İsveçrə, Rusiya və Belarusda keçirilən yarışlarda müşahidəçi kimi iştirak ediblər. Avropa Təlim Fondu ilə əməkdaşlıq daxilində “Turin prosesi – 2017” çərçivəsində ilk peşə-ixtisas təhsili sahəsində aparılan islahatlara dair ölkədəki vəziyyət qiymətləndirilir, Avropa İttifaqı ilə birgə Peşə təhsilinə dəstək layihəsi və Milli Kvalifikasiyalar Çərçivəsi üzrə məsləhətləşmə layihələri həyata keçirilməkdədir. Böyük Britaniyanın British Council, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), BMT İnkişaf Proqramı (UNDP), Norveçin Rogaland Təlim və Təhsil Mərkəzi (RTTM), BP şirkəti, KNAUF şirkəti ilə əməkdaşlıq çərçivəsində məzmunun yenilənməsi və yeni tədris proqramlarının (kurikulum) hazırlanması istiqamətində işlər görülür. Koreya Respublikasının İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sənaye və innovasiyalar istiqamətində 8 ixtisas üzrə beynəlxalq standartlara uyğun tədrisin həyata keçiriləcəyi yeni Peşə Təhsil Mərkəzinin tikintisi üzrə layihə və Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin cəlb olunması ilə turizm və kənd təsərrüfatı ixtisasları üzrə Regional Təhsil Mərkəzinin yaradılması layihələri həyata keçirilməkdədir. Bu istiqamətdə Asiya İnkişaf Bankı (ADB) ilə də məsləhətləşmələr aparılmaqdadır. Ukraynanın İT STEP Academy şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şəbəkə texnologiyaları və sistem inzibatçılığı, kompüter qrafikası və dizayn, proqram təminatının yaradılması ixtisasları üzrə birgə fəaliyyət nəzərdə tutulub. Bundan başqa, Böyük Britaniyanın peşə ixtisasına əsaslanan City&Guilts (C&G) London İnstitutu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təlimin keçirilməsi və beynəlxalq sertifikatın verilməsini nəzərdə tutan və dövlət-biznes partnyorluğuna əsaslanan layihənin üzərində də müvafiq işlər aparılır.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website