14.09.2016 / 01:43 xeber –
İsrailin sabiq prezidenti Şimon Peres kəskin beyin qan sızmazı ilə nəticələnən insult keçirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə 93 yaşlı siyasətçinin yerləşdirildiyi klinikanın nümayəndəsi bildirib.
“Doqquzuncu prezidenti ən yaxşı həkimlər müalicə edir. O bir neçə dəfə müayinə olundu, hazırda o medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub. Yaxın saatlarda onun vəziyyəti təkrar qiymətləndiriləcək”, – deyə həkim əlavə edib.
**** 21.33
İsrailin keçmiş prezidenti Şimon Peres xəstəxanaya yerləşdirilib. Bu barədə Trend "AP" agentliyinə istinadən xəbər verir.
Güman edilir ki, sabiq prezident insult keçirib.
Həkimlər bildirirlər ki, Şimon Peresin vəziyyəti stabildir.
mənbə :
lent.az
Şərh yaz.