Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Heyder Əliyevin bir baxışı ile bütün memurlar susdu" – Tural Museyibzade

"Heydər Əliyevin bir baxışı ilə bütün məmurlar susdu" - Tural Museyibzadə

15/09/2016

15:56

15.09.2016 / 14:53 xeber –

 

“Space” TV-nin keçmiş əməkdaşı, hazırda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəsinin rəis müavini işləyən Tural Müseyibov afn.az müsahibə verib. T.Museyibov mərhum prezident Heydər Əliyevlə bağlı xatirələrini danışıb. Lent.az müsahibəni təqdim edir.

 

1998-ci ildən prezident jurnalisti kimi akkreditə olunmuşam. Bu, o zaman böyük məsuliyyət idi. Heydər Əliyevin görüşlərində, səfərlərində iştirak etmək xüsusilə mənim kimi gənc jurnalist üçün ağır idi. Biz ardıcıl olaraq müxtəlif nümayəndə heyətləri ilə Heydər Əliyevin görüşlərində iştirak edirdik. Əslində bizim üçün onunla işləmək çox rahat idi. Heydər Əliyevin bir baxışı bizə bəs edirdi bilək ki, nəsə deyiləcək, bir bəyanat olacaq, rəy açıqlanacaq. Hər bir görüşdə jurnalistlər üçün Heydər Əliyev bir anons verirdi, hətta baxışından hiss edirdik ki, deyiləsi söz var və biz dərhal hazır olub çəkiliş aparırdıq. Ümumiyyətlə, Heydər Əliyevin görüşlərində heç kim bizə deməyib ki, vaxt bitdi çıxın, hər bir şeyi özü deyirdi, özü həll edirdi. Hətta görüşün qapalı, yaxud açıq olacağını belə onun baxışlarından hiss edirdik. Biz daim onun xüsusi qayğısını hiss etmişik, bunu heç vaxt unutmaq olmaz. Xatırlayırsızsa, o vaxt bizim aeroport kiçik idi, xaricə, yaxud ölkədaxili, məsələn, Naxçıvana səfər olanda əvvəlcə orda rəsmi müşavirə olurdu, ondan sonra da bizi çağırırdı. Bizim üçün bir məsuliyyət var idi, həm gedəndə, həm qayıdanda onunla ünsiyyətimiz olurdu, sual verirdik. Elə sual verməli idik ki, həm sanballı olsun, həm də onu əsəbiləşdirməyək. Və mən çox sevinirəm ki, o müddət ərzində Heydər Əliyev mənim üstümə qışqırmayıb, yəni yersiz sualım olmayıb. Hətta mövzular olub ki, həmkarlarım bununla bağlı sual verməyi məsləhət bilməyiblər, amma mən o sualı vermişəm və çox da normal cavab almışam.

 

“Nəhəng dövlətlərin rəhbərlərinin ondan məsləhət istəməsinin şahidi olmuşam”

 

Mən qəbullarda çox ciddi məsələlərin şahidi olmuşam. Məsələn, böyük dövlət adamları, mötəbər dövlət xadimləri, generallar, marşallar belə gəlib Heydər Əliyevdən məsləhət istəyiblər. Deyiblər ki, bizim rəhbərliyimiz filan məsələ ilə bağlı sizin fikirlərinizə ehtiyac duyur. Heydər Əliyev bu cür şəxsiyyət idi… Təbii ki, məsləhətlər bizim yanımızda verilməyib, söhbət bağlı qapılar arxasında davam edib. Amma fakt odur ki, o insandan dünyanın ən güclü dövlətləri belə kömək umublar.

Naxçıvanda biz ona müraciət etdik ki, müsahibə almaq istəyirik. İlk sözü bu oldu ki, məni hirsləndirməyəcəksizsə, sizə müsahibə verim. Hər bir jurnalistin bir-bir ardıcıllıqla sualını dinlədi və cavablandırdı. Çox səmimi bir mühit vardı. O qədər səmimi insan idi ki, bəzən bizə “siyasi söhbətləri kənara qoyun, normal söhbət edək” deyirdi. Çox böyük yaşam sevgisi vardı onun qəlbində.

 

“Naxçıvanda məmurların müsahibə verməməsindən ona şikayət etdik və…”

 

Əslində, onun hər şeydən xəbəri vardı, amma bizi də dinləyirdi, tez-tez soruşurdu, necədi vəziyyət deyə. Bizi dinləyirdi, təbii ki, jurnalistlərin də hansısa dövlət qurumundan, məmurdan şikayətləri olurdu, yerindəcə məsələnin həlli ilə bağlı göstəriş verirdi. Eyni zamanda jurnalistlərin nüfuzunu qaldırırdı. Səhv etmirəmsə, Naxçıvana sonuncu səfərimiz idi, orda bizim müsahibə almaq problemimiz vardı. Bəlkə də nazirlərin vaxtı yox idi, dövlət başçısı gəlmişdi, tədbirlər-filan keçirilirdi, amma bizə də rəhbərliyin tapşırığı vardı, hamını danışdırmalı idik. Media işçilərinin səfərdə iştirakını təşkil edən şəxsə müraciət etdik ki, bizə müsahibə üçün imkan yaradın, o da öz növbəsində “gərginlikdi, imkan yoxdu” dedi. Onun diqqətinə çatdırdıq ki, sizdən Heydər Əliyevə şikayət edəcəyik, inanmadı. Ali Məclisin qarşısında dayanmışdıq, Heydər Əliyev iclasdan sonra özü bizə yaxınlaşdı və həmişə olduğu kimi vəziyyətimizlə maraqlandı. Onda Qənirə Paşayeva da, mən də dedik ki, cənab Prezident, heç bir problemimiz yoxdu, amma müsahibə ala bilmirik, sırf sizin tədbirləri çəkirik, boş vaxtlarda nazirlərdən müsahibələr lazımdır. Mən həmin şəxsi göstərib dedim ki, filankəs bizə maneçilik törədir. Heydər Əliyevin bir göstərişi bəs elədi, səhəri gün bizə müsahibə vermək üçün növbəyə dayanmışdılar. Eyni zamanda bizə şərait yaradılmışdı, hazırladığımız materiallar dərhal Bakıya çatdırılırdı. Yəni biz Heydər Əliyevin o diqqətini, qayğısını heç vaxt unuda bilmərik.

Naxçıvanı isti havada piyada kəndbəkənd gəzirdi, insanlarla ünsiyyətdə olurdu, biz də onunla bərabər. Jurnalistləri hər zaman axtarırdı. Ona çatana qədər məmurlar bizdən soruşurdular ki, kimdənsə, hansısa qurumdan şikayətiniz varsa deyin, ona deməyin, problem yaranacaq sonra. Naxçıvanda eyni zamanda bir məqam da oldu, Batabata gedəcəkdi, bizə dedilər, siz aparılmayacaqsız. Biz bunu Heydər Əliyevə dedik və o da dedi ki, mütləq getməlidirlər. Getdik və böyük məclisdə biz də iştirak etdik.

 

“Bizə dedi, kimin nə arzusu var desin, buradaca gerçəkləşdirəcəm”

 

Mayın 28-i Respublika Günü idi, bütün diplomatik korpusun nümayəndələri hər zaman Şəhidlər Xiyabanında jurnalistlərlə görüşür, açıqlamalar verirdilər. Bütün jurnalistlərlə Heydər Əliyevin müsahibəsi oldu, çox şən əhval-ruhiyyəsi vardı, hətta bizə dedi ki, ürəyiniz nə istəyir, kimin nə arzusu varsa burdaca gerçəkləşdirəcəm. Təbii ki, biz ona can sağlığı arzuladıq və mən onda müxalifət qəzetlərində Heydər Əliyevlə bağlı yazılan böhtanlar haqda ona sual verdim. Hansı ki, həmkarlarımla məsləhətləşmişdim, heç kim risk etməmişdi o sualı verməyə. Sualı verəndə Heydər Əliyevin arxasında dayanan məmurların üzündəki təlaş hələ də gözlərimin önündədir. Amma Ulu Öndər bildirdi ki, çox düzgün, yerində verilmiş sualdır, cavabı da verdi, o anda mən həmin məmurların üzündəki ifadənin yenidən mülayimləşməsini də gördüm.

Həmin gün başqa bir maraqlı hadisə də oldu, Şəhidlər Xiyabanındakı tədbirdən sonra dedilər, Prezident şəhərə çıxıb. Tez özümü çatdırdım ora, məni görən kimi qayıtdı ki, sən artıq burdasan? Dedim, bəli, cənab Prezident, eşitdim şəhərə çıxmısız, gəldim. İnsanlarla görüşündə o qədər səmimi idi ki. Mühafizəni kənarlaşdırırdı, hər kəsi yaxına çağırırdı, söhbət edirdi. Onun ani məqamları olurdu, tədbirə gedirdi, bir də baxırdın ki, maşını saxladılar, Heydər Əliyev düşdü insanlarla görüşməyə.

Heydər Əliyevin Şəkidə Bəxtiyar Vahabzadə ilə səmimi söhbətinin şahidi olmuşam. Biz sual vermək istədik, dedi ki, bilirəm, sual vermək istəyirsiz, amma yaşamaqdan həzz almaq lazımdır. Mikrofonları söndürtdürdü, Allah hər ikisinə rəhmət eləsin, Bəxtiyar müəllimlə çox səmimi söhbət etdilər. Dedi, siz mənə o qədər siyasətdən sual verirsiz ki, indi verməyin, həyatı sevin.

 

“O qədər ağrının qarşısında elə gümrah idi ki…”

 

Sonuncu gün Respublika Sarayında o hadisə olanda səhəri gün işə çıxdı. O qədər ciddi ağrıların qarşısında o, ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul elədi. Biz səbirsizliklə onu gözləyirdik ki, görək, vəziyyətilə maraqlanaq. O girdi, dedi ki, uşaqlar, mən sağ və salamatam. Doğrudan da o qədər gümrah idi ki… Dedik, Cənab Prezident, Allah sizə ömür versin, biz hər zaman sizi belə görmək istəyirik.

Heç vaxt şahidi olmamışıq ki, görüşlərində, qəbullarında onun qarşısında yazılı məlumat olsun, konspektdən istifadə etsin. Hətta qəbul etdiyi başqa ölkələrin nümayəndələrinə öz ölkələri haqda məlumatlar verirdi, qarşısındakı adam dəfələrlə olub ki, bu məlumatı heç özü bilməyib.

Heç vaxt bizə deyilməyib ki, filan material belə getsin, qətiyyən! O qədər sərbəstlik verirdi jurnalistlərə, mediaya, söz azadlığına hörməti vardı. Nə də sualları bizim üçün əvvəlcədən heç kim hazırlayırdı. Hacıbala Abutalıbov təzə təyin olunmuşdu, xırda obyektlərin təmizlənməsi həyata keçirilirdi, yenilik idi deyə müəyyən narazılıqlar vardı, hər dəfə də biz bununla bağlı Heydər Əliyevə sual verirdik, axırda qayıtdı dedi ki, mənim hər şeydən xəbərim var, heç nə özbaşına edilmir.

 

“Peterburqun bəyaz gecələrində insanlar onu “Günəş gəlib” deyə qarşıladılar”

 

Peterburqda səfərdə yanında idik, müəyyən olunmuş səfər proqramından sonra özünün oxuduğu məktəb vardı, ora baş çəkmək istədi. Həmin vaxt orda bəyaz gecələr idi, insanlar onu qarşılayanda deyirdilər ki, cənab Prezident, sizinlə sanki Günəş gəldi buralara.

 

 

Sədərəkdə Köçəryanla görüşürdü, biz də getmişdik. Görüşdən sonra xarici işlər nazirləri bəyanat verirdilər. Bizim jurnalistlər Ermənistan xarici işlər nazirindən müsahibə alırdı və belə bir şərt qoyduq ki, yalnız bizim jurnalistlər iştirak etsin. İstəmədik ki, Heydər Əliyevin Qarabağla bağlı görüşü haqda ilk məlumat erməni mətbuatından çıxsın, təhrif olunsun. Biz erməni xarici işlər nazirinin bəyanatını hazırlayıb yayandan sonra bu dəfə erməni jurnalistlər dedilər ki, Azərbaycan xarici işlər nazirinin müsahibəsində tək biz iştirak edək. Biz razılaşdıq, amma Türkiyənin TRT kanalının müxbiri beynəlxalq jurnalist kimi keçdi içəri. Bu da bizim uğur idi, bizim nazirin çıxışını türk müxbirin sayəsində ilkin olaraq biz ötürdük. Bizə o ruhu, o gücü verən Heydər Əliyev idi. Onun sayəsində bizim içimizdə elə bir əhval-ruhiyyə vardı. Harda görüşü olanda bizi axtarırdı. Biz də Prezidentimizə layiq olmağa çalışırdıq.

 

“Eyni qayğını, diqqəti İlham Əliyevdən də görmüşəm”

 

Onu da qeyd edim ki, bu diqqəti, qayğını mən cənab prezidentdən – İlham Əliyevdən də görmüşəm. 2006-cı ilə qədər işləmişəm “Space”də. Sənqəçalda BTC-nin təməlqoyma mərasimi idi, içəridə tədbir gedirdi, baxdım ki, İlham Əliyevə tək yaxınlaşmaq imkanı yaranıb. O zaman ARDNŞ-nin birinci vitse-prezidenti idi, yaxınlaşdım, müraciət etdim, dedim, İlham müəllim, sizdən müsahibə almaq istəyirəm, olarmı? Dedi, əlbəttə olar, bu, sizin borcunuzdur. Mən eksklüziv müsahibə aldım, suallarımı rahat və ətraflı cavablandırdı. Müsahibə bitdikdən sonra dedim, İlham müəllim, sizdən bir xahişim də var, dedi, buyurun, dedim, bizdən başqa heç kimə müsahibə verməyin, heç kim mənim kimi eksklüziv müsahibə almasın, dedi, problem yoxdu. Doğrudan da heç kim müsahibə ala bilmədi, sözün düzü, heç kimə də məlumat vermədim. Bu mənim və kanalımızın uğuru idi.

İlham Əliyev baş nazir olanda Türkiyəyə birgünlük səfər oldu, biz də orda idik. Çox sıx qrafiklə görüşlər, tədbirlər keçirilirdi, hamı çox yorulmuşdu, axşam Bakıya qayıdırdıq, o, özü də çox yorğun idi. Təyyarəyə minəndə bizə vaxt ayırdı, yaxınlaşdı, hal-əhval tutdu, “sizi çox yordum” deyib bizim qayğımıza qaldı. Yəni bu, bizim işimizə, əməyimizə verilən qiymət idi, bizi ruhlandırırdı daha da. Prezident seçiləndən sonra da eyni Heydər Əliyev kimi, hər zaman diqqəti, qayğısı üzərimizdə olub, əhvalımızı soruşub həmişə, vəziyyətimizlə maraqlanıb.

İlham Əliyev Məkkəni ziyarət edəndə mən də onunla idim, Ümrə ziyarətində Mədinədə peyğəmbərimizin qəbri var məscidin içində, Kəbə evində də, orda da qapı açılır prezident daxil olur, o anlarda mən prezidentlə birgə olmuşam, mənim üçün unudulmaz günlərdir.

 

Bizim nazirliyin Mərkəzi Aparatının açılışı idi, 9-cu mərtəbədə gözləyirdim, təqdimat gedirdi, İlham Əliyev məni gördü və bir anlıq tədbiri saxladı, mənimlə görüşdü. Hal-əhval tutdu, necəsən, burdamı çalışırsan, problemin yoxdu ki, deyə soruşdu. Bu, onun sadəliyi, diqqətcilliyi, qayğısı idi və mən xoşbəxtəm ki, bunların birbaşa şahidi olmuşam. Hər adama nəsib olmaz, hər iki Prezidentin yanında olmaq. Və mən başqa işdə işləsəm də, Cənab Prezidentin xatirində qalmışam. Bu, mənim üçün böyük əhəmiyyət kəsb edir. Bizim həmin görüşümüzdən şəkil də var.

 

 

Prezident jurnalistlərinin arasında sözün yaxşı mənasında rəqabət vardı. Bir dəfə həmkarlarımdan biri sual verirdi dayanmadan, hər dəfə mən sual vermək istəyəndə özünün növbəti sualı ilə sözümü kəsirdi, axırda Heydər Əliyev qayıtdı ki, “ay qız, imkan ver, uşaq da sual versin”. Hamı gülüşdü, mən də sualımı verdim, cavablandırdı. Bir də nəyi qeyd etmək istəyirəm, biz jurnalistlərin Azərbaycan futbolundan, neftdən, iqtisadiyyatdan, siyasətdən, sosialdan olan suallarımızın hamısına təmkinlə cavab verirdi, axırda da soruşurdu ki, sualınız qurtardımı? Bu, bizim peşəkarlaşmamıza da kömək edirdi. Özümüzə məsuliyyət aşılayırdıq, püxtələşirdik.

Bir dəfə yadımdadır, harasa xaricə səfərə gedirdi, yenə biz də aeroportda idik, müsahibə götürürdük. Arxada məmurlardan kimsə söhbət edirdi, Heydər Əliyevin bircə dəfə dönüb baxmağı kifayət etdi, qatı bir sükut çökdü və üstəlik, bir də geri dönəndə artıq həmin söhbət edən məmurlar orada yox idi. O anı yaşamaq lazımdır ki, Ulu Öndərin bir baxışı ilə məmurun danışdığına necə peşman olduğunu görəsiz.

Heydər Əliyevin rəhmətə getdiyi gün bizim vəziyyətimizi təsəvvür edə bilməzsiz. Çox gərgin idik, heç kim inana bilmirdi, illərlə yanında olmuşduq, səmimi söhbətlərinin şahidi idik, bizə qayğı göstərirdi, elementar məsələləri belə diqqətində saxlayırdı. Bir tədbirdə idik, hamı bir yerdə idi, hamı da gözüyaşlı tərk edirdi həmin tədbiri. Heydər Əliyevin dünyasını dəyişməsi bütün dünyanı kədərə boğmuşdu, bizim üçün isə bir ayrı cür kədər idi. Biri var məmur olasan, rəhbərliyində fəaliyyət göstərəsən, amma biz onun yanında sərbəst jurnalistlər idik, bütün məqamlarının şahidi idik. Münasibətlərimiz çox səmimi idi.

 

“Yemək yeyilirdi və o, bir-bir hamı ilə maraqlanırdı ki, birdən kimsə ac qalar”

 

Heydər Əliyevin sayəsində dünyanın yarısını gəzmişəm, bir təyyarədə uçurduq. Yemək yeyilirdi, jurnalistlərlə bir-bir, hətta operatorlarla maraqlanırdı ki, birdən kimsə ac qalar.

Tarixi yadımda deyil, Heydər Əliyevlə Gəncəyə səfər etmişdik. Vəziyyət yaxşı deyildi şəhərdə, Prezident böyük müşavirə keçirdi, icra başçısını da danladı. Hətta orda bəzi nümunələr də göstərdi ki, necə olur dövlət bu qədər dəstək verir, işlər görülür, amma şəhər bu gündədir. Müşavirədən sonra yenə jurnalistlərlə görüşdü, mən sual verdim ki, Cənab Prezident, bəs icra başçısının taleyi necə olacaq? Həmin anda icra başçısının baxışları da gözümə sataşdı. Heydər Əliyev dedi, biz burda tale həll eləmirik, mənim müşavirədə dediklərimi də eşitdiniz, tezliklə nəticəsini görəcəksiniz. Və tezliklə həmin icra başçısı işdən çıxarıldı.

Heydər Əliyev fenomenal yaddaşa, biliyə malik idi. Bir dəfə konsert idi, böyük dövlət tədbiri idi, xarici qonaqlar da vardı. Səhv etmirəmsə, Rostropoviç də iştirak edirdi. Tədbirin sonunda Heydər Əliyev çıxış edirdi, o, orda ifa olunan əsərlərin birində xaric çalınan notla bağlı irad bildirdi. Üzünü musiqiçilərə tutdu, dedi, filan əsəri ifa edəndə filan notu səhv çaldız. Musiqiçi durdu baş əydi, üzr istədi. Bu qədər dahi şəxsiyyət idi. Görün, hansı diqqətlə qulaq asmışdı musiqiyə və hansı səviyyədə musiqi savadı vardı.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylıik Günü ilə bağlı hər il prezidentin xalqa təbriki olur, həmin təbriklə əlaqədar Prezident Aparatında çəkiliş olurdu. Bizi də dəvət etmişdilər, çıxış qurtardı, Heydər Əliyev soruşdu ki, nə qədər oldu mənim çıxışımın müddəti? Müddəti dedilər, dedi, ümid edirəm ki, tezliklə bu problem həll ediləcək. Mən istəmirəm ki, xalqın vaxtını Qarabağ problemi ilə alım, istəyirəm ki, bu problem tez həllini tapsın, mən növbəti dəfə xalqa təbrik ünvanlayanda artıq bu problemdən danışmayım. İçində bu arzu, istək vardı. Həmişə bizə də deyirdi ki, vətənpərvər olun, dövlətçiliyə bağlı olun. Deyirdi, mən heç vaxt sizə deməmişəm ki, filan xəbəri belə verin, ya verməyin, ən böyük uğurumuz odur ki, bu müstəqliyimizi qoruyub saxlayaq, bu, hamımızın borcudur, sizin də, mənim də.

+3

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website