Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Tom Lantos mezhekesi: okeanın o tayı bizi niye "dinlesin"?

Tom Lantos məzhəkəsi: okeanın o tayı bizi niyə "dinləsin"?

18/09/2016

17:36

18.09.2016 / 16:30 xeber –

Konqresdəki qərəzli dinləmələr sosial şəbəkələrdə Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən kəskin etirazla qarşılanıb 
 

 Sentyabrın 15-də Amerika Birləşmiş Ştatları Konqresinin Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə keçirilib. Əlbəttə, dünyanın çox ciddi problemlərlə üz-üzə qaldığı, qlobal iqtisadi və siyasi böhranın ağır fəsadlarının yaşandığı indiki şəraitdə Azərbaycanla bağlı  bu formatda dinləmənin keçirilməsi anlaşılan deyil. Beynəlxalq ictimaiyyət   ABŞ kimi superdövlətdən hazırda Yaxın və Orta Şərqdə yaşanan qətliamların, siyasi xaos və anarxiyanın, hətta Qərbin inkişaf etmiş dövlətlərinin iqtisadiyyatını da iflic edən dərin kataklizmlərin aradan qaldırılması ilə bağlı təşəbbüslərə dəstək gözləyir. Yoxsa cılız maraqlar naminə Azərbaycanı hədəf olaraq göstərib, ölkə reallıqlarının ciddi şəkildə təhrif olunduğu, ölkəmizin ünvanına həqiqətdən uzaq, uydurma ittihamların səsləndirildiyi belə bir məzhəkənin təşkili  Azərbaycan ictimaiyyəti tərəfindən heç də müsbət qarşılanmır. İctimaiyyət "Azərbaycan  Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı  referendumun keçirilməsinə sayılı günlər qalmış ABŞ Konqresində bu qəbildən dinləmənin təşkil olunması hansı məqsədə xidmət edir?" sualına məntiqli bir cavab gözləyir.

 

Əslində, tədbirin iştirakçıları və orada Azərbaycanla bağlı  şər və hədyan yağdıranların sırasına baxdıqda bu dinləmənin nə üçün təşkil olunduğu açıq şəkildə görünür. Burada yeganə məqsəd Azərbaycan dövlətinə bu və ya başqa şəkildə təzyiq göstərmək istəyən maraqlı mərkəzlərin əlinə oynamaqdır. Azərbaycan cəmiyyəti isə haqlı olaraq bütün platformalarda, o cümlədən sosial şəbəkələrdə neoimperializmin buyruq qullarının ölkəmizə qarşı apardıqları kampaniyanın növbəti halqasını təşkil edən bu dinləməni pisləyib, mövzu ilə əlaqədar tutarlı fikir və şərhlərini diqqətə çatdırıb. Elə "Azadlıq" radiosunun Bakı redaksiyasının "Facebook" səhifəsində müzakirənin canlı yayımının şərhlər bölməsində yazılan fikir və rəylərdə də bu etiraz açıq şəkildə ifadə olunub. Həmin bölmədə dinləməni tənqid edən sosial şəbəkə istifadəçilərinin sayı digərləri ilə müqayisədə qat-qat çoxdur ki, bu da ictimaiyyətin sözügedən tədbirə münasibətini göstərir.
 

"Azadlıq" agent və satqınların sığınacağıdır

 

 

 Yeri gəlmişkən, "Azadlıq" radiosunun Azərbaycan dövlətinə və onun hakimiyyətinə qarşı aparılan kampaniyanın əsas ruporu kimi çıxış etməsi artıq yenilik deyil. Harada ölkəmizə qarşı kampaniya varsa, orada mütləq bu redaksiyanın "qulaqları görünür". "Azadlıq" Azərbaycanda fəaliyyət göstərən agent və satqınların bir növ sığınacaq düşərgəsidir. Amma eyni mərkəzdən təlimat alaraq bəlli ideoloji tezislər üzrə çalışan şər üçbucağının- bu tədbirin təşkilatçılarının da,iştirakçılarının da,onu canlı yayımla təqdim edən KİV-lərin də hədəflədikləri nəticə onsuz da hasil olan deyil. Çünki kifayət qədər intellektual əsaslarla formalaşmış Azərbaycan ictimai rəyini bu kimi zəif ssenarilərlə oynanılan tamaşalara, onun aktyorlarının monoloqlarına inandırmaq mümkün deyil. Qeyd olunan bölmədə yazılan şərhlər də bir daha bu əminliyi diktə edir. 
Fərid Murad adlı sosial şəbəkə istifadəçisi "Azadlıq" radiosunun Bakı redaksiyasının "Facebook" səhifəsində yazıb: "Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu siyasəti, eləcə də vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bəzi ölkələri narahat edir. Müstəqil xarici siyasət yürüdən Azərbaycana bununla təzyiq etmək istəyirlər. Bununla ölkəmiz üzərində hakim mövqeyə sahib olmaq istəyirlər. Biz müstəqil və azadıq!!!".
Dilbər adlı istifadəçi isə belə yazır: "Bunlar yalnız öz maraqlarını güdürlər. Gördük də Türkiyədə nə etdilər. Demokratik yolla gələn dövlət başçısını qeyri-demokratik yolla devirməyə çalışdılar. 300-dən  çox şəhid verdi. Bunların məqsədi nə insan hüquqları, nə də demokratiya idi. Sadəcə, öz Troya atları ilə Azərbaycanı da Yaxın Şərqin gününə qoymaq istəyirdilər".
Tural Bayramlı: "ABŞ-da dini, irqi ayrı-seçkilik və bu kimi insan haqlarının pozulmağından niyə danışmırlar?! Viran qoyduqları ölkələrdən və hər gün ölən  onlarla, yüzlərlə məsum insanlardan niyə danışmırlar?! Həmin ölkələr ABŞ və Qərbin acgözlüyü ucbatından dağıldı. Bu problemləri müzakirəyə çıxarsınlar. Əgər bu qədər ədalətlidilərsə?!"
Xan Bəkirli: "İclasın sədri deyir ki, Azərbaycan vətəndaşları bizdən dəstək- kömək gözləyir. Ona deyin ki, biz sizdən heç nə gözləmirik. 25 ildir ki, torpaqlarımız işğal altındadır və 1 milyon insanın hüquqları pozulub. ABŞ isə xristian Ermənistanına hələ də yardımlar edir və dəstək göstərir. 1 milyon insanın hüquqlarına məhəl qoymayan ölkə 3-4 insanın qeydinə qalır. Həmin  3-4 insan isə ABŞ-ın öz adamlarıdır. Budur reallıq ".
 

 Keçmiş diplomat peşəkar böhtançıdır

 

 İndi isə bir qədər bu üzdəniraq müzakirənin çıxışçıları, onların səsləndirdikləri sərsəm fikirlər və sosial şəbəkə istifadəçilərinin  onlara münasibətindən danışaq. İlk olaraq keçmiş səfir Riçard Kozlariç haqqında…
1994-97-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri işləmiş Riçard Kozlariç diplomat kimi heç də müsbət keyfiyyətləri ilə xarakterizə olunmur. Yaşını-başını aşırıb, artıq diplomat kimi heç öz ölkəsinin də işinə yaramadıqda bir sıra ictimai təşkilatlarda çalışmağa başlayıb və hazırda ABŞ-ın Sülh İnstitutunun Müsəlman Dünyası üzrə Xüsusi Təşəbbüslər bölməsinin direktorudur. Bu vəzifədə o, imperialist mərkəzlərin, islamofob dairələrin müsəlman Şərqinə qarşı planlarının reallaşması üzrə ideoloji qanadın "zabitlərindən" biridir. Peşəkar böhtançı, şantajçı olan Kozlariçin Azərbaycana qarşı hikkəsinin səbəblərindən biri də məhz bu qeyri-rəsmi titulu ilə bağlıdır. Kozlariç dinləmədə çıxışı zamanı Bakıdakı ABŞ səfirinin geri çağırılmasını, rəsmilərə viza qadağasının qoyulmasını, ABŞ hökumətinin Beynəlxalq Özəl İnvestisiya Korporasiyası (Overseas Private Investment Corporation) və ya Export Import Bankı vasitəsilə Azərbaycan şirkətlərinin mənfəətləndirilməsinin dayandırılmasını təklif edib. Onun bu çıxışı və Azərbaycana sanksiya çağırışları bizim üçün təəccüblü deyil. Bu, nə ilkdir, nə də böyük ehtimalla sonuncu olmayacaq. Elə ölkə vətəndaşlarının da bu "boşboğaz qoca"dan fərqli bir gözləntisi yoxdur. Baba Əliyev adlı gəncin yazdığı status bu mənada diqqət çəkir: "Kozlariçin ənənəvi olaraq anti-Azərbaycan mövqeyində dayanmasının səbəbləri kimi əlbəttə ki, onun şəxsi maraqları göstərilməlidir. Belə ki, hələ xeyli müddət əvvəl KİV-də gedən məlumatlara görə, keçmiş səfir diplomatik fəaliyyəti dövründə ölkəmizdə qeyri-qanuni biznes qurmaq istəsə də, buna nail ola bilməyib. Məhz bu da Kozlariçdə Azərbaycan dövlətinə, iqtidarına qarşı düşmənçilik hisslərini formalaşdırıb".
Xaqani Bəkirov isə yazır: "Kozlariç Azərbaycana həmişə düşmən mövqeyində olub. Maraqlısı odur ki, dünyada insan hüquqlarının tapdalandığı onlarla dövlət var. Uzağa getməyək, Suriyanın başına açılan oyunlar, 400 mindən çox insanın qətli Komitəni danışdırmır. Amma Azərbaycanda öz agentlərinin həbsinə isə ayrıca həssaslıqla yanaşırlar. Görünür, Kozlariç və Kramer də ermənilərlə işbirliyi edirlər…"
Selcan Əliyeva: "Son vaxlar insan hüquqlarından danışanlara  bircə sual vermək istəyirəm: insan hüquqlarının pozulmasından danışırsız, bəs neçə ildir, öz doğma yurduna (erməni işğalında olan) getdiyinə görə girov saxlanılan Dilqəm və Şahbazın pozulan hüquqları  insan hüquqlarına aid deyilmi, cənab Kozlariç? Yoxsa Ermənistanın işğalçılıq siyasəti  ilə hüquqları pozulan 1 milyon vətəndaşımızın taleyi sizə vacib deyil?!".
 

Xədicə İsmayılın "siyasi məhbus" siyahısı: ya saymağı bilmir, ya da…

 

 

İmperialist mərkəzlərin agentura şəbəkəsinin üzvü olan jurnalist Xədicə İsmayıl canlı yayımla qoşulduğu dinləmələrdə çıxışı zamanı deyib ki, Azərbaycanda 138 nəfər "siyasi məhbus" var. Əvvəla, dünyada "siyasi məhbus" kateqoriyasının sərhədlərinin aydınlaşmadığı, bu anlayışın doğru-düzgün qavranılmadığı və hüquqda belə müzakirələrə səbəb olduğu bir vaxtda bəzilərinin hər dəfə ölkəmizdə "siyasi məhbus" ovuna çıxması qəbuledilməzdir. Çünki hələ kimə "siyasi məhbus" deyiləcəyinin özü mücərrəd və qeyri-müəyyəndir. İkincisi, Azərbaycanda bir nəfər belə siyasi məhbus yoxdur. Kiminsə nə vaxtsa siyasətlə məşğul olması, amma törətdiyi konkret qanunsuzluğa görə cinayət məsuliyyətinə cəlb olunması həmin adamın "siyasi məhbus" adlandırılmasına əsas vermir. Nəhayət, X. İsmayılın da aralarında olduğu Azərbaycanda "siyasi məhbus" "ovçuları" hələ ötən il ölkəmizdə bu kateqoriyadan təxminən 100 nəfərə yaxın məhbus olduğunu iddia edirdilər. Onların "siyahıya aldıqları" məhbusların çoxu  artıq Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı və qəbul olunmuş amnistiya aktı nəticəsində  azadlığa çıxıb. İndi necə oldu ki, bu siyahı azalmaq yerinə artdı? Belə çıxır ki, ya Xədicə saymağı bilmir, ya da o, həbsdə olarkən türmədə sözügedən kateqoriyadan olan yeni məhbuslar icad edib ki, cəmiyyətin bu adamlardan xəbəri yoxdur.
X. İsmayılın çıxışında "gül vurduğu” başqa bir detal isə "Azadlıq" radiosu ilə bağlı fikirləridir. Xədicənin bu radionu Birləşmiş Ştatların Azərbaycanda ən yaxşı işi adlandırması, hesab edirik ki, ABŞ dövlətinin özünə də təhqirdir. Bu, həm də illərdir radionun müstəqil olduğunu iddia edən X.İsmayılın özünü inkarıdır. Bu məqam sosial şəbəkələrdə rəy yazan gənclərin də diqqətindən yayınmayıb. Sevda Əlizadə adlı xanım yazır: "X. İsmayılova özü də etiraf edir ki, "Azadlıq" radiosu ABŞ-ın Azərbaycanda etdiyi ən yaxşı işdir. Bundan açıq etiraf olmaz. Elə buna görə də  "Azadlıq" radiosunda çalışanları  ABŞ-ın agentləri adlandırırlar".
Aynur Babayeva isə yazır: "Yəni bu qədər həngamə  cəmi 3-4 nəfərin tutulmasına görə keçirilir? Xədicə 138 nəfər siyasi məhbus deyir.  Bunun heç olmazsa, bir otuzunu sadalasın".
Zeynəb Nağıyeva: "Xədicə deyib ki, biz heç bir qanunu pozmamışıq. Çox gülməlidir. Bəs külli miqdarda qeyri-qanuni saxta sənəd və imzalarla qrant mənimsəməyinizi "qanuni" hesab edirsiniz?"
 

Kərimlinin "Türkel gedişi" nəyə hesablanıb?

 

 

Dinləmənin başqa bir diqqət çəkən məqamı isə qonaq statusunda Əli Kərimlinin oğlu Türkel Kərimlinin iştirakı və orada çıxışıdır. Xeyr, söhbət heç də bu çiçəyi burnunda "siyasətçi"nin çıxışının dərin intellektual bazaya və maraqlı tezislərə söykənməsindən getmir. Əksinə, onun çıxışı şablon və Ə.Kərimli ritorikasının, absurd iddiaların içini doldurduğu çərəndən başqa bir şey deyildi. Söhbət ondan gedir ki, bu, AXCP sədrinin yeni "layihə"sidir. Görünür, Ə.Kərimli xaricdəki tədbirlərə öz oğlunu göndərməklə antimilli mərkəzlərlə Türkeli tanış edib ona gələcəkdə "parlaq" karyera hazırlamağı, həmçinin birbaşa oğlu vasitəsilə maliyyə mənbələri ilə əlaqələri yaratmağı düşünür. Hətta ola bilər ki, Ə.Kərimli Türkeli özünün yerinə hazırlayır və yaxın gələcəkdə oğlunu öz siyasi biznesinin başına keçirəcək. Onun bu planları nə qədər reallaşacaq, bunu zaman göstərəcək, bu gün isə dəqiq bilinən odur ki, Kərimlinin "Turkel gedişi" radikal düşərgədə ciddi narazılığa rəvac verməkdədir. Elə "Azadlığ"ın "Facebook" səhifəsinə yazılan şərhlərdə də bu narazılığın ilkin işartıları görünür. Ə.Kərimlinin öz oğlunu mitinqə gətirməməsi, əvəzində onu ABŞ-da rahat divarlar arasında   təşkil olunan hansısa tədbirə göndərməsi sosial şəbəkə istifadəçiləri olan gənclərin narazılığı ilə qarşılanıb. Məsələn, Elnur Seyid adlı gənc yazır: "Əli Kərimlinin oğlu orada nə edir? Demək, buradakı mitinqlərdə Kərimli oğlunun iştirakını təmin etmir. Amma ABŞ-a komitənin iclasına göndərir ki, oğlunu tanısınlar. Bəlkə ona 1-2 dollar pul verərlər. Hanı AXCP-nin fəalları? Məgər sizin siyasi savadınız Türkeldən aşağıdır? Niyə Kərimli sizi yox, məhz oğlunu göndərdi?"
Yaxud Aynur Əsgərova- Mamedova adlı sosial şəbəkə istifadəçisi şərhində belə qeyd edir: "Türkel Kərimlinin də mətnini çox güman Əli Kərimli yazıb, azərbaycanca variantda ona göndərib. O isə tərcümə edib üzündən oxuyub. Mətndən atasının stili aydın görünür. Bundan əlavə, görəsən, Türkel Kərimli 20 ildən çoxdur heç bir yerdə işləməyən atasının hansı pulları ilə xaricdə ən bahalı universitetdə təhsil alıb və hal-hazırda hansı pullarla xaricdə qalır?".
Alyar Məmmədov: "Ə.Kərimli artıq 16 ildir partiya sədridir. Başqa namizədin olmasına imkan vermir. Sahib Kərimli buna misaldır. Mitinq keçirir, Türkeli gətirmir, mitinqə gələn başqalardır. Kərimli oğlunu komitənin iclası kimi mədəni iclaslara göndərir. Artıq atadan oğula varislik prinsipinin də beləcə kökünü qoyur". 
Baba Əliyev: "AXCP-də xeyli fəallar olduğu halda nəyə görə ABŞ-da dinləmələrdə Ə.Kərimlinin oğlu Türkel  iştirak edib?  Görünür varis planı işə düşüb. Artıq qocaldığını hiss edən Ə. Kərimli tədricən öz oğlunu hazırlayır".
 

Bako Saakyanın oğlu ilə Əli Kərimlinin oğlu eyni səfdə

 

 

Bədnam dinləmənin canlı yayımlanan videogörüntüsündə orada erməni diasporunun fəallarının olduğu, həmçinin Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri  Bako Saakyanın oğlu Armen Saakyanın da tədbirə qatıldığı görünür. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir. Özünü Azərbaycan müxalifətinin liderlərindən (?) sayan Əli Kərimlinin övladının ermənilərlə eyni səfdə dayanması, onlarla birgə ölkəmizin əleyhinə təbliğat aparması, əlbəttə ki, insanların ciddi narazılığı ilə qarşılanıb. Sosial şəbəkədəki gənclər haqlı bir sual ünvanlayırlar ki, nə üçün Əli Kərimli və onun oğlu ermənilərin anti-Azərbaycan kampaniyasında belə canfəşanlıqla iştirak edir? Cavabı çox sadədir: çünki Əli Kərimli öz ambisiyaları naminə şeytanla da əməkdaşlığa getməyə hazırdır. AXCP sədrinin siyasi keçmişi, tərcümeyi – halı da bunu deyir. 
Vüqar Mirzəyev adlı sosial şəbəkə istifadəçisi də bu məqama toxunub. O yazır ki, iştirakçılarının əksəriyyəti ermənilərdən ibarət olan o dinləmələrə yalnız şəxsi ambisiyaları naminə şeytanla da işbirliyinə getməyə hazır olan Ə.Kərimli (oğlu vasitəsilə) və X. İsmayıl kimi antimilli ünsürlər qatıla bilərdi: "Təsadüfi deyil ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) təmsilçiləri də bu şəxslərin tədbirdə iştirakına etiraz etməmişlər. Yalnız ümummilli məsələlərdə prinsipial mövqe tutan Erkin Qədirlinin məruzəçilər siyahısına daxil edilməsi ermənilərin ciddi etirazi ilə qarşılanmış və nəticədə o, ABŞ-a dəvət edilməmişdir".
Həmçinin Rza Ağayev də eyni fakta toxunaraq T.Kərimlinin Bako Saakyanın oğlu ilə eyni tədbirdə ola-ola bir dəfə də olsun onlara etiraz etmədiyini qınayır: "Dinləmələrdə erməni təşkilat ANCA da vardı. Nə Xədicə (Xədicəni azdan – çoxdan bilirik ki, ermənilərlə işbirliyinə gedir) nə də ki Türkel bu barədə etiraz bildirmədi. Bunlarda milli maraqlara xidmət deyil, xarici qüvvələrə xidmətdir".
 

Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil

 

 

Deyilənlər və deyiləcək sözlər çoxdur. Amma bunların heç biri mövcud gerçəkliyi dəyişdirməyəcək. Dünya nizamını pozan ikili standart  bu gün də işini görür. Bu, sadəcə, insan hüquq və azadlıqlarına, demokratik norma və dəyərlərə münasibətdə özünü göstərməklə kifayətlənmir, təəssüf ki, müasir beynəlxalq münasibətlər sistemində  artıq özünə yer etmiş davranış normasına çevrilməkdədir. Amma hər kəs bir həqiqəti dərk etməlidir ki, demokratik inkişaf yolunda  irəliləyən Azərbaycanda ölkə Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam şəkildə təmin olunub, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilib. Azərbaycan istənilən təşkilat və dövlətlə əməkdaşlıq etməyə  hazır olduğunu həmişə bəyan edir. Amma harada ki, ölkəmizin ünvanına tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdür, həmin tənqidlərin qəbulolunmazlığı açıq şəkildə ifadə edilir, istər ölkə hakimiyyəti, istərsə də cəmiyyətimiz bu cəhdlərə layiqli şəkildə cavab verir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil.

kaspi.az

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website