Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

52 yaşlı Xaqani Memmedov: "Sevdiyim qızdan cavab gözleyirem"

52 yaşlı Xaqani Memmedov: "Sevdiyim qızdan cavab gözleyirem"

05/04/2015

17:04


05.04.2015 / 16:55 xeber –

Xaqani Məmmədov Azərbaycan futbolunda adı tez-tez hallanan şəxslərdən biridi. AFFA-nın Hakimlər Komitəsinin sədri olan Məmmədov adətən yetirmələri səhv buraxanda, üzünü qara edəndə yada düşür. Futboldan başı çıxan, çıxmayan, hamının tənqid hədəfidi. İnsafən, tənqidlərə qarşı çox dözümlüdü. Yerində başqası olsaydı, bəlkə də, çoxdan vəzifəsini atıb, qaçmışdı.

 

Onunla budəfəki söhbətimizdə futbol və hakimliyə toxunmamağa çalışdıq. Məmmədov ara-sıra peşəsindən bəzi məqamları yada salsa da, əsas mövzu şəxsi həyatla bağlı oldu.

 

– Xaqani Məmmədovun uşaqlığı necə keçib? Sakit olmusuz, ya dəcəl?

 

– Dəcəl. Mənim də uşaqlığım həmyaşıdlarımın uşaqlığı kimi keçib. Ailədə 3 qardaş olmuşuq. Ortancılı mənəm. Hamı kimi, mənim də uşaqlığım dəcəlliklə keçib.

 

– Hakimlikdə əsas tələblərdən biri dəqiqlikdi. Bunu nəzərə alsaq, orta məktəbdə daha çox dəqiq, texniki fənlərə maraq göstərdiyinizi demək olarmı?

 

– 7-ci sinif qədər texniki fənlərə marağım olub. Amma 7-ci sinifdən sonra qarşıma konkret məqsəd qoydum ki, idman jurnalisti olacam. Hətta arzulayırdım ki, futbol şərhçisi olum.

 

– Bu istək necə yaranmışdı?

 

– 70-ci illərin əvvəllərində SSRİ-də, o cümlədən Azərbaycanda çox güclü şərhçilər var idi. Moskvada Nikolay Ozerov, Vladimir Maslaçenko, Azərbaycandan isə Qərib Əhmədli olduqca güclü futbol şərhçisi olub. Onun şərhinə qulaq asa-asa məndə bu sahəyə maraq oyandı. Elə o vaxtdan dəqiqləşdirdim ki, sənədlərimi jurnalistika fakültəsinə verəcəm. Məktəbi də həmin arzu ilə bitirdim. Düzdü, universitetə sənəd verəndə birinci il keçə bilmədim. O vaxt jurnalistikada çox güclü rəqabət var idi. 25 yerə 453 sənəd verilmişdi. Əksəriyyətinin də 7-8 il stajı var idi. Məktəbdən gələn 5-6 nəfər idik. Yaxşı bal toplasam da, keçmədim. Amma həmin arzu beynimdə qalmışdı. Onu da deyim ki, orta məktəbdə oxuyanda yerli qəzetlərdə ara-sıra yazılarım çıxırdı.

 

– Jurnalistikaya maraq göstərən bir insan sonra necə hakim olmağa qərar verdi? Fitin qələmdən daha kəsərli “silah” olduğunu düşündüyünüz üçün belə etdiniz, yoxsa başqa səbəb var idi?

– Uşaq olanda dayılarım tez-tez qonşu rayonlara futbol oynamağa gedirdilər. Mən də xəlvətcə avtobusa minib, onlarla gedirdim və oyunlara baxırdım. Rayonlarda yerli komandaya hakimlər tərəfkeşlik edirdilər. Məndə neqativ hisslər oyanırdı ki, niyə düzgün hakimlik eləmirlər? O vaxtdan hakimliyə marağım yarandı. Özüm də futbol oynayırdım. O vaxt “Məhsul” cəmiyyətinin birinciliyi keçirilirdi. Həmin oyunları idarə edən hakimlərə hərdən hirslənirdim. Çox mübahisə edirdim. Yavaş-yavaş futbol oyun qaydalarını da öyrənməyə başlamışdım. Həmin turniri keçirən, hazırda AFFA-nın nümayəndəsi olan Ramiz Abdullayev dedi ki, hakimlərin üstünə nə qışqırırsan, elə güclü bilirsənsə, sabah gəl, yarımfinal oyununu özün idarə elə. Dedim gələrəm. Səhərisi gəldim yarımfinal matçını yaxşı idarə etdim. Dedilər bundan yaxşı hakim olacaq. Hakimliyə marağım 9-cu sinifdən yarandı. Amma birinci arzum jurnalist olmaq idi və beynimdən çıxmırdı.

 

– Səhv etmirəmsə, Özbəkistanda təhsil alası olmusuz…

 

– Bəli. Elə o arzu ilə Daşkənd Dövlət Universitetinə qəbul oldum. Orda tarix fakültəsində oxuyurdum. Maraqlıdı ki, tələbəlik illərində də hakimlik etdim. Orta məktəblərin birində

təcrübədə idik. Həmin məktəb futbol təmayüllü məktəb idi. İnandırım sizi, dərs dediyim sinifdən 6 nəfər SSRİ yığmasına oyunçu düşmüşdü. Orda turnir keçirilirdi, amma hakim yox idi. Mən dedim ki, bacarıram, idarə edə bilərəm. Razılaşdılar. SSRİ çempionatının oyunlarını idarə edən Vladimir Masyaqin var idi. Onun oğlu həmin matçda iştirak edirdi, gəlmişdi oyununa baxmağa. Ətrafdakılardan soruşmuşdu ki, görüşü idarə edən kimdi? Demişdilər ki, bizdə dərs deyir, təcrübədədi. Oyun qurtarandan sonra Masyqin özü mənə yaxınlaşdı, onu tanımırdım. Dedi ki, sabah saat 10:00-da “Start” stadionuna gəl. Getdim. 6 aydan sonra SSRİ çempionatının ikinci dəstəsinin oyunlarını idarə etməyə başladım. Bir dəfə SSRİ çempionatının 9-cu zonasında “Bakılı” (Bakı) – “Metallurq” (Rustavi) görüşünü idarə edəsi oldum. “Bakılı”da məşqçi Rafiq Əlizadə idi. Bilmədilər ki, mən azərbaycanlıyam. Çünki Daşkənddən gəlmişdim, Özbəkistanı təmsil edirdim. Qonaqlar 3:2 hesabı ilə qələbə qazandılar. İnspektorum da beynəlxalq dərəcəli hakim İvan Rukyanov idi. Ondan da yüksək qiymət aldım və hər şey inkişaf edən xətt üzrə davam etdi. Sonra SSRİ çempionatı dağıldı və Bakıya gəldim, hakimliyi burda davam etdirdim.

 

– Gəncliyiniz necə keçib? Xaqani Məmmədov cavanlığın dadını çıxara bilibmi?

 

– Hamı necə, mən də elə. Şikayət eləmirəm, normal keçib.

 

– Ailə qurmamağınız nə ilə bağlıdı?

 

– Elə bir ciddi problem yoxdu, olmayıb da. Sadəcə, mənim bir xasiyyətim var ki, hansı işin qulpundan yapışırımsa, istəyirəm ki, onu ən yüksək səviyyədə yerinə yetirim. İli ilə, ayı aya, günü günə sata-sata, vaxt gəldi, keçdi. Fikirləşirdim ki, karyeramı qurum. Qarşıma məqsəd qoymuşdum ki, FİFA hakimi olacam. Doğrudan da, məqsədimə çatdım. 11 il FİFA hakimi adını daşıdım. Karyera birinci, ailə ikinci planda oldu. Evdən də tələsdirirdilər, həmişə məzəmmət edirdilər. Deyirdim ki, hələ vaxt var. Belə-belə illər keçdi.

 

– Karyeranızı birinci planda tutub, ailə qurmadığınıza görə indi heç peşmansızmı?

– Əlbəttə ki, peşmanam. Ailə mütləq olmalıdı.

 

– Hər insanın həyatında ilk məhəbbət yadda qalan olur. Xaqani Məmmədovun ilk məhəbbəti nə vaxt olub?

 

– (Gülür). Məktəb illərində də olub, tələbəlik dövrümdə də. Elə indi də var (gülür). Kim desə ki, mən bir dəfə sevmişəm, yalandı. İnsan həyatında bir neçə dəfə sevir.

 

– Yəqin ki, ömrünüzün sonuna kimi subay qalmağı düşünmürsüz…

 

– Qəti. Yaxın vaxtlarda buna son qoyulacaq (gülümsəyir). Tam səmimi deyirəm.

 

– Xeyir iş təxminən nə vaxt gözlənilir?

 

– Vallah, məndən asılı deyil. Onun cavabını gözləyirəm (gülür).

 

– Bu mövzunu elə burda saxlayıb, keçək digər suallara. Adətən oğlan uşaqlarından "Böyüyəndə kim olmaq istəyirsən?" soruşanda, çoxu "Müstəntiq, hakim" cavabını verir. Düzdü, siz hakim olmusuz, amma o hakimdən yox…

 

 

– Mən də elə cavab verirdim. Anam məni həkim görmək istəyirdi. 4-cü sinifdə oxuyanda deyirdim ki, prokuror olacam. 7-ci sinifdən sonra isə kim olacağımı müəyyənləşdirdim və axıra qədər də o məqsədlə irəlilədim.

 

– Meydanda az qırmızı vərəqə göstərməmisiz. Bəs adi həyatda hansı insanlar vərəqənizin qırmızı üzünə tuş gəlib?

 

 

– Çətin, çoxşaxəli sualdı. Buna gərək ətraflı cavab verəsən. Mənim əsas həyat prinsiplərimdən biri səmimilikdi. Ətrafımdakıları həmişə səmimi görmək istəyirəm. İnsan ki, səmimi oldu, bütün müsbət keyfiyyətlər onda olacaq. Qeyri-səmimi insanları görməyə gözüm yoxdu. Onlara nifrət edirəm. Üzünə gülüb, arxanca başqa iş görənlər var. Bu, tamamilə qeyri-səmimilikdi. Mənim mənfi, səhv cəhətimi birbaşa üzümə deyən insanları xoşlayıram. Həmişə deyirəm ki, tənqid eləyin. Amma bəzən o tənqid təhqirə keçir və ya həddini aşır. O, artıq tənqid yox, qərəzdi.

 

 

– Ətrafınızda qeyri-səmimi insanlar çoxdumu?

 

– Çoxdu. Futbol aləmində qeyri-səmimi insan çoxdu. Heç kim deməsin ki, yox, belə deyil. Mənim də ətrafımda belələri var.

 

– Həyatda nəyi, hansı hərəkətinizi özünüzə hələ də bağışlamırsız?

– Açığı, elə bir kobud səhvə yol verməmişəm. Təbii ki, vaxtında ailə qurmalıydım. Hesab edirəm ki, ən böyük peşmançılığım, səhvim də elə odu. Başqa qəbahət bir iş görməmişəm ki, indi özümü bağışlamayım.

 

– Hər insanın qorxduğu nəsə olur. Siz nədən qorxursuz?

 

– Böhtandan, şərdən, yalandan. Bizim işimizdə bunlar populyar adət olub.

 

– Dostunuz çoxdu, ya düşməniniz?

 

– Dostum. Təbii ki, əsl dost mahnıda deyildiyi kimi, ya bir olar, ya iki. Sınanmış dostlar çox azdı. Amma gərək səmimi olum. Futbol aləmində, mənim hazırkı iş vəziyyətimi də nəzərə alsaq, düşmənlərim də çoxdu. İşim, tutduğum vəzifə heç də hamıya xoş gəlmir.

 

– Həyatda ən çox güvəndiyiniz insan kimdi?

 

– Atam idi. Çoxdan rəhmətə gedib. Həmişə onunla fəxr eləmişəm. İndiki məqamda isə güvəndiyim insan ancaq anamdı.

 

– Pul sizin üçün nədi?

 

– Əl çirki. Başqa nə deyim? Kim deyər ki, mən puldan imtina edirəm və ya pulu sevmirəm? Yaşamaq üçün ən vacib şey puldu. Amma onu gərək halal, təmiz yolla qazanasan.

 

– İlk maaşınızı nə vaxt almısız və məbləğ nə qədər olub?

 

– Xatırlayıram. İlk maaşımı 1979-cu ildə almışam. Universitetə qəbul olmayandan, imtahandan kəsiləndən sonra dərhal rayona qayıtdım və atamgilin idarəsində fəhlə işlədim. 18 yaşım var idi. Bir neçə ay fəhləlik etdim. Səhv etmirəmsə, 120 manat almışdım.

 

 

– Maraqlıdı, həmin pulu evə verdiniz, yoxsa özünüzə xərclədiniz?

 

– Yalan deməyəcəm, bir qəpiyini də evə vermədim (gülür). Nəyə xərclədiyim isə yadımda deyil. Amma onu bilirəm ki, özüm üçün xərclədim.

 

– Etmək arzusunda olduğunuz, ancaq edə bilmədiyiniz çox şey var?

 

– Çox maraqlı sualdı (düşünür). Etmək istədiyim, ancaq edə bilmədiyim… Çempionlar Liqasının, o vaxtkı UEFA Kubokunun daha mötəbər oyunlarını idarə edə bilmədim. Bilirsiz, mən, Asim Xudiyev və Tahir Süleymanov FİFA hakimi adını alan birincilər idik.

Biz mətbəxi hələ o qədər də yaxşı bilmirdik. Qabağa getmək üçün nə etmək lazımdı, nəyin üzərində işləməliyik, bunlardan xəbərsiz idik. Bizdən sonra gələnlər isə bunları bilirdilər, çünki onlara yol göstərirdik. Adi həyatda isə yeganə belə məqam bayaq dediyim kimi, vaxtında ailə qurmamağımdı.

 

– Tək yaşayan insan hər şeyi özü edir. Yemək də bişirir, paltar da yuyur, ütüləyir də. Nəzərə alsaq ki, tək yaşayırsız, deməli, sizin də bu kimi bacarığınız olmalıdı…

 

– Çox gözəl bacarığım var. İstər yemək bişirməkdə, istərsə də digər işlərdə. Paltar yumağı yox, ütüləməyi xoşlayıram. İstənilən yeməyi bişirməyi bacarıram. Təbii ki, çox ağır yeməkləri çıxmaq şərtilə. Amma 90 faizini bişirirəm. Tələbəlik illərində öyrənmişəm. Özümün bişirdiyim borşu çox bəyənirəm. Bir sözlə, əla borş bişirirəm.

 

– İndinin özündə də mətbəxə keçib, yeməyi özünüz bişirirsiz?

 

– İndi yox. Evdə ancaq səhər yeməyi yeyirəm. Naharı AFFA-da edirəm, axşamlar isə anamgilə gedib, şam yeməyini orda yedikdən sonra öz evimə yollanıram.

 

– Həyatda çox çətinlik görmüsüz?

 

– Həyatım nə rahat keçib, nə də deməzdim ki, çox çətinlik görmüşəm. Ən çətin anlarım hakimliklə bağlı olub. Səhv buraxanda çox həyəcan keçirirdim. Sizə bir sirr açacam, bunu hələ mətbuatda deməmişəm. Bəlkə də inanmayacaqsız, amma faktdı. "Kəpəz"lə "Şəmkir" komandalarının güclü vaxtları idi. Gəncədə bu komandalar arasında yarımfinal oyunu keçirilirdi. Matçdan öncə tərəziyə çıxdım, çəkim 71 kiloqram idi. Oyundan sonra çəkim sizcə, nə qədər olar? 67 kq. Bir oyunda 4 kilo çəki atmışdım. Bunun hamısı gərginlik, həyəcanla bağlı idi. Həmişə gənc hakimlərimizə deyirəm ki, fasilədə alt maykanı, köynəyi sıxanda su axmadısa, deməli, qaçmamısız. Təbii ki, 4 kq çəki atmağım təkcə qaçmaqla yox, bayaq dediyim kimi, həyəcanla bağlı olmuşdu. Bir komandada Ağasəlim Mircavadov, o birində Mehman Allahverdiyev işləyirdi. O vaxt təzyiqlər də çox idi. Oyundan sonra çəkimi görəndə köməkçilərim gözlərinə inanmadılar. İndi hakimlərimiz oyun idarə edəndə onlardan çox mən həyəcan keçirirəm. Çünki hər səhvə görə mənə söz gəlir. Hakimlər üçün hər şey edirik. Onların əvəzinə meydana çıxıb oyun idarə edəsi də deyilik ki?

 

– Xaqani Məmmədovun ən güclü "silah"ı nədi?

 

– Ağlıma, savadıma arxalanıram. Həmişə bunu hesabına kimlərinsə cavabını verirəm və ya vəziyyətdən çıxıram.

 

– Hakimlikdə əsas tələblərdən biri bitərəf olmaqdı. Bəs həyatda necə, bitərəfliyi qoruyub saxlaya bilirsizmi?

 

– Həmişə qoruyub saxlamışam. Heç vaxt mənə deməyiblər ki, niyə filankəsin tərəfini saxlayırsan? Buna heç vaxt imkan verməmişəm, vermərəm də. Gözümün işığı da olsa, səhvi varsa, deməliyəm. Çünki düzlük tərəfdarıyam.

 

– Cəmiyyətdə sizə qarşı münasibət birmənalı deyil. Tərəfinizi saxlayanlar da var, ancaq sizi sevməyənlər daha çoxdu. Sizə qarşı bu qıcıq nədən irəli gəlir?

– Bizim verdiyimiz açıqlamalar heç də hamının xoşuna gəlmir, heç də hamı onu birmənalı qarşılamır. Kimin üçünsə yaxşıdı, kimin üçünsə pis. Bəziləri hesab edir ki, onlara qarşı ədalətsizlik, qeyri-obyektivlik olub. Bu, onların fikridi. Elə hakimlərin özlərindən kim ki, başqa yola qurşanıb, onu yola salmışıq, uzaqlaşdırmışıq. Təbii ki, onun xoşuna gəlməyə bilərəm. Çünki karyerasına son qoyduğumu düşünür. Ancaq biz indiyə qədər heç kimi

haqsız yerə hakimlikdən kənarlaşdırmamışıq. Biz istəmərik ki, yaxşı hakimi uzaqlaşdıraq. Nə qədər çox yaxşı hakim olsa, bir o qədər güclü rəqabət olar. Bu nöqteyi-nəzərdən sevməyənlər də var, məni özünə düşmən hesab edənlər də.

 

– Özünüzdə bəyənmədiyiniz cəhət hansıdı?

 

– Özümdən tez çıxıram. Əsasən də haqqımda ədalətsiz danışılanda tez əsəbləşirəm. Amma müəyyən bir müddət keçəndən sonra sakitləşirəm.

 

– Qərəzli olmaqda, rüşvət almaqda az günahlandırılmamısız. Elə məqamlarda cavabınız nə olub?

 

– Həmin insanlara heç cavab verməmişəm. Özümdə fikirləşmişəm ki, haqq-ədalət gec-tez öz yerini tutacaq və tutub da. Bir də ki, mübahisə etməyi xoşlamıram. Düz olduğumu hesab edirəmsə, qətiyyən mübahisə eləmirəm. Bu gün bizi tənqid edənlər o qədər çoxdu ki, onlarına hamısına cavab versəm, işim yarımçıq qalar. Çalışıram ki, mənasız tənqidlərə cavab verməyim. Onu deyənlərin səviyyəsinə düşmək istəmirəm. Qlobal bir şey olanda isə gözləyib, sənədlərlə tutarlı cavab verirəm. Mən həmişə faktla danışmağı xoşlayıram.

 

– Xaqani Məmmədov hansı günü həsrətlə gözləyir?

 

– Yenə o məsələ (gülür). Ailə qurmağı nəzərdə tuturam. İndi bir nəfər bu müsahibəni oxuyacaq… Mənə maraqlıdı, oxuyandan sonra onun reaksiyası necə olacaq? (gülürük).

 

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website