Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

İcbari tibbi sığortanın tetbiqine bu tarixden başlanılacaq – Agentlik direktoru

İcbari tibbi sığortanın tətbiqinə bu tarixdən başlanılacaq - Agentlik direktoru

21/09/2016

12:12

21.09.2016 / 11:08 xeber –

“Tibbi xidmətin yaxşılaşması üçün ən effektiv addım icbari tibbi sığortaya keçid ola bilər”

 

Bakı. Fərid Mirzəyev, Könül Kamilqızı – APA. Nazirlər Kabinetiyanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin APA-ya müsahibəsi.

 

– İcbari Tibbi Sığorta Azərbaycan vətəndaşı üçün yeni məfhumdur. İcbari Tibbi Sığorta nədir və bunun Azərbaycan vətəndaşı üçün faydası nədən ibarət olacaq?

 

– Məlum olduğu kimi, ölkəmizdə dövlət xəstəxanalarına maliyyə vəsaiti kəmiyyət göstəricilərinə, ilk növbədə xəstəxananın mövcud çarpayı fonduna, tibb işçilərinin və əczaçıların sayına görə ayrılır. Beləliklə də xəstələrin sayı, xəstəliklərin ağırlıq dərəcəsi, həkimlərin peşəkarlığı və onların qəbul etdiyi xəstələrin sayı və digər əhəmiyyətli amillər nəzərə alınmır. Əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ən effektiv addım icbari tibbi sığortaya keçid ola bilər. İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. İcbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. Bu, mahiyyət etibarı ilə səhiyyənin maliyyələşməsinin fərqli formasıdır. Burada söhbət tibbi xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. Çünki icbari tibbi sığorta vətəndaşların maraqlarının və sağlamlığının qorunması sahəsində dövlətin sosial müdafiə sistemidir. Bu, hökumətin sosial layihəsidir. Hazırda dövlət xəstəxanaları dövlət büdcəsi, özəl xəstəxanalar isə vətəndaşların maliyyə vəsaitləri hesabına maliyyələşir.

 

Lakin icbari tibbi sığorta tətbiq olunduqdan sonra bütün risklər və vəsaitlər bir hovuzda cəmləşəcək. Toplanan vəsaitlərdən sığorta olunan vətəndaşların tibbi xərclərinin ödənilməsi üçün istifadə ediləcək.

 

Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi əsas məsələlərdən biridir. Sadə dildə desək, tutaq ki, vətəndaşa lazım olan tibbi xidmət müraciət etdiyi xəstəxanada həyata keçirilmir. Özəl xəstəxanalarda isə xidmət haqqı yüksək olduğuna görə, vətəndaşın əlçatanlığının qarşısı alınmış olur. Bu da öz növbəsində onun xəstəliyinin ağırlaşmasına səbəb olur. Bizim məqsədimiz əlçatanlığı təmin etməkdir.

 

Yaxud sığorta olunanın yaşadığı rayonda və ya kənddə tələb olunan tibbi xidmət göstərilmirsə, Agentlik onun qonşu rayonlarda və ya Bakıda müalicə və müayinəsini təşkil etməklə vətəndaşın qarşılaşa biləcəyi maliyyə risklərinin qarşısı alacaq. Beləliklə, icbari tibbi sığorta vətəndaşların sağlamlığının təminatı olacaq. Yəni vətəndaş sığortalıdırsa, o tibbi xidmətlər sarıdan narahat olmayacaq.

 

Eyni zamanda, biz bütün vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsinə təminat verəcəyik. Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın əsas məqsədlərindən biridir. Agentlik xəstəxanalara ödənişləri hər bir xəstəlik halına görə həyata keçirəcək. Sözsüz ki, bu, vəsaitlərin səmərəli və ünvanlı xərclənməsinə səbəb olacaq.

 

– Mingəçevir şəhəri və Yevlax rayonu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər seçilib. Bəs bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə nə zaman başlanılacaq?

 

– Mingəçevir şəhəri və Yevlax rayonu pilot ərazilər kimi seçilərkən onların demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin, xüsusilə də xəstəxanaların maddi-texniki vəziyyəti, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınıb. Hazırda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşir. Bunu birdən-birə dəyişmək elə də asan məsələ deyil. İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissəsidir. Nəinki tibbi müəssisələrini, əhalini də icbari tibbi sığortanın tətbiqinə hazırlamaq lazımdır. Vətəndaşların icbari tibbi sığorta haqqında məlumatları yüksək səviyyədə deyil. Dövlət xəstəxanaları bu günə qədər icbari tibbi sığorta sistemində işləməyiblər. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunmasına başlıca maneə məlumatların elektron mübadiləsi ilə bağlıdır.

 

Düşünürəm ki, xəstəxanalarda vətəndaşların sığortalanması ilə bağlı qeydiyyat prosesi elə də çətinlik yaratmayacaq. Amma xəstəxanaların məlumatları Agentliyə elektron şəkildə ötürməsi və bizim ödənişi elektron qaydada həyata keçirməyimiz elə də asan məsələ deyil. Buna bir qədər vaxt lazımdır. Ona görə qərara gəldik ki, icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər seçək. Çünki bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlasaq, bu, müəyyən çətinliklər yarada bilər. Biz bu prosesi tədricən, mərhələli şəkildə həyata keçirməyi düşünürük. Mingəçevir və Yevlaxdakı xəstəxanalar icbari tibbi sığorta sistemində işlərini qurduqdan sonra bu proses bütün ölkəni əhatə edəcək. Artıq 2018-ci ildən ölkənin əksər hissəsində icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

 

– Əgər vətəndaş sığorta haqqını ödəyə bilməsə, o zaman necə olacaq?

 

– Ümumiyyətlə, iqtisadi fəal əhalinin sığorta haqqı ödəməsi çox vacibdir. Çünki yalnız bu halda icbari tibbi sığortanın baza zərfinin əhatə dairəsini genişləndirə bilərik. Ancaq sığorta haqqı ödəməyən vətəndaş müəyyən tibbi xidmətlərdən – məsələn, ilkin səhiyyə xidmətindən, təcili tibbi yardımdan, hər hansı təxirəsalınmaz əməliyyatdan pulsuz istifadə edə biləcək.

 

– “Tibbi sığorta haqqında” qanun indiki tələbləri tam şəkildə ödəyirmi? Qanunda hər hansı boşluq yoxdur ki?

 

– “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac var. İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul olunmalı, yaxud mövcud qanuna əlavə və dəyişikliklər edilməlidir. Qanunvericiliyə dəyişikliklərlə bağlı hazırladığımız layihəni Nazirlər Kabinetinə təqdim etmişik.

 

– İcbari tibbi sığortanın Azərbaycan modeli formalaşıb?

 

– Dünyada icbari tibbi sığorta ilə bağlı çox model yoxdur. Əsasən iki model tətbiq edilir. Bunlardan biri sosial tibbi sığorta modeli, digəri isə milli tibbi sığorta modelidir. Bir çox Avropa ölkələrində sosial tibbi sığorta modeli tətbiq olunur. Bizim seçdiyimiz model daha çox sosial tibbi sığorta yönümlüdür.

 

Dövlət bu sistemdə vətəndaşlarla birlikdə fəaliyyət göstərir. Yəni, iqtisadi fəal şəxslər sığorta haqqı ödəyərək icbari tibbi sığorta prosesində iştirak edir. Milli tibbi sığorta modelində cəmləşən vəsait isə dövlət büdcəsindən ayrılır. Yəni, dünyada gedən iqtisadi proseslər, qlobal böhranlar dövlətlərin iqtisadiyyatına, dolayısı ilə milli tibbi sığorta sisteminə təsir edir. Odur ki, hazırda sosial tibbi sığorta modeli ən dayanıqlı model hesab edilir.

 

– İcbari tibbi sığortanın tətbiqindən sonra orqan köçürülməsi əməliyyatları mümkün olacaq?

 

– İlk illərdə orqan köçürülməsi əməliyyatları nəzərdə tutulmayıb.

 

– Tibbi sığortanın hansı paketlər (qızıl, gümüş) şəklində olacağı müəyyənləşibmi?

 

– İcbari tibbi sığortanın baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Paketlərin qızıl, gümüş olması daha çox özəl sektorda olan məsələdir. Biz bütün vətəndaşlara bir baza zərfi əsasında tibbi xidmətlər göstərəcəyik.

 

– Azərbaycanın səhiyyə sistemi-həkimlər, xəstəxanalar icbari tibbi sığortanın tətbiqinə nə dərəcədə hazırdır?

 

– Vətəndaşlar buna tam hazır olmadığı kimi, dövlət xəstəxanaları da buna tam hazır deyil. Bu, normaldır. Agentlik olaraq səhiyyə işçiləri üçün təlimlər təşkil edəcəyik. Agentliyin əsas məqsədi sığortalıların keyfiyyətli, yüksək səviyyədə və operativ xidmət almasını təmin etməkdir. Ona görə də icbari tibbi sığorta tətbiq ediləndə bizim tibb müəssisələrindən keyfiyyətli xidmət, həkimlərin peşəkarlığı, operativlik və sair kimi tələblərimiz olacaq.

 

 

 

İcbari tibbi sığortanın tətbiqi dövlət xəstəxanaları arasında rəqabət mühiti yaradacaq. Rəqabət olan yerdə keyfiyyət artır. Amma bu rəqabət qiymət üzərində deyil, göstərilən xidmətlər, həkimlərin biliyi, vətəndaşların sağlamlıq durumlarını bərpa etmələri səviyyəsi əsasında qurulacaq.

 

– Bu prosesdə dövlətlə yanaşı özəl xəstəxanaların iştirakı da nəzərdə tutulub?

 

– Biz düşünürük ki, icbari tibbi sığortanın əhatə dairəsi genişləndikcə özəl xəstəxanaların da prosesdə iştirakı genişlənəcək. Sığorta olunanlar dövlət xəstəxanalarında göstərilməyən tibbi xidməti özəl xəstəxanalarda ala biləcəklər. Əsas məqsədimiz odur ki, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilsin. İcbari tibbi sığorta prosesində bütün rayonlar üzrə dövlət xəstəxanalarının hər biri, özəllərdən isə yalnız geniş profilli xidmət göstərən tibb müəssisələri iştirak edəcəklər. İcbari tibbi sığortanın baza zərfi əsasında xidmət  göstərəcək xəstəxanaları müəyyən edilmiş meyarlar əsasında seçəcəyik.

 

– İcbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hansı quruma həvalə olunacaq?

 

– Agentliyin Əsasnaməsinə əsasən biz akkreditasiya prosesində iştirak edə bilərik. Amma bu, Səhiyyə Nazirliyinə aid olan məsələdir. Bizim əsas prioritetimiz icbari tibbi sığortanın baza zərfini və tibbi xidmətlərin vahid qiymət cədvəlini müəyyən etmək, o cümlədən qanunverici bazaya əlavə və dəyişikliklərlə bağlı təkliflərimizi hazırlamaq idi. Qısa müddətdə bu sənədləri hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. İqtisadi fəal və qeyri-iqtisadi fəal əhalinin sayı ilə bağlı müəyyən hesablamalar aparmışıq.

 

 – Vəsaitlərin toplanması ilə bağlı fond artıq yaradılıb?

 

– İcbari tibbi sığortanın tətbiqi zamanı iqtisadi fəal olmayan əhalinin sığorta haqqı dövlət tərəfindən ödəniləcək. İqtisadi fəal əhalidən isə sığorta haqqı  toplanacaq. Bu məqsədlə Agentliyin tərkibində vəsaitlərin toplanması üçün fond yaradıla bilər və yaxud vəsaitlərin toplanması başqa yollarla da tənzimlənə bilər.

 

“İlkin mərhələdə xidmət zərfinə yalnız stasionar müalicə üçün dərmanları daxil etməyi planlaşdırırıq”

 

Vəsaitlərin fondda və ya hesab şəklində toplanması texniki məsələdir. Fondun yaradılması ilə bağlı təkliflər hökumətə təqdim edilib.

 

– Stasionar müalicə üçün dərmanların xidmət paketinə daxil edilməsi haqda rəy formalaşmışdı. Ambulator müalicənin dərman təminatının xidmət paketinə daxil edilməsi haqda müzakirə aparılırdı. Bu məsələ həll olundumu?

 

– İlkin mərhələdə xidmət zərfinə yalnız stasionar müalicə üçün dərmanları daxil etməyi planlaşdırırıq.

 

– “Ailə həkim”i necə fəaliyyət göstərəcək, onların sayı nə qədər olacaq və xidmətləri nədən ibarət olacaq?

 

– Səhiyyə sistemi ilkin səhiyyə, ambulator və stasionar xidmətdən ibarətdir. Hazırda Səhiyyə Nazirliyi ilə ilkin səhiyyə xidməti institutunun – “ailə həkimi”nin Azərbaycanda daha da inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılır. Əhalinin sayına əsasən, “ailə həkimi” müəyyən olunacaq. Dünya standartlarına görə, bir “Ailə həkimi”nə 2 min vətəndaş düşür. Səhiyyə Nazirliyinin normativ aktlarında da 2 min nəfərə 1 ailə həkiminin olması məsələsi var. Həmin 2 min nəfər “Ailə həkimi”nin sığortalı vətəndaşlarıdır. Onlar ilk müraciətlərini bu həkimə edəcək. “Ailə həkimi”nin vəzifəsi göndəriş yazıb pasienti ixtisaslaşmış həkimə yönəltməkdən ibarət deyil. Əlbəttə ki, ehtiyac olarsa, ailə həkimi xəstəni ixtisaslaşmış həkimə yönləndirə bilər. Lakin özü xəstəni müayinə və müalicə edəcək. Digər ölkələrdə “Ailə həkimi” hətta kiçik əməliyyatlar da edir. Azərbaycanda bu institut təzə yarandığı üçün kiçik də olsa əməliyyatların aparılması nəzərdə tutulmayıb. Əsas məqsədimiz odur ki, “ailə həkimi” ilk növbədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etsin. Onu da deyim ki, icbari tibbi sığorta sistemində “ailə həkim”lərinə əlavə bonusların verilməsi planlaşdırılır. Bu, öncədən müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək. Məsələn, əgər “Ailə həkimi” 2000 min nəfəri bu meyarlar əsasında sağlam saxlaya bilirsə, onda onun ödənişi bir az artıq olacaq.

 

– Hazırda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər hansı mərhələdədir?

 

– Agentlik oktyabrın 1-dən pilot rayonlarda – Mingəçevir şəhərində və Yevlax rayonunda hazırlıq işlərinə başlayacaq. Hazırlıq işləri çərçivəsində pilot ərazilərdə yaşayan əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi, baza zərfi barədə məlumatlandırılması nəzərdə tutulur. Eyni zamanda, pilot ərazilərdə yaşayan əhalinin qeydiyyata alınmasına başlayacağıq və xidmət göstərəcək tibb müəssisələri ilə müqavilələr bağlanacaq.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website